Azerbaycanin Vergi Jurnali - Wikipedia
"Azərbaycanın vergi jurnalı" (əvvəlki adı: "Azərbaycanın vergi xəbərləri") — Azərbaycanda nəşr olunan jurnal. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin resenziyalı elmi nəşri.
"Azərbaycanın vergi jurnalı" əvvəlki adı: "Azərbaycanın vergi xəbərləri" | |
---|---|
Baş redaktor | Elşən Hacızadə |
Növ | Elmi-metodiki jurnal |
Format | A4 |
Tiraj | 3000 |
Təsisçi | Azərbaycan Respublikasının Vergilər Nazirliyi |
Təsis tarixi | 1 iyul 2003 |
Şirkət | Azərbaycan Respublikasının Vergilər Nazirliyi |
Qərargah | Azərbaycan, Bakı şəhəri, Landau küçəsi 16, AZ1073. |
Dil | azərbaycanca |
Səhifə | 212 |
Təsis və qeydiyyat
redaktəİlk adı "Azərbaycanın vergi xəbərləri" jurnalı olmuşdur. Jurnal həmin adla 1 iyul 2003-cü ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsis edilmiş və 510 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının dövlət reyestrinə alınmışdır.
Jurnal beynəlxalq ISSN (azərb. Beynəlxalq Standart Seriya Nömrəsi) mərkəzində 2305-462X nömrəsi ilə qeydiyyata alınmış və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir[1].
2012-ci ildən bu jurnal yeni adla iki ayda bir dəfə 212 səhifə həcmində 3 min nüsxə tirajla nəşr edilir[2].
Məzmun
redaktəJurnal müstəqil, resenziyalı elmi nəşrdir.
Jurnalda əsasən vergiqoymanın müasir problemlərini və vergi işinin ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Həmçinin iqtisadiyyatın digər sahələrilə bağlı yazılmış orjinal məqalələrin dərcinə də yer verilir.
Dil
redaktəJurnalda Azərbaycan, türk, ingilis və rus dillərində məqalələr dərc edilir.
Redaksiya
redaktəBaş redaktoru iqtisad elmləri doktoru, professor Elşən Hacızadədir. Redaksiya heyəti 20 nəfərdən ibarətdir.
Veb-saytı
redaktə2011-ci ilin may ayında "Azərbaycanın vergi xəbərləri" jurnalının veb-saytının təqdimat mərasimi keçirilmişdir[3]. Bu elmi dövri nəşr internetdə www.vergijurnali.az[4] və www.taxesnews.az[5] ünvanlarında yerləşir. Həmin veb-sayt dörd dildə – Azərbaycan, türk, ingilis və rus dillərində fəaliyyət göstərir.
İstinadlar
redaktə- ↑ AAK. Tövsiyə edilən elmi nəşrlər: İqtisadiyyat elmləri Arxivləşdirilib 2011-10-30 at the Wayback Machine (az.)
- ↑ «Azərbaycanın vergi jurnalı» nın birinci nömrəsi çapdan çıxmışdır. Arxivləşdirilib 2016-12-09 at the Wayback Machine (az.)
- ↑ Vergilər Nazirliyinin “Azərbaycanın vergi xəbərləri” jurnalının veb-saytının təqdimatı keçirilib. gun.az Arxivləşdirilib 2011-05-30 at the Wayback Machine (az.)
- ↑ "vergijurnali.az". 2012-06-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-09.
- ↑ "taxesnews.az". 2011-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-26.
Xarici keçidlər
redaktə- Rəsmi internet səhifəsi: vergixeberleri.az[ölü keçid] (az.) (rus.) (ing.) (türk.)
- «Azərbaycanın vergi xəbərləri» jurnalının 5-ci nömrəsi çapdan çıxmışdır. iqtisadiyyat.com (az.)
- «Azərbaycanın vergi xəbərləri» jurnalının 6-cı nömrəsi çapdan çıxmışdır. elshanhajizadeh.com[ölü keçid] (az.)
- «Azərbaycanın vergi xəbərləri» jurnalının 7-ci nömrəsi çapdan çıxmışdır. elshanhajizadeh.com[ölü keçid] (az.)
- «Azərbaycanın vergi xəbərləri» jurnalının 8-ci nömrəsi çapdan çıxmışdır. elshanhajizadeh.com[ölü keçid] (az.)
- «Azərbaycanın vergi xəbərləri» jurnalının 9-cu nömrəsi çapdan çıxmışdır. elshanhajizadeh.com[ölü keçid] (az.)