Azerbaycan Sotlandiya Munasibetleri - Wikipedia
Azərbaycan–Şotlandiya münasibətləri — Azərbaycan Respublikası ilə Şotlandiya arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Şotlandiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
Tarixi
redaktəXIX əsr
redaktəXIX əsrin əvvəllərində Azərbaycan əsilli rus şərqşünası Mirzə Kazım bəy Dərbənddə yaşadığı illərdə atasının dostları olan şotlandiyalı xristian missionerlərlə tanış olmuş, onları islamın üstünlüklərindən faydalanmağa çağırmışdı.[1] Özü isə xristianlığın mahiyyətini anlamağa çalışarkən yəhudi və ingilis dillərini öyrənmişdi.[2] 1821-ci ildə sürgündəki atasına baş çəkmək üçün Həştərxana gedən gənc Kazım bəy burada da şotland missionerlərlə rastlaşır, onlara Şərq dillərini öyrətməklə yanaşı, özü də Avropa dillərini mükəmməl öyrənir.[2] 1823-cü ildə Mirzə Kazım bəy xristianlığı qəbul edib, özünə Aleksandr adını götürmüşdür.[3]
XX əsr
redaktəErkən 1990-cı illərdən etibarən Şotlandiyanın Aberdin şəhəri Azərbaycanla ticarət tərəfdaşlığı yaradaraq, güclü əlaqələr qurmuşdur.[4] Bunun nəticəsində, 2011-ci ilin may ayında Azərbaycan Hava Yolları Bakı-Aberdin-Bakı marşrutu üzrə yeni müntəzəm reys istifadəyə verilmişdir.[4][5]
XXI əsr
redaktə2017-ci ilin fevralın 22-də Şotlandiya parlamenti Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edilib.[6] Parlament üzvlərinin 80 faizinin tərəfdar çıxdığı Qərarda Xocalı soyqırımını törədənlərin hərəkətləri müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir, gələcəkdə bu cür hadisələrin dünyanın heç bir yerində baş verməməsi üçün belə bir qətnamənin qəbul olunmasının zəruriliyi qeyd olunur.[7] Qətnamənin surəti Şotlandiya parlamentinin rəhbərliyi və parlamentdə təmsil olunmuş bütün siyasi fraksiyaların rəhbərləri tərəfindən Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Azərbaycan millət vəkili Cavanşir Feyziyev və Şotlandiyada Azərbaycan icmasının rəhbəri Fuad Ələkbərovə təqdim olunub.[8]
2017-ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabat Layihəsi (OCCRP) tərəfindən nəşr olunan araşdırmada qeyd olunur ki, "Azərbaycan Camaşırxanası" (ing. Azerbaijani Laundromat) ləqəbli məxfi fond 2014-ci ilə qədər, iki il müddətində fəaliyyət göstərib, Şotlandiyada iki qeyri-şəffaf şirkətlə (Hilux Services LP və Polux Management LP) əməkdaşlıq edib.[9][10] Həmin şirkətlərə ödənişlər Avropanın aparıcı banklarından biri sayılan Danimarkanın Danske Bankının Estoniyadakı filialı vasitəsilə edilib.[9]
Diplomatik əlaqələr
redaktə2010-cu ildə Şotlandiya hökuməti Azərbaycandan Təhsil Nazirinin müavini daxil olmaqla, Azərbaycandan olan yüksək səviyyəli nümayəndə heyətinə ev sahibliyi etmiş, burada azərbaycanlı iştirakçılar mərkəzləşdirilmiş peşə təhsili və təlim sistemimini araşdırıblar.[4]
Diaspora
redaktə2018-ci ilin statistikasına görə, Şotlandiyada 300-ə yaxın azərbaycanlı yaşayır.[11] Azərbaycanlıların əksəriyyəti Şotlandiyanın Aberdin, Edinburq, Qlazqo, Dandi və Stirlinq şəhərlərində yaşayırlar.
İqtisadi əlaqələr
redaktə2011-ci ildə Azərbaycan Şotlandiyanın neft və qaz xidmətinin altıncı böyük ixrac bazarı idi və Azərbaycanda Şotlandiyanın bir sıra aparıcı şirkətləri, o cümlədən, Wood Group, RBG, Highland Rope Access International və Fergusson Seacabs fəaliyyət göstərmişdir.[4]
Mədəni əlaqələr
redaktə2007-ci ildə Bakıda yerli xeyriyyə təşkilatlarını dəstəkləyən, həmçinin Şotlandiya mədəniyyətini təbliğ etmək üçün vəsait toplayan Caledonian Cəmiyyəti (ing. Caledonian Society) yaradılmışdır.[4] 2009-cu ildən şotlandiyalı tuluq zurnaçıları Müqəddəs Endryu Gününü İçərişəhərdə qeyd edirlər.[12]
2014-cü ildən 2017-ci ilə qədər Şotlandiyanın Qlazqo Universitetində Azərbaycan mədəniyyəti tədbirləri keçirilib.[13] 2016-cı ildə ABŞ jurnalisti Tomas Qoltzun Ağdamın "Qarabağ" futbol klubu haqda çəkilən "ON Aggregate" adlı film Qlazqoda keçirilən "Radical Film Network Festival"-ında nümayiş etdirilib.[14]
İdman sahəsində əməkdaşlıq
redaktə2003-cü ildən 2008-ci ilə qədər Bakıda "Baku Bears" Reyncers azarkeş futbol klubu fəaliyyət göstərib.[15] Klub Azərbaycanın neft sektorunda işləyən işçilər tərəfindən qurulub.[15] 2003-cü ildən 2015-ci ilə qədər "Baku Bears" azarkeş qrupu xeyriyyə təşkilatı, Azərbaycandada gənclərin futbolun inkişafınə layihələr, yerli uşaq evləri və Maştağa xəstəxanası, həmçinin Poppyscotland və Reyncers xeyriyyə fondu kimi Böyük Britaniya xeyriyyə təşkilatları dəstəklənməsi üçün 300,000 ABŞ dolları toplamışdır.[16] Reyncers azarkeşləri Bakıda "The Clansman" barını da açmışlar.[17]
2003-cü ildən Bakıda fəaliyyət göstərən "Bhoys of Baku" Seltik azarkeş qrupu 2011-ci ildən 2018-ci ilə qədər xeyriyyə təşkilatları üçün 100,000 ABŞ dolları toplamışdır.[18] 2015-ci ildə Seltik azarkeşləri Müşfiqabadda yerləşən kimsəsiz uşaq evinə yardım göstərmişlər.[19] 2015-ci il avqustun 4-də Şotlandiyanın "Seltik" klubunun üzvləri Bakının Binəqədi rayonunda məcburi köçkünlər üçün yeni salınmış yaşayış kompleksində olublar.[20] Daha sonra "Seltik" futbol klubunun üzvləri məhəllədə olan Zəngilan rayon 4 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış olublar, məktəbin idman zalında həmin məktəbin şagirdlərindən ibarət futbol komandası ilə futbol oynayıb və xatirə şəkilləri çəkdiriblər.[21]
Futbol qarşılaşmaları
redaktəİki ölkənin futbol komandaları arasında keçirilmiş ən diqqətçəkən qarşılaşmalardan biri, 2009-cu ilin mart ayında U-21 yığmaları arasında Folkirkdə keçirilmiş oyundur.[22] Oyun 2:2 hesabı ilə başa çatmışdır.[22] 2015-ci ildə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" ilə "Seltik" qarşılaşıb.[23] İlk oyunda səfərdə məğlub olmuş "Qarabağ" mübarizəni dayandırıb.[24][25] 2016-cı ildə Bakıda keçirilən U-17 gəncələr arasında Avropa Çempionatının qrup mərhələsinin 3-cü sonuncu mərhələsində Azərbaycan Şotlandiya ilə üz-üzə gələrək 1:0 hesabı ilə qalib gəlib.[26]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Buchen, Tim. Eliten im Vielvölkerreich: Imperiale Biographien in Russland und Österreich-Ungarn (1850-1918). Walter de Gruyter GmbH & Co KG. 2015. səh. 45. (#redundant_parameters); (#accessdate_missing_url)
- ↑ 1 2 "Uzaq Şimalda ürəyi Şərq dünyası üçün çırpınan böyük zəka". news.milli.az. news.milli.az. 2017-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2019.
- ↑ Мирза-Мамед-Али-бек, быв сослан туда вместе с отцом его, в прошлом 1823 году обращен находящимися в Астрахани Шотландскими миссионерами в христианскую веру. Из отношения генерала Ермолова к графу Нессельроде от 28 октября 1824 года № 255 — Акты Кавказской Археографической Комиссии. т. VI, ч. I, с. 476, док. 644
- ↑ 1 2 3 4 5 Salmond, Alex. "A SEASONED BLEND". www.thebusinessyear.com. www.thebusinessyear.com. 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2019.
- ↑ "Mayın 24-dən Bakı-Aberdin-Bakı marşrutu üzrə yeni müntəzəm reys açılacaqdır". azertag.az. azertag.az. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2019.
- ↑ "Şotlandiya parlamentində Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edilib". az.trend.az. az.trend.az. 2018-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2017.
- ↑ "Şotlandiya parlamenti Xocalı soyqırımını tanıyıb". www.salamnews.org. www.salamnews.org. 2017-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2019.
- ↑ "SCOTTISH PARLIAMENT PASSES RESOLUTION ON KHOJALY MASSACRE". cbc.az. cbc.az. İstifadə tarixi: 31 yanvar 2019.[ölü keçid]
- ↑ 1 2 "The Scottish firms that let money flow from Azerbaijan to the UK". www.theguardian.com. www.theguardian.com. 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2019.
- ↑ "Azerbaijan 'operated secret $3bn secret slush fund'". www.bbc.co.uk. www.bbc.co.uk. 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2019.
- ↑ Paterson, Kirsteen. "Azerbaijani oil workers strengthen ties with Scotland through culture". www.thenational.scot. www.thenational.scot. 2017-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2018.
- ↑ "Şotlandiyalı tuluq zurnaçıları Müqəddəs Endryu Gününü İçərişəhərdə də qeyd edəcəklər". trend.az. trend.az. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2019.
- ↑ "Şotlandiyada Azərbaycan mədəniyyət gecəsi keçiriləcək". report.az. report.az. 2019-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2018.
- ↑ "Фильм про футбольный клуб "Карабах" покажут на фестивале в Глазго". ru.sputnik.az. ru.sputnik.az. (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ 1 2 "Baku Bears". bakubears.az. bakubears.az. 2018-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2019.
- ↑ "Baku Bears Reach £30k". rangers.co.uk. rangers.co.uk. 2015-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2019.
- ↑ Jenkins, David. The Ten-Letter Countries. Troubador Publishing Ltd. 2012. səh. 191. (#accessdate_missing_url)
- ↑ "67 kitchens benefit from eastern promise". www.celticfc.net. www.celticfc.net. 2018-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-31.
- ↑ "Charitable Celtic fans make a difference to special children in Baku". www.celticfc.net. www.celticfc.net. 2015-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2019.
- ↑ "Bhoys make charitable visit on Qarabag trip". www.celticfc.net. www.celticfc.net. 2015-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-31.
- ↑ ""Seltik"in idmançıları azərbaycanlı məcburi köçkünlərlə futbol oynadılar (FOTO)". az.trend.az. az.trend.az. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-31.
- ↑ 1 2 "Scotland U21 2-2 Azerbaijan U21". news.bbc.co.uk. news.bbc.co.uk. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2018.
- ↑ "Celtic boss Deila uninterested in pitch excuses against Qarabag". www.goal.com. www.goal.com. İstifadə tarixi: 8 iyun 2018.
- ↑ "FK Qarabag 0 Celtic 0 (agg. 0-1): Celts survive the furnace in Baku and book their place in the Champions League play offs". www.dailyrecord.co.uk. www.dailyrecord.co.uk. 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2018.
- ↑ "Champions League Qualifying: FK Qarabag 0 Celtic 0: Aggregate win keeps Deila's men on track". www.heraldscotland.com. www.heraldscotland.com. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2018.
- ↑ "Avro-2016: Azərbaycan Şotlandiyaya qalib gəldi, dörddə bir finalın cütlükləri müəyyənləşdi- FOTO". www.1news.az. www.1news.az. 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2018.