Azerbaycan Bee Munasibetleri - Wikipedia
Azərbaycan–BƏƏ münasibətləri — Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-BƏƏ münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Azərbaycandaki BƏƏ-nin səfirliyi | |||||
Səfir | Məhəmməd Əl Bluşi[1] | ||||
Ünvan | Bakı, Nəsib bəy Yusifbəyli küçəsi, 144/108A | ||||
BƏƏ-daki Azərbaycanin səfirliyi | |||||
Səfir | Elçin Bağırov[2] | ||||
Ünvan | Əbu-Dabi, Əl Quvali küçəsi Villa 4 Müşrif | ||||
Digər | |||||
Quruluş tarixi | 1 sentyabr 1992 | ||||
Dövriyyə | 0,103 mlrd doll. (2022) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBirləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanımışdır.[3]
Diplomatik əlaqələr
redaktəİki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabrın 1-də qurulmuşdur.[4]
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur.
Fövqəladə və səlahiyyətli səfirlər
redaktəİki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır.
Azərbaycan Respublikasının 11 aprel 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilmişdir[5] ki, həmin səfirlik 2001-ci il 16 iyun tarixindən etibarən BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir[3]. Bundan başqa 14 mart 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dubay şəhərində Baş Konsulluq təsis edilmişdir.[6] Azərbaycanın BƏƏ-də səfiri Daşqın Şikarov, BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Ahmed Alqubaisidir.
Parlamentlərarası əlaqələr
redaktəAzərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[7]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Nizami Ələkbərov olmuşdur[8]. 4 mart 2016-cı il tarixindən Cavanşir Paşazadə işçi qrupunun rəhbəridir[7].
Viza
redaktəBƏƏ-yə gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlar malik Azərbaycan vətəndaşları üçün viza tələb edilir[9]. Diplomatik pasportlar üçün 90 günə qədər viza tələb edilmir[9].
Mədəni əlaqələr
redaktə1991-ci ildə Əbu-Dabidə Azərbaycan mədəniyyəti sərgisi, 2005-ci ildə isə turizm sərgisi təşkil edilmişdi.[10]
BƏƏ-nin televiziya qrupu Azərbaycana gəlmiş, ölkə barədə film çəkmiş və həmin filmi İran körfəzinin bütün ölkələrində bir neçə dəfə nümayiş etdirmişdir.[10]
Qarabağ mövzusu
redaktəBƏƏ-nin prezident sarayında və Qırmızı Aypara Cəmiyyətində Qarabağda baş verən hadisələri, qaçqınların vəziyyətini, erməni terrorçularının törətdikləri cinayətləri əks etdirən foto sərgilər təşkil edilmişdir.[10]
Azərbaycanda baş verən hadisələri düzgün və olduğu kimi dünya ölkələrinə çatdırmaq məqsədilə Azərbaycana BƏƏ müxbirləri tez-tez gəlmişlər. BƏƏ-nin Qırmızı Aypara Cəmiyyəti Azərbaycanda erməni faşistlərinin törətdikləri cinayətlərdən əziyyət çəkən uşaqlara, qaçqınlara və döyüş meydanlarında yaralanan əsgərlərə ərzaq, geyim və zəruri dava-dərmanlar göndərmişlər. BƏƏ-də Azərbaycan Respublikasına humanitar yardımın uzunmüddətli proqramı hazırlanmışdır.[10]
İqtisadi əlaqələr
redaktəBƏƏ ilə Azərbaycan Respublikası arasında əlaqələrin mühüm formalarından biri də xarici ticarətdir. Azərbaycan Respublikasının Asiya ölkələri ilə ticarət əlaqələrində idxalatın 6-7, ixracatın isə 3-4 faizi BƏƏ-nin payına düşür (2005). Azərbaycana BƏƏ-dən kimya və neft-kimya, maşınqayırma məhsulları, elektrotexnika avadanlığı, yüngül və yeyinti sənaye məhsulları gətirilir. Azərbaycandan BƏƏ-nə isə kimya və neft-kimya sənaye məhsulları, yeyinti sənayesi və metallurgiya məhsulları ixrac edilir.[10]
Əmtəə dövriyyəsi (min doll.)
redaktəİl | İxrac | İdxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[11] | 10 706,27 | 29 507,51 | 40 213,78 |
2021[12] | 14 042,29 | 36 381,59 | 50 423,88 |
2022[13] | 71 684,51 | 31 307,09 | 102 991,6 |
Rəsmi sənədlər
redaktəAzərbaycan Respublikası hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında 23 sənəd imzalanmışdır.[3]
İdman sahəsində əməkdaşlıq
redaktəFutbol qarşılaşmaları
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib". 2023-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-24.
- ↑ "E.T.Bağırovun Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-26.
- ↑ 1 2 3 Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri münasibətləri Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. mfa.gov.az, 18.09.2014 (az.)
- ↑ Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az (az.)
- ↑ Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyinin təsis edilməsi haqqında Arxivləşdirilib 2020-06-05 at the Wayback Machine Azərbaycan Respublikasının 11 aprel 1997-ci il tarixli, 261-IQ nömrəli Qanunu. e-qanun.az (az.)
- ↑ Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təsis edilməsi haqqında Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli, 2091 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2019-07-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ 1 2 "Passport and visa requirements" Arxivləşdirilib 2017-03-11 at the Wayback Machine. olympicair.com
- ↑ 1 2 3 4 5 Soltanova H.B., Məmmədov C.A.«Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası»[ölü keçid] (dərslik). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, səh. 55 (az.)
- ↑ "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-15.
- ↑ "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-15.
- ↑ AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-18.
Xarici keçidlər
redaktə Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |