Azerbaycan Behreyn Munasibetleri - Wikipedia
Azərbaycan–Bəhreyn münasibətləri — Azərbaycan Respublikası ilə Bəhreyn Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Bəhreyn münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Diplomatik əlaqələr
redaktəİki ölkə arasında diplomatik münasibətlər 1996-cı ilin noyabrın 6-da qurulmuşdur[1].
Azərbaycan ilə Bəhreyn arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur.[2]
Fövqəladə və səlahiyyətli səfirlər
redaktəHələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Bəhreyn Dövlətində fövqəladə və səlahiyyətli səfiri var.
Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elman Həmid oğlu Araslı iqamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.[3] O, 28 mart 2006-cı il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.[4]
26 iyul 2006-cı il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tofiq Əlövsət oğlu Abdullayev igamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.[5] O, 5 sentyabr 2012-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.[6]
27 fevral 2013-cü il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rasim Şəmsəddin oğlu Rzayev igamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.[7]
Parlamentlərarası əlaqələr
redaktəAzərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[8]. 4 mart 2016-cı il tarixindən Nizami Cəfərov işçi qrupunun rəhbəridir[8].
Rəsmi sənədlər
redaktəAzərbaycan Respublikası hökuməti ilə Bəhreyn Krallığı hökuməti arasında 3 sənəd imzalanmışdır.[2] Həmin sənədlərdən ikisi bunlardır:
- 2006-cı il yanvarın 4-də Manama şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu"[9];
- 2008-ci il martın 10-da Manama şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Bəhreyn Krallığı Hökuməti arasında hərbi əməkdaşlıq haqqında Anlaşma Memorandumu"[10];
İdman sahəsində əməkdaşlıq
redaktəFutbol qarşılaşmaları
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az (az.)
- ↑ 1 2 Azərbaycan - Bəhreyn münasibətləri Arxivləşdirilib 2014-08-01 at the Wayback Machine. mfa.gov.az, 17.01.2014 (az.)
- ↑ Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri E. H. Araslının iqamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli, 787 nömrəli Fərmanı. e-qanun.az (az.)
- ↑ E.H.Araslının Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, Bəhreyn Dövlətində, Qətər Dövlətində və Oman Sultanlığında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən geri çağırılması haqqında Arxivləşdirilib 2017-08-24 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 28 mart 2006-cı il tarixli, 1374 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri T.Ə.Abdullayevin iqamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2006-cı il tarixli, 1579 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ T.Ə.Abdullayevin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 2417 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri R.Ş.Rzayevin iqamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2013-cü il tarixli, 2745 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ 2006-cı il yanvarın 4-də Manama şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli, 1478 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ 2008-ci il martın 10-da Manama şəhərində imzalanmış «Azərbaycan Respublikası Hökuməti və Bəhreyn Krallığı Hökuməti arasında hərbi əməkdaşlıq haqqında Anlaşma Memorandumu»nun təsdiq edilməsi barədə Arxivləşdirilib 2020-02-02 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2008-ci il tarixli, 3 nömrəli Sərəncamı. e-qanun.az (az.)
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |