Azerbaycan Ermenistan Serhed Toqqusmasi May 2023 - Wikipedia
2023-cü ilin may ayında Azərbaycan–Ermənistan sərhədində toqquşma — Azərbaycan və Ermənistan silahlı birləşmələri arasında 10 may 2023-cü ildə, axşam saatlarında Azərbaycan–Ermənistan şərti sərhədində – Ermənistan tərəfdən Vardenis rayonu, Azərbaycan tərəfdən isə Kəlbəcər rayonu istiqamətində başlanan və beş gün davam edən silahlı toqquşma.[1] Silahlı toqquşmaların başlamasında tərəflər bir-birlərini ittiham eləmişdir.[1] Qarşıdurma zamanı Azərbaycan və Ermənistan silahlı qüvvələrinin ümumi olaraq 3 hərbçisi öldürülmüş, 8 hərbçisi isə yaralanmışdır.[1] 14 mayda gərginliyin səviyyəsinin aşağı düşməsi isə bölgədə silahlar susmuşdur.[1] Bu cari il ərzində tərəflər arasında baş verən üçüncü silahlı toqquşma idi.
Azərbaycan–Ermənistan sərhəd toqquşması | |||
---|---|---|---|
Qarabağ münaqişəsi | |||
| |||
Tarix | 10–14 may 2023 | ||
Yeri |
Kəlbəcər rayonu, Azərbaycan Vardenis rayonu, Ermənistan |
||
Səbəbi | tərəflər bir-birlərini ittiham eləmişdir | ||
Nəticəsi | mövqelərdə yerdəyişmələr olmamışdır | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Silahlı toqquşmalar 14 mayda Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüşün fonunda baş vermişdir.[1]
Zəmin
redaktə1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur.[2][3] Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir.[3] İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür.[3]
1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2020-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir.[3]
2020-ci ilin sentyabr–noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin başladığı hərbi əməliyyatlar nəticəsində 26 ildən çox dondurulmuş olan münaqişə yenidən alovlanmışdır.[3] 44 gün ərzində Azərbaycan Ordusu yeddi bölgəni – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Laçın rayonlarını, həmçinin Şuşa şəhərini tamamilə, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsini, Xocalı və Tərtər rayonlarının isə bir hissəsini işğaldan azad eləmişdir.[3] Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatmışdır.[4]
Bununla belə müharibədən sonra Azərbaycan–Ermənistan sərhədində böhran başlamışdır. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olunmuşdur. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra əl qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir və ümumi olaraq həm Azərbaycan, həm də Ermənistan tərəfdən 300-dən çox insanın ölümünə səbəb olmuşdur. 2023-cü ildə isə tərəflər əvvəlcə martda Şuşa istiqamətində, sonra isə apreldə sərhəd istiqamətində toqquşmuşdur.
Döyüşlərdən əvvəl
redaktə2023-cü il aprelin 23-də Azərbaycanın Dövlət Sərhəd Xidməti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın–Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına cavab olaraq aprelin 23-ü saat 12:00-da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında "Laçın" Nəzarət-Buraxılış Məntəqəsinin qurulduğunu bildirmişdir.[5]
6 mayda Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti Əsgəran rayonu istiqamətində atəşkəs rejiminin bir dəfə pozulduğunu bildirmişdir.[6] Məlumatda ölən və ya yaralananların olmadığı, sülhməramlıların Azərbaycan və Ermənistan tərəfləri ilə birgə hadisə ilə araşdırma aparıldığı qeyd edilmişdir.[6] 8 mayda Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin saat 09:15-də Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorun atəşə tutulması barədə məlumat vermişdir.[7]
Döyüşlər
redaktəAzərbaycanın Müdafiə Nazirliyinin məlumatına əsasən 10 may 2023-cü ildə, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törətmişdir.[8] Məlumata əsasən qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanmışdır, yaralı hərbi qulluqçuya dərhal hərbi tibb müəssisəsinə çatdırılmışdır.[8] Azərbaycanın Müdafiə Nazirliyi bundan əvvəl Ermənistan tərəfini təxribatlara son qoymağa və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq eləmişdir.[8] Ermənistan Müdafiə Nazirliyi isə bu xəbəri dezinformasiya adlandırmışdır.[9]
Mayın 11-i səhər saatlarından etibarən isə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin vəziyyəti daha da gərginləşdirdiyini və Vardenis rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutduğunu bildirmişdir.[10] Səhərin növbəti saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin hücumlarının daha da genişləndirilməsi məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə edildiyi bilidirmişdir.[11] Azərbaycan tərəfi ordunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görüldüyünü bildirmişdir.[11] Ermənistan tərəfi isə həmin gün qarşı tərəfin tibb maşınını atəşə tutması barədə məlumat vermişdir.[12] Azərbaycanın Müdafiə Nazirliyi isə bu məlumatı dezinformasiya adlandırmışdır.[12] Döyüşlər davam edən saatlarda Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Vardenis rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş vasitələri cəmləşdirdiyini, bununla qarşı tərəfin növbəti təxribata zəmin yaratmağa cəhd göstərdiyini və bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyətin məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirmişdir.[13] Ermənistan Müdafiə Nazirliyi isə mayın 11-də səhər saatlarında məlumat yayaraq Azərbaycan silahlı qüvvələrinin bölmələrinin Vardenis rayonunun Zod istiqamətində minaatan və artilleriyanın tətbiqi ilə təxribat törətdiyini, ordu bölmələri tərəfindən isə cavab tədbirləri görüldüyünü bildirmişdir. Döyüşün birinci saatlarında Ermənistan tərəfinin dörd hərbi qulluqçusu yaralanmışdır.[14][15] Onlarının 2-sinin vəziyyəti qənaətbəxş, 2-sinin isə orta-ağır olaraq qiymətləndirilmişdir.[15] Həmçinin Ermənistan tərəfi lavə canlı qüvvə və döyüş vasitələri cəmləşdirilməsi barədə məlumatı da dezinformasiya adlandırmışdır.[16]
Səhər saatlarında Azərbaycanın nüfuzlu KİV-lərində Ermənistan tərəfinin guya İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadəsi ilə bağlı məlumatlar tirajlanmışdır.[17] Xəbərlər Azərbaycanın Müdafiə Nazirliyinə yaxınlığı ilə bilinən Caliber telegram səhifəsinə istinadən verilmişdir.[17] Ermənistan Müdafiə Nazirliyi məlumatında həmin xəbəri dezinformasiya adlandırmışdır.[18] Həmin gün silahlı toqquşmaların baş verdiyi bölgədə birinci tələfat yaşanmışdır.[19] Azərbaycan Ordusunun 1998-ci il Ağstafa rayonu Vurğun qəsəbə təvəllüdlü, N saylı hərbi hissəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu həyatını itirmişdir.[19][20] Bundan sonra saat 13:00–14:00 aralığında bölgədə silahlar qısa müddətli susmuşdur.[21]
Azərbaycanın Müdafiə Nazirliyi 11 mayda, saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhədin bu istiqamətdə yerləşən mövqelərini D-30 toplarından atəşə tutduğunu bildirmişdir.[22] Elə həmin dəqiqələrdə Ermənistan Müdafiə Nazirliyi də bəyanat yayaraq Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən Ermənistanın yaşayış məntəqələrinin atəşə tutulduğunu bildirmişdir.[23] Ardınca Ermənistan tərəfi saat 18:00 radələrində qarşı tərəfin Vardenis rayonunun Noraba qəsəbəsini artilleriyalardan[24], saat 19:00 radələrində isə Vardenis rayonunun Verin Şorca qəsəbəsini minaatanlardan hücuma tutduğunu bildirmişdir.[25] Saat 20:00-dan etibarən isə bölgədə silahsız qısa müddətli susmuşdur.[26][27] Gecə və səhər ərzində atəşkəs rejiminin pozulması qeydə alınmamışdır.[28]
Bölgədə gərginliyin olduğu günlərdə Azərbaycanın müdafiə naziri Z. Həsənov "Anadolu Qartalı - 2023" beynəlxalq təlimi üçün Konya şəhərinə səfər eləmişdir.[29] Hərbi əməliyyatlara cavabdeh olan şəxslər müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi Kərim Vəliyev və döyüşlərin baş verdiyi ərazinin müdafiəsinə cavabdeh olan 5-ci Ordu Korpusunun Komandiri[30] general-mayor Kənan Seyidov idi.
Ertəsi gün Azərbaycanın Müdafiə Nazirliyi məlumatında mayın 11-dən 12-nə ötən gecə Azərbaycan–Ermənistan şərti sərhədinin Vardenis rayonunun Zod yaşayış məntəqəsi istiqamətində nisbi səssizliyin olduğunu bildirmişdir.[31] Məlumatda həmçinin ötən gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər istiqamətlərdə yerləşən mövqelərin ümumi olaraq 17 dəfə atəşə tutulduğu bildirmişdir.[31] Detallı olaraq Ermənistan silahlı qüvvələrinin Berd rayonunun Güləli, Vardenis rayonunun Noraba və Sisian rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən ordunun Tovuz rayonunun Qoşa, Kəlbəcər rayonunun Yellicə və Laçın rayonunun Minkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə 8 dəfə, həmçinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindən qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordunun Tərtər, Xocalı, Şuşa və Laçın rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə 9 dəfə atəşə tutulmuşdur.[31] Gecə ərzində Azərbaycan tərəfdən ölən və ya yaralananlar olmamışdır.[31] Ermənistan Müdafiə Nazirliyi isə bu məlumatları dezinformasiya adlandırmışdır.[32]
12 mayda, günorta saatlarında etibarən bölgədə gərginliyin səviyyəsi yenidən artmışdır.[33] Azərbaycanın Müdafiə Nazirliyi saat 11:30 radələrində Ermənistan silahlı qüvvələrinin Vardenis rayonunun Zod istiqamətində yerləşən bölmələri tərəfindən ordunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-larının tətbiq edildiyini, 17:15 radələrində qarşı tərəfin Vardenis rayonunun Zod istiqamətində yerləşən bölmələrindən ordunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutulduğunu, saat 18:00 radələrində isə qarşı tərəfin Vardenis rayonunun Zod istiqamətində yerləşən bölmələrindən ordunun üzbəüz mövqelərinin D-30 topları və minaatanlardan atəşə tutulduğunu bildirmişdir.[33][34][35] Ermənistanın Müdafiə Nazirliyi isə 12 mayda, saat 10:00 radələrində qarşı tərəfin pilotsuz uçuş aparatlarından (PUA) istifadə elədiyini, nəticədə birinin vəziyyəti ağır olmaqla 2 hərbi qullçuqunun yaralandığını bildirmişdir.[36] Axşama doğru isə gərginliyin səviyyəsi daha da artmışdır.[37] Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayaraq Ermənistan silahlı qüvvələrinin Vardenis rayonunda yerləşən bölmələri tərəfindən ordunun Kəlbəcər rayonu ərazisində yerıəşən bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edildiyini və ordu bölmələri tərəfindən hava hədəflərinin vaxtında müəyyən edildiyini və radioeletron mübarizə vasitələrinin tətbiqi nəticəsində onların zərərsizləşdirildiyini bildirmişdir.[37] Həmçinin PUA-nın qalıqlarının təsvir olunduğu foto materiallarda ictimaiyyətə təqdim edilmişdir.[37] Ermənistanın Müdafiə Nazirliyi də məlumat yayaraq saat 19:40-20:40 aralığında qarşı tərəfin bir saat ərzində minaatanların tətbiqi ilə Vardenis rayonunun Zod və Kut istiqamətində bölmələrin mövqelərini atəşə tutduğunu bildirmişdir.[38][39][40] Növbəti məlumatlarda Ermənistan tərəfi saat 21:00 radələrində bölgədə gərginliyin nisbətən səngidiyini bildirmişdir.[41] Ermənistanın Müdafiə Nazirliyi həm də bir saatdan çox davam edən atışmalar zamanı Ermənistan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun həyatını itirdiyini, birinin isə yaralandığını bildirmişdir.[42] Silahlı toqquşmalar zamanı həyatını itirən Ermənistan silahlı qüvvələrinin 2003-cü il Gərni qəsəbə təvəllüdlü, N saylı hərbi hissəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nare Baqdasaryan idi.[43] Saat 23:00 radələrində Ermənistan silahlı qüvvələrinin daha bir hərbi qulluqçusu yaralanmışdır.[44] Axşam gedən döyüşlər zamanı isə Azərbaycan Ordusunun bir hərbi qulluqçusu – 2001-ci il Qəbələ şəhər təvəllüdlü, N saylı hərbi hissədə xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Qarayev Məhəmməd Mahir oğlu həyatını itirmişdir.[45][46]
13 mayda gecə saatlarından günün sonuna qədər bölgədə silahlı susmuşdur.[47][48] Gün ərzində nə Azərbaycanın, nə də Ermənistanın müdafiə nazirliyi rəsmi məlumatlarla çıxış eləməmişdir. Bununla belə bir gün sonra, 14 mayda Azərbaycan tərəfi saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yeni Kənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini 60 mm-li minaatanlardan atəşə tutulduğunu bildirmişdir.[49] Ermənistan tərəfi həmin məlumatı dezinformasiya adlandırmışdır.[50] Növbəti günlərdə bölgədə silahların susması ilə beş gün davam edən silahlı toqquşma və gərgin vəziyyət tədricən səngimişdir.
15 mayda müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə baş tutmuşdur.[51] Müşavirəyə nazir müavinləri, Qoşun Komandanları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin Ordu Korpusunun Komandaları qatılmışdır.[51] Mövcud əməliyyat şəraiti təhlil ediləndən sonra müdafiə naziri Kəlbəcər istiqamətində baş vermiş son döyüş toqquşmaları zamanı qarşı tərəfə layiqli cavab verildiyini, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların genişlənməsinin qarşısının alındığını və ona xeyli zərər vurulduğunu qeyd eləmişdir.[51] Müdafiə naziri silahlı insidentlərə qarşı bundan sonra da sərt cavab tədbirlərinin görülməsi barədə aidiyyəti vəzifəli şəxslərə göstəriş vermişdir.[51]
Brüssel danışıqları
redaktəHələ silahlı toqquşmadan əvvəl, 8 mayda Birləşmiş Krallığın "Financial Times" nəşri 14 mayda Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün baş tutacağını bildirmişdir.[52] "Financial Times" nəşri adı açıqlanmayan üç rəsmiyə istinadən bu məlumat yaymışdır.[52] Sözügedən rəsmilərdən biri nəşrə açıqlamasında Brüsseldə baş tutacaq görüşün dövlətlər arasında önəmli proqresin əlaməti olduğunu demişdir.[52] Gərginliyin olduğu günlərdə, 11 mayda Ermənistanın Baş naziri Nikol Paşinyan iclasda çıxış edən zaman 14 mayda Brüsseldə İlham Əliyevlə görüşdən imtina etməyəcəyini bildirmişdir.[1]
Azərbaycan və Ermənistan arasında gərginliyin fonunda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsselə gəlmişdir.[53] 14 mayda İlham Əliyev əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşmüşdür.[54] Görüş zamanı son aylar ərzində Azərbaycan–Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan–Ermənistan sərhədində vəziyyət, habelə üçtərəfli görüşün gündəliyi barədə söhbətlər olunmuşdur.[54] Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutmuşdur.[53] Görüşün təfərrüatları barədə rəsmi olaraq ictimaiyyətə açıqlama verilməmişdir.[53]
Reaksiyalar
redaktəAzərbaycan tərəfi
redaktə11 mayda Azərbaycanın İnsan hüquqları üzrə ombudsmanı Səbinə Əliyeva bölgədə baş verən hadisələrlə bağlı müraciət yaymışdır.[55] Səbinə Əliyevanın müraciətində "Azərbaycanın sülh çağırışlarına məhəl qoymayan Ermənistanın insan hüquqlarının pozulmasına yönəlmiş hərbi təxribatlara hələ də davam eləməsinin təssüf edici hal" olduğu, "regionda sülh quruculuğu prosesində maraqlı olmayan, öz işğalçı siyasətini davam etdirən, insan hüquqlarını pozan Ermənistanın hal-hazırda da davam edən hərbi təxribatını pislədiyi" qeyd edilmişdir.[55]
11 mayda Xarici İşlər Nazirliyi Ermənistan tərəfindən növbəti hərbi təxribatlar barədə mətbuata məlumat vermişdir.[56] Bəyanatda "Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərdiyi, Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalı" olduğu qeyd edilmişdir.[56]
Azərbaycan Milli Məclisinin deputatları isə gərginliyi olduğu günlərdə və sonrasında KİV-lərdə Ermənistanı günahlandırmışdır. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədr müavini Sevinc Fətəliyeva Ermənistanı "müxtəlif bəhanələrlə sülhə hazırlıq prosesi uzatmaq"da,[57] İnsan hüquqları Komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov "açıq təxribat"da,[58] deputat Azər Badamov "sülh danışıqlarına hazır olmamaq"da ittiham etmişdir.[59] Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü, deputat Nəsib Məhəməliyev "təxribat gözlənilən olduğunu, sülh sazişinin imzalanacağına inanmadığını" bildirmişdir.[60]
13 mayda Azərbaycanın Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanda qeydə alınmış xarici hərbi attaşelər və beynəlxalq qurumlar nümayəndələri üçün brifinq baş tutmuşdur.[61] Brifinqdə çıxış edən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov 10 maydan başlayaraq Ermənistan silahlı qüvvələri bölmələrinin Vardenis rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törətməsi barədə xarici dövlətlərin hərbi nümayəndələrinə ətraflı məlumat verilmişdir.[61] Daha sonra xarici nümayəndələrə Ermənistan silahlı qüvvələrinin təxribatlarını göstərən videogörüntülər təqdim olunmuşdur və onlara məhv edilən PUA-ların qalıqları əyani nümayiş etdirilmişdir.[61]
Müxalifət liderləri silahlı toqquşma barədə birmənalı mövqe nümayiş eləmədilər. Keçmiş dövlət müşaviri, hazırda Müsavat Partiyasının sədri Arif Hacılı sosial media hesablarında gərginliyin olduğu günlərdə mövqe bilməmişdir. Keçmiş Dövlət Katibi, hazırda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli döyüşlərdə həyatını itirən hərbçiləri "müharibə vəziyyəti bitməsin, Cənubi Qafqaz Rusiyanın nəzarətində qalsın" siyasətinin "yeni qurbanları" adlandırmışdır.
Ermənistan tərəfi
redaktəGərginliyin birinci saatlarında Ermənistanın Xarici İşlər Nazirliyi bəyanat vermişdir.[62] Bəyanatda "beynəlxalq hüququn fundamental prinsiplərindən birinin - güc tətbiq edilməməsi və ya onun tətbiqi ilə hədələmənin mütəmadi olaraq pozulmasının Azərbaycan tərəfinin əldə olunmuş razılaşmalara, o cümlədən Soçidə əldə edilmiş üçtərəfli bəyanata hörmətsizliyinin sübutu" olduğu qeyd edilmişdir.[62] Həmçinin Xarici İşlər Nazirliyi Azərbaycanın hərbi-siyasi rəhbərliyini gücdən istifadə eləməyə, danışıqlar prosesini pozmaq və bununla da Ermənistana təzyiq edilməsi kimi əsassız və biabırçı cəhdləri dayandırmağa çağırmışdır.[62]
Silahlı toqquşmaları şərh edən hüquq müdafiəçisi, xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan Azərbaycan tərəfinin Ermənistanla sərhəddə törətdiyi təxribatın Azərbaycanın Ermənistan tərəfinə güc və hədə-qorxu ilə təzyiq göstərmə siyasətinin bir parçası olduğunu, Ermənistan mövqelərinin, həmçinin yaralı əsgərin təxliyyəsi zamanı təcili tibbi yardım maşınının atəşə tutulmasının qəbuledilməz olduğunu bildirmişdir.[63]
Elə həmin gün səhər saatlarında Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında çıxış edən zaman bölgədə baş verən gərginliyi şərh eləmişdir.[64] Paşinyan səhər saat 06:00 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın suveren ərazisinə hücum edildiyini, Zod qəsəbəsi yaxınlığında yerləşən döyüş mövqeləri istiqamətində intensiv artilleriya atəşinin açılıdığını, cavab tədbirlərindən sonra artilleriya atəşinin intensivliyi bir qədər azaldığını, bizim tərəfdən dörd yaralınının olduğunu bildirmişdir.[64] Paşinyan həmçinin, Azərbaycanın addımlarını təxribat adlandırmışdır və əsas məqsədin 1–4 may tarixlərində Vaşinqtonda baş tutan danışıqlarda əldə edilmiş irəliləyişi gözdən salınması olduğu bildirmişdir.[64]
11 mayda Ermənistan İnsan hüquqları üzrə ombudsmanı Anait Manasyan bəyanatla çıxış eləmişdir.[65] Bəyanatda xüsusi olaraq tibbi maşının vurulması qeyd edilmişdir — "təcili yardım maşınının yaralı əsgərlə birgə azərbaycanlılar tərəfindən atəşə tutulması ilə bağlı məlumatların yayılması, xüsusən də təcili yardım maşınının dəqiq nişanlandığı ciddi narahatlıq doğurur və təcili yardım maşınının hədəfə alınması beynəlxalq humanitar hüquqla qadağandır".[65] Ombudsman ofisi tibb müəssisəsinin rəhbərliyi və tibb işçiləri ilə daim əlaqə saxladığını və hərbçilərinin səhhəti ilə bağlı məsələlərin daim diqqətdə olduğunu da bildirmişdir.[65]
11 mayda Ermənistanın ATƏT missiyasının təşəbbüsü ilə ATƏT Daimi Şurasının iclasının gündəliyinə "Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı növbəti təxribatı" adlı məsələ daxil edilmişdir.[66] Səfir Armen Papiyan çıxışı zamanı Azərbaycanın güc tətbiq etməsinin beynəlxalq tərəfdaşların Cənubi Qafqazda sabitliyin yaradılması səylərini tamamilə pozmağa yönəldiyini və münasibətlərin normallaşdırılması üçün Vaşinqtonda baş tutan görüşün nəticələrini ləğv etməyə yönəldiyini qeyd eləmişdir.[66]
11 mayda Ermənistanın İstintaq Komitəsi Azərbaycan silahlı qüvvələrinin hərbi əməlləri ilə bağlı cinayət işi açmışdır.[67] İstintaq Komitəsi məlumatında 11 mayda səhər saat 06:00 radələrindən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin atəşkəs rejimini pozaraq rayonun şərq istiqamətində yerləşən N saylı hərbi hissəsinin döyüş mövqelərini atəşə tutduğu bildirilmişdir.[67] Nəticədə 4 hərbçi yaralanmışdır və qarnizon hospitalına yerləşdirilmişdir.[67] Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin Beşinci Qarnizon İstintaq İdarəsi tərəfindən baş vermiş hadisə ilə əlaqədar olaraq Ermənistan Cinayət Məcəlləsinin 1, 7, 8 və 15-ci maddələrinə əsasən (irqi, milli və ya sosial mənşəyinə görə adam öldürməyə cəhd) cinayət işi açılmışdır.[67]
Beynəlxalq reaksiyalar
redaktəABŞ Dövlət Departamentinin sözcüsü mayın 12-də brifinq zamanı baş verən hadisələrə toxunmuş, Azərbaycan və Ermənistan liderlərini mayın 14-də Brüsseldə görüş zamanı məsələni danışıqlar yolu ilə həll eləməyə çağırmışdır.[68]
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaharova isə mayın 17-də brifinq zamanı baş verən toqquşmanın təəsüfedici hal olduğunu bildirmiş, Azərbaycan və Ermənistan tərəfini səbrli olmağa və təxribatlardan uzaq durmağa çağırmışdır.[69]
Siyasi şərhçilərin rəyi
redaktəBeynəlxalq münasibətlər üzrə erməni şərhçi Sossi Tatiyan son günlər baş verən hadisələrin əsas məqsədinin Azərbaycan tərəfinin Ermənistanın bütün digər təbii sərvətləri, o cümlədən Zod qızıl mədənini və su ehtiyatlarını ələ alaraq, Ermənistana iqtisadi olaraq zərbə vurmaq, həmçinin delimitasiya prosesindən əvvəl Ermənistanın suveren ərazilərindən daha çox ərazi tutmaq və delimitasiyadan sonra da bu əraziləri özündə saxlamaq olduğunu bildirmişdir.[70]
Azərbaycanlı siyasi təhlilçi Fuad Şahbazov isə sərhəddə baş verən hadisələri Rusiyanın növbəti müdaxiləsi olduğunu qeyd eləmişdir.[1] "BBC Azərbaycanca"ya müsahibəsində Fərid Şahbazov tərəflərin Vaşinqton görüşünün müsbət qiymətləndirməsi və görüşün Brüsseldə davam edəcəyi xəbərlərinin Azərbaycan-Ermənistan arasında sülhün olmasa da, müəyyən məsələlər üzrə razılaşmaları ehtiva edən bir sənədin imzalanacağına ümidləri artırdığını, amma Ermənistan Baş nazir Paşinyanın Rusiyaya gedib qayıtdıqdan dərhal sonra bu hadisələr baş verməsinin Rusiyanın növbəti müdaxiləsi olduğunu bildirmişdir.[1] Onun sözlərinə görə Rusiya Azərbaycan və Ermənistan arasında Qərbin vasitəçiliyi ilə hər hansı bir sənəd imzalanmasını istəmir.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 BBC Azərbaycanca. "Azərbaycan–Ermənistan sərhədində gərgin vəziyyətdən sonra "atəşin intensivliyinin azalması" bildirilib". www.bbc.com (az.). 2022-08-04. 2023-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Prezident Kitabxanası. "Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası // Xronoligiya – 20 YANVARA APARAN YOL" (PDF). www.files.preslib.az (az.). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 4 5 6 Prezident Kitabxanası. "Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası // Xronoligiya – Ermənistan-Azərbaycan münaqişəsi" (PDF). www.files.preslib.az (az.). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 02.08.2022.
- ↑ President.az (Azərbaycan Prezidentinin rəsmi saytı). "İlham Əliyev xalqa müraciət edib". www.president.az (az.). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Dövlət Sərhəd Xidməti. "Dövlət Sərhəd Xidmətinin Məlumatı". www.dsx.gov.az (az.). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 Министерство обороны Российской Федерации/ Российский миротворческий контингент в Нагорном Карабахе. "Информационный бюллетень Министерства обороны Российской Федерации о деятельности российского миротворческого контингента в зоне нагорно-карабахского конфликта (на 6 мая 2023 г.)". www.mil.ru (rus). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.[ölü keçid]
- ↑ Müdafiə Nazirliyi. "Müdafiə Nazirliyinin Məlumatı". www.mod.gov.az (az.). 2022-08-04. 2023-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 Müdafiə Nazirliyi. "Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz ağır yaralanıb". www.mod.gov.az (az.). 2022-08-04. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Новостной Канал Первого. "ВС Азербайджана открыли огонь из артиллерии и минометов по армянским позициям, расположенным в направлении Сотк". www.1lurer.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Müdafiə Nazirliyi. "Ermənistan vəziyyəti daha da gərginləşdirir". www.mod.gov.az (az.). 2022-08-04. 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 Müdafiə Nazirliyi. "Ermənistan tərəfi təxribatlarının miqyasını genişləndirməyə cəhd edir". www.mod.gov.az (az.). 2022-08-04. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 Müdafiə Nazirliyi. "Ermənistan tərəfi dezinformasiya yayıb". www.mod.gov.az (az.). 2022-08-04. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Müdafiə Nazirliyi. "Ermənistan tərəfi növbəti təxribata zəmin yaradır". www.mod.gov.az (az.). 2022-08-04. 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Новостной Канал Первого. "По состоянию на 09:20 с армянской стороны 3 раненых. Мы призываем следить только за официальными новостями: МО РА". www.1lurer.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 Alpha News. "Состояние 2 раненых военнослужащих оценивается как удовлетворительное, 2 — средней тяжести". www.alphanews.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Panorama.am xəbər saytı. "Минобороны Армении: К 10:45 обстановка на передовой относительно стабильная". www.panorama.am (rus). 2022-08-04. 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 Oxu.az xəbər saytı. "Sərhəddə şiddətli atışma: Ermənistan İran dronlarından istifadə edir - VİDEO". www.oxu.az (az.). 2022-08-04. 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Новостной Канал Первого. "Армянская сторона не использует иранские беспилотники: МО Армении". www.1lurer.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 Müdafiə Nazirliyi. "Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub". www.mod.gov.az (az.). 2022-08-04. 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azəri Press Agentliyi. "Orxan Novruzəlizadə uğrunda şəhid olduğu torpağa tapşırıldı". www.apa.az (az.). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Новостной Канал Первого. "По состоянию на 14:00 ситуация на передовой относительно стабильна". www.1lurer.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Müdafiə Nazirliyi. "Azərbaycan Ordusunun mövqeləri artilleriya atəşinə məruz qalır". www.mod.gov.az (az.). 2022-08-04. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Новостной Канал Первого. "Около 17:10 подразделения ВС Азербайджана, применяя минометы, нарушили режим прекращения огня в направлении Сотка". www.1lurer.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Новостной Канал Первого. "Подразделения ВС Азербайджана с применением артиллерийских средств нарушили режим прекращения огня в направлении Норабака". www.1lurer.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Новостной Канал Первого. "Около 19:50 подразделения ВС Азербайджана нарушили режим прекращения огня в направлении Верин Шоржа с применением миномета: МО РА". www.1lurer.am (rus). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Info Port xəbər saytı. "В период с 20:10 до 22:00 существенных нарушений режима прекращения огня не зафиксировано: МО РА". www.infoport.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Новостной Канал Первого. "По состоянию на 23:00 существенных нарушений режима прекращения огня не зафиксировано: МО РА". www.1lurer.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Новостной Канал Первого. "В течение ночи существенных нарушений режима прекращения огня зафиксировано не было: МО РА". www.1lurer.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Müdafiə Nazirliyi. "Müdafiə naziri Konyaya səfər edib". www.mod.gov.az (az.). 2022-08-04. 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularının ali zabit heyəti vəzifələrinə təyin edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 23 iyul 2021-ci il tarixli 2814 nömrəli Sərəncamı". www.e-qanun.az (az.). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 4 Müdafiə Nazirliyi. "Müdafiə Nazirliyinin məlumatı". www.mod.gov.az (az.). 2022-08-04. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Новости Армения. "Минобороны Арцаха опровергло дезинформацию Азербайджана". www.newsarmenia.am (rus). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 Müdafiə Nazirliyi. "Ermənistan silahlı qüvvələri zərbə PUA-ları tətbiq edir". www.mod.gov.az (az.). 2022-08-04. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Müdafiə Nazirliyi. "Ordumuzun mövqeləri minaatanlardan atəşə tutulub". www.mod.gov.az (az.). 2022-08-04. 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Müdafiə Nazirliyi. "Ermənistan silahlı qüvvələri artilleriya qurğularından mövqelərimizi atəşə tutub". www.mod.gov.az (az.). 2022-08-04. 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Новостной Канал Первого. "ВС Азербайджана нарушили режим прекращения огня в направлении Сотка, 2 военнослужащих ВС РА получили ранения: МО РА". www.1lurer.am (rus). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 Müdafiə Nazirliyi. "Müdafiə Nazirliyinin məlumatı". www.mod.gov.az (az.). 2022-08-04. 2023-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Новостной Канал Первого. "ВС Азербайджана продолжают обстрел армянских позиций, расположенных в районе Кута, также применяют минометы в направлении Сотка: МО Армении". www.1lurer.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Новостной Канал Первого. "По состоянию на 20:00 подразделения ВС Азербайджана продолжают обстрел армянских позиций, расположенных в районах Кута и Сотка: МО РА". www.1lurer.am (rus). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Radar Armenia. "По состоянию на 20:00 ВС Азербайджана продолжают вести огонь в направлении Кута и Сотка". www.radar.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azadlı Radiosunun Ermənistan Bürosu. "МО РА: Интенсивность огня подразделений ВС Азербайджана в направлении Сотка и Кута существенно снизилась". www.azatutyun.am (rus). 2022-08-04. 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ ArmenPress xəbər saytı. "В результате огня со стороны противника с армянской стороны есть 1 погибший и 1 раненый: МО Армении". www.armenpress.am (rus). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Спутник Армения. "Погибший при защите родины 12 мая Нарек Багдасарян был единственным сыном в семье". www.ru.armeniasputnik.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Новостной Канал Первого. "По состоянию на 23:10 потери армянской стороны - 1 погибший и 2 раненых: Минобороны Армении". www.1lurer.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Müdafiə Nazirliyi. "Hərbi qulluqçumuz şəhid olub". www.mod.gov.az (az.). 2022-08-04. 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azəri Press Agentliyi. "Şəhid olan hərbi qulluqçumuz Qəbələdə son mənzilə yola salınıb - FOTO". www.apa.az (az.). 2022-08-04. 2023-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Новостной Канал Первого. "По состоянию на 00:30 ситуация на передовой относительно стабильна: МО РА". www.1lurer.am (rus). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Новостной Канал Первого. "Существенных нарушений режима прекращения огня в течение ночи не зафиксировано: МО РА". www.1lurer.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Müdafiə Nazirliyi. "Kəlbəcər istiqamətində mövqelərimiz minaatanlardan atəşə tutulub". www.mod.gov.az (az.). 2022-08-04. 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Новости Армении. "Минобороны Армении опровергло дезинформацию Баку об обстреле из минометов азербайджанских позиций". www.newsarmenia.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 4 Müdafiə Nazirliyi. "Müdafiə Nazirliyində xidməti müşavirə baş tutub". www.mod.gov.az (az.). 2022-08-04. 2023-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 Azəri Press Agentliyi. ""Financial Times": Mayın 14-də Brüsseldə Aİ, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş baş tutacaq". www.apa.az (az.). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 President.az (Azərbaycan Prezidentinin rəsmi saytı). "İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub". www.president.az (az.). 2022-08-04. 2023-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 President.az (Azərbaycan Prezidentinin rəsmi saytı). "İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub". www.president.az (az.). 2022-08-04. 2023-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 Azərbaycanın İnsan hüquqları üzrə ombudsmanı. "Ombudsmanın Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı müraciəti". www.ombudsman.az (az.). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 Xarici İşlər Nazirliyi. "No:254/23, Ermənistan tərəfindən növbəti hərbi təxribatlar barədə mətbuat məlumatı". www.mfa.gov.az (az.). 2022-08-04. 2023-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1news.az xəbər saytı. "Sevinc Fətəliyeva: "Ermənistan tərəfindən müxtəlif bəhanələrlə sülhə hazırlıq prosesi uzadılır"". www.1news.az (az.). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azəri Press Agentliyi. "Bəhruz Məhərrəmov: Ermənistanın mövqelərimizi intensiv atəşə tutması açıq təxribatdır". www.apa.az (az.). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azəri Press Agentliyi. "Azər Badamov: Ermənistanın təxribatlar törətməsi Azərbaycanla sülh danışıqlarına hazır olmadığını göstərir". www.apa.az (az.). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Pravda.az xəbər portalı. "Deputat: "Təxribat gözlənilən idi, sülh sazişinin imzalanacağına inanmıram"". www.pravda.az (az.). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 Müdafiə Nazirliyi. "Hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin təxribatı barədə məlumatlandırılıb - VİDEO". www.mod.gov.az (az.). 2022-08-04. 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 Новостной Канал Первого. "Призываем военно-политическое руководство Азербайджана прекратить попытки сорвать переговорный процесс с применением силы: МИД Армении". www.1lurer.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Новостной Канал Первого. "Это еще раз доказывает непрекращающуюся политику Азербайджана по оказанию давления на армянскую сторону с помощью силы: Марукян". www.1lurer.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 Azadlıq Radiosunun Ermənistan Bürosu. "Пашинян: Цель Баку – сорвать переговоры в Брюсселе и Кишиневе". www.rus.azatutyun.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 Armen Press xəbər saytı. "Азербайджанский обстрел в окрестностях сел имеет целью также запугать мирное население: заявление омбудсмена". www.armenpress.am (rus). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 ArmInfo Information Company. "МИД РА: применение Азербайджаном силы направлено на срыв предстоящих встреч в Брюсселе и в Москве". www.arminfo.info (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 4 Verelq News & Analysis. "В связи с военной провокацией ВС Азербайджана в СК возбуждено уголовное дело". www.verelq.am (rus). 2022-08-04. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ News Armenia xəbər saytı. "Պետդեպը Հայաստանին և Ադրբեջանին կոչ է անում զորքերը հայելային հետ քաշել սահմանից. Պատել". www.news.am (amhar). 2022-08-04. 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ News Armenia xəbər saytı. "Հայկական եւ ադրբեջանական կողմերին կոչ ենք անում զերծ մնալ սադրիչ գործողություններից․ Զախարովան՝ Սոթքի դեպքերի մասին". www.news.am (amhar). 2022-08-04. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Соси Татикян. "Публикация эксперта по международным отношениям и безопасности Соси Татикяна на социальном сети фейсбук 13 мая 2023, 00:42". www.facebook.com (arm). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
Keçidlər
redaktə- Vikianbarda Azərbaycan–Ermənistan sərhəd toqquşması (may, 2023) ilə əlaqəli mediafayllar var.