Azerbaycan Kuba Munasibetleri - Wikipedia
Azərbaycan–Kuba münasibətləri — Azərbaycan Respublikası ilə Kuba Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Kuba münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Kubadaki Azərbaycanin səfirliyi | |||||
Səfir | Ruslan Rzayev[1] | ||||
Azərbaycandaki Kubanin səfirliyi | |||||
Səfir | HE. Mr. Alfredo Fidel Nieves Portuondo | ||||
Ünvan | Bakı, Teymur Elçin küç., 4 Ambassador Suites, 5 mərt. | ||||
Digər | |||||
Quruluş tarixi | 27 mart 1992 | ||||
Dövriyyə | 143,29 min doll. (2021) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəKuba Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 27-də qurulmuşdur[2][3].
Kuba özünün Rusiyadakı səfirini həm də Azərbaycana səfir təyin etmişdir.[2] 2004-cü il aprelin 9-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Rusiyada və eyni zamanda, Azərbaycandakı səfiri M.Xorxeni qəbul etmişdir.[2] Qonaq etimadnaməsinin surətini təqdim etmiş, Azərbaycan-Kuba əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.[2] Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfirin etimadnaməsini qəbul etmişdir.[2]
Parlamentlərarası əlaqələr
redaktəAzərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[4]. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Ağacan Abıyev olmuşdur[5]. 4 mart 2016-cı il tarixindən də Ağacan Abıyev işçi qrupunun rəhbəridir[4].
İqtisadi əlaqələr
redaktəAzərbaycanla Kuba arasında iqtisadi əlaqələr çox zəifdir və ticarət dövriyyəsi təxminən 1 milyon ABŞ dolları təşkil edir.[2]
Əmtəə dövriyyəsi (min doll.)
redaktəİl | İxrac | İdxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2013 | 0.00 | 7.9 | 7.9 |
2014 | 0.0 | 44.1 | 44.1 |
2015 | 5.8 | 68.8 | 74.6 |
2016 | 1.1 | 69.9 | 71 |
2017 | 0.02 | 223.27 | 223.3 |
2018 | 0.01 | 167.52 | 167.53 |
2020[6] | 0,10 | 289,03 | 289,13 |
2021[7] | 19,79 | 123,50 | 143,29 |
İstinadlar
redaktə- ↑ "R.N.Rzayevin Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-06.
- ↑ 1 2 3 4 5 6 Azərbaycanın Mərkəzi və Cənubi Amerika ölkələri ilə əlaqələri Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Səs" qəzeti, 2 fevral 2013, səh.14. anl.az (az.)
- ↑ Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az (az.)
- ↑ 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2005-ci il tarixli, 21-IIIQR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-06.
- ↑ "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-06.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Azərbaycandaki Kubanin səfirliyi Rəsmi sayti (ing.)
- Cuba in Azerbaijan (ing.)
- İkitərəfli münasibətlər
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |