Azerbaycan 2014 Yeniyetmelerin Yay Olimpiya Oyunlarinda - Wikipedia
Azərbaycan — 2014-cü ildə Çinin Nancin şəhərində baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 21 idmançı ilə 9 idman növündə təmsil olundu.
Azərbaycan 2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Olimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 21 idmançı (9 idman növündə) | ||||||||
Bayraqdar | İqbal Hacızadə (açılış mərasimi) | ||||||||
Medallar Yer: 10 |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
2010 • 2014 • 2018 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
2012 • 2016 • 2020 • 2024 |
Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin II Yay Olimpiya Oyunlarını 12 medalla (5 qızıl, 6 gümüş və 1 bürünc) başa vurdu. Komandanın heyətində güləşçilər İslambəy Dadov (qızıl), Teymur Məmmədov (qızıl), İqbal Hacızadə (qızıl), Cabbar Nəcəfov (gümüş) və Leyla Qurbanova (gümüş), taekvondoçular Səid Quliyev (qızıl) və Cerən Özbək (gümüş), boksçu Rüfət Hüseynov (qızıl), cüdoçular Natiq Qurbanlı (gümüş) və Leyla Əliyeva (gümüş), akademik avarçəkən Boris Yotov (gümüş) və yüngül atlet Nazim Babayev (bürünc) medala sahib oldu.
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 5 qızıl, 6 gümüş və 1 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 10-cu pillədə, medalların sayına görə isə 14-cü pillədə qərarlaşdı.
2014-cü il Nancin Olimpiadası Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunları tarixində ən uğurlu nəticə göstərdiyi turnir olaraq tarixə düşdü. Komanda həm qızıl medalların sayına, həm də medalların sayına görə 2010 və 2018-ci illərdə baş tutan olimpiadaların nəticələrini arxada qoydu.
Medalçıların siyahısı
redaktəAzərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin II Yay Olimpiya Oyunlarını 12 medalla (5 qızıl, 6 gümüş və 1 bürünc) başa vurdu. Komandanın heyətində güləşçilər İslambəy Dadov, Teymur Məmmədov və İqbal Hacızadə, həmçinin taekvondoçu Səid Quliyev və boksçu Rüfət Hüseynov Olimpiadanın qalib oldu.
|
İdman növləri üzrə medal sıralanması
|
Nəticələri
redaktəAkademik avarçəkmə
redaktə- Q — növbəti mərhələyə adladı
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında bu idman növü üzrə turnirlərdə Azərbaycanı bir idmançı təmsil elədi: Boris Yotov.[1] Boris Yotov 2013-cü ilin aprelində Litvada baş tutan gənclər arasında Dünya Çempionatının nəticələrinə əsasən Nancin Olimpiadasına vəsiqə qazandı. Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunlarında birinci dəfə bu idman növündə təmsil olunurdu.
Boris Yotov təsnifat mərhələsində 3:25.470 dəqiqə nəticə göstərdi və mərhələni birinci pillədə başa vurdu. Bu nəticələrə əsasən Boris Yotov yarım-final mərhələsinə adladı. Bu mərhələdə Boris Yotov 3:22.850 dəqiqə nəticə göstərdi və mərhələni 2-ci pillədə başa vurdu. Avqustun 20-də baş tutan final mərhələsində isə Boris Yotov 3:30.280 dəqiqə nəticə göstərdi və Almaniya nümayəndəsi Tim Oledən cəmi 0.60 saniyə geri qaldı.[2] Bununla da Boris Yotov Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[3]
Boris Yotov | Fərdi qayıq |
Atıcılıq
redaktə- Q — növbəti mərhələyə adladı
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirlərdə Azərbaycanı bir idmançı təmsil elədi: Urfan Axundov.[1] Urfan Axundov Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən təqdim olunan dəvətə əsasən Nancin Olimpiadasında mübarizə apardı. Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunlarında birinci dəfə bu idman növündə təmsil olunurdu.
Urfan Axundov 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirinin təsnifat mərhələsində 548 xal topladı. Bu nəticələrə əsasən Urfan Axundov təsnifat mərhələsini 16-cı pillədə başa vurdu və Nancin Olimpiadasında mübarizəsini dayandırdı.
Urfan Axundov | Oğlanlar, 10 m., hava tapançası |
Boks
redaktə- Qəl. — qalib gəldi
- Məğ. — məğlub oldu
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında bu idman növü üzrə turnirlərdə Azərbaycanı üç idmançı təmsil elədi: Rüfət Hüseynov, Məsud Yusifzadə və Məhəmmədəli Tahirov.[1] 2014-cü ilin aprelində Sofiya şəhərində (Bolqarıstan) baş tutan yeniyetmələr arasında Dünya Çempionatının nəticələrinə əsasən Rüfət Hüseynov, Məsud Yusifzadə və Məhəmmədəli Tahirov Nancin Olimpiadasına vəsiqə qazandı.
Rüfət Hüseynov turnirin 1/4 final mərhələsində Hindistan nümayəndəsi Şyam Kahara ilə üz-üzə gəldi.[4] Həmin görüşdə Rüfət Hüseynov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[4] Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi Şalhar Aixibəy oldu.[4][5] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rüfət Hüseynov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı.[5][6] Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Süleyman Lətifov oldu. Həmin görüşdə rəqibinə 3:0 hesabı ilə qalib gələn Rüfət Hüseynov Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qalibi oldu.[7][8] Rüfət Hüseynov həm də Azərbaycanın Yeniyetmələrin Olimpiya Oyunları tarixində bu idman növü üzrə turnirin qalibi olan birinci idmançı oldu.
Məsud Yusifzadə isə turnirin birinci görüşündəcə Birləşmiş Krallıq nümayəndəsi Məhəmməd Əliyə 1:2 hesabı ilə məğlub və mübarizəsini beşinci pillə uğrunda görüşdə davam elədi.[4] Bu görüşdə onun rəqibi Bolqarıstan nümayəndəsi Daniel Asenov oldu. Həmin görüş formal əhəmiyyətə sahib olduğu üçün Məsud Yusifzadə mübarizə aparmadı və Nancin Olimpiadasını altıncı pillədə başa vurdu.
Məhəmmədəli Tahirov turnirin yarım-final mərhələsində Almaniya nümayəndəsi Peter Kaduri ilə üz-üzə gəldi.[5] Həmin görüşdə Məhəmmədəli Tahirov rəqibinə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi.[5] Bu mərhələdə onun rəqibi Rusiya nümayəndəsi Marat Kərimxanov oldu.[5] Həmin görüşdə Məhəmmədəli Tahirov rəqibinə 0:3 hesabı ilə məğlub oldu və Nancin Olimpiadasını dördüncü pillədə başa vurdu.
Rüfət Hüseynov | -49 Kq. | Qəl. 2:1 |
Qəl. 2:1 |
Qəl. 3:0 |
|
Məsud Yusifzadə | -52 Kq. | Məğ. 1:2 |
Məğ. w/o |
||
Məhəmmədəli Tahirov | +91 Kq. | Məğ. TKO |
Məğ. 0:3 |
Cüdo
redaktə- Qəl. — qalib gəldi
- Məğ. — məğlub oldu
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında cüdo idman növü üzrə turnirlərdə Azərbaycanı 2 idmançı təmsil elədi:[Natiq Qurbanlı və Leyla Əliyeva.[1] 2013-cü ilin avqustunda Mayami şəhərində (ABŞ) baş tutan gənclər arasında Dünya Çempionatının nəticələrinə əsasən Natiq Qurbanlı və Leyla Əliyeva Nancin Olimpiadasına vəsiqə qazandı.
Qızların turnirində mübarizə aparan Leyla Əliyeva turnirin 1/4 final mərhələsində Qazaxıstan nümayəndəsi Adiya Sayin ilə üz-üzə gəldi.[9] Həmin görüşdə Leyla Əliyeva rəqibinə ipponla qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[9] Bu mərhələdə onun rəqibi Rusiya nümayəndəsi Anastasiya Turçeva oldu.[9] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Leyla Əliyeva rəqibinə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı.[9] Həlledici görüşdə onun rəqibi Türkiyə Melisa Çaxmaqlı oldu.[9] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Leyla Əliyeva rəqibinə məğlub oldu.[9] Bununla da Leyla Əliyeva Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[9][10][11] Leyla Əliyeva həm də Azərbaycanın Yeniyetmələrin Olimpiya Oyunları tarixində cüdo idman növü üzrə turnirdə medala sahib olan birinci idmançı oldu.
Oğlanların turnirində mübarizə aparan Natiq Qurbanlı isə turnirin yarım-final mərhələsində Belçika cüdoçusu Xorre Verstraeten ilə üz-üzə gəldi.[9] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Natiq Qurbanlı rəqibinə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı.[9] Həlledici görüşdə onun rəqibi Qazaxıstan nümayəndəsi Bayırcan Cauntayev oldu.[9] Həmin görüşdə Natiq Qurbanlı rəqibinə məğlub oldu və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[9]
Natiq Qurbanlı | -55 Kq. | Qəl. 001:000 |
Məğ. 000:010 |
||
Leyla Əliyeva | -44 Kq. | Qəl. 101:000 |
Qəl. 000:000 |
Məğ. 000:000 |
Güləş
redaktə- Qəl. — qalib gəldi
- Məğ. — məğlub oldu
- Q — növbəti mərhələyə adladı
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında güləş idman növü üzrə turnirlərdə Azərbaycanı beş idmançı təmsil elədi.[1] 2014-cü ilin mayında Bolqarıstanda baş tutan gənclər arasında Avropa Çempionatının nəticələrinə əsasən Cabbar Nəcəfov, İslambəy Dadov, Teymur Məmmədov, İqbal Hacızadə və Leyla Qurbanova Nancin Olimpiadasına vəsiqə qazandı.
Avqustun 25-də yunan-roma güləşi turnirində Cabbar Nəcəfov və İslambəy Dadov mübarizə apardı.[12] Cabbar Nəcəfov qrup mərhələsinin birinci görüşündə Türkiyə nümayəndəsi Uğur Bəytəhin ilə üz-üzə gəldi.[12][13] Həmin görüşdə Cabbar Nəcəfov rəqibinə 8:0 hesabı ilə qalib gəldi.[13] Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi İran nümayəndəsi Məhəmmədreza Ağaniaçari oldu.[13] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə də Cabbar Nəcəfov qalib gəldi — 10:5.[13] Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Moldova nümayəndəsi Dorin Koxohari oldu.[13] Bu görüşdə də qalib gələn tərəf Cabbar Nəcəfov oldu — 8:0.[13] Bununla da Cabbar Nəcəfov qrup mərhələsini birinci pillədə başa vurdu və final görüşünə vəsiqə qazandı.[13] Həlledici görüşdə isə onun rəqibi Özbəkistan nümayəndəsi İlham Bəhramov oldu.[13] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cabbar Nəcəfov rəqibinə 5:6 hesabı ilə məğlub oldu və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[13]
İslambəy Dadov isə qrup mərhələsinin birinci görüşündə Özbəkistan nümayəndəsi Abubahr Alimov ilə üz-üzə gəldi.[12][13] Həmin görüşdə İslambəy Dadov rəqibinə 5:0 hesabı ilə qalib gəldi.[13] Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Qazaxıstan nümayəndəsi Yevgeni Polivadov oldu.[13] Bu görüşdə də İslambəy Dadov rəqibinə 5:0 hesabı ilə qalib gəldi.[13] Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Misir nümayəndəsi Ömər İbrahim oldu.[13] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İslambəy Dadov rəqibinə 2:0 hesabı ilə qalib gəldi.[13] Bununla da İslambəy Dadov qrup mərhələsini birinci pillədə başa vurdu və final görüşünə vəsiqə qazandı.[13] Həlledici görüşdə onun rəqibi ABŞ nümayəndəsi Mason Manville oldu.[13] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İslambəy Dadov rəqibinə 1:0 hesabı ilə qalib gəldi və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qalibi oldu.[13]
Avqustun 26-da qadın güləşi turnirində Leyla Qurbanova mübarizə apardı.[14] Leyla Qurbanova qrup mərhələsinin birinci görüşündə Kanada nümayəndəsi Tianna Kennett ilə üz-üzə gəldi.[14][15] Həmin görüşdə Leyla Qurbanova rəqibinə 8:0 hesabı ilə qalib gəldi.[15] Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Ukrayna nümayəndəsi Olena Kremzer oldu.[15] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə də Leyla Qurbanova qalib gəldi — 2:1.[15] Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Salvador nümayəndəsi Mayra Apariho oldu.[15] Bu görüşdə də qalib gələn tərəf Leyla Qurbanova oldu — 5:0.[15] Bununla da Leyla Qurbanova qrup mərhələsini birinci pillədə başa vurdu və final görüşünə vəsiqə qazandı.[15] Həlledici görüşdə isə onun rəqibi Yaponiya nümayəndəsi Mayu Muhaida oldu.[15] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Leyla Qurbanova rəqibinə 4:10 hesabı ilə məğlub oldu və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[15][16][17]
Avqustun 27-də isə sərbəst güləş turnirində Teymur Məmmədov və İqbal Hacızadə mübarizə apardı.[8] Teymur Məmmədov qrup mərhələsinin birinci görüşündə Gürcüstan nümayəndəsi İveriho Culahidze ilə üz-üzə gəldi.[8] Həmin görüşdə Teymur Məmmədov rəqibinə 10:0 hesabı ilə qalib gəldi.[8] Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi CAR nümayəndəsi Elbert Steyn oldu.[8] Həmin görüşdə də Teymur Məmmədov qalib gəldi — 10:0.[8] Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Palau nümayəndəsi Ceyms Didasho oldu.[8] Bu görüşdə də qalib gələn tərəf Teymur Məmmədov oldu — 11:0.[8] Bununla da Teymur Məmmədov qrup mərhələsini birinci pillədə başa vurdu və final görüşünə vəsiqə qazandı.[8] Həlledici görüşdə isə onun rəqibi Venesuela nümayəndəsi Antori Montero oldu.[8] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Teymur Məmmədov rəqibinə 8:0 hesabı ilə qalib gəldi və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.[8][18]
İqbal Hacızadə isə qrup mərhələsinin birinci görüşündə Braziliya nümayəndəsi Rafael Madera ilə üz-üzə gəldi.[8] Həmin görüşdə İqbal Hacızadə rəqibinə 10:0 hesabı ilə qalib gəldi.[8] Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Meksika nümayəndəsi Qarsiya Betanzos oldu.[8] Bu görüşdə də İqbal Hacızadə rəqibinə 10:0 hesabı ilə qalib gəldi.[8] Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Misir nümayəndəsi Elgi Abdallam oldu.[8] Həmind görüşdə İqbal Hacızadə rəqibinə 5:0 hesabı ilə qalib gəldi.[8] Bununla da İqbal Hacızadə qrup mərhələsini birinci pillədə başa vurdu və final görüşünə vəsiqə qazandı.[8] Həlledici görüşdə onun rəqibi Moldova nümayəndəsi Dmitri Keahusta oldu.[8] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İqbal Hacızadə rəqibinə 5:1 hesabı ilə qalib gəldi və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.[8][19]
Bununla da güləş üzrə Azərbaycan yığması Yeniyetmələrin II Yay Olimpiya Oyunlarını 3 qızıl və 2 gümüş medalla başa vurdu.
Cabbar Nəcəfov | -50 Kq. | Qəl. 8:0 |
Qəl. 10:5 |
Qəl. 8:0 |
Məğ. 5:6 |
||
İslambəy Dadov | -69 Kq. | Qəl. 5:0 |
Qəl. 5:0 |
Qəl. 2:0 |
Qəl. 1:0 |
||
Teymur Məmmədov | -63 Kq. | Qəl. 10:0 |
Qəl. 10:0 |
Qəl. 11:0 |
Qəl. 8:0 |
||
İqbal Hacızadə | -100 Kq. | Qəl. 10:0 |
Qəl. 10:0 |
Qəl. 5:0 |
Qəl. 5:1 |
||
Leyla Qurbanova | -48 Kq. | Qəl. 8:0 |
Qəl. 2:1 |
Qəl. 5:0 |
Məğ. 4:10 |
Kamandan oxatma
redaktə- Qəl. — qalib gəldi
- Məğ. — məğlub oldu
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında oxatma idman növü üzrə turnirlərdə Azərbaycanı bir idmançı təmsil elədi: Suğraxanım Müqabilzadə.[1] Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunlarında birinci dəfə bu idman növündə təmsil olunurdu.
Suğraxanım Müqabilzadə Nancin Olimpiadasında əvvəlcə təsnifat mərhələsində mübarizə apardı.[20] Həmin mərhələdə Suğraxanım Müqabilzadə 618 xal topladı.[20] Bu nəticəyə əsasən Suğraxanım Müqabilzadə mərhələni 32 idmançı sırasında 23-cü pillədə başa vurdu.[20]
1/16 final mərhələsində Suğraxanım Müqabilzadə Polşa nümayəndəsi Silviya Zizansha ilə üz-üzə gəldi.[4] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Suğraxanım Müqabilzadə rəqibinə 3:7 hesabı ilə məğlub oldu və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizəsini dayandırdı.[4]
Suğraxanım Müqabilzadə | Fərdi | Məğ. 3:7 |
Taekvondo
redaktə- Qəl. — qalib gəldi
- Məğ. — məğlub oldu
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında bu idman növü üzrə turnirlərdə Azərbaycanı dörd idmançı təmsil elədi: Səid Quliyev, Cerən Özbək, Safiyə Polad və Gülxanım Yaşıldaş.[1]
Nancin Olimpiadasında əvvəlcə qızların turnirində çıxış edən Cerən Özbək mübarizə apardı.[9] Cerən Özbək 1/4 final mərhələsində Meksika nümayəndəsi Brenda Lua ilə üz-üzə gəldi.[9] Həmin görüşdə Cerən Özbək qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[9] Bu mərhələdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Abiqail Stones oldu.[9] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cerən Özbək rəqibinə 3:2 hesabı ilə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı.[9] Həlledici görüşdə onun rəqibi Tailand nümayəndəsi Panipah Vonqfattanahit oldu.[9] Həmin görüşdə üstün tərəf Panipah Vonqfattanahit idi.[9] Nəticədə Cerən Özbək rəqibinə 1:22 hesabı ilə məğlub oldu və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[10][11] Cerən Özbək həm də Azərbaycanın Yeniyetmələrin Olimpiya Oyunları tarixində bu idman növü üzrə turnirdə medala sahib olan birinci idmançı oldu.
Nancin Olimpiadası növbəti günlərində Safiyə Polad və Gülxanım Yaşıldaş mübarizə apardı.[21][22] Əvvəlcə Safiyə Polad turnirin 1/4 final mərhələsində Çin Taybeyi nümayəndəsi Hu-Hsu Huan ilə üz-üzə gəldi.[21] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Safiyə Polad rəqibinə 5:6 hesabı ilə məğlub oldu və mübarizəsini dayandırdı.[21]
Daha sonra isə Nancin Olimpiadasında Gülxanım Yaşıldaş mübarizə apardı. Gülxanım Yaşıldaş turnirin 1/8 final mərhələsində İtaliya nümayəndəsi Lisia Marticnani ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu.[22][22] Bununla da Gülxanım Yaşıldaş da turnirdə mübarizəsini dayandırdı.[22]
Nancin Olimpiadasında sonda oğlanların turnirində çıxış edən Səid Quliyev mübarizə apardı.[23] Səid Quliyev 1/4 final mərhələsində Kolumbiya nümayəndəsi Xeisson Serrano Hoyos ilə üz-üzə gəldi.[23] Həmin görüşdə Səid Quliyev rəqibinə 8:4 hesabı ilə qalib gəldə və turnirin yarım-final mərhələsinə adladı.[23] Bu mərhələdə onun rəqibi Misir nümayəndəsi Seyf Yissa oldu.[23] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səid Quliyev rəqibinə 8:1 hesabı ilə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı.[23] Həlledici görüşdə onun rəqibi Almaniya nümayəndəsi Həmdə Adnan Kərim oldu.[23] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səid Quliyev rəqibinə 10:4 hesabı ilə qalib gəldi və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.[24] Səid Quliyev həm də Azərbaycanın Yeniyetmələrin Olimpiya Oyunları tarixində bu idman növü üzrə turnirin qalibi olan birinci idmançı oldu.
Səid Quliyev | -73 Kq. | Qəl. 8:4 |
Qəl. 8:1 |
Qəl. 10:4 |
||
Cerən Özbək | -44 Kq. | Qəl. 0:0 |
Qəl. 4:2 |
Məğ. 1:22 |
||
Safiyə Polad | -49 Kq. | Məğ. 5:6 |
||||
Gülxanım Yaşıldaş | -55 Kq. | Məğ. 0:0 |
Üzgüçülük
redaktə- Q — növbəti mərhələyə adladı
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında üzgüçülərin turnirlərində Azərbaycanı bir idmançı təmsil elədi: Elvira Həsənova.[1] Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunlarında birinci dəfə bu idman növündə təmsil olunurdu.
200 metr məsafəyə fərdi üsulla üzmə turnirin təsnifat mərhələsində mübarizə aparan Elvira Həsənova 2:33.52 dəqiqə nəticə göstərdi. Bu nəticəyə əsasən Elvira Həsənova final mərhələsinə vəsiqə qazana bilmədi.
Elvira Həsənova | Qızlar, 200 m., fərdi |
Yüngül atletika
redaktə- Q — növbəti mərhələyə adladı
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında yüngül atletlərin turnirlərində Azərbaycanı üç idmançı təmsil elədi: Nazim Babayev, Benafeta Hadiyes və Yelena Qladkova.[1] Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunlarında birinci dəfə bu idman növündə təmsil olunurdu.
Nancin Olimpiadasında əvvəlcə Yelena Qladkova mübarizə apardı. Şüvüllə tullanma turnirində mübarizə aparan Yelena Qladkova təsnifat mərhələsində 3.55 metr nəticə göstərdi. Bu nəticəyə əsasən Yelena Qladkova mərhələni 15 atlet sırasında 9-cu pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi. Təsəlliverici "B" finalında isə Yelena Qladkova 3.70 metr nəticə göstərdi və ümumi nəticədə Nancin Olimpiadasını onuncu pillədə başa vurdu.[4]
Qızların 3000 metr məsafəyə qaçış turnirində mübarizə aparan Benafeta Hadiyes isə təsnifat mərhələsində 9:14.06 dəqiqə nəticə göstərdi. Bu nəticəyə əsasən Benafeta Hadiyes mərhələni 20 atlet sırasında 8-ci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə isə 9:22.60 dəqiqə nəticə göstərən Benafeta Hadiyes, Nancin Olimpiadasını 8-ci pillədə başa vurdu.
Oğlanların üçtəkanla tullanma turnirində mübarizə aparan Nazim Babayev isə təsnifat mərhələsində 15.65 metr nəticə göstərdi.[20] Bu nəticəyə əsasən Nazim Babayev mərhələni 17 atlet sırasında 2-ci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazandı.[20] Bu mərhələdə isə 15.96 metr nəticə göstərən Nazim Babayev, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.[13][25]
Nazim Babayev | Üçtəkanla tullanma | ||||
Benafeta Hadiyes | 3000 m. | ||||
Yelena Qladkova | Şüvüllə tullanma |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 Azerisport.com idman portalı. "Азербайджан назвал состав на II Юношескую Олимпиаду". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ Azerisport.com idman portalı. "Борис Йотов завоевал четвертое серебро на Юношеской Олимпиаде". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ Azerisport.com idman portalı. "Четвертое серебро сборной Азербайджана". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ 1 2 3 4 5 6 7 Azerisport.com idman portalı. "Руфат Гусейнов вышел в полуфинал Юношеской Олимпиады". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ 1 2 3 4 5 Azerisport.com idman portalı. "Руфат Гусейнов - в финале Юношеской Олимпиады, Таиров поборется за бронзу". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджанский боксер в финале Юношеской Олимпиады". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ Azerisport.com idman portalı. "Руфат Гусейнов победил на Юношеской Олимпиаде". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 Azerisport.com idman portalı. "Игбал Гаджизаде, Теймур Мамедов и Руфат Гусейнов выиграли золото Юношеской Олимпиады". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 Azerisport.com idman portalı. "Азербайджан выиграл три серебра в первый день Юношеских Игр". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Серебряный хет-трик на старте Юношеских Игр". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Первые медали Азербайджана на Юношеских Играх". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2014-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Первые соперники азербайджанских борцов в Нанкине". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2014-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 Azerisport.com idman portalı. "Еще три медали Азербайджана на Юношеской Олимпиаде". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2014-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Лейла Гурбанова узнала имена соперниц на Юношеской Олимпиаде". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Azerisport.com idman portalı. "Лейла Гурбанова выиграла серебро Юношеских Игр". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2014-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ Azerisport.com idman portalı. "Лейла Гурбанова завоевала девятую медаль Юношеской Олимпиады". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ Azerisport.com idman portalı. "Восьмой финал для Азербайджана на Юношеской Олимпиаде". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2014-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ Azerisport.com idman portalı. "Теймур Мамедов и Игбал Гаджизаде вышли в финал Юношеской Олимпиады". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ Azerisport.com idman portalı. "Еще две золотые медали Азербайджана на Юношеской Олимпиаде". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2014-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ 1 2 3 4 5 Azerisport.com idman portalı. "Азербайджанский прыгун стал вторым в квалификации Юношеской Олимпиады". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Сафийе Полат уступила в первой схватке Юношеских Игр". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ 1 2 3 4 Azerisport.com idman portalı. "Гюльханым Ешилдал уступила в первой схватке Юношеских Игр". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ 1 2 3 4 5 6 Azerisport.com idman portalı. "Азербайджанский таэквондист стал чемпионом Юношеской Олимпиады". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2014-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ Azerisport.com idman portalı. "Первая победа Азербайджана на Юношеской Олимпиаде". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ Azerisport.com idman portalı. "Золото, серебро и бронза Азербайджана в девятый день Юношеской Олимпиады". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.