Azerbaycan Yaradiciliq Fondu - Wikipedia
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Azərbaycan Yaradıcılıq Fondu — Azərbaycan Respublikasında fəaliyyət göstərən fondlardan biri. Rəhbəri Kamal Abdulladır.
Tarixi
redaktəAzərbaycan Yaradıcılıq Fondu 1987-ci ildə Sovet Mədəniyyət Fondunun filialı kimi təsis edilmişdir[1]. Fondun ilk fəxri sədri akademik Bəkir Nəbiyev, professor Kamal Abdulla isə sədrin birinci müavini olmuşdur[1].
1991-ci ildə keçirilmiş Fondun 2-ci Konfransında fondun 1987-1991-ci illər arasındakı fəaliyyəti bağlı məruzə ilə çıxış edən professor Kamal Abdulla yeni sədr seçilmişdir[1]. Həmin konfransda yeni sədr belə bir fikir səsləndirir ki,
"Sovet Mədəniyyət Fondunun adı dəyişərək Rusiya Beynəlxalq Mədəniyyət Fondu kimi təsdiq olunub, bizim Fondumuz həmin təşkilata üzvlük təklifini qəbul etməmiş, müstəqil qurum kimi fəaliyyət göstərmək qərarına gəlmişdir."[1]
Beləliklə, SSRİ-nin dağılmasından sonra bu qurum 2008-ci ilə qədər Azərbaycan Mədəniyyət Fondu adı altında fəaliyyətini davam etdirmişdir[1].
2008-ci ildən bəri Azərbaycan Yaradıcılıq Fondu adlanır[1].
Təsisçiləri
redaktəFondun bir sıra təsisçiləri var ki, onlardan bəziləri bunlardır[1]:
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
- Azərbaycan Rəssamlar İttifaqı
- Azərbaycan Bəstəkarlar İttifaqı
- Azərbaycan Kinematoqrafçılar İttifaqı
- Azərbaycan Yazıçılar İttifaqı
- Azərbaycan Teatr Xadimləri İttifaqı
- Azərbaycan Jurnalistlər Birliyi
- Azərbaycan Milli Elmlər Akademiyası
- M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası
- Müəllif Hüquqlarını Müdafiə Cəmiyyəti
Fəaliyyəti
redaktəFondun beynəlxalq əlaqələr üzrə gördüyü işlər, həm çətin, qarışıq, həm də sabitlik illərində çox ciddi və əhəmiyyətli əməkdaşlıqlara vəsilə olub[1]. Məsələn, Fondda Almaniyadakı "Avropa Türk-İslam Kültür Birliyinin" nümayəndəliyi açılıb və həmin birliklə əməkdaşlıq qısa zamanda səmərəli nəticələr verib. 1992-ci ildə həmin kültür birliyi Fonda 25 min alman markı məbləğində tibb preparatları və islam tarixi haqqında kitablar bağışlamışdır. Kitabların əsasında Fondun kitabxanası yaradılmış, dərmanlar isə Fondun sədri Kamal Abdulla və fondun əməkdaşlarının iştirakı birbaşa cəbhə məntəqələrinə – Ağdama, Ağstafaya, Şuşaya, Goranboya, Tərtərə, Ağdərəyə və başqa məntəqələrə aparılmışdır[1].
2015-ci il sentyabr ayının 9-dan[2] Fondunun "sim-sim.az" adlı saytı fəaliyyət göstərir[3].
2016-cı ilin iyun ayından Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan "Multikulturalizm" Beynəlxalq jurnalı nəşr olunur[3].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 Azərbaycan Yaradıcılıq Fondu Arxivləşdirilib 2018-08-30 at the Wayback Machine. sim-sim.az (az.)
- ↑ Haqqımızda Arxivləşdirilib 2018-06-21 at the Wayback Machine. sim-sim.az
- ↑ 1 2 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” Arxivləşdirilib 2021-09-24 at the Wayback Machine. scwra.gov.az, 20.09.2016 (az.)