Azerbaycan Muhitinde Kolelik - Wikipedia
Azərbaycan mühitində köləlik — tarixən Azərbaycan linqvistik və mədəni mühitində və ondan kənarda türk və Azərbaycan mənşəli kölələrin istifadəsi.
Tarixi
redaktəTürk və qıpçaq kölələri
redaktəFələki Şirvani Şirvanda hökm sürən hərc-mərcliyi, ehtimal ki 1123–1125-ci il müharibələrini nəzərdə tutaraq, III Böyük Mənuçöhrün sülh dövrü ilə müqayisə aparırdı. Onun fikrincə, III Mənuçöhr Şirvanı gülüzlü türk və türkman qızları ilə bəzəmişdir. Səlcuqların Şirvan və Arranı işğal etməsi nəticəsində türk kölə və kənizləri bu ərazilərdə ucuz qiymətə satılırdı.[2] XII əsrdə Dərbənd hakimi Nizami Gəncəviyə hədiyyə olaraq qıpçaq kənizi Afaqı göndərmişdir. Nizami onunla ailə qurmuşdur. Kölə türk qızları gözəllikləri ilə məşhur idilər.[3]
XII əsr ərəb həkimi Samuil əbu Nəsr ibn Abbas sevdikləri ilə yaxın münasibətdə olan dostlar üçün əyləncə bağı əsərini yazmışdır. Erotik mövzulu əsərdir. Samuilin bu əsərdə gözə çarpan, türk kölələri ilə bağlı biliyi ola bilsin ki, İran Azərbaycanındakı kölə bazarlarından irəli gəlir. İran Azərbaycanına kölələr Qafqaz və Avrasiya çöllərindən gətirilirdi.[4]
XIII əsrin əvvəlinə aid "Əcaib əd-Dünya" əsərində Şirvanın malları arasında cariyə qızlar, türk qulları qeyd edilir. Dərbənd, Şamaxı və digər şəhərlərdə əsir türklər, kişi və qadınlar kölə bazarlarında satılırdı.[5]
Azərbaycan mənşəli kölələr
redaktəAzərbaycanlıların formalaşmasında qıpçaq elementləri əvvəl qulam (kölə) kimi, daha sonra çox miqdarda olmaqla oğuzlarla birlikdə mövcud idi.[6]
Məmlük sultanlığına hər il gətirilən iki min kölə arasında qıpçaq, azəri və özbək türkləri, Qafqaz və Balkan xalqlarının nümayəndələri, macarlar var idi.[7] Bu kölələr arasındakı, əslən Azərbaycandan olan Dəmirdaş (?-1523) Məmlük Misirində xəlvətilik sufi təriqətinin Qahirə qolunun (Dəmirdaşiyyə) əsasını qoymuşdur.[8]
Osmanlı vəziri Çandarlı Əli Paşa bir çox digər üsul və metodlarla birlikdə qulam sistemini də azərbaycanlı-iranlı bürokratlarının köməyi ilə tətbiq etmişdi. Beləliklə, o, Osmanlının dövlət idarəsində və saray həyatında islahatlar etmişdi.[9]
Şah I Abbas müsəlman ermənilər, azərbaycanlılar və gürcülərdən "şahın qulları" (qulamlar) olan yeni bir elit təbəqə yaratmışdır. O, hakimiyyətini dəstəkləsin deyə qulamlara yüksək inzibati və hərbi, həmçinin maliyyə sahəsi üzrə vəzifələr vermişdir. Bu elit qrupun ödənişi yeni culfalılar tərəfindən Avropadan gətirilmiş qızıl və gümüşdən asılı idi ki, bu da onları İran iqtisadiyyatının açarı edirdi.[10]
İranda olduğu kimi Azərbaycan xanlıqlarında da köləlik mövcud olmuşdur. Ancaq Rusiya şimal xanlıqlarını tutandan sonra bu məsələ ruslar üçün problem olmaqdan çıxmışdır.[11] Hal-hazırda azərbaycanlıların da yaşadığı Qullar kəndi (Dərbənd rayonu) bir versiyaya görə, yerli Dərbənd xanının öz kölələrini məskunlaşdırması nəticəsində yaranmışdır.[12]
İstinadlar
redaktə- ↑ Aşurbəyli, 2006. səh. 190
- ↑ Aşurbəyli, 2006. səh. 119
- ↑ Aşurbəyli, 2006. səh. 187
- ↑ Myrne, 2019. səh. 214
- ↑ Aşurbəyli, 2006. səh. 163
- ↑ Golden, 1992. səh. 225
- ↑ Stowasser, 1984. səh. 13
- ↑ McGregor, Richard J., “Damirdāshiyya”, in: Encyclopaedia of Islam, THREE, Edited by: Kate Fleet, Gudrun Krämer, Denis Matringe, John Nawas, Devin J. Stewart. Consulted online on 04 February 2024 <https://referenceworks.brillonline.com/entries/encyclopaedia-of-islam-3/damirdashiyya-COM_25976?lang=fr Arxivləşdirilib 2024-02-04 at the Wayback Machine> First published online: 2016
- ↑ İnalcık, 2011. səh. 121
- ↑ Evans, 2018. səh. 264
- ↑ Kurtynova-D'Herlugnan, 2010. səh. 16
- ↑ Гаджиева, 1999. səh. 107
Ədəbiyyat
redaktə- Aşurbəyli S. Şirvanşahlar dövləti . Bakı: ― Əbilov, Zeynalov və oğulları, Nəşriyyat-Poliqrafiya Evinin mətbəəsi, 2006, 712 s.
- Evans, Helen C. (ed.). Armenia: Art, Religion, and Trade in the Middle Ages. New York: Metropolitan Museum of Art. ISBN 9781588396600.
- Golden, Peter B.: An introduction to the history of the Turkic peoples : ethnogenesis and state formation in medieval and early modern Eurasia and the Middle East. — Wiesbaden : Harrassowitz, 1992 (Turcologica ; Bd. 9) ISBN 3–447-03Z74-X
- Kurtynova-D'Herlugnan, Liubov. The Tsar’s Abolitionists (The Slave Trade in the Caucasus and Its Suppression). 2010.
- Гаджиева С. Ш. Дагестанские азербайджанцы. XIX — начало XX в.: Историко-этнографическое исследование. — М.: "Восточная литература" РАН, 1999.
- Halil İnalcık (2011). Has-Bağçede ʿAyş u Tarab: Nedimler, Şairler, Mutribler. İstanbul: Türkiye İş Bankası Kültür Yayınları.
- Myrne, P. (2019). Slaves for Pleasure in Arabic Sex and Slave Purchase Manuals from the Tenth to the Twelfth Centuries. Journal of Global Slavery, 4(2), 196–225. https://doi-org.wikipedialibrary.idm.oclc.org/10.1163/2405836X-00402004
- Stowasser, K. (1984). Manners and Customs at the Mamluk Court. Muqarnas, 2, 13–20. https://doi.org/10.2307/1523052