Azerbaycan Mentaliteti - Wikipedia
Azərbaycan mentaliteti və ya Azərbaycan milli-mənəvi dəyərləri — Azərbaycan mühitində və mədəniyyətində vacib hesab edilən davranış normaları (ədəb), ailə dəyərləri, inanclar, ənənələr və s.-ni əhatə edən anlayış.
Dəyərlər və ənənələr azərbaycançılığın vacib tərkib hissəsidir, Azərbaycan Prezidentinin andiçmə mərasimi mətnində qeyd edilir, prezident dəyərlərə və ənənələrə sadiq qalacağını qeyd edir. 2017-ci ildə Azərbaycanda Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılmışdır.
Tarixi
redaktəErkən dövr
redaktəAzərbaycanda İslamın yayılmasıyla İslam mədəniyyəti inkişaf etmiş,[1] bu dinin təsiri Azərbaycan mədəniyyətinin mayasına hopmuş, digər mədəni elementlərlə birləşmişdir.[2] Azərbaycanın maddi mədəniyyəti əsrlər boyunca davam edən simbiozun, yerli elementlərin və köçərilərin töhfələrinin incə birləşməsinin nəticəsidir.[3] Cənubi Qafqazın üç imperiya tərəfindən əhatə edilməsi nəticəsində fars, türk, rus, sovet, şiə və sünni elementləri azərbaycanlılar tərəfindən öz ailə tarixlərində, ayinlərində, dillərində və yazılarında uyğunsuzluq və ya ziddiyyət hissi olmadan yan-yana qorunmuşdur.[4]
XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni mühitində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur.[5] Bir Azərbaycan nağılında şahzadələr nişanlılarını seçmək üçün qızlara alma atması adəti XVII əsrdə Azərbaycanda yaşayan monqollarda mövcud olmuşdur.[6][7]
Elxani hökmdarı Hülakü xanın vəziri Nəsirəddin Tusi monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrinə tamamilə vaqif olmuş, onun oğlu da tamamilə türkləşmişdir. Əslən yəhudi olan, vəzir Fəzlullah Rəşidəddin də türk adət və ənənələrini mənimsəmişdir. Fəzlullah Rəşidəddinin oğulları Qiyasəddin və Cəlaləddin türklər tərəfindən fəzilət və əxlaqları, Elxani qanun və nizamlarını bildiklərini görə mədh edilib sevilmişdir.[8]
Gürcüstanda yaşayan kistlərin ənənəsi Azərbaycan şiə adətləri ilə gürcü xristianlığını özündə birləşdirir. Bunun sübutu kistlərin qəbirdaşlarının Azərbaycanın Şəhidlər Xiyabanındakı qəbirdaşları ilə bənzərliyidir.[9] İslam incəsənəti üzrə türkiyəli mütəxəssis Birgül Açıkyıldız hesab edir ki, erməni qəbiristanlıqlarında (məsələn, Culfada) tapılan erməni yazıları və tipik erməni ornamentləri olan qoç formalı qəbir daşları ətraf mədəniyyətlərin — kürd və Azərbaycan adət-ənənələrinin təsiri altında yaranıb. Açıkyıldızın fikrincə, zoomorf qəbir daşları daha çox düzbucaqlı xaçkarları ilə tanınan erməni qəbiristanlıqları üçün xarakterik deyil.[10]
Tarixən, Cənubi Dağıstanın əhalisi Azərbaycanın mədəni və davranış normalarına yönlənib, Azərbaycan linqvistik və mədəni mühiti ilə əhatələnib.[11][12] Tatların mədəniyyəti əsrlər boyunca Azərbaycan və digər mədəniyyətlərin qarışması nəticəsində İran və türk elementləri və adət-ənənələrinə malik qarışıq mədəniyyət olmuşdur.[13] Qacar dövləti şahzadələri Təbrizdə azərbaycanlıların əhatəsində türk dili, mədəniyyəti və adətlərinə daha çox bağlanır, taxta çıxdıqdan sonra özlərini Azərbaycan türkləri ilə əhatə edirdilər.[14]
Çarlıq dövrü
redaktəSufizm Azərbaycan mənəvi həyatında böyük rol oynayıb və bu rol hələ də davam edir.[15] XIX əsrdə Azərbaycan sufi nəqşibəndi təriqətinə aid olan xəlidi şeyxləri evləri ziyarət edir, sufizm əxlaqını bu üsulla yaymağa çalışırdılar.[16] XIX əsr nəqşibəndi xadimi Almalılı Mahmud Əfəndi Kazandakı xəlifəsinə yazdığı məktubunda pis əxlaqın əlacının sufi adəti olan xəlvətə çəkilmək olduğunu qeyd edirdi.[17]
Çarlıq dövründə Azərbaycan intelektuallarının müasirləşməyə qarşı münasibətləri fərqli idi. Bir qrup mühafizəkarlar Qərb mədəniyyətinə assimilyasiya nəticəsində mənəvi dəyərlərin itiriləcəyini fikirləşirdi. Ekstrim Qərb tərəfdarları bu mədəniyyətin istisna olmadan qəbul edilməsini müdafiə edirdilər. Digərləri isə fikirləşirdi ki, elmi və texnoloji yeniliklər və mədəni innovasiyalara nail olunmalı, mənəvi dəyərlər qorunmalıdır.[18]
XX əsrin əvvəllərindən etibarən nəşr edilən "Molla Nəsrəddin" jurnalı Azərbaycan cəmiyyətinin geriyə qalmasını tənqid edirdi. Din və din xadimləri jurnalda tənqid edilir, yağış yağdırmaq üçün müsəllaya çıxanlar, aşura günü baş yaranlarla bağlı məqalə və felyetonlar dərc edilirdi.[19]
Üzeyir Hacıbəyov 1910-cu illərdə səhnələşdirilmiş "O olmasın, bu olsun" adlı musiqili komediyada dövrün ailə-məişət mövhumatlarını lağa qoyurdu. O dövrün qaydalarına görə bir qız atasının tələblərinə razı gələrək yaşlı bir kişiylə evlənməli olur, ərinin istəyi ilə qapalı qalmağa vadar edilir və əgər narazılıq etsə döyülürdü. "O olmasın, bu olsun" adlı musiqili komediyası məhz qadın hüquqlarını müdafiə edirdi. Qərbdən olan tənqidçi Meytu O'Braynın fikirlərinə görə, bu, Hacıbəyovun yazdığı operettasının əsas mövzusudur.[20]
Sovet dövrü
redaktəAzərbaycanda sovet hakimiyyətinin ilk illərində Azərbaycan mənəviyyatının vacib bir qaynağı olan dinə qarşı dövlət təbliğatı gedirdi. Bu dövrdə din əleyhinə tərbiyə, beynəlmiləl tərbiyə vacib rol oynayırdı. Şəriət məhkəmələri ləğv edilsə də, dini və milli bayramlara bir müddət icazə verilmişdir.[21] 1930-cu illərdən etibarən Novruz bayramının rəsmi qeyd edilməsi dayandırılır, 1937-ci ildə SSRİ Konstitusiyasının qəbulu ilə dini və milli bayramlar ləğv edilir.[22] Sovet dövründə məscidlərə getməyə qadağa qoyulmuş, pirlərin və digər müqəddəs yerlərin ziyarətinə isə göy yumulmuşdur.[23]
Müxtəlif müəssisələrdə qadınların çadranı atmasına, çadranın qadağan edilməsinə Xalq Maarif Komissarlığı (XMK) kollegiyasının 24 noyabr 1928-ci il tarixli qərarı ilə, həmçinin 3 dekabr 1929-cu ildə çadranın ləğv edilməsi haqqında Azərbaycan SSR MİK-nın təşkilat şöbəsinin Azərbaycanın bütün zəhmətkeşlərinə müraciəti ilə nail olunmuşdur. Bu dövrdə XMK mədəni müəssisələrdə işləyən kişilərin geydiyi papaqa da qadağa qoymuş, onun yerinə Avropa baş geyimləri (şapka, furaşka, şlyapa) təklif edilmişdir.[24] Cəfər Cabbarlı qadının çadrasını atması ilə bağlı "Sevil" pyesini yazmış, Fikrət Əmirov da bu pyes əsasında eyniadlı operanı yazmışdır. "Sevil" obrazını səciyyələndirən yazıçı Elçin Əfəndiyev qeyd edir ki, "Sevil azərbaycanlı qadındır, məişəti, əxlaqı, dünyagörüşü etibarilə milli xarakterikdir, onun çadranı atması və həmin çadranın təcəssüm etdiyi ətalət və itaət dünyasına qarşı üsyanı bu bədii surətin milli özünüifadəsidir və məhz bu milli özünüifadə, xarakterin milliliyi onun arzu və istəyini ümumiləşdirir, konkret bir fərdin yox, konkret bir milli mənsubiyyətli insanın yox, bəşəri mahiyyətli qadının azadlıq mübarizəsindən xəbər verir."[25][26]
Sovet dövründə ailə hüququ ilə bağlı müxtəlif dəyişikliklər edilmişdir. Azərbaycan SSR-də çoxarvadlılıq, qadınların nikah məqsədilə qaçırılması, azyaşlıların nikahı və nişanlanması, qadınların öz hüquqlarını qorumaq üçün mübarizə aparması zamanı qətlə yetirilməsi sosial təhlükəli cinayətlər hesab edilirdi.[27] Alınan digər bir qərar isə Şərq musiqisi və tarın konservatoriyada tədrisinin dayandırılması idi. Əfrasiyab Bədəlbəyli tara qarşı aparılan təbliğatla bağlı "Tar üzərinə mühakimə münasibətilə" məqaləsini yazmış, tarın mənşəyini İranla yox, Qədim Misirin nabla instrumenti ilə əlaqələndirmiş, Mirzə Sadığın tarı azərbaycanlılaşdırdığını bildirmişdir.[24][28]
-
"Şərq Qadını" jurnalı
-
İlk təbliğatçı Mina xanım. Reyhan Topçubaşova
-
İzzət Orucova "Sevil" filmində
-
"Bakılılar. 1941-ci il". Vidadi Nərimanbəyov
Üçüncü respublika və azərbaycançılıq
redaktəAzərbaycançılıq ideologiyası dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün azərbaycanlıları birləşdirən ümumi və bənzərsiz kimliyin və mənəvi dəyərlər toplusunun mövcudluğu fikrinə əsaslanır.[29] Azərbaycan Prezidenti andiçmə mərasiminin protokol mətninə görə, Qurana əl basaraq, dəyərlərə və ənənələrə sadıq qalacağını və onları uca tutacağını qeyd edir, daha sonra Azərbaycan bayrağını öpür:[30]
... Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam. Azərbaycan Prezidentinin andiçmə mərasiminin protokol mətnindən
|
2017-ci ildə Azərbaycanda Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılmışdır.[31] 2019-cu ildə fondun yaradılmasının ildönümündə çıxış edən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəhbəri qeyd etmişdir ki, iki il ərzində bu fond əhalini maarifləndirmək üçün, milli-mənəvi dəyərlərlə, vətənpərvərlik, tolerantlıq və s. kimi mövzularda təqribən 100 konfrans, seminar və dəyirmi masalar keçirmiş, 51 kitab nəşr etdirmiş, üç sənədli filmin istehsalını maliyyələşdirmişdir.[32]
Müstəqillik dövründə Kifayət Ağayeva "Etika və Gender: Sosial-Əxlaqi Davranıșın Təhlili" adlı kitab ərsəyə gətirmişdir. Bu kitabda ailə və cəmiyyət çərçivəsində genderin və sosial və əxlaqi davranışın təhlili təqdim edilir.[33]
Keçmiş dövrdə ailə
redaktəTarixən Azərbaycanda böyük ailələrin bir yerdə yaşadığı təsərrüfatlar möcvud olmuşdur. Belə ailələrdə ailə başçısının ölümündən sonra varidatın bölünməsi baş vermir, ailə bir yerdə yaşamağa davam edirdi. Ailə başçısı "ağsaqqal" və ya "böyük ata" adlanırdı. Ata ölümündən sonra onun əvəz edəcək oğulu bacarıqlarına görə seçirdi. Ailə başçısı ailə daxili məsələləri yaşlı nəsillə, çox vaxt yaşlı qadınlar ilə məsləhətləşərək həll edirdi.[34] Azərbaycanda kiçik ailələr isə sadə (2 nəsil) və mürəkkəb olmaqla iki hissəyə bölünürdü.[35]
XX əsrin əvvəllərinə qədər azərbaycanlılar arasında patriarxal ailə quruluşu xarakterik idi. Ailənin başçısı arvadın cehizi istisna olmaqla, ailənin bütün daşınar və daşınmaz əmlakının sahibi idi. Ailə başçısının imkanı olmayanda mülk şəriətə uyğun bölünürdü. Məsələn, oğlan övladı qız övladına çatan mülkün iki qatını alırdı. Ailə başçısının dul arvadı bütün mülkün səkkizdə birini və şəxsi əşyalarını alırdı.[36]
İnqilabdan əvvəl Azərbaycanda ağsaqqallar kənd həyatında və ayrı-ayrı ailələrin həyatında məsləhətçi və vasitəçi kimi önəmli rol oynayırdı. Gənclərin və uşaqların, həmçinin qadınların (ağbirçəklər istisna olmaqla) bu və ya digər məsələnin müzakirəsində iştirak etmək hüququ yox idi. Ailə münasibətlərində kiçik həmişə böyüyə tabe olurdu. Hal-hazırda da yaşlılara hörmət azərbaycanlıların ailəvi və ictimai həyatının bir elementidir.[36]
İnqiliabdan əvvəl Azərbaycan ailəsində kişinin rolu qadınınkından daha üstün idi. Qız ata evində öz anasına və ya nənəsinə tabe idi. Gəlin isə evdəki yaşca daha böyük ev sahibəsinə (qayınana və ya böyük qayının arvadı) tabe idi. Təzə evlənəndə ərin ailəsinin evində yaşayanda gəlin ailədəki kişilərdən çəkinməli, ailənin yaşlı üzvlərinin oturduğu otağa daxil olmamalı idi. Ucadan danışmaq və ya gülmək ədəbsizlik sayılırdı.[36] Kənd ailələrindəki qadınlar təsərrüfat işlərində iştirak etdikləri üçün vacib məsələlərin həllində onlarla məsləhətləşilir, kişilərlə təsərrüfatda bir yerdə işlədikləri üçün şəhər qadınlarına nisbətən daha çox sərbəstlik verilirdi.[37]
Uşaqlara baxmaq tamamilə ananın məsuliyyətində idi. Ailədə oğlan uşağının yeri qızınkından fərqli idi. 6–7 yaşına çatan oğlan uşağının tərbiyəsi ilə baba, ata və böyük qardaş məşğul olurdu. Uşaqların dini tərbiyəsi də eyni yaşdan başlayırdı.[36]
Sovet dövründə Azərbaycan ailəsində böyük dəyişikliklər baş verdi. Yeni həyat şəraiti ailə həyatında dəyişikliklərə səbəb oldu. Patriarxal qalıqlar demək olar ki, tamamilə yox edildi. Qadınlar kənd təsərrüfatında, sənayedə, inşaatda, mədəniyyət idarələrində və başqa yerlərdə kişilərlər bərəbər işləyirdilər. Uşaqların tərbiyəsi də bu dövrdə dəyişdi. Oğlan və qız uşaqları eyni şərtlərlə yetişdirilirdi. Uşaqların tərbiyəsində ailə ilə bərabər, uşaq bağçaları, məktəblər və internatlar vasitəsilə cəmiyyət də iştirak edirdi.[36]
Poliqamiya və siğə
redaktəOrta əsrlər Azərbaycan şifahi xalq ədəbiyyatında sevgiyə əsaslanan monoqam (təkarvadlı) nikahlar təbliğ edilirdi. Koroğlunun övladı olmayanda ikinci arvad almaq yerinə Eyvazı övladlığa götürməsi bunun bir nümunəsidir. Azərbaycan məhəbbət dastanları arasında yalnız dördündə poliqamiyaya (çoxarvadlılıq) rast gəlinir. Bu dastanlar "Şah İsmayıl", "Əmrah", "Lətif şah" və "Valeh-Zərnigar"dır. Bu əsərlərdə qəhrəmanlar öz sevgililərinə qovuşmazdan əvvəl başqa qızlara söz verirlər.[38]
Azərbaycanda tarixən çoxarvadlılığın yayılması İslam dinində dörd arvada icazə verilməsi ilə bağlıdır. Ancaq əsasən Azərbaycanda ikiarvadlılıq yayılmışdır. Dindar və imkanlı şəxslərdən başqa orta səviyyəli və yoxsul ailələr arasında ikiarvadlılığın yayılması birinci evlilikdə övladın olmaması və ya qız övladının olması ilə bağlı idi. İkinci arvad gəlin gələndən sonra evdə iki qadın arasında davalar baş verir, bəzi hallarda birinci qadın boşandığı üçün evlilik yenidən təkarvadlılığa çevrilirdi.[38]
Keçmişdə çoxarvadlılıq həmçinin levirat adəti ilə bağlı idi. Kişi qardaşı vəfat etdikdən sonra onun arvadı ilə evlənir və uşaqlarına sahib çıxırdı. Adət buna yol verdiyi üçün insanlar bu hallara pis baxmırdı.[38] Etnoqraf Qiyasəddin Qeybullayev bu məsələnin həm də varlı ailələrdə varidatın bölünməsinin qarşısını almaq məqsədi güddüyünü qeyd etmişdir.[39]
Siğə nikahları isə kişinin bir qadınla müəyyən bir vaxt üçün birlikdə yaşaması üçün bağlanırdı. Kişi siğədən doğulmuş uşağı kənar yerdə saxlayır, belə uşaq təhqiredici adlarla adlandırılırdı. Azərbaycanın mütərəqqi şair və yazıçıları belə nikaha qarşı çıxmışdır.[38]
-
İnnabı rəng bizə məxsusdur. Ə. Əzimzadə
-
Qız dünyaya gəlib. Ə. Əzimzadə
-
Köhnə arvad və təzə arvad. Ə. Əzimzadə
Dəyərlər
redaktəAzərbaycanlılar təbiətcə hər şey ilə maraqlanan, hazırcavab, cəsur, azadlıq sevən, sözlərini tutan insanlardır. Bir qayda olaraq, onlar təvazökar, abırlı olurlar, mühakimələrinin və çıxardıqları nəticələrin sürəti ilə fərqlənirlər. Azərbaycanlılar kifayət qədər emosional davranırlar. Onlara və ya qohumlarına qarşı hörmətsizlik demək olar ki, həmişə onların şərəf və ləyaqətinə qəsd kimi qəbul edilir, bu, onlarda narazılıq hissi və ya kəskin reaksiyaya səbəb ola bilər. Münaqişə zamanı azərbaycanlılar emosional cəhətdən təmkinsiz və tez əsəbləşən olsalar da, məsələn, çeçenlər və ya osetinlərlə kimi ehtiyatsız davranmırlar.[40]
XIX əsr fransız sosioloqu Elize Reklü azərbaycanlıları belə təsvir edirdi: "Cənubi Qafqazda yaşayan azərbaycanlılar Qafqazın heç bir xalqına xas olmayan keyfiyyətlərə malikdirlər. Belə nadir səmimiyyətə və tamahdan uzaq düzgünlüyə, həddən artıq mehribanlığa və qonaqpərvərliyə yalnız onların arasında rast gəlmək olar. Azərbaycanlılar Qafqazda mədəniyyət yayanlar hesab olunur." XX əsrin əvvəllərində rus alimi Vasili Veliçko "Qafqaz" əsərində azərbaycanlılar haqqında belə deyirdi: "Heç şübhəsiz, azərbaycanlıların qanları safdır; onlar təbiətən alicənab, mehriban, xoşrəftar, mərd və genişürəklidirlər, zehni cəhətdən istedadlı, əxlaqi baxımdan təmizdirlər."[41]
Hüseynqulu Sarabski azərbaycanlıların özünəməxsus xarakterik xüsusiyyətlərindən bunları qeyd edir: səxavətlilik, qonaqpərvərlik, şən olmaq, operativlik, cəsarət, musiqi və rəqsə sevgi, qonşuların dərdinə şəfqətlə yanaşmaq, qəriblərə göstərilən hörmət, dərdli şəxslərə kömək, bayramlarda və çətinlikdə bir-birlərinə kömək olmaq, qarşılıqlı sevgi.[42]
İgidlik
redaktə"İgid" və "qəhrəman" ifadələri dastan ənənələrində və günlük həyatda cəsarəti, döyüşü, ölümü qəbul etmə cəsarətini, qarşılıq gözləmədən başqaları üçün özünü fəda etməyi, qalibiyyəti özündə ehtiva edir. Azərbaycan atalar sözlərində igidliyin əsas xüsusiyyətlərindən biri olaraq döyüşkənlik göstərilir. Azərbaycan türklərinə görə, igid və ya qəhrəman özünü döyüşü və fiziki gücü ilə göstərir. Bu məsələdə igid bir müəllim qədər mütəxəssis olmalıdır. Həmçinin o, aldığı yaralara dözməli, özünü ər meydanında göstərməli və əsla geri çəkilməməlidir.[43]
Atalar sözlərində igidin cəsarətli olması və düşmənə boyun əyməməsi qeyd edilir. O, düşmənə hazırlıqsız yaxalanmamalı və yalnızca döyüş zamanı düşməni öldürməlidir. Döyüş bitəndən sonra düşməni öldürməyə icazə verilmir. Atalar sözlərində igidin yarağı üçün silah, xəncər, qılınc ifadələri işlədilir və silah müəllimin qələmi ilə müqayisə edilir. Bundan başqa igidlərin bir-birinə arxa çıxması tövsiyə edilir.[43]
İgid ilqarından dönməz, dəvə ovşarından.
İgid odur atdan düşə atlana, igid odur hər əzaba qatlanana.
İgid basdığın kəsməz.
İgidin qılıncı, müəllimin qələmi.
İgidin axmağı qılıncını dayısında sınar.
İgiddə axtarılan xüsusiyyətlər gənc, çalışqan və bilik sahibi olması, ətrafdakıları qorumasıdır. Qəhrəmanın uşaqlığından bəlli olduğu qeyd edilməklə birlikdə hər zaman hərəkətdə olmasının lazım olduğu qeyd edilir. Ancaq qəhrəmanın ölümü ya çox çalışmaqdan, ya da heç çalışmamaqdan olur. Həmçinin igid ehtiyatlı olmalı, geri çəkilməyi bacarmalıdır. O, qarşısına çıxan fürsətləri qaçırmamalı, harada və necə qəhrəmanlıq edəcəyini bilməli, ehtiyac olarsa, taktika baxımından qaçmağı və ya gizlənməyi bacarmalıdır. İgidlikdə vacib xüsusiyyətlərdən biri də mərdlikdir. Sözünü yerinə yetirmək, dövlət işlərində yalana yer verməmək, insanın üzünə sözünü demək mərdliyə daxildir.[43]
Azərbaycan atalar sözləri igidin nəsli və ailəsi ilə əlaqələri haqqında məlumat verir. İgid nəslinə oxşamalı, ailəsi ilə arasını yaxşı tutmalıdır. Digər bir qeyd edilən fikrə görə igid həyat yoldaşı seçimini düzgün etməlidir: "İgidi ar əyməz, yar əyər."[43]
Türk dünyasında qəhrəmanlar həmişə atları ilə xatırlanırlar. Bu xüsusiyyət Azərbaycan atalar sözlərində də özünü göstərir. At igidin yol yoldaşıdır, onun kimi ehtiyatlı olmalıdır, ona kömək etməli, qəhrəmanın adına layiq olmalıdır. İgid üçün qoyulan tələblərdən biri də onun ləqəbi, adı və şöhrətidir. Qəhrəman adını və onu xarakterizə edən ləqəbi bacarığına və uğurlarına görə alır. İgid olanın adı və şanı həm yaşayarkən, həm öldükdən sonra yaxşı xatırlanmalıdır. Nalayiq şöhrət qazanmaq igid üçün ölümə bərabərdir.[43]
Yardımlaşma
redaktəAzərbaycan yardımlaşma formaları təsərrüfat və maddi mədəniyyət sahələrini, həmçinin toy və yas mərasimlərini əhatə edir. Bundan başqa, kasıb, ailə başçısını itirmiş, xəstəsi olan ailələlərə, əlillərə kömək etmək xeyirxah iş kimi adətə çevrimişdi. Çətinliyə düşmüş qohum-qardaşa kömək etmək borc (məsuliyyət) sayılırdı. Azərbaycan yardımlaşma formaları şəriklik, ziyanlıq, damazlıq, mödgəm, hoy, cey, avaja, alışma, umya, bədəl, iməclik, əvrəz adlanır. Əvrəz əvvəllər orta əsr feodal mülkiyyət forması olmuş, XIX əsr və XX əsrin əvvəllərində isə sosial rolu dəyişilərək, yardım formasına çevrilmişdir.[44] Quba bölgəsində isə xalçaçılıq sahəsində el köməkliləri mövcud olmuşdur.[45] XIX əsr sonundan XX əsrin əvvəllərinə qədər həm yerli, həm də xarici tədqiqatçılar Azərbaycan yardımlaşma formalarını tədqiq etmişdir.[44][45] Yardımlaşma formalarının geniş yayılması özünü "El gücü, sel gücü", "El bir olsa, zərbi kərən sındırar" kimi atalar sözlərində də göstərir.[46]
Azərbaycan yardımlaşma formaları əsas iki hissəyə bölünür. Birincisi təsərrüfat və məişət sahəsində eyni imkana sahib insanların bir-birinə etdiyi köməkdir. İkincisi isə varlıların kasıblara yardım etdiyi xeyriyyə əməlləridir. Qarşılıqlı yardım institutu birinci qrupa aiddir.[45] Ən geniş yayılmış yardımlaşma forması iməcilik idi. Əgər camaat arasında iməcilik təsərrüfat işləri üçün edilirdisə, kişilər çağırılırdı, xalça toxuma, yundarama kimi məişət işləri üçün isə qadınlar dəvət edilirdi.[47] İməcilik tarixən bayram şənliyinə çevrilərdi, bir-biri ilə yarışan insanlardan qalib gələnə ev sahibi tərəfindən xələt verilərdi. Yol çəkmək, körpü salmaq, kəhriz qazmaq üçün tarixən xalq arasında iməcilik təşkil edilərdi.[48] Yol və körpü salınmasına rəhbərlik hakimiyyət tərəfindən təyin edilən yüzbaşı tərəfindən aparılardı, belə yüzbaşı iməciliyi əslində məcburi idi.[48][49] Gəlinin cehizlərinin hazırlanmasında, çörək bişirilməsində, Novruz bayramının keçirilməsində qadınlar iməcilik edirdi.[49]
Növbələşmə yardımlaşması isə qoşqu heyvanlarının, kotanın, iş üçün lazım olan vasitə və alətlərin çatışmamasına görə lazım idi. Bir neçə ailə əllərində olan heyvan, alət və vasitələri birləşdirərək, ortaq iş görürdü, şumlama, biçilən məhsulun xırmana daşınması və döyülməsini təşkil edərdilər. Qarabağ və Gəncə bölgəsində təşkil edilən hoy isə taxıl biçini, ot çalımı, arxın çəkilməsi, ev tikintisi, mərasimlər üçün istifadə edilirdi.[50] Ziyanlıq yardımlaşma formasında isə qıçı sınan, zəhərlənən, canavar tərəfindən parçalanan heyvan ziyan olmasın deyə, kəsilib qonşulara, qohumlara paylanardı. Heç bir ailə ziyanlığa kəsilmiş ətdən imtina edə bilməzdi. Evi ziyan görənə də yardım edilməsi ziyanlıq adlandırılırdı. Ziyanlıq yardımlama forması işçi xalq kütləsinin həmişə bir-birinə dəstək olduğunu, bir-birlərinin çətinliklərinə şərik çıxdıqlarını göstərir.[51]
Damazlıq yardımlaşa forması Azərbaycanın maldar əhalisi arasında yayılmışdı. Bu adətə görə, mal-qarası olmayan şəxsində evində yemək hazırlanıb, insanlar dəvət edilərdi. Yemək bitdikdən sonra ağsaqqal qonaqlığın damazlıq məqsədilə təşkil edildiyini deyərdi. Gələnlər ev sahibinə qoyun, dana bağışlamağa söz verərdi.[52] Zəngəzur və Qarabağ bölgəsində yayılan görəlkə adətində isə qohumlar arasında soyuqluq yaranmasın deyə onların evlərinə gedilər, hədiyyələr verilərdi.[46]
Qonaqpərvərlik
redaktəQonaqpərvərlik Azərbaycan üçün vacib xüsusiyyətdir. Tarixən Azərbaycanda varlıların ərazisində sırf qonaqların qalması üçün ayrıca ev tikilirdi. Belə evlər karvansaraların olmadığı, dağlıq bölgələrdə və kəndlərdə tikilirdi. Qonaq evlərində və ya otaqlarında yataq ləvazimatları, xalça dəstləri və həttat musiqi alətləri ilə təchiz edilirdi.[53] Qafqaza səfərində şamaxılı bir varlının evində qalan, fransız səyyahı Aleksandr Düma onun rahatlığı üçün masasında kağız və qələmə qədər fikirləşildiyini qeyd etmişdir.[54] Düma Azərbaycan qonaqpərvərliyini belə qeyd edir:
...hansısa qapını döyüb qərib olduğunuzu desəz, ev sahibi sənə qalmağa otaq verəcək və ailəsi ilə birlikdə kiçik bir otağa keçəcək. Bundan başqa, evdə qaldığınız müddətdə (bir, iki, üç həftə) sizi möhtac qoymazlar. Qonaq evdən çıxıb gedəndə ev sahibi onun qabağına keçər, "zəhmət olmasa bir gün də qalın və bizi sevindirin, sabah gedərsiz" deyər. |
Ev sahibindən məsuliyyət, qonaqdan isə ədəb qaydalarına, gəldiyi yerin adətinə əməl etmək gözlənilirdi. Bir-biri başa düşmək, səmimilik qonağın davranış şəklində özünü göstərirdi. Qonaq yersiz müdaxilələr etməməli, ailənin daxili işlərinə qarışmamalıdır. Ev sahibi və qonağın hərəkətləri bir-birini tamamlamalıdır.[53] Çalğı olan məclisdə mütləq musiqiyə qulaq asılmalıdır.[54] Qonaq qəbul edildikdən sonra müəyyən müddət tək buraxılmalıdır ki, özünü gəlsin və mühitə alışsın. Ancaq bu müddətin çox olması ev sahibinin laqeydliyini göstərər.[56]
Qonağın Allah qonağı adlandırılması Azərbaycanda geniş yayılmışdır. "Allah qonağı istəmirsinizmi? — sualına "Allaha da qurban olum, qonağına da" deyə cavab verilər. Burada məqsəd heç vaxt gedilməyən yerə ilk dəfə girəndə rədd cavabı almamaqdır. Bundan başqa qonağın bulaq başına və ya meşə aparılması, bayram günləri və xüsusi vaxtlar (ad günü, nişan-toy və sş) üçün qonaqlıqlar da geniş yayılmışdır. Ordubad bağbanları arasında mövcud olan bostanpozma adətinə görə isə, bağbanlar bir-birini qonaq çağırır və gedərkən qonaq bağbana məhsullarından hədiyyə edirlər.[57]
Hüseyn Cavidin "Ana" pyesinde qonaqpərvərliyin nə qədər vacib olduğu göstərilir. Səlma ana evinə sığınan Muradın oğlunun qatili olduğunu öyrənəndə yenə də onu qoruyur. Düşünür ki, Murad ondan aman istəyib və Səlma ana da onu ələ verməyəcəyinə söz verib. Səlma ana onu "qonaq qardaş" adlandırır. Hüseyn Cavid bu romantik pafosu ilə Qafqazda, azərbaycanlılar arasında qonaqpərvərliyin əhəmiyyətini nümayiş edir.[58]
Qafqazda mövcud olan qonaqpərəstlik adətinə görə, fərqli tayfa və ya milliyətdən olan iki kişi elə bir yaxın dostluq münasibəti yaşayır ki, onlar qanbir olur, bir-birlərinə kömək edirlər.[59] Gürcülərin subetnik qrupu olan tuşlar (tuşetilər) uşaqlıqdan övladlarına Azərbaycan dilini öyrədir, onları qonaqpərəstlik münasibətlərində olduqları azərbaycanlı ailələrə verirdilər. Hər tuşeti ailəsində azərbaycan dilini bilən ən azı bir nəfər olurdu.[60] Dargilər də uşaqları azərbaycan dilini öyrənsin deyə onları 3–4 aylığa azərbaycanlı ailələrə verirdilər.[61]
Ocaq
redaktəAzərbaycanlılarda ata evində ocağın və odun sönməməli olduğuna inanılır. Ailə üzvləri başqa yerlərdə olsalar da ata-baba günündə ata ocağına gəlməyə diqqət göstərirlər. Buna görə də Novruz bayramında ocaq qalayarlar. Digər bir adətə görə isə, evdə gece şam yandırarlar ki, ölənin ruhu evə gələndə ocağını işıqlı görsün. Xalq arasında dua kimi bir-birinə deyərlər ki, ocağın yanar, qazanın qaynar olsun. Ocağın yanmamasına görə, ölən şəxs küsə və yaxınlarının yuxusuna girib onları narahat edə bilər.[62]
Ata ocağına verilən dəyər əcdad və ocaq kultlarının bir-birini tamamlayan ünsür olduğunu göstərir. Ailə üzvlərindən birinin, xüsusilə evin oğlan uşaqlarından birinin ata ocağında yaşaması o ocağın sönməsi kimi qəbul edilir. Buna görə də, uşaq sahibi olmadan köçən insanların da ata ocağının söndüyünə inanılır.[62][63]
Təndir Azərbaycanda müqəddəs ocaq sayılır. Əhdi-peyman bağlayan sevgililər burada qucaqlaşıb öpüşərdi. Qardaş olmağa qərar verənlər burada and içər, onların münasibəti "təndir qardaşlığı" adlandırılardı.[64]
Qocalara qarşı münasibət
redaktəQocalar məişətdə vacib rola sahibdirlər. Bütün eli, nəsili, tayfanı tanıdıqları üçün kimləsə evləniləndə gəlib ondan məsləhət alarlar. Nişanda yuxarı başda əyləşib, xeyir-dua verərlər. Toyda isə toy babası olub, məclis apararlar. Ağsaqqalları sözü keçər, ayrılanları və küsənləri barışdırarlar. Uzaq yola gedənə uğurlu yol arzulayarlar, gələn qonağı qəbul edərlər. Ağsaqqallar təsərrüfat işlərininin, əkinçilik və maldarlıqla bağlı qərarların verilməsində iştirak edər, məsləhət verərlər. Azərbaycan dilində "Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma", "Böyüyün sözünə baxmayan böyürə-böyürə qalar" kimi deyimlər var.[65] Qoca olaraq cəmiyyətdə hörmət qazanmış qadınlar isə el anası adlandırılır.[66]
Ədəb
redaktəSaray ədəbi
redaktəOsmanlı vəziri Çandarlı Əli Paşa klassik İslam saray yaşayış ədəbini azərbaycanlı-iranlı bürokratlarının köməyi ilə tətbiq edərək Osmanlının dövlət idarəsində və saray həyatında islahatlar etmişdi.[67]
Səfəvi imperiyasında saray mərasimi (səlahiyyətlilərin və rütbəlilərin münasibətlərinin açıq şəkildə nümayiş olunduğu bütün növ rəsmi, normativləşdirilmiş qarşılıqlı əlaqələr[68]) Azərbaycan türk dilində aparılırdı. Qızılbaşların müharibə şüarı türk dilində "Qurbanı olduğum, ey mənim mənəvi rəhbərim və sahibim" idi.[69] Şah I Abbas italya səyyahı Pietro della Valleni Azərbaycan dilində "xoş gəldi, səfa gəldi" sözləri ilə qarşılamışdır.[70] Bu ifadə qonaqları qarşılamaq üçün Azərbaycan türkləri tərəfindən hələ də geniş istifadə edilir.[71] Səfəvi dövlət kitabçasının müəllifi Mirzə Nəqi Nasiri münşi əl-məmalikin xarakteristikalarını təsvir edərkən türk dili bilgisini vurğulayır.[72]
Süfrə ədəbi
redaktəSüfrədə qadınlar və uşaqların kişilərdən ayrı oturması adəti mövcuddur. Süfrədə oturma sırası iyerarxiyanı təyin edən xüsusiyyətdir. Qocalar və hörmət sahibi şəxslərə ortaya, ən yaxşı yerə oturar. Daha çox yayılmış adətə görə, kişilər yemək yedikdən sonra qadınlar üçün ayrıca süfrə açılar. Bu süfrəyə cavan qız və gəlinlər xidmət edər. Kişi süfrəsinə xidmət edən oğlanlar üçün ayrıca süfrə açılar.[73]
Normal bir süfrədə riayət edilməsi vacib olan qaydalar vardır. Bunlardan ən vacibi insanların süfrədə oturacağı yerin bəlli olmasıdır. Bütün ailə bir yerdə oturanda isə ailənin böyüyü başda oturar. Ailə böyüyü süfrəyə oturmadan balacalar oturmaz. O, yeməyə başlamadan da yeməzlər. "Su kiçiyin, süfrə böyüyün" atalar sözü Azərbaycan süfrəsində tam olaraq icra edilir.[73]
Süfrədə yemək yeyərkən danışılmaz. Yemək sakitcə yeyilər, böyüklər masadan qalxmadan qalxmazlar və masadan qalxarkən şükür edilər. Süfrəyə bismillahsız oturub, şükürsüz qalxanlar uğursuz hesab edilər. Çox süfrələrdə azərbaycanlılar adam sayına görə qab qoyarlar. Ancaq Anadoluya yerləşmiş bir qisim azərbaycanlılar rahat olsun deyə və ya iqtisadi çətinliklərə görə, bu qaydanı poza bilərlər. Azərbaycanlıların yeməkləri eyni qabdan bir neçə şəxsin yeməsi üçün uyğun deyildir.[73]
Ziyafət süfrələrində yeməklərin bir qismi əvvəlcədən süfrəyə qoyular. İsti yeməklər sıra ilə gələr. Belə süfrələr yeməkdən çox söhbət məqsədilə açılır. Buna görə də yeməyin təqdimatı və süfrə ədəbi fərqlidir. Süfrəyə eyni səviyyədə insanlar oturar, yaşı çox böyük və kiçik olanlar oturmaz. İnsanlar daha rahat hərəkət edərlər. Ancaq süfrə qonaqları ev sahibindən sonra ayağa qalxıb nitq deyərlər. Nitq həyat şərtləri mövzusunda ümumi bir qiymətləndirmə və ya süfrədə oturanların yaxşı xüsusiyyətləri, dostluqları ilə bağlı ola bilər. Nitqin ünvanlandığı şəxs də nitqə cavab verər. İnsanlar ziyafət süfrələrindəki hal və hərəkətləri ilə qiymətləndirilir və cəmiyyətdə hörmət görür.[74]
Müasir etiket qaydaları
redaktəAzərbaycanlıların salamlaşması regiondakı digər ölkələr kimi istiqanlı və dostcasınadır. Kişilər əllə, yanaqdan öpərək salamlaşır. Qadınlar qucaqlaşaraq və sol yanaqdan öpərək salamlaşır. Azərbaycan qadınları öz aralarında əllə salamlaşmır, ancaq tanımadıqları adamlarla belə salamlaşa bilərlər. Kişilər qadınlarla salamlaşarkən qadınların əvvəl əl uzatmasını gözləməlidirlər, əllə salamlaşanda isə zərif olmalıdırlar. Salamlaşandan sonra şəxsin ailəsi, sağlamlığı və işləri barəsində soruşulur. Əgər şəxslər eyni yaşdadırsa, yalnız adları ilə bir-birinə müraciət edə bilərlər. Əgər yaxınlıq yoxdursa, müraciət edərkən adı ilə birlikdə "bəy" və ya "xanım" sözləri istifadə edilir. Gənclər qocalara yaxınlaşıb salamlaşmalıdır.[75]
Azərbaycanlılar ad günləri, toy və yubileylər zamanı bir-birinə hədiyyə verir. Azərbaycan mədəniyyətində hədiyyənin qiymətindən daha çox onu fikirləşmək daha vacib hesab edilir. Hədiyyəni qəbul etməzdən əvvəl ən azı iki dəfə imtina etmək adəti var. Hədiyyə alınarkən hədiyyənin çox böyük olduğu və hədiyyə verənin çox əziyyət çəkdiyi qeyd edilir. Azərbaycanlının evinə qonaq gələrkən ev sahibəsinə gül və ya tort gətirmək lazımdır. Qonaqpərvərliyə balaca hədiyyə ilə cavab vermək nəzakət qaydası hesab edilir. Tək sayda güllər alınmalı, yasda isə cüt rəqəm istifadə olunmalıdır. Hədiyyə alınanda açılmamalıdır.[75]
Azərbaycan yemək etikası kifayət qədər rəsmidir. Yer göstərilənə qədər ayaq üstə dayanılır. Yemək zamanı dirsəklər stola qoyulmur, əllər stolun üzərində saxlanılır. Ev sahibəsi yeməyi gətirir, əvvəl qocalara, sonra qonaqlara və uşaqlara yemək verilir. Yemək zamanı bir şey uzatmaq üçün sağ əl istifadə edilir. Qonaq gələrkən ayaqqabıları çıxartmaq təklif edilərsə, şəpik geyinmək lazımdır. Vaxtında gəlmək çox vacib deyil. Müəyyən olunmuş vaxtdan 30 dəqiqə ərzində gəlmək məqbul hesab edilir.[75]
Azərbaycan ziyarətgahının (pir) içində olan hər kəs yazılmamış qaydalara əməl etməlidir. Sıra halında, saat əqrəbinin əksi istiqamətində 3 dəfə türbənin ətrafında fırlanmalıdır. Məscidlərdəki kimi pirlərdə də ayaqqabı ilə gəzmək olmaz. Qadınların başı bağlı olmalıdır. Bu qadın örtüsü hər ictimai yerdə geyilməli olan müasir hicab kimi deyil. Bu baş örtüləri qadınların saçlarını gizlətmir.[76]
Adət-ənənə nümunələri
redaktə- Mərasimlər. Müxtəlif mərasimlər lirik nəğmələr, inam və sınamalar və s. bu kimi janr və ədəbi formalar vasitəsilə icra edilir. Mərasimlər mövsüm (Günəşi çağırma ayini, saya, sucəddim və s.) və məişət (adqoyma, duz ayini, yuğ, toy və s.) mərasimləri olmaq üzərə iki hissəyə bölünür.[77]
- Köçərilik. Azərbaycanlılar arasında tarixən və qismən müasir dövrdə köçəri (tərəkəmə) və ya yarımköçəri (elat) həyat tərzi keçirən icmaların mədəniyyəti və adət-ənənələridir. Azərbaycanda elatların istifadə etdiyi müvəqqəti yaşayış məskənlərinə oba, şenlik, sığırxana, yataq, binə, yurd, düşərgə, qışlaq, dəkkə, dəngə, yaylaq və s. daxil idi.[78] Yaylaq vaxtı istifadə edilən evlər alaçıq, coma, dəyə, muxuru, qarakeçə, dünnüklü ev, kolux, mağardəyə və s.-dir.[79] Köçərilər dəvəçilik, qoyunçuluq, toxuculuq kimi peşələrlə məşğul olublar.[80][81][82]
- Türkəçarə. Azərbaycanlıların inanclarına və adət-ənənələrinə görə xəstəliklərin müalicəsidir. Vergili türkəçarəçilərin sənəti vergi kimi aldıqlarına inanılır, onların peşələri ustad-şagird yolu ilə öyrədilmir. Bunlara hanıxçılıq, əbəçilik (mamaçalıq), sınıqçılıq, çöpçülük və s. aiddir.[83]
- Ziyarətgahlar. Azərbaycanlılar tərəfindən ziyarət edilən pir, ocaq və s. müqəddəs yerlər daxildir. Bu yerlər əsasən ayrı-ayrı müqəddəs şəxslərin adları, daş, ağac, su-bulaq, qəbir və s. ilə əlaqələndirilir.[84] Belə yerlərlə bağlı adətlərə misal olaraq dağlara qanlı qurban verilməsi, ölülərin yüksək yerdə dəfn edilməsi, sudan üç daş götürmə adəti misal göstərilə bilər.[85][86][87]
İnanc nümunələri
redaktə- Yaradılış inancları. Azərbaycanlıların mifik inanclarına görə dünyanın yaradılması və ilk insanların (əcdadların) məskunlaşmalarını təsvir edir (aləmin yatdığı vaxt, Günəşin övladları, uğuzlar və s.). Qədim bir Azərbaycan əfsanəsinə görə, göylə birlikdə yoxdan var edilən yerin ardınca heyvanlar, bitkilər və insanlar yaradılmışdır. İnsanlar qısa müddət ərzində çoxalıb yerə sığmadıqları üçün bir-birləri ilə mübarizə etməyə başlamışdılar. Bundan sonra başlanğıcda bir olan göy və yer bir-birindən ayrılmışdır.[88]
- Təqvim inancları. Azərbaycanlılarda ilin müxtəlif vaxtlarının adlandırılması ilə bağlı yayılmış inanclardır (qarayaz, quyruqdoğdu, Kiçik Çillə və s.). Xalq arasında yayılmış inama görə, təzə ilin necəliyi, yaxşımı, pismi olacağı, məhz adlandırıldığı heyvanın xasiyyəti, əlaməti ilə bağlıdır. Məsələn, il ilan üstündə təhvil olanda deyirlər ki, havalar isti, quraqlıq keçəcək, münasibətlər normal olmayacaq. Dovşan ilində məhsul bol olur, əjdaha (timsah) ilində çoxlu yağış yağır, donuz ilində havalar sərt keçir və s.[89]
- Ovçuluq inancları. Azərbaycanlıların mifik inanclarına və adət-ənənələrinə görə ovçuluqla bağlı inanclar, ov zamanı icra edilən rituallardır. Azərbaycan ovçuluq inanclarına görə, ovçular həm fiziki, həm əxlaqi baxımdan təmiz olmalı, ova çıxan adam haram yeməməli, yalan danışmamalı və pislik etməməlidir. Azərbaycan inanclarına görə ovçu ovun qəlbini özü yeməlidir.[90] Buna səbəb ovun sürətini və gücünü əldə etmək ola bilər.[91] Ovlanan heyvanın başı və dərisi onu ovlayan ovçuya verilər.[92] Zəngəzur folkloruna aid bir şeirdə ov ətinin satılmaması qaydası qeyd edilir.[93] Digər qaydalar ov ətinin içki ilə içilməməsi, ovdan qayıdarkən rastlaşılan hamıya ovdan pay verilməsi, ovçu sayılan ov quşlarına güllə atılmamasıdır.[91]
- Sehr. Fövqəltəbii qüvvələrin gücü ilə dünyaya (təbiət hadisələrinə, ruhlara, adamların əhval-ruhiyyəsinə, sağlamlığına) təsir etməyin yolunun tapılması əfsun, cadu, sehr, tilsim, fal və duaların toplusu şəklindədir. Köhnə dövrün azərbaycanlıları qorxunu götürməkdən ötrü (bəzi kəndlərdə indi də icra olunur) cəftə suyu içirdirdilər. Keçi piyini bədəninə sürtməklə xəstənin sağalacağına ümid bəsləyirdilər. Şər işlərin baş tutması üçün isə qurd yağından və ilan qabığından istifadə edirdilər. Kolu, tikanlı ağacların budaqlarını və üzərlik bitkisini evlərin astanasından asırdılar ki, pis nəzərləri içəri buraxmasın.[94]
Simvolizm
redaktəRənglər
redaktə- Ağ. Azərbaycan nağıllarında yaxşı heyvanlar həmişə ağ rəngdə olur. Buna misal nağıllardakı ağ quşlar və ilanlardır. Ağın xoşbəxtlik rəmzi olması bir nağılın "ağ günlər" ifadəsi ilə bitməsindən bəlli olur. Ağın şər qüvvələri təmsil etməsi sadəcə ağ divlərdə müşahidə edilir.[95] Ağ rəngin yas paltarı rəngi olaraq istifadə edilməsi adəti tarixən Azərbaycanda (məsələn, Naxçıvanda) olmuşdur. Yasdan çıxdıqdan sonra ağ paltar geyilməzmiş. Ağ rəng matəm rəngi hesab edildiyinə görə bəzi Azərbaycan rayonlarında yatan uşağın üstünə ağ örtük örtməzlər. Qafqazda yaşayan qumuq və qaraçaylı kimi türk xalqlarında da ağın yas rəngi kimi roluna rast gəlinir. Azərbaycan dilində "ağ yalan", "ağ böhtan", "üzümü ağ elədin" ifadələri vardır.[96]
- Göy. Türk xalqlarında, o cümlədən Azərbaycan türklərində göy rəng şənlik, sevinc, şad xəbərin rəmzidir. Buna səbəb göy rəngin adını Tanrı məkanı Göydən alması ilə bağlıdır.[97]
- Qara. Azərbaycan nağıllarında şahların yasında şəhər sakinlərinin geydiyi rəngdir. Bəzi nağıllarda yas olduğunu bildirmək üçün şəhərin yuxarısından qara bayraq asılır. Azərbaycan məsəllərində də uğursuzluq qara rənglə əlaqələndirilir ("Qara xəbər tez yayılar"). Qara rəngli heyvanlar da şər qüvvələri təmsil edir. İstisna qara atdır. Çünki köçəri türklərdə at vacib heyvan olub. Qara at ya qəhrəmanı xilas edir, ya da ona çətin tapşırıqda kömək edir.[98]
- Qırmızı. Qırmızı rəng sağlamlıqla əlaqələndirilir.[99] Rəngin tanınma, tanıtma xüsusiyyəti vardır. Nişanlılar tanınmaq üçün qırmızı paltar geyinərdi. Oğlan evindən qıza qırmızı don gələrdi, qız da oğlan üçün qırmızı köynək tikərdi. Qız evlənəndə qırmızı duvaq örtərdi.[100]
- Qızılı və gümüşü. Bu rənglər həm birlikdə, həm ayrı-ayrı istifadə edilir. Qızılı və ya gümüşü saç qəhrəmanın gözəlliyini bildirir. Buna nümunə olaraq, Üç bacı nağılında saçları yarı qızılı, yarı gümüşü olan qız-oğlan əkizinin doğulmasıdır. Bu rəng kombinasiyası sarayın, pilləkənlərin və fəvvarənin gözəlliyini bildirmək üçün də istifadə edilir.[101]
- Sarı. Rəng xəstəlik, quraqlıq, qıtlıq, xəbislik, bədlik ilə əlaqələndirilir.[99][102]
- Yaşıl. Bu rəng təbiətin və həyatın simvoludur. Azərbaycan nağılında yaşıl muncuq yeməklə hamilə qalınması yaşıl rənginin məhsuldarlıq (balavermə) ilə əlaqəsini göstərir. Azərbaycan folklorunda yaşıl rəngin mənasını başa düşmək üçün türk köçərilərinin yaşadığı ərazilərin təbiətində yaşıl və sarı təzadını başa düşmək lazımdır.[99]
Saylar
redaktəAzərbaycan inanclarında müəyyən saylar sehrli qüvvəyə malikdir, bəziləri xeyir gətirir, bəziləri isə şər qüvvənin təmsilçisidir. Üç, yeddi və qırx sayları Azərbaycan folklorunda uğurlu hesab edilir və çox istifadə edilir. Sayların sehrli qüvvəsinə inam qədim dünya görüşlərindən, qam-şaman kontekstindən, sayların müqəddəsliyinə inam isə İslam dininə və qızılbaşlığa sufi təsirindən qaynaqlanır.[103]
- Üç. Çətin doğum zamanı qadının başı üstündə daş və ya başqa əşyalar 3 dəfə bir-birinə vurulur. Uşağın qırxı çıxanda çimizdiriləndə (Azərbaycan duz ayini) xüsusi ayin mahnısı oxunulur və uşağın başından 3 dəfə su axıdılır. Azərbaycan nağıl və dastanlarında evləcək qız və oğlanlar bir-birinə 3 sual verir və bir-birini 3 dəfə sınayırlar. Gəlin ata evindən yola salınarkən başına 3 dəfə duz dolandırılır və gəlin ocağın başına 3 dəfə fırlanır. Dəfndən sonra 3 gün boyunca mərhumun yaxınlarının evi ziyarət edilir və onun üçü (ölümün 3-cü günündə qeyd edilən hüzr mərasimi) verilir.[104]
- Yeddi. Məişət mərasimlərində 7 sayına müraciət özünü evlənən qız üçün 7 oğul istənilməsində göstərir. Övladı olmayan qadın 7 qəbirdən torpaq götürüb, su qatır və bu suda çimir. Xəstələnən uşağa 7 qapının cəftə suyu dadızdırılır və 7 həyətdən 7 çöpün tüstüsü uşağın burnuna tutulur. Ölənin yeddisi (ölümün 7-ci günündə qeyd edilən hüzr mərasimi) keçirilir.[105]
- On üç. "On üç nəhsdir, düşər-düşməzi olar" deyilməsi onu göstərir ki, bu say bəzən insanlara uğur, bəzən uğursuzluq gətirir.[106]
- Qırx. Uğurlu saydır, Azərbaycan ənənələrinə görə, ölənin qırxı (ölümün 40-cı günündə qeyd edilən hüzr mərasimi) keçirilir.[103]
Ədəbiyyatda nəsihət və dəyərlər mövzusu
redaktəMonqol hakimiyyəti dövrünün çətinlikləri zamanı həm Anadolu, həm Azərbaycanda sadə camaat sufi şeyxlərin ətrafında birləşmiş, mürid və dərvişlərin sayı artmışdır. Azərbaycanda Şirvan-ı Kəbirdən başlayaraq Əbu Səid, Baba Kuhi, Əxi Fərəc Zəncani, Naxçıvanlı Xacə Məhəmməd Xoşnam, Xoylu Əxi Evrən, İzzəddin Həsənoğlu kimi şəxsiyyətlər və əsərləri xalqa mənəviyyat aşılamışdır.[107] Anadolu və Azərbaycanda monqol dövrünün çətinlikləri vaxtında dövrün ozanları xalqa mənəviyyat aşılamaq üçün ideal insan və xarizmatik lider rolunu İmam Əlidə görmüş və heç bir məzhəbi təəssübkeşliyə yönəlmədən onun həyatını dastanlaşdırmışdır.[107]
Dastanlar (tez-tez musiqi ilə müşayiət edilən, epik nəsr və poeziya) Azərbaycan kimliyinin, kollektiv yaddaşının, qəhrəmanlıq və mənəviyyat nümunələrinin, gender normaları və cinsi münasibətlərin əsasını təşkil edən şərəf və davranış kodeksinin tərkib hissəsidir. Belə dastanlarda ailə, klan və tayfaya sadiqlik, cəsarət və səmimilik başlıca xüsusiyyətlərdir. Tayfanın və vətənin qorunması, xarici işğalçılardan azad edilməsi dastanların əsas mövzularıdır. Qadınlar və kişilər belə dastanlarda birlikdə mübarizə aparırlar.[108]
XVI əsr Azərbaycan şairi Şah İsmayıl Xətainin "Nəsihətnamə"sində tövhid və imamətdən bəhs edildikdən sonra əsərin nəsihət hissəsi başlayır. Burada birinci verilən məsləhətlər şahın hakimiyyətinin dəstəklənməsi, şaha sədaqət haqqındadır. İkinci qrup nəsihətlər isə din və təriqət əxlaqı haqqındadır, yeni dərvişlərə yol göstərilməsi, təriqət qaydaları ilə tanışlıq məqsədi daşıyır.[109] XIX əsr nəqşibəndi xadimi Mir Həmzə Nigari (1805–1855) türk dilində, nəsihətverici sufi əsəri "Nigarnamə"ni yazmışdır.[110]
Mir Möhsün Nəvvabın "Nəsihətnamə", "Kifayətül-ətfal" və "Nurul-Ənvar" əsərlərində psixoloji və etik fikirlərini bildirmişdir.[111] Nəvvab "Nəsihətnamə" əsərində mənəviyyat üçün vacib olan bütün keyfiyyətləri göstərir, əxlaqın tərbiyə edilməsində insaf, ədalət və vicdanın rolunu qeyd edirdi.[112] Nəvvabın "Pəndnamə" əsərində 500 nəsihət fars dilində, 499 nəsihət Azərbaycan dilində verilmişdir.[113] Nəvvab həm də Azərbaycan–erməni qırğınları (1905–1906) ilə bağlı olaraq "Erməni tayfasına nəsihətlər" vermişdir.[114]
Azərbaycan atalar sözləri cəmiyyətin sosial nəzarət mexanizmini təmin etmək funksiyası daşımaqla mühüm mədəni vasitəsidir. Bu mexanimin qurulmasında cəmiyyətin quruluş şəkli və təcrübələri, hiss və düşüncələri rol oynayır. Azərbaycan atalar sözlərində vətən və millət sevgisi, ailəyə sədaqət, ata-ana haqqı, xeyirxahlıq, namus, mərdlik, əməksevərlik, əxlaq, saflıq, birlik, həmrəylik, dostluq, alicənablıq, yardımsevərlik, səbir, yalandan uzaq olmaq, zülmdən, haqsızlıqdan uzaq olmaq, ağıllı və savadlı olmaq xüsusi olaraq vurğulanır.[115] Atalar sözlərində yurd-vətən sevgisi xüsusi olaraq vurğulanır. Qarabağın böyük hissəsinin Azərbaycan nəzarətində olmadığı dövrün acısı belə atalar sözləri ilə bildirilmişdir: "Gözsüz yaşamaq olar, Vətənsiz yox", "Qürbət yerdən Vətən olmaz", "Köçən yurdun qədrini, düşən yurda bilərlər".[116]
Nağıllar
redaktəAzərbaycan nağıllarında "ədalət" anlayışı ədalətli, bölüşməyi bilən qəhrəmanlar vasitəsilə uşaqlara çatdırılır. Ədalətsiz davranan qəhrəmanlar ya cəzalandırılırlar, ya da səhvlərini başa düşüb haqqın yanında olarlar. Nağıllarda haqlı ilə haqsızın arasındakı mübarizə göstərilir. Axırda ədalətli olan qalib gəlir.[117][118] "Dostluq" anlayışı isə həm insanlar arasında, həm də insanlarla qeyri-insanı varlıqlar arasında özünü göstərir. "Dostluq" anlayışı bir-birinə kömək olmaq və vəfalı olmaq şəklində təqdim edilir.[118] Nağıllarda verilən dürüstlük xüsusiyyəti isə doğru söz demək, etibarlı və sözündə möhkəm olmaq şəklində özünü göstərir. Yalan danışan və sözünün üstündə durmayanların dürüst qəhrəmanlar qarşısında məğlub olması uşaqlara dürüstlük dəyərini aşılayır.[118][119]
Nağıllarda özünə nəzarət, cəmiyyətin sosial və əxlaq qaydaları ilə uyğunlaşmaq xüsusiyyəti müxtəlif nağıllarda verilmiş, mənfi qəhrəmanın timsalında da izah edilmişdir. Məsələn, Kəlləgöz onu böyüdən yurda xəyanət edib insanları qaçırdığı üçün tənqid atəşinə məruz qalır. Uruz Dədə onu belə tənqid edir: "Xaqanımız səni böyüdüb boya-başa gətirdi. Sən isə qəddar hərami oldun! Nədir bu adamın başına gətirdiyin? Eyib deyil mi?"[119]
Nağıllarda qarşındakına hörmət göstərmə valideynlərə, nənəyə, xaqana, digər böyüklərə qarşı münasibətdə özünü göstərir. Bu xüsusiyyət təvazökar olmaq, digər insanların xarakterinə hörmət etmə davranışı ilə birlikdə nağıllarda göstərilir.[119] Sevmək xüsusiyyəti isə nağıllarda insanlara, təbiətə, heyvanlara qarşı sevgi şəklində verilmişdir. Azərbaycan nağıllarında sevmə xüsusiyyəti mərhəmətli olmaq, ailə birliyinə əhəmiyyət vermək münasibəti və davranışı ilə birlikdə uşaqlara təqdim edilir.[120]
Məsuliyyətli olmaq xüsusiyyəti Azərbaycan nağıllarında ən çox işlənən xüsusiyyətlərdən biridir. Məsuiliyyətli olmaq özünü ailəyə, hakimiyyətə, ölkəyə, canlı varlıqlara qarşı münasibətdə özünü göstərir. Nağıl qəhrəmanları bəzən öz iradələri ilə, bəzən də digər qəhrəmanların onlara istiqamət verməsi ilə məsuliyyəti boyunlarına götürür və uğur qazanırlar.[120] Vətənə sevgi xüsusiyyəti özbək, Gümüşxanə və Bayburt nağıllarında olduğu kimi, ən az işlənən dəyərdir. Azərbaycan nağıllarında bu xüsusiyyət torpaq üçün döyüşmək, bayraq sevgisi, qəhrəmanlıq kimi mövzularla yox, qanunlara əmək etmək, çalışqan olmaq, həmrəylik, tarixi və təbii irsə qarşı həssas olmaq, cəmiyyətə əhəmiyyət vermək kimi vətəndaşlıq anlayışları ilə işlənmişdir.[121]
Azərbaycan nağıllarında köməkləşmə, məsuliyyət, dürüstlük, ədalət və sevgi dəyərlərinin işlənməsi və nağıl qəhrəmanlarının daha çox uşaq olması ona kömək edir ki, nağılları oxuyan uşaqlar özü ilə qəhrəman arasında identifikasiya qurur və beləliklə, dəyərləri mənimsəyir.[121]
Bakıxanovun əxlaqla bağlı əsərləri
redaktəAbbasqulu ağa Bakıxanovun "Əxlaqın tərbiyələnməsi" (solda) və "Nəsihətlər kitabı" əsərləri
|
Azərbaycan alimi Abbasqulu ağa Bakıxanov "Əxlaqın tərbiyələnməsi" ("Təhzibül-əxlaq") əsərində İslam təlimlərindən bəhs edir və onları Yunan fəlsəfəsi və Qərb dəyərləri ilə müqayisə edirdi.[122] Bu əsərin "Mülayimliyə riayət", "Yaxşı işlərin mükəmməlliyi haqqında", "İctimai ünsiyyət qaydaları haqqında", "Təvazökarlıq prinsipləri haqqında, "Vicdanı tərifləmək haqqında" və "Azla kifayətlənməyin üstünlükləri haqqında" adlı fəsilləri vardır. Bakıxanov bu əsərdə danışmaqdan çox dinləməyi, azla kifayətlənməyi, özünü idarə etməyi və sınamağı, vicdan və əxlaqi prinsipləri tətbiq etməklə özünü təkmilləşdirməyin zərurətini tərənnüm edir.[123]
Bakıxanovun həm Azərbaycan dilində, həm də fars dilində nüsxəsi olan "Nəsihətlər kitabı" əsəri gənc insanlar üçün məsləhətlər şəklində yazılmışdır. Bakıxanov bu əsərində ictimai münasibətlərdə intellekt və rasional düşüncədən istifadəni, biliyə yiyələnməyi, dürüstlük, ədalət və mülayimliyi vurğulayırdı. Kitab nə dil, nə tarix, nə də mədəni ənənələri paylaşmayan "bir gücün fəthi" (Rusiyanın Azərbaycanı nəzarətə götürməsi) qarşısında ictimai dəyərlərin yenidən təsdiqini təşkil edir. "Nəsihətlər kitabı"nda dini vəzifələri və əxlaqi davranışın müxtəlif baxışları verilmişdir (tənbəllikdən uzaq qalmaq, vəzifələrin icra edilməsi, başqalarının və ya özünün səhvlərinin ortaya çıxarılmaması, ədalətli davranış, dostlarla yaxşı davranış, özünəinam, var-dövlətin düzgün xərclənməsi, qanun, hakimiyyət və böyüklərə tabe olmaq və s.)[123]
"Nəsihətlər kitabı"nın mesajının türk fikrindəki kökləri dövr baxımından rusların siyasi güc olaraq hakimiyyətindən əvvələ, hətta türklərin İslamı qəbul etməsindən əvvələ gedib çıxır. Bakıxanovun əsərdəki mesajı erkən türk ənənəsini (həm türk-İslam ənənəsi, həm də İslamdan əvvəlki türk ənənəsi) bilərək və ya bilməyərək daşıyır, həm də sufizmdən qaynaqlanır. Əsər mesaj baxımından Qaraxanlılar dövrünə aid "Qutadqu-bilik" əsəri ilə bir çox oxşarlıq daşıyır. "Nəsihətlər kitabı"ndakı mövzular "Qutadqu-bilik"də ən vacib rolu oynayır. Bu iki əsər arasında oxşarlıqlar "şahzadələr üçün güzgü" tipində yazılmış digər əsərlərdə ("Qabusnamə", "Siyasətnamə", "Nəsihət əl-Müluk") tapılmamışdır.[123]
Qeyri-maddi mədəni irs qeydiyyatı
redaktəAzərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında 2014-cü ildə "Qadın ipək baş örtüyü kəlağayının hazırlanması və simvolikası", 2022-ci ildə "Çay mədəniyyəti – kimliyin, qonaqpərvərliyin və sosial qarşılıqlı əlaqənin simvolu" daxil edilmişdir.[124][125]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "История Востока. В 6 т. Т. 2. Восток в средние века". 2013-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14. Orijinal mətn (rus.)
Говоря о возникновении азербайджанской культуры именно в XIV-XV вв., следует иметь в виду прежде всего литературу и другие части культуры, органически связанные с языком. Что касается материальной культуры, то она оставалась традиционной и после тюркизации местного населения. Впрочем, наличие мощного пласта иранцев, принявших участие в формировании азербайджанского этноса, наложило свой отпечаток прежде всего на лексику азербайджанского языка, в котором огромное число иранских и арабских слов. Последние вошли и в азербайджанский, и в турецкий язык главным образом через иранское посредство. Став самостоятельной, азербайджанская культура сохранила тесные связи с иранской и арабской. Они скреплялись и общей религией, и общими культурно-историческими традициями
- ↑ Najafizadeh, Mehrangiz. "GENDER AND IDEOLOGY: SOCIAL CHANGE AND ISLAM IN POST-SOVIET AZERBAIJAN." Journal of Third World Studies, vol. 29, no. 1, 2012, pp. 81–101. JSTOR, http://www.jstor.org/stable/45194854 Arxivləşdirilib 2023-03-04 at the Wayback Machine. Accessed 4 Mar. 2023.
- ↑ XAVIER DE PLANHOL. "IRAN I. LANDS OF IRANn". Iranica. 2016-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-27.
- ↑ Yolaçan, S. (2019). Azeri networks through thick and thin: West Asian politics from a diasporic eye. Journal of Eurasian Studies, 10(1), 36–47. https://doi.org/10.1177/1879366518814936
- ↑ Caferoğlu, 1956. səh. 66-67
- ↑ Царевич и лягушка // Фольклор Азербайджана и прилегающих стран. 1. Баку: Изд-во АзГНИИ. Азербайджанский государственный научно-исследовательский ин-т, Отд-ние языка, литературы и искусства (под ред. А. В. Багрия). 1930. 30–33. 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-17.
- ↑ Челеби Э. Описание крепости Шеки/О жизни племени ит-тиль // Книга путешествия. (Извлечения из сочинения турецкого путешественника ХVII века). Вып. 3. Земли Закавказья и сопредельных областей Малой Азии и Ирана. Москва: Наука. 1983. 159. 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-17.
- ↑ Togan, 1981. səh. 282
- ↑ GOULD, REBECCA. "SECULARISM AND BELIEF IN GEORGIA’S PANKISI GORGE." Journal of Islamic Studies, vol. 22, no. 3, 2011, pp. 339–73. JSTOR, http://www.jstor.org/stable/26200894 Arxivləşdirilib 2024-02-23 at the Wayback Machine. Accessed 23 Feb. 2024. page 359.
- ↑ Birgül Açıkyıldız. The Yezidis: The History of a Community, Culture and Religion. — New-York: I. B. Tauris & Co Ltd, 2014. — С. 191. — ISBN 9781784532161.
- ↑ Magomedkhan Magomedkhanov. Building of the Tower of Babel: Ethnolinguistic Processes in Dagestan. Russian Academy of Sciences, Dagestan Science Centre.
- ↑ Магомедханов, 2008. səh. 37
- ↑ Minahan, James B. Tat // Ethnic Groups of North, East, and Central Asia: An Encyclopedia. — ABC-CLIO, 2014. — P. 261. — ISBN 9781610690188.
- ↑ Prof. Dr. Namiq Musalı. Kaçarlar döneminde türk kimliği ve türkçenin konumu meseleleri üzerine (тур.) // Amasya Üniversitesi Sosyal Bilimler Dergisi. — 2018. — C. 2. — S. 131–171. — ISSN 2602–2567.
- ↑ Ахундова Н. Ф.. Развитие суфизма в Азербайджане: возвышение шейха Сефи ад-дина Исхака Ардебили в эпоху ильханата (на основе сведений западной историографии). — АНО "Научно-исследовательский институт истории, экономики и права", 2018. — 200 с. — ISBN 978-5-906724-35-9.
- ↑ Erol, 2021. səh. 87
- ↑ Erol, 2021. səh. 85-86
- ↑ Suleymanli, 2021. səh. 133
- ↑ Şahverdiyev, 2006. səh. 35
- ↑ O'Brayn, Metyu. Uzeir Hajibeyov and his role in the developement of musical life in Azerbaijan. // Soviet music and society under Lenin and Stalin: the baton and sickle (ingilis). Routledge. Edited by Neil Edmunds. 2004. səh. 214.
- ↑ İbrahimova, 2018. səh. 52-53
- ↑ İbrahimova, 2018. səh. 55
- ↑ Али АБАСОВ. "Ислам в современном Азербайджане: образы и реалии". Sakharov-center. 2013-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-29.
- ↑ 1 2 İbrahimova, 2018. səh. 56-57
- ↑ Бернандт, 1962. səh. 264
- ↑ Əfəndiyev, 2002. səh. 14
- ↑ İbrahimova, 2018. səh. 63
- ↑ İbrahimova, 2018. səh. 58
- ↑ Gasimov, 2020. səh. 12-13
- ↑ "Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin təntənəli andiçmə mərasimi keçirilmişdir" (az.). president.az. 19 oktyabr 2013. İstifadə tarixi: 2024-10-16.
- ↑ Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Arxivləşdirilib 2018-03-30 at the Wayback Machine. president.az, 10.10.2017 (az.)
- ↑ Goyushov, A. (2018). Azerbaijan (Vol 12, 2019). In S. Müssig, J. S. Nielsen, E. Račius, S. Akgönül and A. Alibašić (eds.), Yearbook of Muslims in Europe Online. Brill.
- ↑ Mehrangiz Najafizadeh. "Sources and Methods: Azerbaijan: Post-Soviet Period" (ingilis). Encyclopedia of Women & Islamic Cultures Online. (#accessdate_missing_url)
- ↑ Azərbaycan etnoqrafiyası, II cild, 2007. səh. 354-355
- ↑ Azərbaycan etnoqrafiyası, II cild, 2007. səh. 360
- ↑ 1 2 3 4 5 И. М. Джафарзаде, Р. И. Бабаева, М. И. Атакишиева. Народы Азербайджанской Советской Социалистической Республики. Азербайджанцы. Семья и семейный быт / Под редакцией Б. А. Гарданова, А. Н. Гулиева, С. Т. Еремяна, Л. И. Лаврова, Г. А. Нерсесова, Г. С. Читая. — Народы Кавказа: Этнографические очерки: Издательство Академии наук СССР, 1962. — Т. 2. — С. 131–142.
- ↑ Azərbaycan etnoqrafiyası, II cild, 2007. səh. 364
- ↑ 1 2 3 4 Azərbaycan etnoqrafiyası, II cild, 2007. səh. 367-369
- ↑ Qiyasəddin Qeybullayev. Azərbaycanlılarda ailə və nikah. Bakı. 1995. səh. 429.
- ↑ Этнопсихологический словарь. — М.: МПСИ. В. Г. Крысько. 1999 (англ.).
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 5
- ↑ История Азербайджана. — Баку: Изд-во АН Азербайджанской ССР, 1960. — Т. 2. — С. 274.
- ↑ 1 2 3 4 5 SARPKAYA, S. (2021). Azerbaycan Türklerinin Atasözlerinde "Yiğit (Kahraman)" Kavramı. Akademik Dil ve Edebiyat Dergisi, 5(3), 199–215. https://doi.org/10.34083/akaded.983659 Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine
- ↑ 1 2 Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 58-59
- ↑ 1 2 3 Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 60
- ↑ 1 2 Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 77
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 61
- ↑ 1 2 Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 63-64
- ↑ 1 2 Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 65-66
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 70-71
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 74-75
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 76
- ↑ 1 2 Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 117-118
- ↑ 1 2 Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 119
- ↑ Ganiyeva, 2021. səh. 959
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 121
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 125-126
- ↑ Elçin Mehrəliyev. "Hüseyn Cavidin "Ana" pyesi: Qafqaz mədəniyyətində qonaqpərvərlik kultu" (PDF) (az.). Kredo. 14 mart 2019. İstifadə tarixi: 2024-11-02.
- ↑ "БСЭ. ст. Куначество". 2010-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.
- ↑ Волкова Н. Г. Этнокультурный контакты народов Горного Кавказа в общественном быту (XIX — начало XX в.) // Кавказский этнографический сборник. — Изд-во Академии наук СССР, 1989. — Т. 9. — С. 169.
- ↑ Pieter Muysken. Studies in language companion series. From linguistic areas to areal linguistics. — John Benjamins Publishing Company, 2008. — Т. 90. — С. 74. — ISBN 90-272-3100-1, ISBN 978-90-272-3100-0.
- ↑ 1 2 Arık, 2024. səh. 669
- ↑ Mensimova, Z. İ. K. (2018). Azerbaycan Tören Folklorunda Ecdad (Ata) Kültü Meselesi. BENGİ Dünya Yörük-Türkmen Araştırmaları Dergisi, 2018(2), 24–40.
- ↑ Azərbaycan etnoqrafiyası, II cild, 2007. səh. 277-278
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 92-93
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 94
- ↑ İnalcık, 2011. səh. 121
- ↑ Stollberg-Rilinger, Barbara, "Court ceremonial", in: Encyclopedia of Early Modern History Online, Editors of the English edition: Graeme Dunphy, Andrew Gow. Original German Edition: Enzyklopädie der Neuzeit. Im Auftrag des Kulturwissenschaftlichen Instituts (Essen) und in Verbindung mit den Fachherausgebern herausgegeben von Friedrich Jaeger. Copyright © J. B. Metzlersche Verlagsbuchhandlung und Carl Ernst Poeschel Verlag GmbH 2005–2012. Consulted online on 30 June 2023 <https://referenceworks.brillonline.com/entries/encyclopedia-of-early-modern-history-online/court-ceremonial-COM_020904 Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine>
- ↑ Floor, Javadi, 2013. səh. 5
- ↑ Floor, Javadi, 2013. səh. 7
- ↑ ‘Language and Translation at the Safavid Court Arxivləşdirilib 2024-04-23 at the Wayback Machine’. Hilâl, 8 April 2022. https://doi.org/10.30687/978-88-6969-592-6/001. (page 10)
- ↑ Floor, Javadi, 2013. səh. 10
- ↑ 1 2 3 Kartari, 1986. səh. 339-340
- ↑ Kartari, 1986. səh. 341
- ↑ 1 2 3 "Exploring The Cultural Tapestry Of Azerbaijan". globalvisacorp.com. June 30, 2017. 2024-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.
- ↑ Wiktor-Mach, 2017. səh. 100-101
- ↑ Qalib Sayılov. "MƏRASİM FOLKLORUNUN JANR SPESİFİKASI". AMEA Folklor İnstitutu (Azərbaycan).
- ↑ Azərbaycan etnoqrafiyası, II cild, 2007. səh. 23-26
- ↑ Azərbaycan etnoqrafiyası, II cild, 2007. səh. 76-78
- ↑ Azərbaycan etnoqrafiyası, I cild, 2007. səh. 277-278
- ↑ Azərbaycan etnoqrafiyası, I cild, 2007. səh. 228-229
- ↑ Azərbaycan etnoqrafiyası, I cild, 2007. səh. 446
- ↑ NÜBAR HƏKİMOVA. "AZƏRBAYCAN FOLKLORUNDA XALQ TƏBABƏTİ İLƏ BAĞLI İNANCLAR SİSTEMİ" (az.). AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU. 2017.
- ↑ TÜRK-İSLAM MƏDƏNİYYƏTİ İLƏ BAĞLI İNAM YERLƏRİ: PİRLƏR (Naxçıvan şəhəri materialları əsasında). Asəf ORUCOV
- ↑ Türklerde Dağ Kültü Inancı Ve Altay, Tıva Ve Şor Destanlarında Dağ (Seniha Sönmez). Balıkesir, 2008.
- ↑ İRAN TÜRKLÜĞÜNDE GELENEKSEL TÜRK İNANÇLARININ ETKİ VE İZLERİ. Impact and Traces of Traditional Turkish Beliefs Among Iranian Turks. Yrd. Doç. Dr. Mousa RAHIMI.
- ↑ TÜRK KÜLTÜRLÜ HALKLARDA AHIR ÇERŞEMBE’NİN MİTOLOJİK MUHTEVASI. Yaşar Kalafat
- ↑ Türk Mitolojisinin Ana Hatlari. Yaşar Çoruhlu, 2002. 237 səhifə
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 421
- ↑ Celilova, 2019. səh. 62
- ↑ 1 2 Ləman Vaqif qızı Süleymanova. Şəki folklor mühiti, Bakı, 2012. – 248 səh. səh 97–98.
- ↑ Celilova, 2019. səh. 77
- ↑ Celilova, 2019. səh. 65
- ↑ Qafarlı, Ramazan, AZƏRBAYCAN TÜRKLƏRİNİN MİFOLOGİYASI, ADPU, 2010
- ↑ Agirel, 2009. səh. 95
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 354
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 361
- ↑ Agirel, 2009. səh. 92-93
- ↑ 1 2 3 Agirel, 2009. səh. 96-97
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 356-357
- ↑ Agirel, 2009. səh. 99
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 359
- ↑ 1 2 Abdullayeva, 2022. səh. 786
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 365-367
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 370-371
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 375
- ↑ 1 2 Altaylı, 2023. səh. 239
- ↑ Tohidi, 2000. səh. 268
- ↑ Abdullayeva, 2022. səh. 783-784
- ↑ Tahsin Yazıcı. "HAMZA NİGARİ". Encyclopaedia Iranica Online (Brill). (#accessdate_missing_url)
- ↑ Mir Möhsün Nəvvab-190, 2023. səh. 8
- ↑ Mir Möhsün Nəvvab-190, 2023. səh. 27
- ↑ Mir Möhsün Nəvvab-190, 2023. səh. 12
- ↑ Mir Möhsün Nəvvab-190, 2023. səh. 33
- ↑ Büyükokutan Töret, 2017. səh. 201-202
- ↑ Büyükokutan Töret, 2017. səh. 203-204
- ↑ Budak, Küçükşen, 2023. səh. 139
- ↑ 1 2 3 Budak, Küçükşen, 2023. səh. 140
- ↑ 1 2 3 Budak, Küçükşen, 2023. səh. 141-142
- ↑ 1 2 Budak, Küçükşen, 2023. səh. 143-144
- ↑ 1 2 Budak, Küçükşen, 2023. səh. 146-147
- ↑ Javadi, Hasan, "BAKIKHANOV, ABBAS-KULI-AGA", in: Encyclopaedia Iranica Online, © Trustees of Columbia University in the City of New York. Consulted online on 18 March 2023.
- ↑ 1 2 3 "NASIHATLAR OF ABBAS KULU AGHA BAKIKHANLI. Audrey L. ALTSTADT | Central Asian Monuments | Edited by H. B. Paksoy | CARRIE Books". Vlib.iue.it. 2019-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-02.
- ↑ "Certificate confirming Kalagayi art as UNESCO's heritage presented to Azerbaijani First Lady". report.az. report.az. Archived from the original on 2022-04-07. İstifadə tarixi: 22 iyun 2016.
- ↑ "Culture of Çay (tea), a symbol of identity, hospitality and social interaction" (ingilis). Официальный сайт ЮНЕСКО. 2022. 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
Ədəbiyyat
redaktə- Avcılık İnanç Ve Ritüellerine Bakış. Aynur Celilova. Sosyal Araştırmalar ve Davranış Bilimleri Dergisi, 2019, Cilt 5, Sayı 8, s. 62–86
- Agirel, S. (2009). Colour Symbolism in Turkish and Azeri Folk Literature. Folklore, 120(1), 92–101. http://www.jstor.org/stable/40646493 Arxivləşdirilib 2022-11-04 at the Wayback Machine
- Azərbaycan etnoqrafiyası. Üç cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, 544 səh.
- Azərbaycan etnoqrafiyası, Üç cilddə II cild., Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb, 2007, ISBN ISBN 5-17-033764-7.
- Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
- Halil İnalcık (2011). Has-Bağçede ʿAyş u Tarab: Nedimler, Şairler, Mutribler. İstanbul: Türkiye İş Bankası Kültür Yayınları.
- Kartari, A. (1986). Azeri ve Fırat Havzası Mutfak Kültürlerinin Karşılaştırmalı İncelemesi. Belleten, Türk Folkloru Yayınları, İstanbul.
- Caferoğlu, Ahmet. Azerbaycan ve Anadolu Folklorunda Saklanan İki Şaman Tanrısı (türk). Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi, Cilt 5, Sayı 1–4. 1956.
- Магомедханов М. М. Дагестанцы: Этноязыковые и социокультурные аспекты самосознания. Москва: ООО "ДИНЭМ", 2008. – 272 с.
- Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh. 538.
- Willem Floor, Hasan Javadi. The Role of Azerbaijani Turkish in Safavid Iran // Iranian Studies. Vol. 46. Issue 4. — 2013.
- ALTAYLI, S. (2023). İZZEDDİN HASANOĞLU’NUN "KİTAB-I SİRETÜ’N NEBİ" MESNEVİSİNDE HZ. ALİ CENKNAMELERİNİN İZLERİ. Karadeniz Araştırmaları, 20(77), 237–258. https://doi.org/10.56694/karadearas.1267678
- Abdullayeva, T. (2022). Şah İsmayıl Xətayinin "Nəsihətnamə" Əsərinin Forma-Tematik Təsnifatı. Akademik Tarih Ve Düşünce Dergisi, 9(3), 777–791.
- Budak, H., & Küçükşen, K. (2023). Azerbaycan Masallarının Kök Değerler Çerçevesinde İncelenmesi. Medeniyet Ve Toplum Dergisi, 7(2), 131–151.
- Nayereh Tohidi. "Gender and National Identity in Post-Soviet Azerbaijan: A Regional Perspective in Gender and Identity Construction" (ingilis). Brill. 01 Jan 2000. (#accessdate_missing_url)
- Gasimov, K. (2020). The Bureaucratization of Islam in Azerbaijan: State as the Principal Regulator and Interpreter of Religion. Central Asian Affairs, 7(1), 1–37.
- Ganiyeva, F. (2021). AZERBAYCAN’IN GELENEKSEL KÜLTÜRÜNDE ETNİK BİR İŞARET OLARAK MİSAFIRPERVERLİK. Motif Akademi Halkbilimi Dergisi, 14(35), 956–967. https://doi.org/10.12981/mahder.933966
- Erol, İbrahim. "Hâlidî Tasavvuf Tefekkürünün Azerbaycan Sosyokültürü Üzerindeki Etkisi". Usul İslam Araştırmaları 36/36 (Kasım 2021), 71–95.
- Wiktor-Mach, Dobroslawa (2017). Religious Revival and Secularism in Post-Soviet Azerbaijan. De Gruyter.
- Arık, T. (2024). Azerbaycan Türklerinde Atalar Kültü / Ata-Baba Gününün Eski Türk Kültüründeki Yeri ve Önemi. MANAS Sosyal Araştırmalar Dergisi, 13(2), 665–677. https://doi.org/10.33206/mjss.1317036
- Ibrahimova, Gulzar. (2018). NATIONAL-MORAL VALUES OF AZERBAIJAN IN THE CONTEXT OF SOVIET STATE POLICY (1920–1940). ISPEC International Journal of Social Sciences & Humanities. 2. 44–78. 10.46291/ISPECIJSSHvol2iss1pp44–78.
- Əfəndiyev, Elçin. Şəxsiyyət və zaman. Bakı. 2002.
- Бернандт, Г. Словарь опер, впервые поставленных или изданных в дореволюционной России и в СССР, 1736-1959. М.: Советский композитор. 1962. 554 səh.
- "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 – 248 səh" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-05.
- Mir Möhsün Nəvvab-190: daycest: [Elektron resurs] /tərt. ed. A. Məmmədova; ixtisas red. K. Tahirov.- Bakı, 2023.- 38 s
- Büyükokutan Töret, A. (2017). AZERBAYCAN TÜRKLERİ ATASÖZLERİNİN SOSYAL KONTROL MEKANİZMASINI SAĞLAMA İŞLEVİ . Hitit Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, 10 (1), 197–208 . DOI: 10.17218/hititsosbil.293023
- Suleymanli, M. (2021). Modernization and culture in Azerbaijan: second half of the XIX century: beginning of the XX century. Linguistics and Culture Review, 5(S1), 125–138. https://doi.org/10.37028/lingcure.v5nS1.1324
Əlavə ədəbiyyat
redaktə- Alan, S. (2023). AZERBAYCAN TÜRKÇESİ DEYİMLERİNDE SAYGI VE SAYGINLIK ELDE ETME (ESKİ TÜRKÇE PARALELİNDE) . Düzce Üniversitesi Sosyal Bilimler Dergisi, 13 (1), 24–54 . DOI: 10.55179/dusbed.1104042
- Yakar, Ü. (2018). 1920–1930 Yıllarında Azerbaycan’ın Milli ve Manevi Değerlerine Karşı Sovyet Rusya Tarafından Yürütülen Asimilasyon Siyaseti . Vakanüvis — Uluslararası Tarih Araştırmaları Dergisi, 3 (1), 306–325 . DOI: 10.24186/vakanuvis.415885
- Ceri-Booms, M. (2014). "Cross-Cultural Comparison of Work Ethics in Azerbaijan, Turkey and Russia". In The Value of Work in Contemporary Society. Leiden, The Netherlands: Brill.