Azerbaycan Qedim Dovrde - Wikipedia
Azərbaycan qədim dövrdə — qədim dövrdə müasir Azərbaycan ərazisi tamamilə və ya qismən Midiya, Atropatena, Qafqaz Albaniyası dövlətlərinin sərhədlərinə daxil edilmişdir. Müasir Azərbaycan ərazisində dağıstandilli alban tayfaları, irandilli tayfalar və türk tayfaları yaşayırdı.
Antik dövrdə Azərbaycan ərazisində (e.ə. II əsr - eramızın VIII əsri) Qafqaz Albaniyası dövləti yaranmışdır[1].
Zəmin
redaktəİbtidai icma quruluşunun dağılmasından sonra Azərbaycan ərazisində eramızdan əvvəl IV minilliyin sonu III minilliyin əvvəllərində Mesopotamiya ilə sıx əlaqədə olan erkən tayfa birləşmələri yaranmağa başladı. Bu dövlət qurumlarının dağılmasından sonra yaranan ilk dövlət Manna idi. Manna çarlığı (e.ə. IX-VI əsrlər) Assuriya və Urartu ilə əlaqəsi olan ən qədim çarlıqlardan biri idi. Eramızdan əvvəl 8-ci əsrin sonlarından eramızdan əvvəl VII əsrin əvvəllərinə kimi kimmerlər və skiflər, eləcə də saklar və massagetlər tez-tez basqınlar təşkil etdiyi üçün ərazinin hərbi-siyasi tarixində mühüm rol oynamağa başladılar.[2][3][4][5]
Cənubi Qafqaz təxminən eramızdan əvvəl VI əsrdə Əhəmənilər dövləti (e.ə. 550-330) tərəfindən fəth edildi. Əhəmənilər də öz növbəsində eramızdan əvvəl 330-cu ildə Makedoniyalı İsgəndər tərəfindən məğlub edildilər və bu, bölgədə Ellinizm mədəniyyətinin təsirinin artmasına səbəb oldu.[6][7]
Atropatena və Albaniya əhalisinin əksəriyyətini albanlar, sakasenalar, müqlər, matienlər, amardlar, kadusilər, leqlər, qarqarlar, utilər, xəzərlər və s. kimi tayfalar təşkil edirdi[8][9]
Qədim Yunan və Roma müəlliflərinin məlumatları
redaktəQədim yunan-Roma müəllifləri Herodot, Ptolemey, Qney Pompey Troq, Strabon, Qay Yuliy Solin, Arrian və başqaları öz əsərlərində Qafqaz Albaniyası və Atropatenadan bəhs etmişlər.[2]
Yunan müəllifi Strabon “Coğrafiya” əsərində Qafqaz Albaniyasında yaşayan etnik qrupları təsvir edərək qeyd edirdi: “Hazırda iyirmi altı dildə danışan bütün tayfaları bir hökmdar idarə edir”. O, həmçinin albanların həyat fəaliyyətini təsvir edir: yarımköçəri maldarlıq, sənətkarlıq, atçılıq, bağçılıq və s.[10]
Herodot “Tarix” əsərində alban tayfaları və maq, xəzər və udi tayfaları haqqında məlumat vermişdir. Miletli Hekatey “Tarixi coğrafiya” əsərində Qafqaz Albaniyası haqqında yazmışdır.
Albaniya
redaktəSərhədlər
redaktəMakedoniyalı İsgəndərin ölümündən sonra müasir Azərbaycanın şimal-şərqində və Dağıstanın bir sıra cənub bölgələrində Albaniya adlı qədim dövlət yarandı. Albaniya Sarmatiya, İberiya və Atropatena ilə həmsərhəd idi. Albaniyanın sərhədləri şərqdə Xəzər dənizinə qədər uzanırdı. Qəbələ qədim Albaniyanın ilk paytaxtı olub. Orta əsrlərdə paytaxt Partav (Bərdə) şəhərinə köçürüldü.[11][12][13][14]
Arxeoloji tapıntılar Albaniyanın beynəlxalq ticarət mərkəzi olduğunu və alban tayfalarının Qafqazın qərb və şimal bölgələrində, Orta Asiyada, Kiçik Asiyada, Suriyada, Misirdə və Egey sahillərində yaşayan xalqlarla əlaqə saxladığını göstərir. [15] [16]
Kür çayının bütün sağ sahili eramızdan əvvəl II əsrdən. e.ə. 4-cü əsrin sonlarına qədər təxminən 6 əsr Ermənistan krallığının tərkibində olmuşdur[17].
Tarix
redaktəEramızdan əvvəl 331-ci ildə Əhəməni hökmdarı III Dara və Makedoniyalı İskəndər arasında Qavqamela döyüşündə Atropatın komandanlığı altında albanlar Əhəmənilər tərəfində onlarla birlikdə vuruşdular.[18][19][20]
Hindistandan Qara dəniz sahillərinə və Yunanıstandan Qafqaza gedən ticarət yoluna nəzarəti ələ keçirmək üçün eramızdan əvvəl 66-cı ildə Romalı sərkərdə Qney Pompey Albaniyaya hücum etdi. Strabon göstərir ki, Kür çayı döyüşü kimi tanınan bu döyüşdə Roma legionerləri qalib gəlir. Albaniya hökmdarı sülh müqaviləsi imzalamaq üçün Romaya səfirlər göndərir. Bu hadisədən sonra Pompey İberiyaya hücum edir və İberiya hökmdarı Romaya sadiqliyini elan edir.
Plutarxa görə, eramızdan əvvəl 65-ci ildə Pompey yenidən Albaniyaya hücum etdi. Alban hökmdarı Oroysun qardaşı - Kozisin başçılıq etdiyi alban ordusu 60 min piyada və 12 min süvaridən ibarət idi. Alazan çayı üzərindəki döyüş Pompeyin hərbi hiyləsi sayəsində romalıların albanlar üzərində qələbəsi ilə başa çatdı. Qələbəyə baxmayaraq, Pompey ölkə daxilində hərəkət etmədi.
Eramızdan əvvəl 36-cı ildə.Roma sərkərdəsi Antoni Qafqaza yürüş edərək İberiya və Albaniyanı özünə tabe etdi, lakin real hakimiyyət yenə də yerli hökmdarlara məxsus idi.[2][21] [22] Albaniyanın Roma ilə diplomatik əlaqələri Oktavian Avqustun adına yazılmış yazılarla sübut olunur.
Roma imperatoru Neron eramızın 68-ci ildə Dərbənd aşırımı vasitəsilə Albaniyaya böyük bir yürüş planlaşdırdı, lakin bu yürüş Neronun Romadakı üsyan zamanı ölməsi səbəbindən baş tutmadı. Eramızın 72-74-cü illərində Dərbənd aşırımının şimalında yaşayan alan tayfaları Albaniyanı işğal etdilər və qənimətlərlə geri qayıtdılar. Albaniya ilə Roma arasında münasibətlər III əsrin ortalarına qədər sabit qaldı. III əsrin ortalarında Sasanilərə qarşı müharibədə Roma məğlub olduqdan sonra (təxminən 252-253-cü illər) Albaniya Sasani İmperiyasının vassal dövlətinə çevrildi.[23] [24]
1899-cu ildə Azərbaycanın Qalagah kəndi yaxınlığında Roma metal emalının nümunəsi olan gümüş lövhə tapılmışdır. 1948-ci ildə Azərbaycan arxeoloqu İshaq Cəfərzadə Böyükdaşın ətəyinin cənub-şərq hissəsində ( Bakıdan 70 km) qayaüstü kitabə (IMPDOMITIANO CAESARE·AVG GERMANIC L·IVLIVS MAXIMVS> LEG XII·FVL") aşkar etmişdir. Roma imperatoru Domisian;n titullarına əsaslanan kitabə 84-96-cı illər dövrünə aiddir. Yazı sonradan sovet tədqiqatçısı Yevgeni Paxomov tərəfindən tədqiq edilmişdir.
Albaniyada ellinizm
redaktəAzərbaycanda aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş Makedoniyalı İsgəndərin sikkələri bu dövrdə Ellin dünyası ilə geniş ticarət və mədəni əlaqələrin qurulduğunu göstərir. Eramızdan əvvəl I minilliyin ortalarından Albaniyada metallurgiya və metal emalı, dulusçuluq və toxuculuq inkişaf etmişdir. Eramızdan əvvəl III əsrdə Albaniyada dam örtüyü istehsalının inkişafı yunanların yerli şəhər mədəniyyətinə təsirini əks etdirir.[25]
1902-ci ildə Böyük-Dəhnə kəndində ( Şəki rayonu ) eramızın II əsrinə aid qəbirüstü abidə aşkar edilmişdir. yunanca yazı ilə.
İctimai həyat
redaktəAlban əhalisi dörd təbəqədən ibarət idi. Birinci təbəqəyə hökmdar və ordu başçısı, ikinci təbəqəyə kahinlər, üçüncü təbəqəyə hərbçilər və əkinçilər, dördüncü təbəqəyə adi insanlar və təsərrüfatda işləyənlər daxil idi. [26]
Yunan və Roma müəlliflərinin fikrincə, Albaniya sıx məskunlaşmış ölkə idi. İnsanlar maldarlıqla məşğul olurdular, çoxlu tövlələr, otlaqlar var idi. Albaniyada aparılan arxeoloji qazıntılar zamanı yerli sənətkarlar tərəfindən hazırlanmış külli miqdarda avadanlıq, məişət əşyaları və silahlar aşkar edilmişdir. Dulusçuluq və keramika əhalinin iqtisadi həyatında və rifahında mühüm rol oynamışdır. Albanlar gildən tikinti materialları (kafel, kərpic), müxtəlif keramika, insan və heyvan heykəlcikləri düzəldirdilər. Mingəçevirdə aparılan arxeoloji qazıntılar zamanı çoxsaylı gil qablar aşkar edilmişdir . [27]
Albaniyada yerli şüşə istehsalı eramızın I əsrindən başlamışdır. [2]
Ticarətdə sikkələrdən geniş istifadə olunurdu. 1958-ci ildə Şamaxıda və 1966-cı ildə Qəbələdə tapılan gümüş sikkə dəfinələri sübut edir ki, albanlar sikkə zərb edərək ticarət üçün istifadə ediblər. [28]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Ямпольский, Зелик Иосифович. Древняя Албания: III—I вв. до н. э. АН Аз.ССР. 1962-07-03.
- ↑ 1 2 3 4 "History of Azerbaijan" (PDF). 2020-11-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-10-27.
- ↑ "CIMMERIANS – Encyclopaedia Iranica". iranicaonline.org. 2011-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-27.
- ↑ Daan Nijssen. "Cimmerians and Scythians - Herodotus reconsidered". Ancient World Magazine (ingilis). 2020-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-27.
- ↑ "Mannai | ancient kingdom, Iran". Encyclopedia Britannica (ingilis). 2015-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-27.
- ↑ "Encyclopædia Iranica | Articles". web.archive.org. 2011-04-29. 2011-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-27.
- ↑ "Азербайджан в древности".
- ↑ "AZERBAIJAN iii. Pre-Islamic History – Encyclopaedia Iranica". iranicaonline.org. 2011-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-27.
- ↑ Farid. "AZERBAIJAN FROM ANCIENT TIMES TO THE ADVENT OF ISLAM". Oval (ingilis). 2016-02-19. 2016-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-27.
- ↑ "Strabo, Geography, Book 11". www.perseus.tufts.edu. 2016-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-27.
- ↑ "History of Azerbaijan" (PDF). 2020-11-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-10-27.
- ↑ "Кавказская Албания" (PDF).[ölü keçid]
- ↑ "ALBANIA – Encyclopaedia Iranica". iranicaonline.org. 2011-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-27.
- ↑ "LacusCurtius • Strabo's Geography — Book XI Chapter 4". penelope.uchicago.edu. İstifadə tarixi: 2020-10-27.
- ↑ "History of Azerbaijan" (PDF). 2020-11-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-10-27.
- ↑ "Period from ancient times to adoption of Islam - Azerbaijan.az". azerbaijan.az. 2020-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-27.
- ↑ А. П. Новосельцев. К вопросу о политической границе Армении и Кавказской Албании в античный период // Кавказ и Византия. Ер.: Наука. 1979.
- ↑ "History of Azerbaijan" (PDF). 2020-11-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-10-27.
- ↑ "Кавказская Албания" (PDF).[ölü keçid]
- ↑ "Материальная культура Кавказской Албании" (PDF). 2018-09-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-10-27.
- ↑ "ALBANIA – Encyclopaedia Iranica". iranicaonline.org. 2011-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-27.
- ↑ "LacusCurtius • Strabo's Geography — Book XI Chapter 4". penelope.uchicago.edu. İstifadə tarixi: 2020-10-27.
- ↑ "History of Azerbaijan" (PDF). 2020-11-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-10-27.
- ↑ "DARBAND – Encyclopaedia Iranica". iranicaonline.org. 2011-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-27.
- ↑ "History of Azerbaijan" (PDF). 2020-11-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-10-27.
- ↑ "History of Azerbaijan" (PDF). 2020-11-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-10-27.
- ↑ "History of Azerbaijan" (PDF). 2020-11-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-10-27.
- ↑ "History of Azerbaijan" (PDF). 2020-11-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-10-27.