Azerbaycan Sufizmi - Wikipedia
Azərbaycan sufizmi, təsəvvüfü və ya İslam mistisizmi — Azərbaycan mühitində sufi ideyalar və icmaları əhatə edir. Sufizm Azərbaycan mənəvi həyatında böyük rol oynayıb və bu rol hələ də davam edir.[1] Sufizm Azərbaycanın mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına böyük təsir göstərmişdir.[2] Azərbaycan sufi mədəniyyəti fəlsəfə, ədəbiyyat, incəsənət, tarix və digər istiqamətlərdə zəngin bir keçmişə malikdir.[3]
Azərbaycan mühiti sufizm tarixi baxımından münbit bir mühitdir. Bu bölgədən sührəvərdiyyə, əbhəriyyə, zahidilik, xəlvətilik, səfəvilik kimi təriqətlər çıxmışdır. Bu bölgədə yetişən şəxsiyyətlər əxilik və hürufiliyin təmsilçisi olmuşdur. Azərbaycan sufi məktəbləri Səlcuq və Osmanlı Türkiyəsinə dərin bir şəkildə təsir etmiş, dini-ictimai həyatı formalaşdıran vacib bir amil olmuşdur. Hürufilik və ələviliyin qaynaqlandığı Azərbaycan təfəkkür sistemi İran və Anadolunun inanc coğrafiyasını formalaşdırmışdır.[3]
Azərbaycan poeziyası kənar bölgələrə hürufilik, işrakiyyə, şiə-ələvilik və məsihçilik ideyaları vasitəsilə özünəməxsus poetik ənənələr və mistik-ideoloji anlayışlar təqdim etmişdir.[4] Azərbaycan poeziyasının əsas ideoloji məğzi sufizm, xüsusilə İbn əl-Ərəbinin vəhdət əl-vücud təlimi idi, hansı ki, hürufizm təlimlərinə görə bəzi mistik cəhətlər əldə etmişdi.[5] Poetik obrazların əsasını təşkil edən hürufilik sufilik və şiəliklə yanaşı, yəhudi, xristian, zərdüştçülük və qnostisizm elementlərini də əhatə edən çoxşaxəli bir təlim idi. Azərbaycan türk ənənəsində hürufi və şiə ideyaları "əriyib" qarışmış, xüsusilə Şah İsmayıl Xətai ədəbiyyatında ən yüksək nöqtəyə çatmışdır.[6]
Arxa plan
redaktəTarixi-mədəni mühit
redaktəVIII əsrdə müasir İraq ərazisində başlayan sufi hərəkatı Qafqaz və tarixi Azərbaycan daxil olmaqla, bütün İslam dünyasına yayılmışdır. Sufizmin Azərbaycanda yayılması IX–X əsrlərdə başlamışdır. Azərbaycanda sufizmi ilk təbliğ edənlər Əbu Hüseyn Dündəri-Şirazi (X əsr), Hüseyn ibn Yəzdinyar (X əsr), Əbu Həsən, Əbu Zura (1024-cü ildə vəfat edib), Əbu Abbas (XI əsr), Əbu Səid Əbdül-Bakuvi (X–XI əsrlər), Əli ibn Məhəmməd ibn Abdullah Bakuvi (vəfatı 1050–1051), Hüseyn Şirvani (vəfatı 1074), Əbu Abbas Əhməd və başqaları idi.[1] Müxtəlif dövrlərdə Azərbaycanda sührəvərdiyyə, hürufilik, zahidilik, səfəvilik, xəlvətilik kimi sufi təriqətləri ortaya çıxmış və İslam dünyasına yayılmışdır.[1][7]
Füzuli Bayat qədim türk inancları və sufizm arasındakı əlaqəni belə qiymətləndirir: "Orta Asiya, Azərbaycan, Anadolu və Balkan türkləri İslamı öz içlərindən çıxan və hələ də əski inanclarına bağlı şeyxlərinin vasitəsilə, xalq sufizmi şəklində qəbul etmişlər. Xalq sufiləri, qədim şamanist etiqadları və dini inancları vəhdəti-vücuda söykənən təsəvvüflə birləşdirərək İslam tarixində yeni bir mədəniyyət sintezi meydana gətirdilər və bununla da etnik-mədəni tariximizdə yeni bir səhifə açmış oldular."[8]
Elxanilər dövründə Hülakü xan və oğlu Abaqa xanın sarayında şaman ayinləri icra edilirdi. İcra edilən ayinlər Anadolu və Azərbaycandakı türk sufilərinə təsir etmişdir.[9] Abaqa xanın oğlu Əhməd Təkudar xan türk şeyxləri ilə həddindən artıq maraqlanır, Arranda qışlayarkən İşan Mengli adındakı bir türk şeyxinin evində səma (musiqili zikr) ilə məşğul olurdu. Konya sufisi Cəlaləddin Ruminin səma və cəzb yoluna gəlməsi təbrizli bir dərviş vasitəsilə, türk sufilərinin xanlar üzərindəki təsirini gördükdən sonra olmuşdur. Azərbaycan türk sufiləri Konyadakı Səlcuqların qəlbini də qazanmağa müvəffəq olmuşdur. Bundan başqa, İbn Bətutənin qeyd etdiyi kimi, Krım ətrafında zaviyələr qurub yerləşən və müharibə qənimətləri ilə dolanan Azərbaycan, Anadolu və Xorasan türkü qazilərinin Qızıl Orda ordu generalı Noğay xanın yürüşlərində iştirak etdiyi ehtimal edilir.[10] Zəngilan bölgəsində qədiriyyə sufi ordeninin şeyxi Yəhya ibn Məhəmmədin şərəfinə Məmmədbəyli türbəsi inşa edilmişdir.[11] Yəhya Elxanilər dövründə böyük alim olmuş, Marağa rəsədxanasında işləmiş, "Cami əs-saqir" əsərini yazmışdır.[12]
İraq, Azərbaycan, Anadolu və hətta Qızıl Ordada yayılmış rifaiyyə (əhmədiyyə) təriqəti monqol şamanizmindən bəhrələnirdi, monqollar isə İslam mühitində nüfuz qazanmaq üçün sufi rolundan istifadə edirdilər.[13] Monqol ordusu batil məzhəblərə (məs. cəvvaliqi) qarşı mübarizə aparmış, bektaşi və baraqi kimi türk sufilərini qorumuşdur. Bu dövrdə batil məzhəblər türk dərvişlərinin ayinlərini "şeytan işi" adlandıraraq ləkələmək istəyirdi. Cəvvaliqlərin pərişan və səfil bir şəkildə səpələndikləri ərazilər içərisində Azərbaycan da var idi.[14]
Tarixi
redaktəSufizm Azərbaycan mənəvi həyatında böyük rol oynayıb və bu rol hələ də davam edir.[1] Sufizm Azərbaycanın mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına böyük təsir göstərmişdir. Uzun müddət Azərbaycanda sufizmin ənənəvi forması intellektual-mistik qnostisizm (irfan) idi.[2] Azərbaycan sufi mədəniyyəti fəlsəfə, ədəbiyyat, incəsənət, tarix və digər istiqamətlərdə zəngin bir keçmişə malikdir.[3]
Azərbaycan mühiti sufizm tarixi baxımından münbit bir mühitdir. Bu bölgədən sührəvərdiyyə, əbhəriyyə, zahidilik, xəlvətilik, səfəvilik kimi təriqətlər çıxmışdır. Bu bölgədə yetişən şəxsiyyətlər əxilik və hürufiliyin təmsilçisi olmuşdur. Azərbaycan sufi məktəbləri Səlcuq və Osmanlı Türkiyəsinə dərin bir şəkildə təsir etmiş, dini-ictimai həyatı formalaşdıran vacib bir amil olmuşdur. Hürufilik və ələviliyin qaynaqlandığı Azərbaycan təfəkkür sistemi İran və Anadolunun inanc coğrafiyasını formalaşdırmışdır. Türk təfəkkür həyatına təsir edən təsəvvüf hərəkatları Orta Asiya və Xorasan bölgələrindən başqa, çox miqdarda Azərbaycanın da təsirinə məruz qalmışdır.[3]
Orta əsrlər və erkən müasir dövr
redaktə"Kitabi-Dədə Qorqud" dastanında bir çox sufizm ideyasının verilməsi, həmçinin qara donlu dərvişlərdən bəhs edilməsi Azərbaycan təsəvvüfünün tarixi köklərini göstərir.[15] Hürufilik Azərbaycanda yayılmışdır, xüsusilə Qaraqoyunlu hökmdarları Qara Yusif və Cahanşahın hürufiliyə sadiqliyi bu təlimin yayılması üçün münbit şərait yaratmışdır.[5] İmadəddin Nəsiminin əsərləri və onun Anadoluda çoxlu müridinin olması bu regionda hürufiliyinin geniş yayılmasına gətirib çıxartmışdır.[16] XVII əsrdə Naxçıvan bölgəsini ziyarət edən, Osmanlı səyyahı Övliya Çələbinin verdiyi məlumata görə, Qarabağlar kəndində hürufi və qədiriyyə sufiləri var idi.[17]
Azəri-türkmən şair, nəqqaş, münşilərlə (bürokrat) birlikdə azəri-türkmən sufi şeyx və qələndərlər də Osmanlıda, uclardaki (kənar vilayətlər) Osmanlı türk mədəniyyətinin formalaşmasında başlıca rol oynamışdır. Bunlar arasında Xoylu Abdal Musa, Şair Nəsimi, Həbibi, Füzuli kimi ustadlar vardır.[18]
İran və Azərbaycanda sufi xəlvətilik ocağı qurulmuşdur. Onun qollarından biri cənub-şərqi Anadolu və ərəb torpaqlarında fəaliyyət göstərən gülşəniyyədir. Gülşəniyyə təriqətinin başçısı Şeyx İbrahim Gülşəni əvvəlcə rövşəniliyin qurucusu Dədə Ömər Rövşəninin məsləhəti ilə xəlvəti-rövşəni sufi ocağına daxil olmuşdur.[19] Əslən Azərbaycandan olan Dəmirdaş (?-1523) isə kölə olaraq Məmlük Misirinə aparılmış, burada xəlvətilik sufi təriqətinin Qahirə qolunun (dəmirdaşiyyə) əsasını qoymuşdur. Onun başçılıq etdiyi xəlvətilik qolunda şadili sufiliyinin əsas və mötədil təcrübələri, Əndəlus əsilli, məşhur mistik İbn Ərəbinin fəlsəfəsi ilə dərin bağlılıq müşahidə edilir. Dəmirdaşiyyəyə üzv olmaq üçün azı iki il dini məşğələlərdə iştirak etmək tələb edilirdi.[20]
Xəlvətilik Osmanlı imperiyasında da yayılmış, dövlət-millət qaynaşmasına səbəb olmuşdur.[3] Xəlvəti cəmiyyətlərinin Osmanlı imperiyasında güclənməsi və XV əsrdə səfəviyyənin İranda yüksəlişi qərb (Osmanlı) xəlvətiliyinin Azərbaycan və Gilandakı köklərindən ayrılmasına səbəb olmuşdur.[21] Səfəvilərlə müharibəyə görə, fars və azərbaycan türkü olan bir çox mühacirlər Osmanlıda şeyx və sultanlara xidmət etməyə başlamışdır.[22] Bir neçə nəsilin fəaliyyəti nəticəsində, xəlvətiliyin Azərbaycan mənşəli kökü cənuba və qərbə yayılmışdır. XVII əsrdə sünni dünyasında hər hansı bir formada xəlvətiliyin mövcud olmadığı az yer var idi.[23]
Səfəviyyə təriqəti cəlvətiyyə və qolları vasitəsilə Somuncu Baba, Hacı Bayram Vəli, Ağşəmsəddin, Əziz Mahmud Hüdayi kimi böyük sufilərin yetişdirilməsinə səbəb olmuşdur.[3] Səfəvi sülaləsinin yerli dialekti olduğu üçün, Ərdəbil bölgəsi şivəsinə əsaslanan Azərbaycan türkcəsi sufi ədəbiyyatında üstünlük əldə etmişdir.[24] Səfəvi hökmdarı Şah İsmayıl Xətainin şiə fanatizmi ilə dolub-daşan şeirləri gəzəyən aşıq və dərvişlər vasitəsilə hər yerə yayılmışdır. Uzun müddət onun şeirləri ələvi və bektaşilər arasında, həmçinin İraqın şəbək sektasında oxunmuşdur, şeirlərinin bəziləri onların müqəddəs kitablarına daxil edilmişdir.[25] Osmanlının Bektaşiyyə sufi təriqəti isə Mərkəzi Anadolunun əslən Azərbaycan və İrandan olan, türk köçəri tayfaları arasında inkişaf etmişdir.[26]
-
Səfəviyyə lideri Şeyx Cüneydin türbəsi. Qusar rayonu
-
Əlincəçay xanəgahı. Culfa rayonu
-
Xəlvətiliyin qurucularından biri olan Seyid Yəhya Bakuvinin türbəsi. Bakı şəhəri
XIX əsrdən etibarən
redaktəRusiyanın Cənubi Qafqaz işğal etməsindən sonra Azərbaycan və Şimali Qafqazdan olan bir çox şəxs Anadoluya sığınmışdır. Beləliklə, Mir Həmzə Nigari, Sədi Sani Qarabaği, Mahmud Nigarizadə, Bəhəddin Əfəndi kimi azərbaycanlı sufilər Amasya və Tokatı Azərbaycan mədəniyyət mərkəzinə çevirmişdir.[27]
Nəqşibəndiyyə təriqəti XV əsrdən Azərbaycan mühitində yayılmağa başlamış, XIX əsrdə Şimali Azərbaycan və Qafqazda böyük təsirə malik olmuşdur.[3] Məsələn, Mir Həmzə Nigari (1805–1855) Azərbaycandan Osmanlının Harput şəhərinə, sufi nəqşibəndilik təriqətinin qələdi qoluna qoşulmaq üçün getmişdir. Bu dövrdə nəqşibəndilik Qafqazda sürətli şəkildə yayılırdı. Nigari Konyada Cəlaləddin Ruminin qəbrini ziyarət etdikdən sonra, Qarabağa İsmayıl Şirvaninin adından nəqşibəndiliyi yaymağa gəlmişdir.[28] Nigarinin Tiflis və İstanbulda nəşr edilən divanları haqq aşıqları tərəfindən əzbərlənmiş, zikr mərasimlərində və söhbət məclislərində oxunmuşdur. Beləliklə, Nigari Türkiyə və Azərbaycanda bir çox nəqşibəndi müridi yetişdirmişdir.[29]
Sovet dövründə dövlət idarəçiləri Azərbaycandakı nəqşibəndi təsirini silmək üçün mübarizə aparmışdır. Nəqşibəndiyə məxsus şeyx və din adamlarına qarşı repressiya, Azərbaycan ədəbiyyat və teatr əsərlərində din adamlarının pislənməsi buna aiddir. İsmayıl Şıxlının filmi də çəkilən "Dəli Kür" romanı, nəqşibəndi təriqətini, xüsusilə, Nigarini hədəf almışdır.[29]
İran azərbaycanlıları arasında nəqşibəndiyyə sufi ordeninin şiə sektasına aid olan bir qrup var.[30] Cənubi Kürdüstan və Luristanda sufilər üçün əhl-i həqqin kəlam dili olaraq Azərbaycan dili də istifadə edilir.[31]
Sufi mədəniyyəti
redaktəƏsas fəaliyyətlər
redaktəİsmayıl Kürdəmirinin məktubu[32]
XVI əsr Azərbaycan şairi Şah İsmayıl Xətainin "Nəsihətnamə"sində tövhid və imamətdən bəhs edildikdən sonra əsərin nəsihət hissəsi başlayır. Burada birinci verilən məsləhətlər şahın hakimiyyətinin dəstəklənməsi, şaha sədaqət haqqındadır. İkinci qrup nəsihətlər isə din və təriqət əxlaqı haqqındadır, yeni dərvişlərə yol göstərilməsi, təriqət qaydaları ilə tanışlıq məqsədi daşıyır.[33]
Rus işğalı dövründə nəqşibəndi təşkilatı müasir Azərbaycan ərazisində fəaliyyətini davam etdirmişdir. Onların fəaliyyətinə adi insanların evlərinə gedilməsi, zikr və mövlüd mərasimləri, sufi qəbirlərinin ziyarət edilməsi daxildir.[34] İsmayıl Kürdəmiri Ərzincan və Bağdadda sufi təhsili aldıqdan sonra Kürdəmirə gələrək burada mədrəsə yaratmışdır.[35] O, dağıstanlı Molla Məhəmməd Yeraqini öz təriqətinə dəvət etmiş, o da öz növbəsində Qazi Məhəmməd və Şeyx Şamilə təsir göstərərək, nəqşibəndi-xəlidi təfəkkürünü ruslara qarşı müridizm hərəkatının motivasiya mənbələrindən birinə çevirmişdir.[36]
Qafqazda xalidiliyin bir şöbəsi olan mahmudiyyənin piri Mahmud Əfəndi isə Qaxın Almalı kəndində mədrəsə açıb, müridləri ilə hədis, əqaid, ərəbdilli mətnlər oxuyurdu. Almalılı Mahmud Əfəndi Kazanda nəqşibəndliliyin mədrəsə zəminində yayılmasında vacib rol oynamışdır. Digər bir sufi, Mamay Əfəndi İlisuvi isə müəllim işlədiyi dövrdə nəqşibəndliyin üsul və ərkanı haqqında "Silsilətü’lhavâcegân fî ‘ubûdiyyəti’l-a’yân" adlı əsər yazmışdır.[35]
Qafqazda zikr mərasimi xalq arasında bir adət halını almış, həm çarlıq, həm də sovet dövründə davam etdirilmişdir. Bu məclisləri idarə etmək üçün elm və təqva sahibi şəxslər seçilirdi, bu, zikrin ədəblərindən sayılırdı. Belə zikr məclisləri "əstağfürüllah", "kəlimə-i şəhadət", "salavat" və "kəlimə-i tövhid" zikrlərindən ibarət olmuşdur.[37] "Xətmi xacəqan" zikri həm şər-bəladan qoruduğu üçün, həm də müridlərə zövq verdiyi üçün istifadə edilirdi. Talalı Əhməd Əfəndi qeyd edirdi ki, sufilərin xalqın arasında oturanda da zikrdə olduğu kimi sülh içində, Tanrıya boyun əymiş şəkildə olmaları vacibdir.[38]
Azərbaycan ziyarətgahlarına gedilməsi sufi ənənəsində vacib idi. Ziyarət edilən yerlərə Şəkidə Babaratma piri, Ləkit kəndində sufi Mahmud Əfəndinin qəbri daxildir. Ləkit camaatının ziyarətçiləri öz evlərində qonaq etmək üçün yarışa girməsi də mənbələrdə qeyd edilir.[39]
Xəlvətə çəkilmək ənənəsini Azərbaycana gətirən və yayanlar Əxi Yusif Əl-xəlvəti və Ömər Xəlvətidir. Ömər Xəlvəti Şamaxıda yaşadığı və daim xəlvətə girdiyi üçün Şirvanda bu ənənənin bilindiyi deyilə bilər. Nəqşibəndilikdə əvvəlcə xəlvətə girməyə icazə verilməsə də, XIX əsr etibarilə bu adət təriqətə daxil olmuşdur. Almalılı Mahmud Əfəndi Kazandakı xəlifəsinə yazdığı məktubunda pis əxlaqın əlacının xəlvətə çəkilmək olduğunu qeyd edirdi. Talalı Əhməd Əfəndi Qaxın İlisu kəndində xəlvətə çəkilmişdi. Ruslara qarşı mübarizə xəlvətə çəkilmə adətini yerinə yetirməyi çətinləşdirmişdir.[40]
Xəlidi şeyxləri və onların müridləri kasıb əhaliyə qayğı göstərir, özlərinə gələn hədiyyələri onlara verirdilər. Xəlidi şeyxləri evləri ziyarət edir, sufizm əxlaqını bu üsulla yaymağa çalışırdılar. Həccə gedən karvanlar isə sufi şeyxlərinin duaları ilə yola salınırdı.[41] Sufi şeyx və müridlərinin bir-biri ilə məktublaşması adəti də Azərbaycanda yayılmışdı. Burada məqsəd dini və sufizm məsələləri ilə bağlı olaraq fikir alış-verişi etmək, təriqət fəaliyyətinə davam etmək, yaşadığı çətinlikləri söyləmək idi.[32]
Xarici görünüş və aksesuarlar
redaktəMirzə Qədim İrəvaninin "Dərviş" rəsmi (solda) və Azərbaycan Milli İncəsənət Muzeyində dərviş xalçası
|
Səfəvilərin əsas hərbi gücü olan türk tayfaları Səfəviyyə sufi ordeninə uyğun olaraq qırmızı çalma geydiklərindən azərbaycan dilindəki "qızılbaş" ifadəsi ilə adlandırılır, saqqallarını kəsib azərbaycanlılara xas bığlarını saxlayırdılar.[42][43]
Əba, qəba, çübbə, ərəbi don, kəyani don, xirqə və s. kişi geyimləri Azərbaycanda ruhani sinfi (molla, seyid, axund, dərviş, əfəndi, müfti və s.) tərəfindən geyilirdi. Tikilmə üsulu, materialı, boya çaları və geymə tərzinə görə, bu geyimlər digər kişi geyimlərindən fərqlənirdi.[44] XIX–XX əsrlərdə din xadimləri (dərviş, seyid və s.) külah və çəltarini də gündəlik olaraq geyirdilər. Külahın bəzəkli naxışlarının arasına İmam Əlinin və başqa din xadimlərinin adı yazılardı. Yazılar rəngbərəng saplarla naxışlanırdı.[45]
Azərbaycan xalçalarında və miniatürlərdə dərvişlər çiynində təbərzin, əlində kəşkül ilə təsvir edilir. Təbərzin və kəşkülün üzərinə müxtəlif kufi yazılar, xəttatlıq nümunələri çəkilirdi.[46][47] Təbərzin və kəşküllər dərvişlərin sifarişi ilə hazırlanırdı, üzərinə Qurani-Kərimdən ayələr, hədislər, mənzum şerlər və 12 şiə imamlarının adları həkk edilirdi.[48] Lahıc kənd sakininə məxsus, XVII–XVIII əsrlərə aid təbərzin-baltada həm də vəhşi heyvan və quş təsvirləri verilmişdir.[49]
XIX əsr rəssamı Mirzə Qədim İrəvani "Dərviş" rəsmini çəkmişdir. Bu dərvişin paltarı qırmızı rəngdə, yaxalığı, başmaqları, kəməri və sivri papağı yaşıl rəngdə təsvir edilib; geyim və papaq qızılla bəzədilib. Onun sağ əli üzərindən zolaqlı şərf keçir. Dərviş sağ əlində təbərzin tutur. Dərvişin sol əlində isə kəşkül var. Dərvişin papağının ortasında isə ərəb əlifbası ilə "Allah" yazısı var.[50]
-
Sufi baş geyimi. Şamaxı Tarix və Etnoqrafiya Muzeyi
-
Səfəvi dövrü silahları. Solda iki kəsici başı olan silah təbərzindir. Azərbaycan Tarix Muzeyi
-
Mirzə Fətəli Axundova məxsus kəşkül. Azərbaycan Tarix Muzeyi
Hərflər və saylara münasibət
redaktəHürufilik hərflərin mistisizminə əsaslanır.[51] Hürufi İmadəddin Nəsimi insan təsvirini söz oyunu ilə təsvir etmək üçün mühəqqiq, qubar, nəsx, reyhani kimi xəttatlıq üsullarından istifadə etmişdir.[52] Məsələn, Nəsimi dodağın üstündəki xətti (bığ) reyhani xəttinə bənzətmişdir:
Bənzədirlər dodağın xəttini reyhana, vəli,
Şol zümürrüd göhərin qiymətin əf’a nə bilür?[53]
Xəttatlıq növlərinin insan simasında təsvir edilməsi orta əsrlər sufizm ədəbiyyatında bir ənənə kimi müşahidə olunur. Məsələn, XIV əsrdə yaşamış Azərbaycan hökmdar-şairi Qazi Bürhanəddin aşağıdakı misralarında reyhani, mühəqqaq, nəsx yazılarını insanın siması ilə əlaqələndirmişdir:
Xəttünə əgərçi yüzünün sülsini tutdı,
Gülşəndə bəgüm dəsteyi-reyhan necə bənzər.
Zülfün ki qılur nəsx qamu xətti mühəqqəq,
Oxımağa yarar idi, zirü-zəbər olsa.[53]
Azərbaycan inanclarında müəyyən saylar sehrli qüvvəyə malikdir, bəziləri xeyir gətirir, bəziləri isə şər qüvvənin təmsilçisidir. Sayların müqəddəsliyinə inam İslam dininə və qızılbaşlığa sufi təsirindən qaynaqlanır.[54]
Azərbaycan mədəniyyətində yeri
redaktəKlassik ədəbiyyat
redaktəŞəbüstərinin "Gülşəni-raz" əsərinin Azərbaycan dilinə tərcüməsi (XV əsrdə Şeyx Əlvan Şirazi tərəfindən[55]) və Abbasqulu ağa Bakıxanovun "Nəsihətlər kitabı" əsəri
|
Azərbaycan poeziyası kənar bölgələrə təkcə dil xüsusiyyətlərini deyil, həm də hürufilik, işrakiyyə, şiə-ələvilik və məsihçilik ideyaları vasitəsilə özünəməxsus poetik ənənələr və mistik-ideoloji anlayışlar təqdim etmişdir.[4] Azərbaycan poeziyasının əsas ideoloji məğzi sufizm, xüsusilə İbn əl-Ərəbinin vəhdət əl-vücud təlimi idi, hansı ki, hürufi təlimlərinə görə bəzi mistik cəhətlər əldə etmişdi.[5]
Azəri türk ənənəsi sferası istifadə etdiyi mövzuları İslam və onun müqəddəs kitabı ilə məhdudlaşdırmırdı; zərdüştçülük ideyaları, qədim türk, ərəb və fars əfsanələri, hətta qədim Mesopotamiya miflərinin də daxil olduğu sosial və tarixi mühit ona təsir edirdi. Buna baxmayaraq, bu ənənənin arxasında duran əsas qüvvələr şiə ideologiyaları və sufi hürufi təlimləri idi. Poetik obrazların əsasını təşkil edən hürufilik sufilik və şiəliklə yanaşı, yəhudi, xristian, zərdüştçülük və qnostisizm elementlərini də əhatə edən çoxşaxəli bir təlim idi. Azərbaycan türk ənənəsində hürufi və şiə ideyaları "əriyib" qarışmış, xüsusilə Şah İsmayıl Xətai ədəbiyyatında ən yüksək nöqtəyə çatmışdır. İmam Əli müqəddəs kəlamın təcəssümü olaraq ilahiləşdirilmişdir.[6]
Qazi Bürhanəddinin döyüş motivləri və Nəsiminin hürufi təlimlərindən ilhamlanmış ehtiraslı çıxışlar Xətainin folklor motivləri və ələvilik anlayışları ilə, Məhəmməd Füzulinin poetik şahəsərləri ilə qaynayıb-qarışırdı. Şairlərin özünəməxsus xüsusiyyətləri bu irsə müxtəliflik gətirirdi, çox zaman xarizmatik lider, böyük ideoloq və bacarıqlı şair eyni adam olurdu. Belə adamlara əsas misallar Səfəvi dövlətinin qurucusu, səfəviyyə ideoloqu və şair Şah İsmayıl Xətai, Qaraqoyunlu hökmdarı və sufi şairi Cahanşah Həqiqi, Ərzincan hakimi və şair Qazi Bürhanəddin, hürufi ideoloqu, şair və şəhid Nəsimidir.[56]
XIV əsrin əvvəllərindən XIX əsrin II yarısına qədər Azərbaycan ədəbiyyatında mövcud olan mövzular ya lirika, ya da mistik-fəlsəfi mövzuda hesab edilə bilər. Azərbaycan ədəbiyyatındakı şiə mövzusu ilkin dövrlərdə mistik-fəlsəfi istiqamətli idi, müxtəlif şiə təriqətləri və sufi birliklərinin geniş mövzu dağarcığından bəhrələnirdi.[57]
Sufi mistiki Şah Qasım Ənvar Azərbaycan dilində şeirlər yazırdı. Onun Azərbaycan dilindəki şeirləri onun səfəviyyə təriqətini təşviq etdiyi vaxtlarda yazılmış ola bilər.[58][59] XV əsrin sonu—XVI əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Həbibinin şeirlərində hürufiliklə bağlı məzmunlar öz yerini tapmışdır. O, aydın və canlı məcazlarla, məhəbbət və sufilik mövzularında fəlsəfi şeirlər yazmışdır.[60][55] XV əsr sufi şairi Şeyx Əlvan Şirazi isə Mahmud Şəbüstərinin "Gülşəni-raz" əsərini Azərbaycan dilinə tərcümə etmişdir.[55] Bundan başqa, XV əsrin ilk yarısına aid, Azərbaycan dilində yazılmış "Əqaid-i Övliya-i Səba" əsəri ələvi-qızılbaş sufi hərəkatının keçmişi və ideologiyası haqqında əsas nəzəri əsərlərdən biri sayılır.[61] XVI əsrdə Qəribi yazdığı "Hekayat-e Yohanna" əsərində şiə imamlarının ilahiyyat və hüquq mühakiməsini məsihçi sufizmlə birləşdirirdi.[62]
XIX əsr nəqşibəndi xadimi Mir Həmzə Nigari (1805–1855) türk dilində, nəsihətverici sufi əsəri "Nigarnamə"ni yazmışdır.[28] XIX əsr Azərbaycan filosofu Abbasqulu ağa Bakıxanov "Nəsihətlər kitabı"nı yazmışdır. Bakıxanovun əsərdəki mesajı bilərək və ya bilməyərək, erkən türk ənənəsi fikrini (həm türk-İslam ənənəsi, həm də İslamdan əvvəlki türk ənənəsi) daşıyır, həm də sufizmdən qaynaqlanır. Əsər mesaj baxımından Qaraxanlılar dövrünə aid "Qutadqu-bilik" əsəri ilə bir çox oxşarlıq təşkil edir.[63] Bakıxanovun "Təhzibül-əxlaq" əsərində isə şöhrət, qənaət, təvəkkül kimi mövzuların ayrıca bölmələr şəklində araşdırılması, müəllifin sufizmə olan marağından qaynaqlana bilər.[64]
Musiqi
redaktəSufi şair İmadəddin Nəsimi Şamaxıda qabiliyyətli insanlardan ibarət, məclis-ül-üləma (alimlər) və müğənniləri birləşdirən icma yaratmışdı.[65] Şah İsmayıl Xətainin "Nəsihətnamə" əsərində yazdığı dua şeirləri ələvi-bektaşı ayinlərində oxunan gülbəng şeir formasına və digər, toplu şəkildə oxunan şeirlərə oxşayır. Gülbənglər cəfərilik, ələvilik, mövləvilik, bektaşilik, xəlvətilik kimi təriqətlərdə ritual şəklində oxunurdu. Şah İsmayıl Xətainin yazdığı gülbənglərdən biri belədir:[66]
Həqin ol həqliği həqqi həqiçün.
Ki fəzli-zati-mütləqi həqiçün,
Cəmali-pərtövi-şövqi həqiçün,
Kəmali-qüdrəti-eşqi həqiçün.
Muğam sənətinin formalaşmasında sufi təriqətlərinin üzvlərinin, təziyə və ya şəbih kimi tanınan dini tamaşaların ifaçılarının rolu olmuşdur.[67] Muğamdakı yaradıcılıq əhval ilə, dəstgahın şəkli isə sufizm yolu ilə əlaqələndirilir.[68] Muğamda istifadə edilən qəzəllər irfan və təsəvvüfdən qaynaqlanan mənanın mürəkkəb təbəqələrindən ibarət bir "cahan"dır. Əsas qəzəl mövzuları ilahidən ayrı düşməyin ağrısı və ona qovuşmaq həsrətidir.[69] "Səmayi-Şəms" muğamı isə etimoloji baxımdan sufilərin səma rəqsi ilə əlaqələndirilir.[70]
Muğam sənətinin irfan və təsəvvüflə əlaqəli olmasına baxmayaraq, sovet dövründə bu terminologiya dinlə bağlı olduğu üçün istifadə edilə bilmirdi.[71] Müstəqillik dövründə Alim Qasımov "Leyli və Məcnun" muğam-operasına yeni baxış gətirərək, onu, sovet dövründə istifadəsinə icazə verilməyən sufi fəlsəfəsi ilə əlaqələndirmişdir.[72]
Azərbaycan bəstəkarı Rəhilə Həsənova öz instrumental əsərlərində ("Səma", "Dərviş", "Pirəbədil", "Alla meyxana") sufi rituallarını və Azərbaycan xalq musiqisinin qədim laylarını dirçəltmişdir.[73] Azərbaycan əsilli Britaniya müğənnisi Sami Yusuf öz yaradıcılığında sufi musiqisi elementlərini istifadə edir.[74] O, Nəsimi ili üçün şairin "Sığmazam" qəzəli əsasında yeddi dəqiqəlik kompozisiya hazırlamışdır.[75]
Aşıq musiqi-poeziya ənənəsi
redaktəDərviş və aşıq sənətinin mənşəyi qam-şaman və ozan-bəxşi sənətinə gedib çıxır. Sənətlərarası oxşar xüsusiyyətlər mənşə birliyinə görədir. Qam-şaman və ozan-bəxşidən dərviş sənətinə, dərviş sənətindən aşıq sənətinə çevrilmələr ənənənin yenilənməsinə səbəb olurdu. Əvvəllər qam, şaman, ozan, bəxşi adlandırılanların bir qismi İslamın təsiri ilə ata, baba, dədə, xoca, pir, ərən, övliya, şeyx, mürşid, abdal, iskin, kəmtər, əmrə, dərviş kimi adlandırılmağa başlanmışdır. Dərviş sənətinin təmsilçiləri arasında aşıq adlandırılanlar da var. İslam dinini qəbul edən türk boylarında ənənəni yaşadan şəxslər təkkə-təsəvvüf mövzularına yönəlmişdir. Bu istiqamət dərviş tipli türk ədəbiyyatının başlanğıcı olmuşdur. Daha çox dünyəvi mövzuları işləyən sənətçilər isə ozan ənənəsini davam etmişdir. Azərbaycan, Anadolu və Rumeli mühitlərində dərviş və ozan istiqamətlərində sənət icra edən ənənə daşıyıcıları öz kütlələrinin sosial-mədəni ehtiyaclarını qarşılamağa çalışmışdır.[76]
Dərvişdən ozana keçid sufi zikr mərasimi vasitəsilə olmuşdur. Zikr mərasimi dərviş-aşiqə musiqi, poeziya və bəzən vəcdə gələrək edilən rəqs vasitəsilə sevginin ilahi obyekti ilə mənəvi birlik üçün lazım idi. "Aşıq" adının özü də erkən dövr türk dərvişlərinin titulu ilə qohum söz sayıla bilər. Türk mistiki Əhməd Yəsəvi dərvişləri "aşiq" ("həqiqətə aşiq" mənasında) adlandırırdı. Azərbaycan aşıq sənətində "haqq aşığı" ifadəsinin istifadəsi də dərviş mistiklərinin təsirini göstərir. Çünki haqq aşığı "müqəddəs aşıq", "həqiqətin aşığı" deməkdir. Haqq aşıqlarının sevgililərini axtarması da həqiqət və ilahi sevgi axtarışı üçün alleqoriya sayıla bilər.[77]
XVI əsrdən XIX əsrə qədər bir çox aşığın yaradıcılığında sufizm fikirləri, dərin məhəbbət qatları nəzərə çarpır. Belə aşıqlar arasında Aşıq Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım vardır. İşlənən mövzulardan biri aşığın 4 mərhələdən (şəriət, təriqət, mərifət, həqiqət) keçərək, axırda Allaha qovuşması fikridir.[78] Bundan başqa erkən dövr aşıq sənətində, məsələn, Aşıq Qurbani və Miskin Abdalın əsərlərində dərviş mistiklərinin təsiri ilahi sevgi və böyük həqiqətə sədaqət mövzuları ilə ortaya çıxır.[77]
XVIII əsr aşığı Sayat Novanın Azərbaycan dilindəki bir çox mahnılarında İslam mövzularına, həmçinin sufi ədəbiyyatının mistik sevgisinə rast gəlinir.[79] Onun dünyaya baxışı sufizmlə oxşarlıq təşkil edir. Buna baxmayaraq, Sayat Novanın xristian olması nəzərə alınaraq, şeirlərindəki sufizm mövzusunun aşıq sənətindən qaynaqlanması düşünülür. O, hətta özünü "sufi" də adlandırır.[80] Sayat Nova qızğın dünyəvi sevgiyə məcaz olaraq "kəpənək" və "şam" anlayışlarından istifadə etmişdir. Bu anlayışlara digər erkən müasir dövr erməni aşıqlarında rast gəlinmir və Sayat Nova da bu anlayışları sadəcə Azərbaycan dilindəki mahnılarında istifadə edir, erməni dilindəki mahnılarında istifadə etmir. Kəpənək və şam sufi şeirlərində məşhur motivlərdir, xüsusilə, ilahi sevgiyə qovuşmaq məqsədilə özünü məhv etməyi simvolizə etdiyi üçün Sayat Novanın daşıyıcısı olduğu yəhudi-xristian ənənəsi ilə ziddiyyət təşkil edir.[81]
XIX əsr Azərbaycan mədəniyyətində Aşıq Alı, Aşıq Şenlik, Dollu Mustafa, Aşıq Dilqəm, Aşıq Ələsgər və s. aşıqların yaradıcılığında sufizm motivləri güclü şəkildə nəzərə çarpırdı. İstifadə edilən mövzular təbiət və insanın gözəlliyi, daxili aləm, əxlaqi dəyərlər, dini və didaktik məsələlər idi.[82] Aşıq Ələsgər yaradıcılığı həm tanrıçılığa əsaslanan türk xalq sufizmindən, həm də ələvilik, əhli-həqq təriqəti və və bəktaşi təsiri daşıyan türk sufizmindən qaynaqlanırdı.[83]
Azərbaycan aşıq yaradıcılığına təkkədə ifa edilən urfani və ruhani havalar daxildir. Təkkə həm sufi dərvişlər zikr etdiyi, həm də şiələrin mərsiyə oxuduğu yerdir. Ancaq müasir aşıq sənətində artıq ruhani mahnılar sadəcə təkkələrdə yox, toylar və konsertlərdə də ifa edilə bilər.[84]
Kinematoqrafiya
redaktəİsmayıl Şıxlının "Dəli Kür" romanı əsasında çəkilən, 1969-cu il istehsalı, eyniadlı Azərbaycan filmində sufi təriqətləri ilə bağlı bəzi məsələlər təsvir edilmişdir. Film sovet dövründə çəkildiyi üçün sufizm və onun düşüncə ilə bağlı prinsipləri düzgün bir şəkildə təsvir edilməmişdir. Filmdə Molla Sadığın evində toplanan və musiqi ilə coşan camaat mənfi şəkildə göstərilmişdir.[85][86]
1973-cü il istehsalı "Nəsimi" filmində hürufilik mövzusu işlənmişdir. Filmdə hürufi təliminin təbliğatçısı Nəsiminin həyatı və fəaliyyəti göstərilir. Filmdə Nəsimi Şirvanşah İbrahimdən hürufiliyi öyrənməsini istəyir. Şirvanşah bunu haqqı rədd etməklə bir tutanda Nəsimi kitabları öyrənməklə həqiqətlərin fəth ediləcəyini deyir. Şirvanşahın "Allahın birliyi yoxdursa, həqiqət haradadır?" sualına Nəsimi belə cavab verir: "Cümlə kainatın özü həqiqətdir, kainatın özü zərrələrdən ibarətdir. Hər zərrənin özünün yaratmaq gücü vardır. İnan, padşahım, bu bizim qurtuluşumuzdur." Bundan başqa, Nəsimi filmdə ədalətli padşahın ikiqat tanrı olduğunu deyir. Filmdə həmçinin hürufi təlimçisi Fəzlullah Nəimi və onun mübarizəsi təsvir edilmişdir. Nəimi həbs ediləndə Nəsimiyə "gedən cismimdir, ruhum səninlədir" deyərək onu varisi təyin edir. Teymuri hökmdarı Əmir Teymur tərəfindən tutulduqdan sonra, Nəiminin bədəninə mismarla 32 hərf (hürufiliyin insan üzündə hərfləri görməsi ilə əlaqəlidir) yazılır.[87][85]
Sufi təliminə aid edilən dərvişlər "Nəsimi" filmində istifadə edilmişdir. Filmdə dərvişlər özlərinə məxsus bir ayin icra edir və Nəsiminin "İstəmə" qəzəlini oxuyurlar. Dərvişlər onlara qoşulmağı təklif edəndə Nəsimi tərki-dünya həyatının ona yad olduğunu, kövrək olmadığı üçün qırılmadığını deyir.[86]
Fəlsəfə, metafizika, psixologiya və kosmoqoniya düşüncəsi nümunələri
redaktəAzərbaycan sufi ədəbiyyatında müxtəlif prinsiplər istifadə edilirdi: insan və ona göstərilən pərəstiş; əbədi sevgi və gözəllik; Allah, insan, kainat və müqəddəs yazılar arasında əbədi birlik; şiə məsih ideyaları; sufi əməllərindən (dua, zikr, səmt, səcdə) və varlığın birliyindən (vəhdət əl-vücud) qaynaqlanan motivlər. Bu ideyalar birlikdə Azərbaycan türk sufi ədəbiyyatının ön planını təşkil edirdi.[56]
Azərbaycan ədəbiyyatında Allahı görmək gözəlliyi görmək ilə eyni sayılır. Nəsiminin fikrincə müqəddəs hərflərin təcəssümü olan gözəl insan təkcə Allahın ad və sifətlərini deyil, onun metafizik (ruhi) əsasını da əks etdirir.[88] Nəsiminin istifadə etdiyi əsas mövzulardan biri Musa peyğəmbərin Tur dağında Tanrı ilə qarşılaşmasıdır. Mistik ədəbiyyatda Musa sevdiyini axtaran aşiqdir. Nəsimi özünü onunla müqayisə edərək nurun özündə olduğunu qeyd edir. Nəsiminin şeirində insanın daxili aləminin vacibliyi, ilahini anlamaq üçün insanın öz ruhunu anlamasının vacibliyi qeyd edilir.[89][90]
Sevgilinin məkanı da sufi ədəbiyyatında vacib rol oynayır. İlahinin məkanı olan cənnətdən başqa, Quranda qeyd edilən, həm şərqdə, həm də qərbdə Allahın olması, hara çevrilsən, Allahın üzünün olması fikri Azərbaycan poeziyasına təsir edən anlayışdır. Nəsimi hara çevrilsə, sevgilinin gözlərini gördüyünü deyir. Xətai isə fikirləşirdi ki, yer üzündəki hər şey həqiqi varlığın əksidir, heç bir şəkil həqiqi tanrı deyil, həqiqi varlıq və ona göstərilən hörmət bütpərəstlik kimi görülə bilməz.[90] Xətai "Dəhnamə"də sufi və hürufi elementlərini istifadə edərək, yaradılışı ilahi baxışla və nadir cəvahiratla əlaqələndirirdi.[91]
Klassik dövr Azərbaycan şairləri İbn əl-Ərəbinin "əbədi mahiyyətlər" nəzəriyyəsi ilə tanış idilər. Qazi Bürhanəddin "Sənin üzünün mahiyyəti sonsuzdur, çünki bütün gözlər arasında səninki kimi göz yoxdur" deyirdi.[89]
XIX əsr Azərbaycan filosofu Abbasqulu ağa Bakıxanov fikirlərində sufi təsirinin olduğunu göstərən ümid (təvəkkül) və məmnuniyyət (rida) konseptlərini təbliğ edirdi. Bakıxanov Cəlaləddin Rumiyə istinad edərək, zahiri mənfəətlərin arxasınca getməyi, həddindən artıq ölüm qorxusunu və vəsvəsəni (nəfsi) pisləyirdi.[92]
Göz və ürək
redaktəAzərbaycan sufi ədəbiyyatında gözlərin ilahiləşdirilməsi və şəxsiyyətləşdirilməsi bu poetik obrazın xarakterik xüsusiyyətidir. Göz təsvirinin bu aspekti, yəqin ki, göz ilahələrini əks etdirən qədim mif və əfsanələrdən irəli gəlir. Məhəmməd Füzulinin vətəni Mesopotamiya qədim zamanlarda göz məbədləri ilə və göz ilahələrinin heykəlləri ilə dolu idi. Bundan əlavə, bəzi sufi ənənələrində göz makrokosmosun kiçildilmiş forması idi. Gözlə bağlı təsvirlər Azərbaycan şairlərinin daxili sufi ideyaları ilə gündəlik həyat və münasibətləri birləşdirməkdə ustalığını əks etdirir.[93] Qazi Bürhanəddin qeyd edir ki, ilahiliyin ən dərin işığı daxili göz (batin gözü) vasitəsilə mənəvi mənaları görməklə açılır. Çünki xarici göz (zahir gözü) həmişə kor olur.[94]
Göz-tanrı və göz-insan nümunələri zühurla əlaqələndirilən baxışı ifadə edərkən Azərbaycan şairləri tərəfindən tez-tez istifadə edilmişdir. Məsələn, Xətai "Mən Allahın gözüyəm. Kor, yolunu azmış, gəl İlahi həqiqətə bax." demişdir.[94] Nəsimi də özünü "gözlərin gözü" adlandırırdı.[95] Göz və dodağın birlikdə istifadəsində göz susuzluq və sərxoşluğun mənbəyi sayılır, həyat verən çeşmə, ilahi mərhəmət və mehribanlığın simvolu dodaq isə varlığın əsası kimi götürülürdü.[96]
Məhəmməd Füzuli Allahın mərhəmətli baxışını sufi kosmoqoniyası ilə əlaqələndirir. Ehtimal edilir ki, Füzuli təkcə ibn Ərəbi fikrinin yox, həm Mahmud Şəbüstərinin "Gülşən-i raz" əsərinin və həm də bu əsərin Lahici tərəfindən hazırlanan təfsirinin təsirinə məruz qalmışdır. Çünki Lahici gözlə görülən maddi dünyanın və gözlə görülməyən ruhi dünyanın Allahın baxışı ilə yarandığını qeyd edirdi.[96]
Klassik Azərbaycan ədəbiyyatında gözə İslami baxış ürəklə əlaqəli motivlərlə kəsişir. Çünki Qurana görə, peyğəmbər ilahiliyi ürəyi ilə görmüşdür. Qazı Bürhanəddin ürəyinin gözünün sevgilinin baxışından ləzzət aldığını deyirdi.[97] Füzuli isə şeirində qırmızı yaqutu ilahi təzahür üçün məcaz olaraq istifadə edir. Sevgilinin gözləri ürəkdən (qiymətli daşların olduğu dağ) qan axmasına səbəb olur, çünki, o, sevgilinin qırmızı yaqutunu (ilahi təzahür) görmək istəyir. Azərbaycan poeziyasında qovuşma arzusu kədərin səbəbidir, qovuşma ilahi sevginin simvolu olan badə və şərab ilə təsvir edilir.[98] Azərbaycan poeziyasında su və od ən geniş istifadə edilən antitezadır, sevgilinin kədərini göstərən göz yaşları və yaralı ürəyin odu ilə təsvir edilir. Azərbaycan atalar sözünə görə, ürək yanmasa, göz ağlamaz. Qazi Bürhanəddin yaşlı gözləri Zəmzəm suyu, ürəyi isə Kəbə ilə eyniləşdirirdi.[99]
Söz və qələm
redaktəİslamda sözə göstərilən hörmət Azərbaycan ədəbiyyatında geniş istifadə edilmişdir. Klassik Azərbaycan ədəbiyyatında yazı, müqəddəs hərflər və yazı vasitələri (xüsusilə, qələm) ilə əlaqəli təsvirlər geniş yer tapmışdır. Qələmin rolu sadəcə maddi tərəfi ilə əlaqəli deyildi, mənəvi əhəmiyyəti də nəzərə alınırdı.[100] Qələm təsvirinin Azərbaycan ədəbiyyatında çox istifadə edilməsi insan, qələm və kainat arasındakı əlaqə ilə bağlı sufi fikirlərindən qaynaqlanır. Qələmin sevgili olaraq göstərilməsinə, katiblə qələmin müqayisəsinə, yazı prosesinin və ağlamaq, ayağına düşmək və sirləri ortaya çıxarmaq kimi insan davranışının müqayisəsinə rast gəlinir.[101]
Nəsimi qələmi dayanmadan sevgisini ifadə edən aşiq kimi təsvir edir. Füzuli isə qeyd edir ki, pərgar dairə çəkməzdən əvvəl "can-ı könül" "nöqtə-i xal"a (pərgarın dairə çəkərkən yaranan ilk nöqtə) sevgi ilə bağlı idi. Pərgar sonsuz qələmi, nöqtə-xal təkliyi, ilahi varlığın metafiki formasını (vəhdət), dairə isə varlığın daxilini təmsil edir. Can-ürəyin vəhdəti təmsil edən nöqtəyə bağlılığı insanın Allahla qovuşma üçün həsrətini göstərir. Füzuli həm də qələmi ritual rəqsində fırlanan dərviş obrazı üçün istifadə edir. Qələmin sevgiliyə bənzədilməsi və sevgisini ifadə etdiyi üçün edam edilən Mənsur Həllacın yada salınması da xüsusilə vurğulanmalıdır.[102]
Nəsimi kədərdən qırılan qələm ilə coşqunluğuna görə, cübbəsini cıran sufini eyniləşdirir. Buradakı sufi yazarkən vəcdə gələn ilahi katibdir (kaf-i nunun katibi). Aida Qasımovaya görə, Nəsiminin burada hürufilərin yazı yazarkən vəcdə gəlməsi (sufilərin fəaliyyətində baş verməsi ehtimal edilən proses) ilə bağlı fikir bəyan etdiyini düşünmək mümkündür.[103]
Azərbaycan poeziyasında müqəddəs mətn, yazı və ləvazimatları ilə insan bədəni üzvləri və ya təbiət hadisələri arasında əlaqə qurmaq dərin kök salmışdır.[104] Həbibi yazının sonsuzluğuna diqqət ayırır, sevgilinin nöqtəsinin və xəttinin (məsələn, üz xüsusiyyətləri) aşiqin qəlbinə həkk edildiyini qeyd edir. Həbibi alın yazısı ilə bağlı inancı hürufiliklə bəzəyərək qeyd edir ki, hər şeyə qadir olanın qələmi ilə sevgilinin alnına fəzl (Fəzlullah Nəimi) və bismillah yazılıb.[105]
Bacarıqlı şairlər öz daxili mistik ideyalarını ifadə etmək üçün xəttatlıq incəsənəti vasitələrinin təsvirindən istifadə edirdilər. Şah İsmayıl Xətai hərfləri yada salmaq üçün sevdiyinin üz və bədən cizgilərindən istifadə etdiyini şeirində yazırdı.[106] Füzuli isə qələmi qəddar taleyin motivi olan vaxtla eyniləşdirirdi. Bu, vaxtın İslamdan əvvəlki mifologiyada, xüsusilə zərdüşlükdə müqəddəs sayılması ilə bağlı ola bilər.[107]
Zülf və külək
redaktəAzərbaycan türk sufi poeziyasında məşuqənin sifətindən və ya zülfündən (saç) iman və küfrün poetik simvolu kimi istifadə edilməsi geniş yayılmışdır.[108] Zülf Adəmin günahı və qovulması ilə bağlı olaraq, məcaz şəklində istifadə edilmişdir. Müqayisələrdən biri türk ənənəsində daha çox taxılla təsvir edilən, qadağan olunmuş ağacla bağlıdır, ədəbiyyatda sünbülün qulağı zülf ilə əlaqələndirilir. Buna görə də, Kişvəri kimi klassiklərin əsərlərində zülf Adəmin hekayəsindən gələn sünbül təsviridir. Füzuli şeirində isə, zülf sonsuz kədərin (Allahım yanında olan ev üçün ruhların darıxması) ilkin səbəbini simvolizə edir.[109]
Azərbaycan sufi poeziyasında zülf böyük ilana və əjdahaya bənzədilir.[110] Həbibi öz şeirində zülf-ilanı dodaqların ikili təsviri olaraq, sonsuz baharın simvolu və əl-rəhmanın nəfəsi kimi istifadə edir. Qazi Bürhanəddin məşuqənin zülfünü ilana (Musanın hekayəsindən), aşiqi isə qarışqaya (Süleymanın hekayəsindən) bənzədir.[111]
Xətai şeirində könül quşunun (insan ruhunun təmsili) sevgilinin xalına (ilahi varlıq) çatmaq üçün apardığı mübarizədə zülfün rolunu qeyd edir. Burada zülf fani dünyada insanı cəzb edən şeylər üçün istifadə edilmişdir. Zülfün ilahiyə çatma yolundakı vəsvəsələr kimi istifadəsi Qazi Bürhanəddin və Nəsimi şeirində də görülür.[112] Füzuli isə quşun Məcnunun zülfündə yuva düzəltdiyini təsvir edir. Burada Məcnunun başını itirdiyi nəzərdə tutulur, zülfün məcnun (dəli) olan şəxsi bağlamaq üçün istifadə edilən qandala bənzədilməsi də mümkündür. Nəsimi və Kişvəri isə zülfü İblisin cənnətə girməsinə icazə verən tovuzquşuna bənzədir.[113] Kişvəri zülfü inanmayan şəxsə bənzədərək qeyd edir: "Deyirlər ki, kafir cənnətə girə bilməz. Onda bəs niyə qara zülfün hüsn-ü gülüstanında gəzir?"[114]
Zülfün digər bir təsviri isə Quranda Süleymanın taxtına atılan şər varlıqla bağlıdır. Xətai saç qıvrımlarının yanağa düşdüyünü qeyd edərək, onu qaranlıq və iman dövrü üçün məcaz olaraq istifadə edir. Füzuli küləyin Süleymanın taxtından şər varlığı aparmasını təsvir etmək üçün sevgilinin üzündə saçın küləyə görə qarışmasını qeyd edirdi. Süleymanın hekayəsinin əks mənada işlədilməsi də mümkündür. Nəsimi sevgilinin tək tükünün "mülk-i Süleyman" dəyərində olduğunu qeyd edirdi.[115]
Sufi ədəbiyyatında küləyin rolu vacibdir. Məsələn, bu, müqəddəs ruha eyham vuran, "Nəsimi" təxəllüsündə aşkara çıxır. Quranda İsa peyğəmbərin hekayəsinin külək və ətirlə əlaqələndirilməsi, zülfün ətrinin ölülərin bədəninə həyat bəxş etməsi motivi İmadəddin Nəsimi tərəfindən istifadə edilmişdir. Burada səba (külək) Allah və insan, sevgili və aşiq arasında elçini təmsil edir. Həbibi isə zülfün ətrini İbrahim peyğəmbərin həyat yoldaşı Saranın ətrinə bənzədir.[116]
Təbliği
redaktə"Azərbaycan muğamı" irsi 2008-ci ildə Azərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, bu irs digər kateqoriyalarla birlikdə sufizm kateqoriyasına da əlavə edilmişdir.[67][117] Azərbaycan, Türkiyə və İran 2021-ci ildə "Əxi Evrən" ilinin keçirilməsi üçün UNESCO-ya müraciət etmişdir. İran Azərbaycanının Xoy şəhərindən olan Əxi Evrənin əxiliyin yaranmasında və təşkilatlanmasında böyük xidmətləri olmuşdur.[118]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Ахундова Н. Ф.. Развитие суфизма в Азербайджане: возвышение шейха Сефи ад-дина Исхака Ардебили в эпоху ильханата (на основе сведений западной историографии). — АНО "Научно-исследовательский институт истории, экономики и права", 2018. — 200 с. — ISBN 978-5-906724-35-9.
- ↑ 1 2 Алескерова Н.. Суфизм в Азербайджане // Кавказ и глобализация : журнал. — 2007. — ISSN 1817–7100.
- ↑ 1 2 3 4 5 6 7 Rıhtım, 2009. səh. 55-56
- ↑ 1 2 Gasimova, 2015. səh. 105
- ↑ 1 2 3 Gasimova, 2013. səh. 70
- ↑ 1 2 Gasimova, 2015. səh. 119
- ↑ Шириев Т. М.. О быте суфиев и их молельнях в средневековом Азербайджане // Актуальные проблемы тюркологии: Россия и тюрко-мусульманский мир : Материалы X Международной тюркологической конференции, Казань. — 2021. — С. 392–394. — ISSN 978-5-6042466-4-1.
- ↑ Zabit qızı, 2016. səh. 43
- ↑ Togan, 1981. səh. 260
- ↑ Togan, 1981. səh. 267-268
- ↑ Неймат, 2011
- ↑ Неймат М. С. Корпус эпиграфических памятников Азербайджана / Под ред. З. М. Буниятова. — Б.: Yeni Nəşrlər Evi, 2001. — Т. II. — С. 54. — 368 с.
- ↑ Köprülü, F. (2004). İSLÂM SÛFÎ TARÎKATLERİNE TÜRK-MOĞOL ŞAAMANLIĞININ TE’SİRİ . Marife Dini Araştırmalar Dergisi, 4 (1), 267–275 . Retrieved from http://marife.org/tr/pub/issue/37809/436582 Arxivləşdirilib 2023-06-17 at the Wayback Machine
- ↑ Togan, 1981. səh. 284
- ↑ Rıhtım, 2009. səh. 36
- ↑ Said Öztürk. "Ottoman History: Misperceptions and Truths". — IUR Press, 2011 — p. 136 — ISBN 9090261087
- ↑ Юнусов А. С. Ислам в Азербайджане. — Баку: Заман, 2004. — С. 78–79.
- ↑ İnalcık, 2011. səh. 43-45
- ↑ Emre, Side, "Gulshaniyya", in: Encyclopaedia of Islam, THREE, Edited by: Kate Fleet, Gudrun Krämer, Denis Matringe, John Nawas, Devin J. Stewart. Consulted online on 04 February 2024 <https://referenceworks.brillonline.com/entries/encyclopaedia-of-islam-3/gulshaniyya-COM_27544 Arxivləşdirilib 2024-02-04 at the Wayback Machine> First published online: 2018
- ↑ McGregor, Richard J., "Damirdāshiyya", in: Encyclopaedia of Islam, THREE, Edited by: Kate Fleet, Gudrun Krämer, Denis Matringe, John Nawas, Devin J. Stewart. Consulted online on 04 February 2024 <https://referenceworks.brillonline.com/entries/encyclopaedia-of-islam-3/damirdashiyya-COM_25976?lang=fr Arxivləşdirilib 2024-02-04 at the Wayback Machine> First published online: 2016
- ↑ Curry, 2010. səh. 44
- ↑ Curry, 2010. səh. 76
- ↑ Curry, 2010. səh. 293
- ↑ Atabay, 2024. səh. 83
- ↑ Roger M. Savory, Ahmet T. Karamustafa. Esmail I Ṣafawi (англ.). — Encyclopædia Iranica, 1998. — Vol. VIII. — P. 628–636.
- ↑ Zarcone, Thierry, "Bektaşiyye", in: Encyclopaedia of Islam, THREE, Edited by: Kate Fleet, Gudrun Krämer, Denis Matringe, John Nawas, Devin J. Stewart. Consulted online on 04 February 2024 <https://referenceworks.brillonline.com/entries/encyclopaedia-of-islam-3/bektasiyye-COM_24010 Arxivləşdirilib 2024-02-04 at the Wayback Machine> First published online: 2014
- ↑ Guliyev, Ebulfez Amanoğlu. "‘Azerbaycan Yurt Bilgisi’ Dergisinde Amasyalı Azerbaycan Mutasavvıfları Hakkındaki Araştırmalar". Amasya Üniversitesi Sosyal Bilimler Dergisi 2/4 (December 2018), 1–10. page 2, 5.
- ↑ 1 2 Tahsin Yazıcı. "HAMZA NİGARİ". Encyclopaedia Iranica Online (Brill). (#accessdate_missing_url)
- ↑ 1 2 Rıhtım, 2009. səh. 54
- ↑ Шпажников Г. А. Религии стран Западной Азии. Справочник. — М.: Наука, 1976. — С. 240.
- ↑ Lawergren, B., Farhat, H., & Blum, S. Iran. Grove Music Online. Retrieved 21 Mar. 2023.
- ↑ 1 2 Erol, 2021. səh. 88-89
- ↑ Abdullayeva, 2022. səh. 783-784
- ↑ Erol, 2021. səh. 74
- ↑ 1 2 Erol, 2021. səh. 76
- ↑ Erol, 2021. səh. 77
- ↑ Erol, 2021. səh. 78
- ↑ Erol, 2021. səh. 79
- ↑ Erol, 2021. səh. 82-83
- ↑ Erol, 2021. səh. 85-86
- ↑ Erol, 2021. səh. 87
- ↑ Hafez F. Farmayan, "The Beginning of Modernization in Iran: The Policies and Reforms of Shah Abbas (1587–1629)", p. 6–7
- ↑ Сергей Нефедов, "Война и общество. Факторный анализ исторического процесса. История Востока", с. 635
- ↑ Azərbaycan etnoqrafiyası, II, 2007. səh. 155
- ↑ Azərbaycan etnoqrafiyası, II, 2007. səh. 160
- ↑ Telman İbrahimov. Xəttatlıq sənəti. Bakı, Şərq-Qərb, 2013.
- ↑ III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu materialları, 2017. səh. 136
- ↑ III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu materialları, 2017. səh. 137
- ↑ III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu materialları, 2017. səh. 138
- ↑ Миклашевская, 1954. səh. 94
- ↑ Said Öztürk. "Ottoman History: Misperceptions and Truths". — IUR Press, 2011 — p. 136 — ISBN 9090261087
- ↑ Heydarova, 2023. səh. 54
- ↑ 1 2 Heydarova, 2023. səh. 55-56
- ↑ Abdullayeva, 2022. səh. 786
- ↑ 1 2 3 Javadi, Burrill, 1988. səh. 251–255
- ↑ 1 2 Gasimova, 2015. səh. 120
- ↑ Berengian, 1988. səh. 17-18
- ↑ Savory, 1978. səh. 721
- ↑ Lornejad, Doostzadeh, 2012. səh. 151
- ↑ Sadıkoğlu, 1996. səh. 374–375
- ↑ Atabay, 2024. səh. 79
- ↑ Csirkés, 2021. səh. 229
- ↑ "NASIHATLAR OF ABBAS KULU AGHA BAKIKHANLI. Audrey L. ALTSTADT | Central Asian Monuments | Edited by H. B. Paksoy | CARRIE Books". Vlib.iue.it. 2019-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-02.
- ↑ Əliyev, 2007. səh. 108
- ↑ Научно-исследовательский институт общей педагогики (Академия педагогических наук СССР). Очерки истории школы и педагогической мысли народов СССР, с древнейших времен до конца XVII в. — Педагогика, 1989. — Т. 1. — С. 406. — 479 с.
- ↑ Abdullayeva, 2022. səh. 788
- ↑ 1 2 "UNESCO: The Azerbaijani Mugham". 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-14.
- ↑ Dessiatnitchenko, 2017. səh. 299
- ↑ Dessiatnitchenko, 2017. səh. 32
- ↑ Dessiatnitchenko, 2017. səh. 50
- ↑ Dessiatnitchenko, 2017. səh. 155
- ↑ Dessiatnitchenko, 2017. səh. 208
- ↑ Nigar Akhundova, Aida Huseynova. "Arts: Composers: Caucasus" (ingilis). Encyclopedia of Women & Islamic Cultures Online. (#accessdate_missing_url)
- ↑ Edemariam, Aida. "Aida Edemariam talks to singer Sami Yusuf". The Guardian (ingilis). 5 November 2007. ISSN 0261-3077. 13 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 November 2020.
- ↑ "Sami Yusuf Nəsiminin "Sığmazam" qəzəli əsasında yeddi dəqiqəlik kompozisiya hazırlayıb - VİDEO" (az.). 10 Sentyabr , 2019. 2024-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-04.
- ↑ Durbilmez, Bayram. "Derviş sanatı ve âşık sanatı ilişkileri bağlamında Âşık Ruhsatî'nin Sıdkı Baba üzerine etkileri" (türk). 2022. İstifadə tarixi: 2024-07-24. (page 769)
- ↑ 1 2 Baghirova, 2015. səh. 122-123
- ↑ Alıyev, 2019. səh. 71
- ↑ Yang, 2016. səh. 159
- ↑ Yang, 2016. səh. 161-162
- ↑ Yang, 2016. səh. 232-233
- ↑ Əskər, 2017. səh. 92
- ↑ Əskər, 2017. səh. 94
- ↑ Baghirova, 2015. səh. 132
- ↑ 1 2 Garayeva, 2022. səh. 300
- ↑ 1 2 Garayeva, 2022. səh. 301
- ↑ Garayeva, 2022. səh. 299
- ↑ Gasimova, 2015. səh. 125
- ↑ 1 2 Gasimova, 2015. səh. 126
- ↑ 1 2 Gasimova, 2015. səh. 127
- ↑ Gasimova, 2015. səh. 138
- ↑ Ahmedov, 1983. səh. 36
- ↑ Gasimova, 2015. səh. 115
- ↑ 1 2 Gasimova, 2015. səh. 121
- ↑ Gasimova, 2015. səh. 122
- ↑ 1 2 Gasimova, 2015. səh. 123
- ↑ Gasimova, 2015. səh. 129
- ↑ Gasimova, 2015. səh. 131
- ↑ Gasimova, 2015. səh. 137
- ↑ Gasimova, 2014. səh. 8
- ↑ Gasimova, 2014. səh. 9
- ↑ Gasimova, 2014. səh. 10-11
- ↑ Gasimova, 2014. səh. 12
- ↑ Gasimova, 2014. səh. 13
- ↑ Gasimova, 2014. səh. 14
- ↑ Gasimova, 2014. səh. 16
- ↑ Gasimova, 2014. səh. 18
- ↑ Gasimova, 2013. səh. 75
- ↑ Gasimova, 2013. səh. 78
- ↑ Gasimova, 2013. səh. 79
- ↑ Gasimova, 2013. səh. 80
- ↑ Gasimova, 2013. səh. 81
- ↑ Gasimova, 2013. səh. 82
- ↑ Gasimova, 2013. səh. 87
- ↑ Gasimova, 2013. səh. 91
- ↑ Gasimova, 2013. səh. 93
- ↑ "Azerbaijan - Information related to Intangible Cultural Heritage". ich.unesco.org (ingilis). 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
- ↑ "Türkiyə Azərbaycan və İranla birgə "Əxi Evrən ili"nin elan olunması üçün UNESCO-ya müraciət edib". İstifadə tarixi: 2024-07-24.
Ədəbiyyat
redaktə- Berengian, Sakina. Azeri and Persian Literary Works in Twentieth Century Iranian Azerbaijan. K. Schwarz. 1988. ISBN 978-3-922968-69-6.
- Gasimova, Aida. "Qurʾānic Symbolism of the Eyes in Classical Azeri Turkic Poetry." Oriens, vol. 43, no. 1/2, 2015, pp. 101–53. JSTOR, http://www.jstor.org/stable/24801686. Accessed 10 Feb. 2024.
- Gasimova, Aida. "If All the Trees on Earth Were Pens: A Survey of the Qur’anic Symbolism of the Pen in Medieval Azeri Turkic Sufi Poetry" (Əgər bütün ağaclar qələm olsaydı: Orta əsrlər azəri türk sufi poeziyasında qələmin Quran simvolizminə bir baxış). Journal of Turkish Literature, Bilkənt Universiteti, Türkiyə, (say11, 2014), səh. 7–33.
- Gasimova, Aida, and عايدة غاسيموقما. "The Hair on My Head Is Shining: Qur’anic Imagery of the Curl in Classical Azeri-Turkish Ṣūfī Poetry / واشتعل الرأس شيبا" استعمال الصور القرآنية للحديث عن العقصة في الشعر الصوفي التركي — الآزاري القديمم"." Journal of Qur’anic Studies, vol. 15, no. 1, 2013, pp. 69–101. JSTOR, http://www.jstor.org/stable/24280407 Arxivləşdirilib 2024-08-03 at the Wayback Machine. Accessed 3 Aug. 2024.
- Halil İnalcık (2011). Has-Bağçede ʿAyş u Tarab: Nedimler, Şairler, Mutribler. İstanbul: Türkiye İş Bankası Kültür Yayınları.
- Javadi, H.; Burrill, K. AZERBAIJAN x. Azeri Turkish Literature // In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica (ingilis). Volume III/3: Azerbaijan IV–Bačča(-ye) Saqqā. London and New York: Routledge & Kegan Paul. 1988. 251–255. ISBN 978-0-71009-115-4.
- Lornejad, Siavash; Doostzadeh, Ali. Arakelova, Victoria; Asatrian, Garnik (redaktorlar ). On the modern politicization of the Persian poet Nezami Ganjavi (PDF). Caucasian Centre for Iranian Studies. 2012. 2022-09-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-04.
- M. F. Köprülü. Azəri. Bakı, "Elm", 2000, 115 səh.
- Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред. Полевого В. М. — Искусство Азербайджана. — Баку, 1954. — Т. IV.
- Неймат М. С. Корпус эпиграфических памятников Азербайджана / Редактор: доктор исторических наук, профессор Ш. Фарзалибейли. — Б.: Элм и Тахсил, 2011. — Т. V. Арабо-персо-тюркоязычные надписи Ширвана, Гянджи, Агдама, Шуши, Физули, Зангелана, Джабраила, Лачына, Кельбаджара и др.. — 240 с.
- Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh. 538.
- Sadıkoğlu, Cengiz. HABÎBÎ // TDV İslam Ansiklopedisi (türk). 14 (Gelibolu – Haddesenâ). İstanbul: Türkiyə Dəyanət Vəqfi. ISBN 9789753894418.
- Savory, R. M. (1978). "Ḳāsim-i Anwār". In van Donzel, E.; Lewis, B.; Pellat, Ch. & Bosworth, C. E. (eds.). The Encyclopaedia of Islam, Second Edition. Volume IV: Iran–Kha. Leiden: E. J. Brill. pp. 721–722. OCLC 758278456.
- Garayeva, N. (2022). Sovyet Devri Azerbaycan Filmlerinde Bazı İslami Motiflerin ve Sufi Akımların Yansıtılması. Kültür Araştırmaları Dergisi(12), 293–304. https://doi.org/10.46250/kulturder.1071357
- Alıyev, R. M. (2019). AZERBAYCAN ÂŞIKLIK SANATINDA TASAVVUF. Türkoloji(96), 68–76.
- Esker, Naile. XIX. Yüzyıl Âşık Şiirinde Tasavvufi Motifler = XIX Esr Aşiq Şeirinde Tesevvüfi Motivler Arxivləşdirilib 2024-07-27 at the Wayback Machine, Bilimsel Eksen: Üç Ayda Bir Yayımlanan Uluslararası Sosyal Bilimler Dergisi = Scientific Axis: Quarterly Social Education Journal Subject to International Peer Review, 2017, cilt: VII, sayı: 20, s. 91–100
- Rıhtım, M. (2009). In IX–XIX the Centuries Sufi Orders in The Culture History of Azerbaijan. Avrasya Etüdleri, 35(1), 33–60.
- Curry, J. (2010). The Transformation of Muslim Mystical Thought in the Ottoman Empire: The Rise of the Halveti Order, 1350–1650. Edinburgh: Edinburgh University Press. https://doi.org/10.1515/9780748643714
- Sanubar Baghirova. (2015). "The One Who Knows the Value of Words": The Aşiq of Azerbaijan. Yearbook for Traditional Music, 47, 116–140. https://doi.org/10.5921/yeartradmusi.47.2015.0116
- Erol, İbrahim. "Hâlidî Tasavvuf Tefekkürünün Azerbaycan Sosyokültürü Üzerindeki Etkisi". Usul İslam Araştırmaları 36/36 (Kasım 2021), 71–95.
- Atabay, T. (2024). Safevi Tarikatının İlk Türkçe Kaynaklarından ‘Akā’İd-i Evliyā’-i Seb’a Arxivləşdirilib 2024-07-06 at the Wayback Machine. SÜREK Alevilik — Bektaşilik Ve Kültür Araştırmaları Dergisi(2), 79–101.
- Abdullayeva, T. (2022). Şah İsmayıl Xətayinin "Nəsihətnamə" Əsərinin Forma-Tematik Təsnifatı. Akademik Tarih Ve Düşünce Dergisi, 9(3), 777–791.
- Azərbaycan etnoqrafiyası, Üç cilddə II cild., Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb, 2007, ISBN ISBN 5-17-033764-7
- Fariz Xəlilli, Metin Hakverdioğlu. III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu materialları. Şamaxı. 2017. səh. 724. ISBN 978-9952-8198-6-1.
- Heydarova, Khadija. (2023). ARTISTIC DEFINITION OF THE TYPES OF CALLIGRAPHY IN NASIMI’S WORK. THE MODERN VECTOR OF THE DEVELOPMENT OF SCIENCE Proceedings of the VII International Scientific and Practical Conference 17–18 August 2023At: Philadelphia, USA. 10.5281/zenodo.8273169.
- Ahmedov, E.M. Bunyadov, Z.M.; Jafarov, M.Z.; Ismayilov, M.I.; Kocharli, Firudin; Sunbatzade, A.S. (redaktorlar ). Аббас-Кули-ага Бакиханов - Сочинения, записки, письма [Abbasgulu agha Bakikhanov - Essays, notes, letters]. Классическое наследие Азербайджана [Classic Heritage of Azerbaijan] (rus). Baku: Elm. 1983.
- Əliyev, Elmin. ABBASKULU BAKÜHANLI VE AHLÂK DÜŞÜNCESİ (türk). İstanbul: T.C. MARMARA ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ İLAHİYAT ANABİLİM DALI İSLAM FELSEFESİ BİLİM DALI. 2007.
- Dessiatnitchenko, Polina. "Musical and Ontological Possibilities of Mugham Creativity in pre-Soviet, Soviet, and post-Soviet Azerbaijan." (2017).
- Xi Yang. Sayat`-Nova: within the Near Eastern bardic tradition and posthumous. Dissertation. Los Angeles: University of California, 2016, XIII+306 p.
- Ferenc Csirkés. Popular Religiosity and Vernacular Turkic: A Qezelbash Catechism from Safavid Iran. Sabancı University, Istanbul: Safavid Persia in the Age of Empires. 2021. 211—239.
- Nuridə Zabit qızı. Funksional-semantik baxımdan ocaqlar və pirlər. Baki, Elm və təhsil, 2016, 168 səh.
Əlavə ədəbiyyat
redaktə- DBalkane Jong, F., "Demirdās̲h̲iyya", in: Encyclopaedia of Islam, Second Edition, Edited by: P. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel, W. P. Heinrichs. Consulted online on 10 December 2023. First published online: 2012. First print edition: ISBN: 9789004161214, 1960–2007
- Massignon, Louis, "Ṭarīḳa", in: Encyclopaedia of Islam, First Edition (1913–1936), Edited by M. Th. Houtsma, T. W. Arnold, R. Basset, R. Hartmann. Consulted online on 10 December 2023. First published online: 2012. First print edition: ISBN: 9789004082656, 1913–1936
- Kamran Abdullayev. QAFQAZDA ƏRƏBCƏ MƏKTUBAT ƏNƏNƏSİ NÜMUNƏLƏRİ (XIX–XX ƏSRLƏR) Bakı, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2019, 264 səh.
- Qarayeva, G. (2021). XX. YÜZYIL AZERBAYCAN VE TÜRK ROMANTİK ŞİİRİNDE NEO–TASAVVUF. AKRA Kültür Sanat Ve Edebiyat Dergisi, 9(25), 91–102. https://doi.org/10.31126/akrajournal.881924
- Guliyev, Ebulfez Amanoğlu. "‘Azerbaycan Yurt Bilgisi’ Dergisinde Amasyalı Azerbaycan Mutasavvıfları Hakkındaki Araştırmalar". Amasya Üniversitesi Sosyal Bilimler Dergisi 2/4 (December 2018), 1–10.
- Khalilli, Fariz. "Azerbaycan’da Halvetîlik Arkeolojisi Arxiv surəti 7 oktyabr 2024 tarixindən Wayback Machine saytında". Tasavvuf Araştırmaları Enstitüsü Dergisi 2, sy. 2 (Ocak 2024): 317–28. https://doi.org/10.32739/ustad.2023.4.54.