Azerbaycanda Tekrar Parlament Seckileri 2006 - Wikipedia
Azərbaycanda təkrar parlament seçkiləri (2006) — 2006-cı ilin may ayında Azərbaycanda seçki nəticələri ləğv olunmuş seçki dairələrində keçirilmiş təkrar parlament seçkiləri.
Azərbaycanda təkrar parlament seçkiləri | ||||
---|---|---|---|---|
13 may 2006 | ||||
Seçici fəallığı | 36.48% | |||
Rəhbər | İlham Əliyev | İlyas İsmayılov | Sabir Rüstəmxanlı | |
Partiya | Yeni Azərbaycan Partiyası | Ədalət Partiyası | Vətəndaş Həmrəyliyi Partiyası | |
Tutulan yerlər | 5 | 1 | 1 |
Zəmin
redaktə2005-ci il parlament seçkiləri yekunlaşdıqdan sonra seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanmışdır. Mərkəzi Seçki Komissiyası 23 noyabr 2005-ci il tarixli iclasında yekun nəticələri açıqlamış və 4 seçki dairəsində seçki nəticələrinin ləğv edildiyini elan etmişdir.[1] Yekun protokol komissiya üzvlərinin 11-nin lehinə, 4-nün əleyhinə səsi olmaqla qəbul edilmişdir.[2][3] Daha sonra komissiya yekun protokolu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərmişdir. Noyabr ayının 26-da keçirilmiş iclasda Mərkəzi Seçki Komissiyası tərəfindən seçki nəticələri ləğv olunmuş 9 saylı Binəqədi ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci və 110 saylı Zaqatala seçki dairələrinin komissiyaları buraxılmışdır.[4]
1 dekabr 2005-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin iclası keçirilmiş və iclasda protokolları Azərbaycan Respublikası Seçki Məcəlləsinənuyğun olmayan 6 seçki dairəsinin — 31 saylı Suraxanı ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa və 119 saylı Ağdam kənd seçki dairələrinin seçki nəticələri ləğv edilmişdir.[5]
İlk dəfə tam majoritar üsulla keçirilən parlament seçkiləri olan 2005-ci il parlament seçkilərində nəticələri ləğv edilmiş 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə lider namizəd Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Azadlıq Blokunun vahid namizədi Əli Kərimli, 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə lider namizəd Yeni Azərbaycan Partiyası üzvü Tofiq Hüseynli, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə lider namizəd Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, Azadlıq Blokunun vahid namizədi Qulamhüseyn Əlibəyli, 103 saylı Gədəbəy seçki dairəsi üzrə lider namizəd bitərəf siyasətçi Fəxrəddin Qəmbərov, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə lider namizəd bitərəf siyasətçi İlqar Qılıcov, 119 saylı Ağdam kənd seçki dairəsi üzrə lider namizəd isə Yeni Azərbaycan Partiyası üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov olmuşdur.[6]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 dekabr 2005-ci il tarixində 9 saylı Binəqədi ikinci, 42 saylı Sumqayıt ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının təkrar seçkilərinin 13 may 2006-cı il tarixinə təyin edilməsi ilə bağlı sərəncam imzalamışdır.[7]
Partiyalardakı vəziyyət
redaktəYeni Azərbaycan Partiyasının ilk sədri və qurucusu Heydər Əliyevin ölümündən sonra müvəqqəti olaraq partiya sədrinin birinci müavini, prezident İlham Əliyev sədr vəzifələrini icra etmişdir. İlham Əliyev 26 may 2005-ci il tarixində Yeni Azərbaycan Partiyasının III Qurultayında yekdilliklə partiya sədri seçilmişdir.[8] 2005-ci il parlament seçkiləri Yeni Azərbaycan Partiyasının İlham Əliyevin rəsmi rəhbərliyində qatıldığı ilk parlament seçkilərdir.
2005-ci il parlament seçkiləri səbəbi ilə müxalifət cərgəsində iki əsas ittifaq yaradılmışdır. Onlardan biri Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyası və Müsavat Partiyasını birləşdirən "Azadlıq" Seçki Bloku,[9] digəri isə Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Sosial Demokrat Partiyasını birləşdirən "YeS" Seçki Bloku olmuşdur.[10][11] Onlardan Azadlıq Bloku Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatı ilə razılaşmaya getmiş və nəticədə seçkilərdəki aparıcı bloka çevrilmişdir.
Seçki nəticələri açıqlandıqdan sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Liberal Partiyası başda olmaqla iki əsas müxalif blok seçki nəticələrinə etiraz etmiş, lider namizədlər Əli Kərimli, Qulamhüseyn Əlibəyli və Lalə Şövkət parlamentin işinə qatılmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Əli Kərimli və Qulamhüseyn Əlibəylinin namizədliyini irəli sürdüyü dairələrin nəticələrini ləğv etdikdən sonra etirazlar səngiməmişdir.[6]
"YeS" Seçki Blokundan iki bitərəf namizəd — baş nazirin sabiq müavinləri Əli Məsimli və Vahid Əhmədov deputat seçilsə də, onlar blokla əlaqələrini kəsmiş və müstəqil siyasət yürütmüşdür. Azərbaycan Milli İstiqlal Partiyası isə bu hadisələrə kəskin etirazını bildirmişdir.[6] Yeni Siyasət Seçki Blokuna üzv olan Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Arzuxan Əlizadə (hazırkı sədr) seçkinin yekun protokoluna imza atmışdır. Azərbaycan Milli İstiqlal Partiyası sədri Əli Əliyev buna etiraz etmişdir.[12] Partiya sədri Əli Əliyev fövqəladə iclas keçirmiş və iclasda Etibar Məmmədov və Arzuxan Əlizadənin dəstəkçilərini Siyasi Şura üzvlüyündən ixrac etmişdir.[13] 22 yanvar 2006-cı il tarixində həm Əli Əliyev, həm də Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının növbədənkənar qurultayını keçirmişdir. Əli Əliyev keçirdiyi qurultayda Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyası, Müsavat Partiyası nümayəndələri iştirak etmiş, Etibar Məmmədov liderlik postundan uzaqlaşdırılmış, özü isə Azərbaycan Milli İstiqlal Partiyasının yenidən sədri seçilmişdir.[14] Etibar Məmmədov keçirdiyi qurultayda isə Əli Əliyevə etimadsızlıq göstərilmiş, Ayaz Rüstəmov partiyanın müvəqqəti sədri seçilmişdir.[13][15] Hər iki tərəf müvafiq qurultay sənədlərini Ədliyyə Nazirliyinə təqdim etmişdir. Ədliyyə Nazirliyi nəticə olaraq Etibar Məmmədovun keçirdiyi qurultayın nəticələrini tanımışdır.[16]
Nəticədə Azadlıq Blokuna daxil olan partiyalar, Azərbaycan Liberal Partiyası Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası və digər narazı şəxslər 26 noyabr 2005-ci ildə etiraz aksiyası təşkil etmişdir.[6]
Namizədlər
redaktəAzərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət deputat seçilsə də, nəticələrə etiraz əlaməti olaraq mandatından imtina etmişdir. Daha sonra təkrar seçkilərə qatılmayaraq Azərbaycan Liberal Partiyası prosesi boykot etmişdir.[17]
Azadlıq Bloku 6 mandat qazansa da, mandatlardan 4-ü Müsavat Partiyasının payına düşürdü. Müsavat Partiyası təkrar seçkilərə qatılmaq istəyini bildirdiyi üçün blok daxilində narazılıq və parçalanma yaranmışdır. Blokun qurucularından Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokrat Partiyası seçkiləri boykot etmə qərarı almışdır. Belə ki, 18 yanvar 2006-cı il tarixində keçirilən Azərbaycan Demokrat Partiyası Ali Məclisinin Rəyasət Heyətinin iclasında parlamentdə və təkrar seçkilərdə iştirakın məqbul olmadığı qərarı qəbul edilmişdir.[18]
Nəticədə Azərbaycan Xalq Cəbhəsi Partiyası sıralarından deputat seçilmiş Cəmil Həsənli partiyasından istefa verdi və Azadlıq Blokundan deputat seçilmiş Pənah Hüseyn blokla əlaqələrini kəsmişdir.[17]
Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası 2006-cı ilin yanvarında keçirdiyi iclasda təkrar seçkilərdə və parlamentdə iştirak qərarı almışdır.[19]
Mart ayının 3-nədək davam edən namizəd irəli sürmə prosesi nəticəsində 10 seçki dairəsi üzrə 218 nəfər namizədliyini irəli sürmüşdür. 13 mart tarixinədək onlardan sadəcə 196-sı onlara verilən imza vərəqələrini 450 imza toplayaraq təhvil verə bilmişdir. Dairə seçki komissiyaları 22 nəfərin namizədliyini qəbul etməmiş, 20 nəfər isə proses bitmədən namizədliyini geri çəkmişdir. 9 saylı Binəqədi ikinci seçki dairəsi 39 nəfər namizədliyini irəli sürmüş, onlardan 22-sinin namizədliyi qeydiyyata alınmışdır və beləliklə bu seçkilərdə ən çox namizəd sayısı bu dairədən olmuşdur. 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi və 110 saylı Zaqatala seçki dairəsi üzrə isə 10 nəfərin namizədliyi qeydiyyata alınmışdır.[17]
Yeni Azərbaycan Partiyası rəsmi qaydada 10 seçki dairəsindən 6-sı üzrə namizəd irəli sürmüşdür. Buna baxmayaraq daha 17 nəfər partiya üzvü öz təşəbbüsü ilə seçkilərə qatılmışdır. Nümunə olaraq 103 saylı Gədəbəy seçki dairəsi üzrə qeydə alınmış 18 namizəddən 8-i Yeni Azərbaycan Partiyasının üzvü idi.[17]
Yeni Azərbaycan Partiyası Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayevin 18 aprel tarixində verdiyi məlumata əsasən partiyanın təxminən 20 üzvü müstəqil şəkildə seçkiyə qatılmışdı. Martda onlardan 13-ü partiyanın vahid siyahısında təmsil olan namizədlərin xeyirinə geri çəkilmişdi. 7-i isə seçkilərədək seçki marafonunu dayandırmışdır. Yeni Azərbaycan Partiyasının vahid namizəd siyahısına 9 saylı Binəqədi seçki dairəsindən Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, 110 saylı Zaqatal seçki dairəsindən Azərbaycan Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin rəisi Rizvan Vahabov, 119 saylı Ağdam kənd seçki dairəsindən "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və 42 saylı Sumqayıt seçki dairəsindən Məcid Kərimov daxil idi. YAP İdarə Heyətinin qərarına görə, müstəqil şəkildə seçkiyə qatılan namizədlər partiyanın vahid siyahısında təmsil olan namizədlərin xeyrinə geri çəkilməli idi. İdarə Heyətinin qərarına tabe olmayan namizədlər partiya sıralarından xaric ediləcəkdi.[20]
Müxalifət cərgəsindən Müsavat Partiyası 10 seçki dairəsindən 7-i üzrə rəsmi namizəd irəli sürsə də, daha 5 partiya üzvü öz təşəbbüsü ilə seçkilərə qatılmışdır. Partiyanın seçki qərargahının sədri və başqan müavini Arif Hacılı 110 saylı Zaqatala seçki dairəsi üzrə seçkilərə qatılmışdı.[17]
Digər partiyalardan Azərbaycan Milli İstiqlal Partiyası 5, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 3, Ədalət Partiyası 3, Ümid Partiyası 3, Azərbaycan Xalq Cəbhəsi Partiyasının "klassiklər" qanadı 2 və daha 10 siyasi partiya 1 namizədlə seçkilərə qatılmışdır. Namizədlərdən 71-i bitərəf olmuş, 12-si isə siyasi mənsubiyyətini göstərməmişdir. Namizədlərdən 127-si kişi, 27-si isə qadın olmuşdur. Həmçinin 2005-ci il parlament seçkilərində deputat seçilə bilməyən 40-a yaxın namizəd təkrar seçkilərə qatılmışdır. II çağırış Milli Məclisin 6 deputatı da seçki marafonuna qoşulmuşdur.[17]
İki aya yaxın davam edən təbliğat-təşviqat prosesi ərzində 30-a yaxın namizəd öz namizədliyini geri götürmüşdür. Həmçinin 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizədliyini irəli sürmüş Azərbaycan Beynəlxalq Universitetinin rektoru, Yeni Azərbaycan Partiyasının üzvü Elşad Abdullayev seçiciləri maddi təşviqlə ələ almaqda ittiham olunaraq Apellyasiya Məhkəməsinin qərarı ilə seçki yarışından kənarlaşdırılmışdır.[17]
13 may seçki günü ərəfəsində namizədlərin sayı 124-ə enmiş, ən çox namizəd olan seçki dairəsi 18 namizədlə 9 saylı Binəqədi ikinci seçki dairəsi, ən az namizəd olan seçki dairələri isə 7 namizədlə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi və 110 saylı Zaqatala seçki dairəsi olmuşdur.[17]
Yekunda 124 namizəd seçkilərə qatılmışdır. Onlardan 17-si partiya mənsubiyyətini göstərməmiş, 60-ı bitərəf, 10-u hakim Yeni Azərbaycan Partiyasının, 9-u Müsavat Partiyasının, 5-i Azərbaycan Milli İstiqlal Partiyası, 5-i Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının, 3-ü Azərbaycan Ümid Partiyasının, 3-ü Azərbaycan Kommunist Partiyasının, 3-ü Ədalət Partiyasının, 2-si Azərbaycan Xalq Cəbhəsi Partiyasının, 1-i Azərbaycan Xalq Demokratik Partiyasının, 1-i Vətəndaş Həmrəyliyi Partiyasının, 1-i Demokratik Azərbaycan Dünyası Partiyasının, 1-i Azərbaycan Sosial Demokrat Partiyasının, 1-i Vəhdət Partiyasının, 1-i Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının və 1-i isə Böyük Azərbaycan Partiyasının üzvü olmuşdur.[21]
Seçki nəticələri
redaktəAzərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt -Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz—Qazax—Ağstafa, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd seçki dairələri üzrə Azərbaycan Respublikası Milli Məclisi deputatlarının təkrar seçkilərilə bağlı səsvermənin yekun nəticələri haqqında 27 may 2006-cı il tarixində iclas keçirmiş, iclasda 103 saylı Gədəbəy seçki dairəsinin 3 saylı, 110 saylı Zaqatala seçki dairəsinin 14 saylı və 119 saylı Ağdam kənd seçki dairəsinin 10 və 37 saylı seçki mənətəqələri üzrə səsvermənin nəticələrinin ləğv olunması və seçkilərin yekun nəticələri təsdiqlənmişdir.[22] 5 iyun 2006-cı il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərarlara və protokollara baxaraq seçki nəticələrini təsdiq etmişdir.[23] Nəticələrə əsasən 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə bitərəf siyasətçi Rafael Kamil oğlu Cəbrayılov, 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Əhməd Abdulkərim oğlu Vəliyev, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə bitərəf siyasətçi Asəf Hacı oğlu Hacıyev, 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Məcid Zahid oğlu Kərimov, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi üzrə bitərəf siyasətçi Baba Əli oğlu Tağıyev, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Fəzail Feyruz oğlu İbrahimli, 103 saylı Gədəbəy seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Rafiq Musa oğlu Məmmədhəsənov, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə Ədalət Partiyası sədri İlyas İsmayılov, 110 saylı Zaqatala seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Hikmət İsmayıl oğlu Atayev və 119 saylı Ağdam kənd seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Bəxtiyar Yusif oğlu Sadıqov deputat seçilmişdir.[24]
Seçilmiş deputatlardan 3-ü, yəni Asəf Hacıyev, Bəxtiyar Sadıqov və Fəzail İbrahimli sabiq deputat olmuşdur. Onlardan Fəzail İbrahimli 2005-ci il parlament seçkilərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə seçkiləri 1394 (7.84%) səs toplayaraq Yeni Azərbaycan Partiyası üzvü Mixail Zabelin və Azərbaycan Vahid Kommunist Partiyası sədri Sayad Sayadovun ardınca üçüncü sırada tamamlamışdır.[25]
Ümumi
redaktə9 saylı Binəqədi ikinci | 31 saylı Suraxanı ikinci | 38 saylı Nizami ikinci (Gəncə) | 42 saylı Sumqayıt ikinci | 44 saylı Sumqayıt-Abşeron | 69 saylı Cəlilabad-Masallı-Biləsuvar | 103 saylı Gədəbəy | 106 saylı Tovuz-Qazax-Ağstafa | 110 saylı Zaqatala | 119 saylı Ağdam kənd | Cəmi | |
Məntəqə sayı | 30 | 28 | 25 | 37 | 30 | 37 | 36 | 35 | 41 | 44 | 343 |
Seçici sayı | 37 993 | 38 254 | 33 606 | 43 564 | 42 244 | 39 760 | 36 596 | 41 252 | 41 928 | 35 912 | 391 109 |
Seçici aktivliyi | 19.07% | 27.16% | 33.42% | 43.34% | 35.48% | 38.98% | 34.11% | 32.87% | 59.30% | 37.66% | |
Deputat sayı | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 10 |
Dairələr üzrə
redaktə9 saylı Binəqədi ikinci
redaktəPartiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Azərbaycan Milli İstiqlal Partiyası | Bəkir Əbdülrəhmanov[26] | ||
Bitərəf | Rafael Cəbrayılov | 31.87 | |
Böyük Azərbaycan Partiyası | Elşad Musayev[26] | ||
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Elçin Mirzəbəyli[27] | ||
Müsavat Partiyası | Ehtiram Əliyev[28] | ||
Nadir Orucov[29] | |||
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
31 saylı Suraxanı ikinci
redaktəPartiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Müsavat Partiyası | Hökümə İbrahimova[28] | ||
Yeni Azərbaycan Partiyası | Əhməd Vəliyev | 72.55 | |
Bitərəf | Vüqar Oruc[30] | ||
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
38 saylı Nizami ikinci (Gəncə)
redaktəPartiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Azərbaycan Milli İstiqlal Partiyası | Eldar Aslanov[31] | ||
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Eldəniz Quliyev[32] | ||
Bitərəf | Asəf Hacıyev | 62.60 | |
Müsavat Partiyası | Mürşüd Məmmədli[28] | ||
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
42 saylı Sumqayıt ikinci
redaktəPartiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Bitərəf [a] | Mirmahmud Fəttayev | ||
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Zöhrab Abdullayev[27] | ||
Vətəndaş Həmrəyliyi Partiyası | Yusif Salmanov | ||
Yeni Azərbaycan Partiyası | Məcid Kərimov | 81.80 | |
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
44 saylı Sumqayıt-Abşeron
redaktəPartiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Bitərəf | Baba Tağıyev | 64.77 | |
Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası | Tofiq Yadigarov | ||
Azərbaycan Sosial Demokrat Partiyası | Araz Əlizadə[33] | ||
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Arzu Şirinova[27] | ||
Müsavat Partiyası | Nəsiman Yaqublu[28] | ||
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
69 saylı Cəlilabad-Masallı-Biləsuvar
redaktəPartiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Bitərəf [b] | Fikrət Cəfərov[34] | ||
Bitərəf | Musa Qasımlı | ||
Vətəndaş Həmrəyliyi Partiyası | Fəzail İbrahimli | 49.28 | |
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
103 saylı Gədəbəy
redaktəPartiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Yeni Azərbaycan Partiyası | Rafiq Məmmədhəsənov | 56.64 | |
Müsavat Partiyası | Sabir Məmmədli[28] | ||
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
106 saylı Qazax-Tovuz-Ağstafa
redaktəPartiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Bəhruz Cabbarov[32] | ||
Ədalət Partiyası | İlyas İsmayılov | 71.14 | |
Müsavat Partiyası | Məlahət Mürşüdlü[28] | ||
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
110 saylı Zaqatala
redaktəPartiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Elnurə Mədətova | |||
Müsavat Partiyası | Arif Hacılı[28] | ||
Yeni Azərbaycan Partiyası | Hikmət Atayev | 65.02 | |
Yeni Azərbaycan Partiyası | Rizvan Vahabov | ||
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
119 saylı Ağdam kənd
redaktəPartiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Azərbaycan Milli İstiqlal Partiyası | Yaşar Həsənov[31] | ||
Yeni Azərbaycan Partiyası | Bəxtiyar Sadıqov | 63.03 | |
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
Qeydlər
redaktə- ↑ Mirmahmud Fəttayevin rəhbərliyində Azərbaycan Xalq Cəbhəsi Partiyasının klassiklər qanadı 2006-cı ilin mart ayında qurultay keçirərək partiyanın bazasında Klassik Xalq Cəbhəsi Partiyasını təsis etmişdir. Lakin bu partiya 31 yanvar 2007-ci ildə rəsmi dövlət qeydiyyatına alınmışdır.
- ↑ Rəsmi dövlət qeydiyyatı olmayan Klassik Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri.
İstinadlar
redaktə- ↑ "III çağırış Azərbaycan Milli Məclisinə seçkilərin ilkin nəticələri". 2007-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
- ↑ "Səsvermənin ümumi yekunları haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu" (PDF). 2018-02-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-11.
- ↑ "Noyabrın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
- ↑ "Noyabrın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir". 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
- ↑ "2005-ci il noyabrın 6-da keçirilmiş üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI". 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
- ↑ 1 2 3 4 "Üçüncü çağırış Milli Məclisə seçkilər (2005). 5. Seçkilərin yekunu (dekabr 2005)". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
- ↑ "Bəzi seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisi deputatlarının təkrar seçkilərinin təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2018-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
- ↑ "Yeni Azərbaycan Partiyasının III Qurultayı". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
- ↑ ""Azadlıq" seçki bloku rəsmən təsis olundu". 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
- ↑ "İqtidaryönlü partiyalar «Reforma» seçki bloku yaradacaq". Azadlıq Radiosu. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
- ↑ "Daha iki seçki bloku təsis olundu". 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
- ↑ "Vidadi Mahmudlu yekun protokolu imzalamasını düzgün addım sayır". Azadlıq Radiosu. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
- ↑ 1 2 "AMİP parçalanmaya doğru daha bir addım atdı". 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
- ↑ "AMİP-də iki qurultay". Azadlıq Radiosu. 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
- ↑ ""Dovşan həkimi" AMİP-dən necə qovuldu? - Əli Əliyev haqqında yeni şok sənəd". AzNews.az. 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
- ↑ ""Regionçuluq" faktoru müxalifət partiyasının zəifləməsinə səbəb olub". Trend İnformasiya Agentliyi. 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-02.
- ↑ 1 2 3 4 5 6 7 8 "Üçüncü çağırış Milli Məclisə seçkilər (2005). 7. Təkrar seçkilərlə tamamlanan parlament". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
- ↑ "ADP təkrar parlament seçkisində iştirak etməmək barədə qərar çıxarıb". 2023-03-06. 2023-03-06 tarixində arxivləşdirilib.
- ↑ "Vətəndaş Həmrəyliyi Partiyası təkrar seçkilərdə iştirak edəcək". 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
- ↑ "YAP-ın müstəqil namizədlərinin hamısı partiyanın vahid namizədlərinin xeyrinə geri çəkilib". Trend.Az (az.). 2006-04-18. 2023-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-14.
- ↑ "Bu gün Azərbaycanda 10 seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilir". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
- ↑ "Mayın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir". 2020-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
- ↑ "AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN 2006-cı il mayın 13-də keçirilmiş 9 saylı Binəqədi ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt -Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz—Qazax—Ağstafa, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd seçki dairələri üzrə Azərbaycan Respublikası Milli Məclisi deputatlarının təkrar seçkilərinin nəticələrinə dair AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI". 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
- ↑ "2006-cı ilin may ayının 13-də keçirilmiş təkrar parlament seçkilərinin nəticələri". 2007-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
- ↑ 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə ilkin nəticələr Arxivləşdirilib 2007-03-10 at the Wayback Machine
- ↑ 1 2 "Dörd namizəd təkrar seçkilərdə baş verəcək qanunsuzluğa qarşı birgə mübarizə aparacaqları ilə bağlı razılığa gəlib". Trend.Az (az.). 2006-05-10. 2023-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
- ↑ 1 2 3 "BAXCP 6 seçki dairəsində namizədlərini müəyyənləşdirib". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-08.
- ↑ 1 2 3 4 5 6 7 "Müsavat Partiyası Divanının növbədənkənar toplantısı keçirib". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
- ↑ "GÜLƏR ƏHMƏDOVANIN PUL ALDIĞI İKİNCİ NAMİZƏD MƏLUM OLDU". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- ↑ "Vüqar Oruc (Vüqar Bəyturan):?Qələbəmə zərrə qədər zübhəm yoxdur?". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- ↑ 1 2 "ATƏT-in müşahidə missiyasının nümayəndələri AMİP funksionerləri ilə görüşüb". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
- ↑ 1 2 "BAXCP 3 seçki dairəsində namizədlərini müəyyənləşdirib". 2023-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-08.
- ↑ "Mərkəzi Komitə Araz Əlizadənin seçkilərdə iştirak etməsi ilə bağlı qərar qəbul edib". Trend.Az (az.). 2006-03-03. 2024-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-12.
- ↑ "İsa Qəmbər: "Müsavat Partiyasının təkrar seçkilərə qatılan namizədləri seçicilərlə maneəsiz görüşlər keçirirlər"". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.