Aza Korpusu - Wikipedia
Aza körpüsü[1] — Ordubad rayonunun Aşağı Aza kəndində yerləşən qədim körpü.
Aza körpüsü | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Ordubad |
Yerləşir | Aşağı Aza kəndi |
Aidiyyatı | Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğu |
Tikilmə tarixi | XVII əsr |
İstinad nöm. | 416 |
Kateqoriya | Körpü |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Tarixi
redaktəAza körpüsü Ordubad rayonunun, Aza kəndində, Gilançayın üzərində memarlıq abidəsidir. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün eni 3,5m, uzunluğu 46 paqonometrdir. Beş aşırımlıdır. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilmişdir. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə alınmış, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulmuşdur. Tağların dördündə dalğakəsən vardır.
Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsü Böyük İpək yolu ilə şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587–1629) inşa etdirilmişdir. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları, ipək ixrac olunurdu.
Baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində dəfələrlə dağılmış, sonralar təmir edilmişdir. Güclü sel suları körpünün bir hissəsini yuyub dağıtdığından 1997-ci ildə əsaslı şəkildə bərpa olunmuş və yenidən qurulmuşdur. Hazırda Naxçıvandan və Ordubaddan Azadkəndə gedən əhali və nəqliyyat vasitələri bu körpüdən istifadə edir. Körpü XVII əsrə aiddir.
İstinadlar
redaktə- ↑ Aza körpüsü // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 442. ISBN 978-9952-441-05-5.