Azad Ozan Kerimli - Wikipedia
Azad Ozan Kerimli - Wikipedia - Haqqında Məlumat
Azad Ozan Kərimli (Azad Kərim oğlu Kərimov; 7 aprel 1954, Tovuz – 2005, Bakı) — Azərbaycan folklorşünası, Sənətşünaslıq namizədi (1995).
Azad Ozan Kərimli | |
---|---|
Azad Kərim oğlu Kərimov | |
Doğum tarixi | |
Doğum yeri | Tovuz rayonu |
Vəfat tarixi | (təxminən) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | azərbaycanlı |
Elm sahəsi | Sənətşünaslıq |
Elmi dərəcəsi | Sənətşünaslıq namizədi (1995) |
Tanınır | Sənətşünas, tədqiqatçı |
Həyatı
redaktəKərimov Azad Kərim oğlu 1954-cü il aprelin 7-də Tovuzda anadan olub. 1995-ci ildən Sənətşünaslıq namizədi idi.[1]
Əsərləri
redaktə- Piano üçün 5 Pyes (1990);
- M.Arazın söz. tenor və piano üçün 2 Romans (1990);
- Azərbaycan şairlərinin söz. solist, xor və orkestr üçün 7 Marş (1991 – 1994);
- Azərbaycan şairlərinin söz. 7 a'cappella kişi xoru (1995);
- Y.İmrənin söz. Kantata (1992 – 1994);
- 14 xalq mahnılarının xor üçün işləmələri /I dəftər/, (1995 – 1997);
- H.Z.İslamın söz. "İlahilər" Kantatası (1998);
- H.Z.İslamın söz. 12 Mahnı (1994 – 1998);
- 7 Azərbaycan xalq mahnılarının xor üçün işləmələri /II dəftər/, (1997 – 2001).
Məqalələri
redaktə- Aşıq Hüseyn Saraclı. "Qobustan" jurnalı, № 1, 1990;
- Saz kökləlrinin bugünkü baxımdan araşdırılması. "Mədəni-maarif" jurnalı, № 2, 1990;
- Tovuz aşıq məktəbi soykökünün Bozalqanlı qolu. "Qobustan", № 2, № 3, 1991;
- Azərbaycan aşıq sənətində məktəblər və onların araşdırılması. "Azərbaycan milli musiqisinin tədqiqi problemləri" e/m toplusu. /I buraxılış/. B., 1992; "Dollu Abuzər". "Qobustan", № 1–2, 1993;
- Tovuz aşıq məktəbinin Göyçə qolları. "Qobustan", № 3–4, 1993;
- Tovuz aşıq məktəbinin saz havaları toplusu. "Azərbaycan musiqisi. Tarix və müasir dövr" e/m toplusu. B., Ü.Hacıbəyov ad. ADK-nın nəşri, 1994;
- Çıldır aşıq məktəbi haqqında bilgilər. "Azərbaycan musiqisi. Tarix və müasir dövr". B., ADK-nın nəşri, 1994;
- "Комбинации основных движений классического экзерсиса и виды его варьирования" /həmmüəllif – L.Həsənova/. Metodik vəsait. B., 1997;
- Təkrarsız Məmməd Quliyev. "Qobustan". № 1–2, 1998;
- Bəstəkar F.Qarayevlə söhbət. "Qobustan", № 1–2, 1998;
- Dirijorlarımızı dəyələndirə bilirikmi? "Qobustan", № 1, 1999;
- Tanıdığımız və tanımadığımız Soltan Hacıbəyov. "Musiqi dünyası" jurnalı, № 1, 1999;
- Musiqişünas. Pedaqoq. Maarifçi. /R.Zöhrabov – 60/. "Musiqi dünyası", № 1, 1999;
- V.Adıgözəlovun Çanaqqala zəfəri. "Musiqi dünyası", № 1, 1999;
- Sumqayıtın sənət ocağı. "Musiqi dünyası", № 1, 1999;
- Xeyirxah sehirbaz /İ.Hacıbəyov – 50/. "Musiqi dünyası", № 1, 2000;
- Nəfəsli orkestr üçün repertuar. "Musiqi dünyası", № 3–4, 2000;
- Göycə aşıq məktəbi /məqalələr silsiləsi/. "Musiqi dünyası", № 1, 2, 3–4, 2000, № 1–2, 3–4, 2001;
- Seyid İbrahim. "Dədə Qorqud" jurnalı, № 1, 2001;
- Məmməd Quliyev haqqında. " Musiqi dünyası", № 1–2, 2001;
- "El havası"nın Qöyçə variantı". "Dədə Qorqud", № 2, 2001;
- Qan yaddaşının çagırışına səs verən bəstəkar /V.Adıgözəlov/. "Musiqi dünyası", № 3–4, 2001.
- Respublika elmi konfranslarında mə'ruzə və çıxışlar (1990 – 2001).
- Dövri mətbuatda məqalələr (1990 – 2001).
İstinadlar
redaktə- ↑ "Azad Ozan Kərimli". 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-06.