Azad Veten Partiyasi Dagliq Qarabag - Wikipedia
"Azad Vətən"[1] (erm. Ազատ Հայրենիք, Azat Hayrenik) — Qondarma Dağlıq Qarabağ Respublikasının hakim partiyası.
Azad Vətən Partiyası | |
---|---|
Sədri | Araik Arutünyan |
Quruluş tarixi | 29 yanvar 2005 |
Baş qərargah | |
İdeologiya | Erməni milliyətçiliyi |
İdeoloji spektr | mərkəz sağ |
Tarixi
redaktə"Azad Vətən" partiyası 29 yanvar 2005-ci ildə təsis edilmişdir. Partiyanın sədri 16 dekabr 2020-ci il tarixinədək prezident Arayik Arutyunyandır. 19 iyun 2005-ci ildə "Azad Vətən" partiyası 33 yerdən 12-ni qazanmış və bundan sonra Arayik Arutyunyan partiyanın sədri seçilmişdir. 23 may 2010-cu ildə Qondarma DQR Milli Məclisinə deputat seçkilərində "Azad Vətən" partiyası proporsional sistem üzrə 46,4% səs toplamış və14 deputat mandatı qazanmış, parlamentdə çoxluq təşkil etmişdir. Fraksiya rəhbəri Qaqik Petrosyan olmuşdur.
2015-ci ildə VI çağırış Milli Məclisə keçirilən seçkilərdə "Azad Vətən" partiyası 47,6 səs qazanaraq majoritar sistemlə seçilənlərlə birlikdə 15 deputat mandatı qazanaraq parlament çoxluğunu təşkil etmişdir. Fraksiya rəhbəri Artur Tovmasyan olmuşdur.
2020-ci il seçkilərində partiya 33 yerdən 16-nı qazanmışdır. "Vahid Vətən" partiyası ilə koalisiya yaratmışdır. Koalisiya 10 may 2020-ci ildən 10 noyabr 2020-ci il tarixədək mövcudiyyətini davam etdirmişdir.
Proqram
redaktəPartiyanın proqramı Qarabağ ermənilərinin milli maraqlarını, onların təhlükəsizliyini və öz müqəddəratını təyinetmə hüququnu ifadə edən sənəddir. Partiya Qondarma DQR-nin ictimai əsaslarla siyasi birliyidir.
İdeologiya
redaktəPartiyanın ideologiyası ermənilərin milli və dini kimliklərinin qorunması, regionda iqtisadi inkişaf, dilin qorunması, milli təhsil sistemi və mədəniyyəti, vətənpərvərlik və hərbi ruhun təlqin edilməsi, adət-ənənələrin və ailə institutunun qorunması, tarixi yaddaş, milli təfəkkür və mənəvi mədəniyyətin qorunmasını əhatə edir. "Azad Vətən"in digər erməni partiyalarından əsas fərq iqtisadi inkişaf ideyalarının demokratik islahatlardan üstün olmasındadır. Partiyanın ideoloji proqramına iqtisadi inkişaf müstəqilliyin əldə edilməsi, vətəndaş cəmiyyətinin və demokratiyanın bərqərar olması var.
İstinadlar
redaktə- ↑ "Qarabağda "ərazilərin qaytarılması" iddialarına narazılıqlar". BBC News. 2 avqust 2018. 2022-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2022.