Azad Bey Emirov - Wikipedia
Əmirov Azad bəy Abbas oğlu (1883, Şuşa – 1939, Bakı) — həkim, pedaqoq, Azərbaycanda ilk fizioloqlardan biri. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu.
Azad bəy Əmirov | |
---|---|
Azad bəy Abbas oğlu Əmirov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Təhsili | Moskva Universiteti |
Fəaliyyəti | həkim, pedaqoq, universitet müəllimi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏmirov Azad bəy Abbas oğlu 1904-cü ildə Qori seminariyasını, Odessa universitetinin hüquq və tibb fakültələrini bitirmişdir.[1]
1926-cı ildən ADU-da dərs demişdir. Üzeyir Hacıbəyovun uşaqlıq dostu olmuş, Qori seminariyasında onunla birgə təhsil almışdır. Musiqi istedadına və gözəl səsə malik olan Azad bəy Əmirov 1912-ci ildə Şuşada "O olmasın, bu olsun" musiqili komediyasını tamaşaya qoymuşdu. Ü.Hacıbəyov öz xatirələrində Məşədi İbad rolunun A.Əmirovun ifasında əvəzsiz olduğunu söyləmişdi. 1918-ci ildə "Leyli və Məcnun" operasının 10 illiyi münasibətilə Ü.Hacıbəyova yazdığı məktubda A.Əmirov onun Azərbaycan tarixindəki mühüm rolunu çox böyük uzaqgörənliklə göstərmişdi: "Vaxt gələcək, tarix, yalnız ədalətli tarix özünün ehtiyatlı əli ilə öz səhifələrində müsəlman həyatındakı bu misilsiz müstəsna hadisəni qızıl hərflərlə yazacaq və sənin, əziz Üzeyir, əzabkeş millətinin fərəhsiz həyatına çox zəngin xəzinə, nadir inci kimi bəxş etdiyin gözəl, ilahiləşdirilmiş cərəyanı xüsusi qeyd edəcəkdir".
İstinadlar
redaktə- ↑ "Ali təhsil tariximizdən" Arxivləşdirilib 2018-06-15 at the Wayback Machine. 3 fevral 2012 — № 5. Muallim.edu.az