Azertelecom - Wikipedia
AzerTelecom — Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet operatoru.
AzerTelecom MMC | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Telekommunikasiya |
Məhsulları |
İnternetin topdan satışı, Ayrılmış Kanal Xidməti, Mobil Şəbəkələrdə Nəqletmə, Beynəlxalq Tranzit |
Təsis tarixi | 2008 |
Baş qərargahın yeri | Bakı |
Rəhbərlik | |
Rəhbərlik |
Baş icraçı direktor Ana Nakaşidze Direktorlar Şurasının sədri Emil Məsimov |
azertelecom.az |
Haqqında
redaktəAzerTelecom MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə beynəlxalq naqilli telefon əlaqəsi, internet, eləcə də məlumat və səs ötürülməsi xidmətlərini təklif etməklə, naqilli rabitə bazarında fəaliyyət göstərmək məqsədilə təsis edilib. AzerTelecom MMC Azərbaycanı beynəlxalq internet şəbəkəsinə qoşan və beynəlxalq internet trafikini Azərbaycana gətirən magistral (backbone) internet operator şirkətidir və bu istiqamətdə müvafiq lisenziyaya malikdir. AzerTelecom MMC səsli rabitə, internet, VoİP (İP şəbəkəsi üzrə səsin ötürülməsi), VPN (virtual şəxsi şəbəkə) və mövcud ümumi istifadəli telefon şəbəkəsi xətlərinin inteqrasiyası daxil olmaqla müxtəlif sabit xidmətlər üzrə lisenziyalara malikdir.
AzerTelecom MMC-nin missiyası müştərilərə innovativ texnologiya əsasında müasir telekommunikasiya xidmətləri göstərməklə onların biznesinin daha da inkişaf etməsini və uğurlu olmasını təmin etməkdir.
AzerTelecom MMC telekommunikasiya sahəsi üzrə müxtəlif yerli və beynəlxalq sərgi, seminar və müşavirələrdə iştirak edib və bu istiqamətdə fəaliyyətini bu gün də davam etdirir. Şirkət Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC), Amerikanın Azərbaycandakı Ticarət Palatasınının (AMCHAM)[1] və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan)[2] üzvüdür.
Şirkət Keyfiyyəti İdarəetmə Sistemini icra edərək və 13 may 2011-ci il tarixində Beynəlxalq İSO 9001:2008 Standartları üzrə Uyğunluq Sertifikatını əldə edib.
AzerTelecom 2019-cu ildə dünya üzrə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış şirkətlər olan "Trend Micro", "Symantec", "ESET", "Quest" və "One İdentity" şirkətlərinin rəsmi tərəfdaşı statusunu əldə edib[3].
Xidmətlər
redaktəAzerTelecom MMC B2B (business-to-business) sektorunda korporativ müştərilərə bir sıra qabaqcıl telekom xidmətləri təqdim edir. Bu xidmətlər aşağıdakılardır:
İnternetin Topdansatışı
redaktəAzerTelecom MMC beynəlxalq internet trafikini Azərbaycana gətirib onu yerli internet provayder bazarlarında satmaq üzrə lisenziyaya malikdir. Şirkətin təqdim etdiyi yüksək keyfiyyətli və dayanıqlı internet xidməti tam şəkildə mühafizə olunur. Şirkət alış həcminə əsaslanmaqla internet provayderlərə sərfəli və ədalətli qiymətlər təklif edir. Provayderlər eləcə də kanalların həcminin çevik idarə olunması imkanlarından da yararlana bilirlər.
Ayrılmış kanal xidməti
redaktəŞirkətin təqdim etdiyi ayrılmış kanal xidmətləri Azərbaycan Respublikası daxilində (Naxçıvan Muxtar Respublikasını da əhatə edən) müxtəlif tutumlarda şirkət və dövlət qurumlarının uzaq məsafələrini birləşdirmək məqsədilə təqdim edilə bilər ki, bunun nəticəsində də onların fəaliyyəti daha da səmərəli həyata keçə bilər. AzerTelecom MMC müştərilərə "bir nöqtə ilə digər nöqtəni", yaxud "bir nöqtə ilə digər nöqtələri" əlaqələndirən xidmətlər təklif edir ki, bu da məlumatların yüksək sürətlə ötürülməsini təmin edir, yaxud korporativ şəbəkələrin təşkil olunmasına kömək edir.
Mobil şəbəkələrdə nəqletmə
redaktəAzerTelecom MMC mobil şəbəkələrdə nəqletməni xidmətini də təqdim edir. Bu xidmət geniş DWDM/SDH şəbəkələr vasitəsilə təmin edilir. Xidmət Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, əsas regional mərkəzləri əhatə edir. Şirkət mobil şəbəkələrdə nəqletməni paket texnologiyalar vasitəsilə də təmin etmək imkanına malikdir.
Beynəlxalq tranzit
redaktəAzerTelecom MMC hazırda müştərilərə tranzit xidmətlər təklif edən müasir DWDM və SDH şəbəkəsinə də sahibdir[4]. Bu şəbəkə Rusiya, Gürcüstan və İran operatorları ilə əlaqələrə malikdir və bundan sonra hər hansı beynəlxalq daşıyıcılarla birləşə bilər. Bu da milli backbone operatorunun müştərilərinə Azərbaycan ərazisindən keyfiyyətli tranzit vasitə kimi istifadə etmək imkanını yaradır.
Eyni zamanda şirkət müştərilərə FTTB (Fiber To The Building), SİP Telefoniya, DDOS hücumundan mühafizə[5], Data Mərkəz xidmətləri, VPN (Virtual Private Network) Korporativ şəbəkə xidməti və s. təqdim edir.
Azerbaijan Digital Hub proqramı
redaktəAzerTelecom 2018-ci ildə Azərbaycanın mövcud Enerji və Nəqliyyat Mərkəzləri statusuna əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün Azerbaijan Digital Hub Proqramının icrasına başlayıb[6]. Proqramının əsas hədəfi Azərbaycanın telekommunikasiya ekosisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə qalxması, ölkənin İnternetin alışında xarici ölkələrdən asılılığının minimuma endirilməsi, Bakının dünyanın İnternet xəritəsinə daxil edilməsi və burada İnternet Mübadilə Mərkəzinin yaradılması, perspektivdə Azərbaycanın regionda İnternetin satışında mərkəzi ölkəyə çevrilərək, rəqəmsal xidmətlər idxal edən tərəfdən "Made in Azerbaijan" brendi altında bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunmasıdır. Proqram çərçivəsində Azərbaycanın gələcəkdə Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənub Asiya ölkələrini əhatə edən böyük bir regionun Rəqamsal Mərkəzinə çevrilməsi bu regionlarda yaşayan 1.8 milyard əhalinin (dünya əhalisinin ¼-i) müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsinə şərait yaradacaq.
Proqram çərçivəsində ölkə daxilində magistral infrastrukturun qurulması üçün Azərbaycan Dəmir Yolları QSC ilə mövcud dəmir yollarının mühafizə zolağı boyunca dayanqılı fiber-optik kabel xəttinin çəkilişi icra edilir[7].
"Digital Hub" proqramı çərçivəsində şirkət 2019-cu ildə həmçinin Transxəzər Fiber-Optik Kabel Xətti layihəsinə başlayıb[8]. Bu layihənin bir hissəsi olan Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dövlətlərarası saziş[9] imzalanıb və saziş Azərbaycan dövləti tərəfindən təsdiq edilib[10]. 17 may 2019-cu il tarixdə isə dövlətlərarası saziş Qazaxıstan hökuməti tərəfindən də təsdiq edilib[11]. Ümumi uzunluğu 380–400 km olacaq xəttin çəkilişi Azərbaycan tərəfdən "AzerTelecom", Qazaxıstan tərəfdən isə "Transtelecom" və "KazTransCom" telekommunikasiya operatorları tərəfindən icra ediləcək.
19 noyabr tarixində isə Qazaxıstanın Aktau şəhərində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin (TransCaspian Fiber Optic – TCFO) çəkilişi üzrə Qazaxıstan ərazisində işlərə başlanmasına dair təntənəli mərasim baş tutub və Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, Qazaxıstan Respublikasının Baş Naziri Askar Mamin, digər dövlət rəsmiləri, eləcə də sazişin tərəfləri olan operator-şirkətlərin rəhbərləri tədbirdə iştirak ediblər[12][13].
2019-cu ilin 25–27 Aprel tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekində "Bir Kəmər, Bir Yol" strategiyası çərçivəsində ikinci beynəlxalq əməkdaşlıq forumu çərçivəsində AzerTelecom şirkəti ilə Çinin China Telecom və Huawei şirkətləri arasında Əməkdaşlıq barədə Memorandum imzalanıb. Bu sənədlər AzerTelecom ilə China Telecom və Huawei arasında "Digital HUB" proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılması istiqamətində qarşılıqlı əməkdaşlığı özündə əks etdirir[14][15] .
28 noyabr tarixində isə Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş "Türkməntel 2019" — 12-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisi çərçivəsində layihənin ikinci istiqaməti — Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı Azərbaycan və Türkmənistan arasında dövlətlərarası saziş imzalanıb[16]. Sazişə əsasən, Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilişi Azərbaycan tərəfdən magistral internet provayderi AzerTelecom şirkəti, Türkmənistan tərəfdən isə bu ölkənin telekommunikasiya operatoru Türkmentelekom tərəfdən reallaşdırılacaq. Kabel xətti Siyəzən və Türkmənbaşı coğrafi məkanları arasında çəkiləcək[17]. Kabel xətti Avropa internet mərkəzlərindən internet trafikinin Azərbaycan vasitəsilə Türkmənistana, daha sonra isə Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana ötürülməsinə imkan verəcək, Avropa ilə Cənubi Asiya arasında internet trafikinin ötürülməsində Azərbaycanı mərkəzi ölkəyə çevirəcək[18].
Şirkətin şəbəkəsi
redaktəDaxili şəbəkə
redaktəŞirkətin malik olduğu dayanqılı fiber optik kabel şəbəkəsi Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün əsas bölgələrini və şəhərlərini əhatə edir[19]. Bu şəbəkə həmçinin Bakı şəhərini üç əsas istiqamət üzrə sərhədlərlə birləşdirir. Şəbəkə Bakı şəhərini şimal istiqamətində Rusiya ilə, cənub istiqamətində İranla və qərb istiqamətində Gürcüstan və Türkiyə ilə birləşdirir. Sərhəd nöqtələrində şəbəkə şirkətin beynəlxalq tərəfdaşları ilə birləşir. Qabaqcıl texnologiya əsasında qurulmuş bu şəbəkə DWDM texnologiyasına əsaslanır.
Beynəlxalq şəbəkə
redaktəŞirkətin beynəlxalq şəbəkəsi beynəlxalq qoşulma nöqtələrinə iki əsas istiqamət vasitəsilə birləşir. Birinci istiqamət şimal istiqamətində Moskvaya, Stokholma və Frankfurta birləşmədir. Bu istiqamət üzrə AzerTelecom MMC həmçinin Rusiyanın və MDB ölkələrinin bütün iri şəhərləri ilə birləşir.
İkinci istiqamət qərb istiqamətində birləşmədir. Bu bağlantı İstanbul vasitəsilə Frankfurta, Mərkəzi və Şərqi Avropanın cənub hissəsinə qoşulur. Bu şəhərlərdə milli backbone internet operatorunun şəbəkəsinə qoşula biləcək bütün beynəlxalq operatorlar fəaliyyət göstərir.
Cənub istiqamətində AzerTelecom MMC İrana və İran vasitəsilə bütün Yaxın Şərq regionuna birləşir və daha uzaq nöqtələrə də qoşula bilər. Naxçıvan Muxtar Respublikası həmçinin Türkiyə və İran vasitəsilə birləşir.
AzerTelecom MMC-nin beynəlxalq şəbəkəsi dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir və şirkət Azərbaycan ərazisindən keçən və ya Azərbaycana birləşdirilən istənilən növ məlumat və ya səs tranziti üçün hazırdır.
Tərəfdaşlar
redaktəAzerTelecom MMC bir sıra yerli və xarici şirkətlərlə tərəfdaşlıq əlaqələrinə malikdir. Şirkətin tərəfdaşları sırasında Bakcell, Azerfon, Aztelekom, Bakı Telefon Rabitəsi MMC, CISCO, Megafon, Transtelecom, KazTransCom, Turkmentelekom, Türk Telekom, Huawei, ZTE, PCCW Global, TATA Communication, Equinix, Silknet, T-Mobile, Newtelco, Neterra, Riedel, Vodafone, MTT, Linxtelecom, Interoute kimi qurumlar vardır.
Xarici keçidlər
redaktə- "AzerTelecom" Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları sərgisində uğurla təmsil olunub — AZTV
- "AzerTelecom" "Microsoft" şirkətinin rəsmi tərəfdaşı olub — Azertag.az
- "AzerTelecom" "BakuTel 2018"də qabaqcıl telekommunikasiya xidmətlərini təqdim edir — Marja.az
- Алимардан Султанов:"AzerTelecom предоставляет корпоративным клиентам широкий спектр высококачественных телекоммуникационных услуг". — Turkmenportal
- "AzerTelecom" celebrates its 10th anniversary — Abc.az
- "AzerTelecom" və "STEP Kompüter Akademiyası" arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb — Apa.az Arxivləşdirilib 2018-07-26 at the Wayback Machine
- Enerji sistemində yaranan problemə baxmayaraq "AzerTelecom" fasiləsiz və dayanıqlı internet xidmətini təmin edib — Trend.az
- "AzerTelecom" is expanding its infrastructure in Baku and regions — Abc.az
- Fuad Allahverdiyev: "High Technologies as the Key Factor for Sustainable Development" — IMPACT Azerbaijan Arxivləşdirilib 2018-01-11 at the Wayback Machine
- AzerTelecom supports the development of national Internet resources — The Caspian Energy News Arxivləşdirilib 2018-01-16 at the Wayback Machine
- AzerTelecom milli internet resursların inkişafına dəstək verir — APA.az [ölü keçid]
- Facebook разместил CDN сервера в Азербайджане — Trend.az
- Facebook places CDN cache servers in Azerbaijan — Azernews.az
- Назначен новый главный исполнительный директор OOO "AzerTelecom"
- AzerTelecom будет сотрудничать с российскими компаниями
- В Азербайджане создается единое предприятие по международной связи
- В будущем AzerTelecom может стать ведущим оператором телефонной и спутниковой связи Азербайджана Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine
- AzerTelecom MMC Azərbaycanda milli backbone internet operatoru
- AzerTelecom şirkətinin Facebook səhifəsi
- AzerTelecom şirkətinin LinkedIn sosial şəbəkəsində səhifəsi Arxivləşdirilib 2012-02-04 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ "AzerTelecom MMC AMCHAM-ın daimi üzvüdür". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
- ↑ AzerTelecom Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvüdür
- ↑ ""AzerTelecom" qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu". 2019-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-16.
- ↑ "AzerTelecom MMC DWDM və SDH şəbəkəsinə sahibdir". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
- ↑ ""AzerTelecom" korporativ müştərilərə kiber hücumlardan müdafiə xidməti təqdim edir". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-24.
- ↑ "AzerTelecom реализовывает программу Azerbaijan Digital Hub". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-16.
- ↑ "AzerTelecom "Azerbaijan Digital Hub" layihəsi çərçivəsində "Azərbaycan Dəmir Yolları" ilə əməkdaşlığa başlayıb". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-16.
- ↑ "«AzerTelecom» приступил к реализации проекта «Транскаспийская магистраль»". 2019-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-16.
- ↑ "Утверждено новое соглашение между Азербайджаном и Казахстаном". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-16.
- ↑ "Ильхам Алиев утвердил соглашение о создании Транскаспийской ВОЛС". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-16.
- ↑ "Цифровой телекоммуникационный коридор между Европой и Азией пройдет через Каспийское море". 2019-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-05.
- ↑ "China Daily:"Kazakh, Azerbaijani PMs launch construction of fiber optic links along the bottom of Caspian Sea"". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
- ↑ "Sputniknews:"Казахстан и Азербайджан проложат цифровой "коридор" по дну Каспия"". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
- ↑ "AzerTelecom şirkətinin Baş direktoru Fuad Allahverdiyevin Mir Şahin Ağayevə eksklüziv müsahibəsi". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- ↑ "FINEKO Agentliyi: "AzerTelecom şirkətinin iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə Qazaxıstanda işlərin başlanmasına dair tədbir keçirilib"". 2019-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
- ↑ "Azərbaycan və Türkmənistan Xəzərin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı saziş imzalayıb". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
- ↑ "Belt & Road News:"Trans-Caspian Fibre Optic agreement Signed"". 2019-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
- ↑ "Azərbaycan və Türkmənistan arasında Xəzərin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi barədə Azərbaycan Dövlət Televiziyasının (AZTV) şərhi". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
- ↑ ""AzerTelecom" Bakı və regionlarda infrastrukturunu genişləndirir". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.