Boyuk Ayi Golu - Wikipedia
Böyük Ayı gölü (ing. Great Bear Lake, fr. Grand lac de l'Ours, sleyvi dilli Sahtú) — Kanadanın böyük daxili gölü, böyüklüyünə görə Şimali Amerikada dördüncü, dünyada isə səkkizincidir. Göl 65 və 67 şimal eninin və 118 və 123 qərb uzunluğunun dərəcələrin arasında və şimal qütb dairəsində yerləşir. Səviyyəsi dəniz səviyyəsindən 156 metr yüksəkdədir.[1]
Böyük Ayı gölü | |
---|---|
ing. Great Bear Lake, fr. Grand lac de l'Ours | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 156 m |
Eni | 175 qədər |
Uzunluğu | 320 km |
Sahil uzunluğu | 2719 km |
Sahəsi | 31153 km² |
Həcmi | 2236 km³ |
Su tutumu | 11717 km² |
Dərin yeri | 413 m |
Orta dərinliyi | 72 m |
Yerləşməsi | |
66° şm. e. 121° q. u.HGYO | |
Ölkə | |
Region | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəGölün sahəsi 31.153 km² və həcmi 2.236 km³ bərabərdi. Orta dərinliyi 71.7 m, ən dərin yeri isə 446 m. Sahil uzunluğu 2.719 m, su tutumu 11.717 km².[2] Böyük Ayı Gölü noyabırın sonundan iyula qədər buzla örtülür.[3]
Göl gəmiçiliyə yararlıdır. Əsas limanları: Radium Limanı və Delayn.
Tarixdən əvvəlki geologiyası
redaktəBöyük Ayı gölü iki iri fiziki-coğrafi rayonlarının arasında yerləşir: Kanada Qalxanının Kazan yüksəklikləri hissəsində və daxili düzənliklərdə. Bir zamanlar Pleystosen dövründə buz eroziyasının formalaşdırdığı buz vadilərində olan Buzlaq gölü Makkonelin hissəsi idi. Kembri dövrünün öncəsinə aid edilən Kanada qalxanının qayaları Maktaviş qolunun şərq kənarlarını təşkil edir.
Mədən
redaktə1930-ci ildə Jilbert Labin gölün ərazisində uran yataqları tapmışdı. Sonradan bu yatağın bazasında mədən tikildi, Hiroşima və Naqasaki üzərinə atılan atom bombasının hazırlanması üçün istifadə edilən uran məhz burada hasil edilmişdi. Sonralar mədən, Kanada ərazisində uranın yüksək xərclərlə çıxarılması və yeni yataqların kəşfi ilə əlaqədar, bağlandı.
İstinadlar
redaktə- ↑ "Canadian Encyclopedia". 2008-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-08.
- ↑ "Great Bear Lake". World Lakes Database. International Lake Environment Committee. 5 June 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 February 2013.
- ↑ "Hebert, Paul (2007), "Great Bear Lake, Northwest Territories", Encyclopedia of Earth, Washington, DC: Environmental Information Coalition, National Council for Science and the Environment, retrieved 2007-12-07". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-08.