Boyuk Kirs - Wikipedia
Boyuk Kirs - Wikipedia - Haqqında Məlumat
Böyük Kirs[1] — Azərbaycan Respublikasında dağ. Qarabağ silsiləsində ən hündür zirvələrdən biridir. Xocavənd və Şuşa rayonları sərhədindədir. Orta Yuranın vulkanogen-çökmə suxurlarından ibarətdir. Azərbaycan mənbələrinə görə dağın hündürlüyü 2725 metr[2]. Ermənistan mənbələrinə görə isə 2724.6 metrdir.[3] Zirvədən Allı çayı başlayır[2][4].
Böyük Kirs | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Qarabağ silsiləsi |
Mütləq hündürlüyü | 2725 m |
Yerləşməsi | |
39°38′51″ şm. e. 46°44′45″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | |
Rayonlar | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
redaktəKiçik Kirs oronimindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. Kirs toponimik termin kimi "şiş təpə, sıldırım dağ" mənalarında işlənir[4].
Qalereya
redaktə-
Böyük Kirs dağının Şuşa rayonundan qış fəslində görünüşü.
İstinadlar
redaktə- ↑ Böyük Kirs // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 461. ISBN 978-9952-441-03-1.
- ↑ 1 2 "BÖYÜK KİRS". Azərbaycan Milli Ensiklopediyası. 2023-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
- ↑ Melkumyan, Sergey. Լեռնային Ղարաբաղ (erməni). İrəvan. 1990. səh. 9.
- ↑ 1 2 AZƏRBAYCAN TOPONİMLƏRİNİN ENSİKLOPEDİK LÜĞƏTİ (PDF) (az.). BİRİNCİ CİLD. BAKI: ŞƏRQ-QƏRB. 2007. 152. ISBN İSBN 978-9952-34-155-3. 2023-12-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-16. (#invalid_param_val)