Boyuk Sinaqoq Lutsk - Wikipedia
Böyük sinaqoq (ukr. Велика синагога) – Ukraynanın Lutsk şəhərində mövcud olmuş intibah üslubunda sinaqoq. Şəhərin yəhudi kvartalında yerləşmiş bu sinaqoq Polşanın İkinci Dünya müharibəsində almanlar tərəfindən işğalına qədər Lutsk yəhudilərinin din, təhsil və icma mərkəzi olmuşdur. 1626-cı ildə tikilmiş Böyük sinaqoq istehkam formasında tikilmişdir.[1] 1942-ci ildə qismən dağıdılmış, 1970-ci illərdə bərpa olunmuşdur. Hazırda idman klubu kimi istifadə olunur.
İudaizm | |
Böyük sinaqoq | |
---|---|
Ölkə | |
Üslubu | İntibah dövrü |
Dağılıb | 1942 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəLutskdə ilk sinaqoqun XVI əsrin ikinci yarısında tikildiyi və 1617-ci ildə tatarlar tərəfindən məhv edildiyi güman olunur. Yeni sinaqoq əvvəlkisinin qalıqlarının yerində tikilmişdir.
Polşa kralı III Sigizmund 5 may 1626-cı ildə yeni sinaqoq və məktəbin tikintisi üçün icazə vermişdir. Sinaqoqun tikintisi zamanı yaxınlıqdakı Dominikan kilsəsi etiraz edərək sinaqoqun hündürlüyünün müəyyən edilmiş həddi keçməməli olduğunu bildirmişdirlər. Buna baxmayaraq, kral tikintiyə icazə vermişdir.
Kub formasında olan ibadət zalı italyan-polyak intibahı üslubunda olan yeni sinaqoqun əsas hissəsi olmuşdur. Sinaqoqun divarları 1,5 metr qalınlığında tikilmişdir. Qadınların və yəhudi məktəbinin istifadəsi üçün nəzərdə tutulmuş iki əlavə bölmə mövcud olmuşdur. Müdafiə xarakterli qüllə dua ibadət zalının cənub küncündə tikilmişdir. Bu qüllə şəhər divarlarının bir hissəsini təşkil ediyi üçün sinaqoq şəhər müdafiəsində istifadə olunan tikili olmuşdur.[2]
Müasir dövr
redaktə1869-cu ildə sinaqoqda yanğın baş vermişdir. Sinaqoq 1886-cı ildə bərpa olunmuşdur. XIX əsrdə Lutsk yəhudilərinin sosial həyatında dəyişikliklər baş vermişdir. Rusiya imperiyasının tətbiq etdiyi iqtisadi və hüquqi dəyişikliklər səbəbilə şəhərdə yeni yəhudi kvartalları və sinaqoqlar yaranmışdır. Bu səbəbdən Böyük sinaqoq yəhudi icmasının mərkəzi olmaq rolunu itirmişdir.
Birinci Dünya müharibəsi zamanı sinaqoq güllə atəşinə tutulmuş, lakin ciddi ziyan görməmişdir. İkinci Polşa Respublikası dövründə Lutsk şəhəri Volın voyevodalığının paytaxtı olmuşdur və 1936-cı ildə sinaqoqun bərpası üçün vəsait ayrılmışdır.
İkinci Dünya müharibəsi zamanı 1941-ci ildə Ukrayna Xalq Militsiyası Lutskda qırğınlar törətmiş və sinaqoqu yandırmışdır.[3] Nəticədə, sinaqoqun böyük qismi məhv olmuşdur. Müharibədən bir neçə il sonra tikili kinoteatr və idman zalı kimi bərpa olunmuşdur.[4]
Qalereya
redaktə-
Müharibə vaxtı məhv edilməsi.
-
Sinaqoqun planı.
-
Lövhə.
-
Hazırda.
İstinadlar
redaktə- ↑ The Jews and Europe: 2000 Years of History, By Elena Romero, Uriel Macías Kapón, Henry Holt, 1994, p. 150.
- ↑ "Hallelujah! Assemble, Pray, Study – Synagogues Past and Present". Beit Hatfutsot. 2020-06-04 tarixində arxivləşdirilib.
- ↑ YIVO Encyclopedia of Jews in Eastern Europe, Lutsk. Arxivləşdirilib 2019-08-27 at the Wayback Machine Following the Soviet liberation in February 1944, only about 150 Jews returned. By 1959, just 600 Jews were living in Lutsk. The fortified synagogue was turned into a movie theater and later into a sports hall. A residential area was constructed on the site of the Rabbinite and Karaite cemeteries.
- ↑ Dr Pawel Goldstein, Lutsk (Luck) Ghetto. Arxivləşdirilib 2019-11-05 at the Wayback Machine Geni.com. Retrieved 23 July 2015.