Boyukaga Qasimzade - Wikipedia
Qasımov Böyükağa Məmməd oğlu – şair, tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
BÖYÜKAĞA QASIMZADƏ | |
---|---|
Böyükağa Məmməd oğlu Qasımov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (41 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Həyatı
redaktəBöyükağa Qasımzadə 1916-cı il martın 18-də Bakı quberniyası Bakı qəzasının Maştağa kəndində xırda sahibkar-dəmirçi ailəsində doğulmuşdur. Atası Məmməd kişi 1903-cü ildə Bakıya köçüb xırdavat dükanı sahibi, sonra adi fəhlə olmuşdur. Böyükağa yeddiillik məktəbi Bakıda bitirib fəhlə fakültəsində (1932), sonra isə sənaye institutunda (1937) təhsil almışdır.
Ədəbi yaradıcılığa 30-cu illərdə başlamış, ilk şerlərini məktəblilərə həsr etmişdir. Onun ilk kitabı – "Murad" poeması 1937-ci ildə çapdan çıxmışdır. APİ-nin dil və ədəbiyyat fakültəsini bitirmişdir (1937-1941). İkinci Dünya müharibəsinin ilk günlərində səfərbərliyə alınmış, hərbi məktəbdə kursant, 1941-ci ilin dekabrında Cənub cəbhəsində atıcı rotasının komandiri, siyasi şöbənin təlimatçısı, Zaqafqaziya cəbhəsində "Döyüşçü" qəzeti redaksiyasında məsul katib işləmişdir (1942-1945). Xüsusi tapşırıqla İrana göndərilmiş (1945-1946), sonra təyyarəçilik məktəbində xüsusi qrupda siyasi rəhbər, hərbi klubda rəis vəzifələrində işləmişdir (1947-1948).
Ordudan tərxis ediləndən sonra "Ədəbiyyat qəzeti"ndə incəsənət şöbəsinin müdiri (1948-1950), daha sonra "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri (1953-1957) olmuşdur. A.S.Puşkin, N.Nekrasov, N.V.Qoqol, T.Şevçenko, İ.Franko, M.Bajan, P.Tıçina kimi sənətkarların və bir sıra xarici ölkə yazıçılarının poetik əsərlərini doğma dilə çevirmişdir. Füzulinin "Yeddi cam" əsərini, M.F.Axundovun "Puşkinin ölümünə Şərq poeması"nı farscadan, "Sasunlu David" eposunu ermənicədən tərcümə etmişdir. Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri olmuşdur (1951-1952). Sonra bütün qüvvə və bacarığını yaradıcılıq işinə vermişdir. 1957-ci il avqustun 29-da 41 yaşında vəfat etmişdir.