Boyukdimdik Covdarci - Wikipedia
Böyükdimdik çovdarçı (lat. Charadrius leschenaultii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü.
Böyükdimdik çovdarçı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Böyükdimdik çovdarçı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Statusu
redaktəNadirdir.
Kateqoriyası
redaktə(DD). Zəif öyrənilib. Məhdud ərazidə qalıb. Sayı məlum deyil.
Genefond əhəmiyyəti
redaktəAzərbaycan faunasında cinsin 5 növündən biridir.
Qısa təsviri
redaktəDimdiyi cinsin başqa növlərinə nisbətən uzun və yoğundur. Bel tərəfi qum kimi boz, qarın tərəfi açıq rənglidir, amma döşünün yanlarında və çinədanı üzərindəki kürən köndələn zolaq enlidir, qanadlarının altı ağdır. Boynunun ardı kürən, alnı qaramtıl-qonurdur [3][4].
Yayılması
redaktəAsiyada nəsil verir, qışlamaq üçün Afrikaya və Şimali Avstraliyaya qədər miqrasiya edir [5]. Azərbaycanın şərq hissəsi bu növün reproduktiv arealının qərb kənarını təşkil edir [6]: Muğan və Şirvan düzlərində, Qobustanın Xəzər dənizinə yaxın hissələrində müşahidə edilir[7].
Yaşayış yeri və həyat tərzi
redaktəGilli, seyrək şorangəli və yovşanlı səhranı xoşlayır, hətta bozqır və yarımsəhra landşaftlarının səhralıq hissələrində yaşayır. Azərbaycana nəsil vermək üçün gəlir, burada may ayından sentyabra qədər olur. Miqrant populyasiyası dəniz sahili üzrə köç edir [8][9][10]. Yeni faktlara əsasən böyükdimdik bozca yuva tikmir, heç bir bitki olmayan gilli torpaq üzərində yaşıl çalarlı tutqun gil rəngli 3-4 yumurta qoyub kürt yatır [11]. Belə quş təhlükə görən kimi yuvadan sakitcə uzaqlaşır, amma balası olan quş təhlükəyə qarşı həyəcan siqnalı verir, hətta özünü xəstəliyə vurub (imitasiya) yerə yıxılmaqla təhlükəni balasından uzaqlaşdırmağa çalışır. İyun ayının axırında pərvaz balaları müşahidə edilir. Həşərat və məryəmqurdu (xərçəng) ilə yemlənir. Faydalıdır [12].
Sayı
redaktəAzərbaycanda adi saylı quş olub. XX əsrin əvvəllərində Bankovski Azərbaycanda bu növdən çoxlu kolleksiya toplayıb [13][14]. Sonralar mənfi faktorlara dözə bilməyib, məhdud yerlərdə qalıb və nadir olub [15][16]. Sayının dinamikası məlum deyil. Əvvəllər miqrant kimi tanınıb [17][18]. Son illərdə reproduksiyası dəqiq müəyyən edilib [19].
Məhdudlaşdırıcı amillər
redaktəQışlamada kollektiv təsərrüfata məxsus 5-10 min başdan ibarət qoyun sürüləri may ayında köç edərkən yuvalarını dağıtması, yerdə açıq şəraitdə yuvalarını çoban itləri, tülkü, çaqqal, vəhşi pişik, ilan və s. yırtıcıların tələf etməsi [20].
Əhali üçün əhəmiyyəti
redaktəElmi və estetik əhəmiyyəti var.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəFaydalı fauna hesab edilib [21]. Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxildir. Qırmızı kitabın II nəşrinə tövsiyə edilib [22].
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəQorunmasının vacibliyinin əhaliyə çatdırılması, Xəzər dənizinin sahilinə yaxın səhra və yarımsəhra yerlərdə ev heyvanlarının sayının normasına riayət edilməsi.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 214;
- ↑ Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 176;
- ↑ Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том III, с. 84-87;
- ↑ Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 176;
- ↑ Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 176;
- ↑ Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 214;
- ↑ Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 176;
- ↑ Аскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;
- ↑ Аскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;
- ↑ Аскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;
- ↑ Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 214;
- ↑ Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 116;
- ↑ Aскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;
- ↑ Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 116;
- ↑ Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 116;
- ↑ Радде Г. Орнитологическая фауна Кавказа. Тифлис, изд-во Кав-казского музея, 1884, с. 329.
- ↑ Аскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;
- ↑ Аскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;
- ↑ Mustafayev Q.T., Babayev İ.R. və b. Quşlar sinfi-Aves // Azərbaycanın heyvanlar aləmi. III cild. Onurğalılar. Bakı, “Elm”, 2004, s. 313;
- ↑ Aскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с точечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;
Ədəbiyyat
redaktə- Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.