Bulbule Golu - Wikipedia
Bulbule Golu - Wikipedia - Haqqında Məlumat
Bülbülə gölü — Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində göl.
Bülbülə gölü | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 4 m |
Yerləşməsi | |
40°22′08″ şm. e. 49°48′05″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
|
Haqqında
redaktəBülbülə gölü səthinin sahəsi 99 ha, dərinliyi 2,5 m olmaqla Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yerləşir.[1] Gölün suyu şortəhər olmaqla minerallaşma dərəcəsi 1,7 q/l-dir. Kationların (kalsium və maqneziumun) konsentrasiyası norma daxilində tərəddüd edir, anionların (xloridlər və sulaftların) miqdarı isə normadan cüzi dərəcədə yüksəkdir. Detergenlərin miqdarı YVHQ-dən 9,5 dəfə, fenolların miqdarı 8 dəfə, neft məhsullarının və misin konsentrasiyası isə 3,5-4 dəfə artıqdır. Gölün oksigen rejimi norma daxilindədir.
Mənbə
redaktə- Ş.Əhmədov. Mühəndis ekologiyası. Bakı, 2012
İstinadlar
redaktəXarici keçid
redaktə- Bülbülə gölünün ətrafında bulvar salınacaq (VİDEO)
- [2] Bülbülə gölü.