Bee De Ali Tehsil - Wikipedia
BƏƏ-də ali təhsil — Birləşmiş Ərəb Əmirliklərinin ali təhsil sistemi
Birləşmiş Ərəb Əmirliklərində çox sayda ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlara lisenziyanı BƏƏ Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin tabeliyində olan Akademik Akkreditasiya Komissiyası verir. Ali məktəblərin tədris proqramlarının akkreditasiyasını da bu qurum həyata keçirir.
Bu ölkənin vətəndaşları dövlət ali təhsil müəssisələrində pulsuz oxuya bilərlər. Orta təhsil pilləsinin sonuncu sinfini bitirən qızların 95, oğlanların isə 80 faizi ali təhsil müəssisələrinə qəbul olunurlar.
Ali təhsil müəssisələri
redaktəDövlət
redaktəÖlkənin dövlət ali təhsil müəssisələrinin sırasına bu üç ali məktəb daxildir:
Özəl
redaktəÖzəl ali təhsil müəssisələri arasında daha məşhur və nüfuzlu olanlar bunlardır:
- Şarcah Amerikan Universiteti;
- Dubay Amerikan Universiteti;
- Şarcah Universiteti;
- Acman Elm və Texnologiya Universiteti;
- Abu-Dabi Universiteti;
- Əl-Hosn Universiteti.
BƏƏ-də ilk tibb məktəbi 1998-ci ildə təsis olunmuş və Acman Əmirliyində yerləşən Körfəz Tibb Universitetidir.
Ölkədə fəaliyyət göstərən beynəlxalq özəl ali məktəblərin əksər hissəsi nüfuzlu beynəlxalq qurumlar tərəfindən akkreditasiya olunur. BƏƏ-də hazırda bakalavriatura proqramı üzrə tədris aparan 17 beynəlxalq təhsil müəssisəsi var. Bu ali məktəblərin əksəriyyəti öz tədris proqramlarını Cenevrədəki Beynəlxalq Bakalavriatura Təşkilatı tərəfindən təsdiq etdirirlər.
Dubay Bilik Kəndi
redaktəBƏƏ-də fəaliyyət göstərən xarici ölkələrin beynəlxalq səviyyədə tanınmış universitetlərinin filiallarının bəziləri xüsusi təhsil zonalarında – 2003-cü ildə yaradılmış Dubay Bilik Kəndində və Dubay Beynəlxalq Akademik Şəhərciyində yerləşir.
Xüsusi təhsil zonası olan Dubay Bilik Kəndində beynəlxalq səviyyədə tanınmış universitetlər, təlim mərkəzləri, elektron təlim və tədqiqat şirkətləri bir arada cəmləşib. Hazırda bu məkanda 25 beynəlxalq səviyyəli ali təhsil müəssisəsi fəaliyyət göstərir. Buraya Sankt-Peterburq Dövlət Universiteti, Mühəndislik və İqtisadiyyat Universiteti, Uollonqonq Universiteti, Mahatma Qandi Universiteti, Mançester Biznes Məktəbi və digər xarici ali təhsil müəssisələrinin filialları daxildir.
Xarici məktəblər
redaktəBundan başqa, Tafts Universitetinin və Corc Meyson Universitetinin filialları Ras-Əl-Xayma Əmirliyində, Miçiqan Ştat Universitetinin və Roşester Texnologiya İnstitutunun, Vaşinqton Universitetinin, Boston Universitetinin filialları isə Dubay Əmirliyində fəaliyyət göstərir.
700 illik fəaliyyəti dövründə Fransanın Sorbonna Universiteti xaricdə ilk filialı məhz 2006-cı ildə Birləşmiş Ərəb Əmirliklərində açmışdır. Burada tədris Sorbonna Universiteti tərəfindən müəyyən olunmuş qaydalara və təhsil standartlarına uyğun aparılır.
2007-ci ildən Avropa Biznesin İdarəolunması İnstitutu Abu-Dabi Əmirliyində fəaliyyət göstərir. Bu təhsil müəssisəsində hazırda 7 icraedici tədris proqramı üzrə mütəxəssislər hazırlanır.
2008-ci ildə Abu-Dabi Əmirliyində təsis olunmuş Nyu-York Film Akademiyasında 2010-cu ildən bakalavr dərəcəsi üzrə proqramların tədrisinə başlanılıb.
2010-cu ilin payızında Əbu Dabi Əmirliyində Nyu-York Universitetinin müvəqqəti filialı açılıb. Ona görə müvəqqətidir ki, yaxın gələcəkdə bu ali təhsil müəssisəsi üçün Saadiyat adasında əsas tədris binasının istifadəyə verilməsi nəzərdə tutulur. Orada Orta Şərqdən, Cənubi Asiyadan, Mərkəzi Asiyadan, Avropadan gələn 2000 tələbənin bakalavr və magistratura təhsili alması üçün hər cür şərat yaradılacaq.
Con Hopkins Universitetinin Blumberq Tibb Məktəbi isə hazırda BƏƏ-də tibb üzrə doktorantura proqramının həyata keçirilməsinə yardım edir.
Həmçinin bax
redaktəMənbə
redaktə- Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Birləşmiş Ərəb Əmirliklərinin təhsil sistemi Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine (Yazının hazırlanmasında Birləşmiş Ərəb Əmirliklərinin Təhsil Nazirliyinin, həmçinin Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 30.09.2011, № 38. (az.)