Becirevan Seheri - Wikipedia
Bəcirəvan şəhəri — Arazın cənub hissələrinin birində yerləşmiş qədim şəhər.
Qədim şəhər | |
Bəcirəvan şəhəri | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Vilayət | Cəlilabad rayonu |
Salınma tarixi | XIII əsrlər |
Milli tərkibi | Azərbaycanlılar |
Müasir yeri | Bəcirəvan şəhərlərinin qalıqları |
Belə rəvayət olunur ki, guya qədim Bəcirəvan şəhərinin əhalisi ilanların hücumuna məruz qalaraq öz doğma ocaqlarını ataraq Muğan düzünə səpələnmişlər. Hal-hazırda Muğanda mövcud olan Bəcirəvan kəndinin əhalisinin demək olar ki, bir-birləri ilə qohumdurlar.
Həmdullah Qəzvini özünün «Nüzxət əl-klub» əsərində qeyd edir ki, Bəcirəvan Muğanın ən böyük şəhərlərindən olmuşdur. XIII əsrdə isə monqolların hücumu nəticəsində viran edilmiş və sonralar abadlaşaraq kəndə çevrilmişdir. Daha sonra H.Qəzvini qeyd edir ki, Bəcirəvanın içərisindən keçən çay Biləsuvarın içərisindən də keçir. Bəcirəvan şəhərinin əhalisi mənbəyini dağların qoynundakı bulaqlardan alan çayın suyu ilə təmin olunur, əhalisi əkinçiliklə, əsasən dənli bitkilər əkməklə məşğul olurdular. İbn Əl-Əsirin verdiyi məlumatlardan aydın olur ki, Bəcirəvan Araz çayının cənubunda yerləşirmiş. Digər ərəb tarixçisi Əl-İstəxri də öz əsəri «Kitabi masalik və əl-mamalik»də Bəcirəvan şəhərini Azərbaycanın Təbriz, Bərzənd, Muğan və digər şəhərləri ilə bərabər sayaraq qeyd edir ki, Bəcirəvan şəhəri böyüklüyünə görə yuxarıda adları çəkilən şəhərlərə «bənzəyir».
«Tarixi-Dərbəndnamə»nin müəllifi Bəcirəvanın Muğanda ən böyük şəhər olduğunu göstərir. A.Bakıxanov məşhur «Gülüstani-İrəm» əsərində qədim mənbələrə əsaslanaraq Muğanda olan bir çox şəhərlərin, o cümlədən Həməşara, Muğan, Bərzənd, Bəcirəvan, Biləsuvar və s. adlarını çəkir. Rayonumuzun ərazisində olan Bəcirəvan kəndi, eləcə də Muğanın şimal-şərq hissəsində yerləşən eyni adlı kəndlər vaxtilə qədim Bəcirəvan şəhərindən köçüb gəlmiş əhalinin məskunlaşdığı yaşayış məntəqələrinin qalıqlarıdır. Yəqin ki, hal-hazırda bu kəndlərdə yaşayan sakinlərin müəyyən bir hissəsi o zamankı əhalinin övladlarındandırlar.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ . [1] Arxivləşdirilib 2016-11-17 at the Wayback Machine