Bedir Qarayev - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bədir Cəmil oğlu Qarayev (19 dekabr 1942, Arabaçı, Gədəbəy rayonu – 1994) — Azərbaycanın maliyyə naziri (1987–1992), professor.
Bədir Qarayev | |
---|---|
5 fevral 1991 – 5 oktyabr 1992 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | Saleh Məmmədov |
13 oktyabr 1987 – 5 fevral 1991 | |
Əvvəlki | Baxşəli Baxşəliyev |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 dekabr 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 1994 |
Fəaliyyəti | dövlət qulluqçusu |
Həyatı
redaktəBədir Cəmil oğlu Qarayev 19 dekabr 1942-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində anadan olmuş, 1950-ci ildə kənd orta məktəbinə daxil olaraq 1960-cı ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə təhsilini davam etdirmək üçün Azərbaycan Dövlət Universitetinin maliyyə-kredit ixtisası üzrə iqtisadiyyat fakültəsinə daxil olmuş və 1965-ci ildə həmin universiteti bitirərək maliyyəçi-iqtisadçı ixtisasına yiyələnmişdir.
Bədir Qarayev universiteti qurtardığı ildə təyinatla öz doğma Gədəbəy rayonuna göndərilmiş və həmin rayonun Dövlət bankında kredit müfəttişi kimi fəaliyyətə başlamışdır.
Bu dövrdə onun öz üzərində çalışması bir müddət Tikinti bankının Azərbaycan kontorunda iqtisadçı, 1967–69-cu illərdə isə Maliyyə Nazirliyində böyük iqtisadçı vəzifəsində işləməsinə şərait yaratmışdır.
Sözü gedən yerlərdə yaradıcılıqla işləməsi Bədir Qarayevi elmlə məşğul olmağa həvəsləndirmişdir. Buna görə də o, 70-ci illərin əvvəllərində aspiranturaya daxil olmuş və 1972-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1972-ci ildən Maliyyə Nazirliyinin müxtəlif idarələrində rəis müavini və rəis işləmiş, 1980-ci ildən 1987-ci ilə kimi maliyyə nazirinin müavini, 1987-ci ilin oktyabrından 1992-ci ilin oktyabr ayına kimi Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsini icra etmişdir.
1968-ci ildə Maliyyə Nazirliyində işlədiyi dövrdə В. С. Qarayev "İşdə fərqləndiyinə görə" Azərbaycan Respublikasının Dövlət İdarələri İşçilərinin Həmkarlar İttifaqı və Maliyyə Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür.
1980-ci ildə Bədir Qarayev Maliyyə Nazirliyində işlədiyi dövrdə SSRİ Maliyyə Nazirliyinin "Maliyyə işinin əlaçısı" döş nişanı və "Fəxri fərmanı" ilə təltif olunmuşdur.
1984-cü ildə SSRİ Xalq Təsərrüfatı Akademiyasının Moskva şəhərindəki İdarəetmə İnstitutunun Diplomunu almışdır.
1992-ci ildə Rusiyanın "Panorama" qəzetinin nəzdində yaradılmış ekspert məlumat qrupunun məktubu ilə B. Qarayevin "Siyasi həyatının lüğəti"ni, məlumat nəşrində buraxılmaq üçün onun anketi həmin qrupdan xahiş olunmuşdur.
Anket tərtib edərkən hansı ölkənin dövlət quruluşu Sizin üçün idealdır sualına cavab olaraq о dövrdə Bədir müəllim Türkiyə və Küveyti göstərmişdir. 5 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən çıxdıqdan sonra[1] B. Qarayev ömrünün axırınadək Azərbaycan Respublikasının Nazirlər Kabinetində məsul vəzifələrdə və Baş Nazirin müavini vəzifəsində işləmişdir. İki övladı vardır.
Bədir Qarayev 1994-cü ildə vəfat etmişdir.[2]
İstinadlar
redaktə- ↑ "239 - B. C. Qarayevin Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilməsi haqqında". www.e-qanun.az. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2018.
- ↑ Qarayev Bədir Cəmil oğlu // Böyük İqtisadi Ensiklopediya. III cild. Bakı: "Şərq-Qərb". 2012. səh. 292–293. ISBN 978-9952-34-796-8.