Behram Gurun Heykeli - Wikipedia
Bəhram Gurun heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərində şəhər funikulyorunun qarşısında Azneft meydanında abidə və eyniadlı fontan. Abidədə Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının qəhrəmanı, Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gurun ayağının ətrafına sarılan ilanabənzər əjdahanı qılıncla öldürməsi təsvir olunmuşdur. Bu heykəli 1959-cu ildə üç heykəltaraş - Albert Mustafayev, Qorxmaz Sücəddinov və Aslan Rüstəmov hazırlamışdır.[1]
Bəhram Gur heykəli | |
---|---|
Bəhram Gur heykəli | |
| |
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Heykəltaraşlar |
Albert Mustafayev Qorxmaz Sücəddinov Aslan Rüstəmov |
Tikilib | 1959 |
Hündürlüyü | 3,5 m |
Material | tunc |
Saxlanıldığı yer | Azneft meydanı, Bakı |
Xəritədə yeri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bəhram Gurun heykəli 2007-ci ilin sentyabrın ortalarında Bakının "Azneft" meydanı yaxınlığından götürüldükdən sonra Rəssamlar İttifaqı Bədii Fondunun tunc sexində üç aya yaxın müddətdə bərpa olunduqdan sonra yerinə qaytarılmışdır. 2007-ci ilin dekabrın 15-də heykəlin bərpasından sonra açılışı olmuşdur. Bəhram Gurun heykəli 47 il əvvəl hazırlanıb və Bakıda ilk heykəlli fəvvarə hesab olunur. Heykəlin hündürlüyü 3,5 metrdir.[2]