Behram Osmanov - Wikipedia
Bəhram Osmanov (tam adı: Bəhram Məcid oğlu Osmanov; 1 oktyabr 1962, Kirovabad) — Azərbaycanın teatr rejissoru, aktyor, Azərbaycan (2007) və Kalmıkiya (2014) Respublikalarının əməkdar incəsənət xadimi, 2012-ci ildən 2022-ci ilə qədər Gənc Tamaşaçılar Teatrının baş rejissoru çalışıb
Bəhram Osmanov | |
---|---|
Bəhram Məcid oğlu Osmanov | |
Doğum tarixi | |
Doğum yeri | Kirovabad, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Esmiralda Osmanova |
Uşağı |
Ruqiyyə Osmanova Ayla Osmanova |
Fəaliyyəti | rejissor, aktyor |
Fəaliyyət illəri | 1980–indiyə kimi |
Təhsili | Azərbaycan Dövlət İncəsənət İnstitutu |
Mükafatları |
Həyatı
redaktəBəhram Məcid oğlu Osmanov 1985-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir.
1987-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluşçu rejissor kimi çalışan B. Osmanov T. Vilyamsın "Şüşə heyvanxana", B. Vahabzadənin "Hara gedir bu dünya?", "Cəzasız günah", Y. O’Nilin "Qarağaclar altında məhəbbət", V. Babanlının "Ana intiqamı", Ə. Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular", "Köhnə ev", "Varlı qadın", "Mesenat", C. Cabbarlının "Ədirnə fəthi", U. Şekspirin "Kral Lir", Sofoklun "Şah Edip", N. Həsənzadənin "Pompeyin Qafqaza yürüşü", R. Novruzovun "Hələ "sevirəm" deməmişdilər", H. İbsenin "Oyuncaq ev" tamaşalarına maraqlı səhnə həlli vermişdir. İstedadlı rejissor B. Osmanov Füzuli Dövlət Dram Teatrında "Diribaş adamlar" (V. Şukşin), Gəncə Dövlət Dram Tetrında "At ilinin birinci ayı" (R. Novruzov), Lənkəran Dövlət Dram Teatrında "Yudif" (A. Tammsaars), "Günahsız müqəssirlər" (A. Ostrovski), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Cəza" (Ə. Əmirli), Azərbaycan televiziyasında "6 saylı palata" (A. Çexov), "Bəyaz gecələr" (F. Dostoyevski), "Yurd yeri" (E. Mehrəliyev), "Qu quşunun məhəbbəti" (Şahin) tamaşalarının quruluşçu rejissoru olmuşdur. 2012-ci ildən 2022-ci ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb.
Ailəsi
redaktəAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, teatr xadimi Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Esmiralda Osmanovanın həyat yoldaşıdır.
Teatr rejissoru Ayla Osmanovanın atasıdır
Mükafatları
redaktəƏməkdar incəsənət xadimidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[1] 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4], 9 may 2018-ci ildə[5], 10 may 2019-cu ildə[6], 7 may 2020-ci ildə[7] və 7 may 2021-ci ildə[8] Prezident Mükafatına layiq görülmüşdür. 2014-cü ildə Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 2018-ci ildə Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının festival və tədbirlərində, həmçinin Rusiya və Azərbaycan teatrları arasında yüksək peşəkarlıq, dostluq və mədəni əlaqələrin inkişafına görə Ümumrusiya Teatr Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 28 oktyabr 2019-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[9]
Filmoqrafiya
redaktə- Lal (film, 1992)
- Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) (Aztv)-rol: Zərbəli, falçı, kərbəlayi
- At ilinin birinci ayı (film, 1993)
- Mənim ağ şəhərim (film, 1993)
- Altı nömrəli palata (film, 1994)
- Yurd yeri
- Qu quşunun məhəbbəti (1995)
- Apardı sellər Saranı (film, 1996)
- Yurd yeri 2
- Son arzu (film, 2003)
- Qarabağnamə
Quruluş verdiyi əsas tamaşalar
redaktəAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
- "Cəza" — (Ə. Əmirli)
- "Hacı Qara" — (M. F. Axundzadə)
- "Ezop" — (G. Fiqeyredo)
- "Yaddaş ağrısı" — (H. Mirələmov)
- "36-dan 6-sı" — (İnna Qaruçava, Petr Xotyanovski)
- "Viktoriya" — (K. Hamsun)
- "Axır ki, qurtardı" — (P. Turrini)
- "Hacı Qara" — (M. F. Axundzadə — yeni quruluşda)
- "Mən gəldim, qızlar" — (L. Nuren)
- "Hasarın o üzü" — (Ə. Əmirli)
- "Qırmızı papaq" — (Y. Şvarts)
- "Sarıköynəklə Valehin nağılı" — (İ. Əfəndiyev)
- "Miras" — (H. Mirələmov)
- "Biri var idi, biri yox" — (Ə. Ol)
- "Uzuncorab Pippi" — A. Lindqren
- "Ünvansız qatar" — Ə. Əmirli
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
- "Şüşə heyvanxana" — (T. Vilyams)
- "Cəzasız günah", "Hara gedir bu dünya?" — (B. Vahabzadə)
- "Qarağaclar altında ehtiras" — (Y. O’Nil)
- "Ana intiqamı"- (V. Babanlı)
- "Ağqoyunlular və Qaraqoyunlular" — (Ə. Əmirli)
- "Köhnə ev" — (Ə. Əmirli)
- "Varlı qadın" — (Ə. Əmirli)
- "Mesenat" — (Ə. Əmirli)
- "Ədirnə fəthi" — (C. Cabbarlı)
- "Kral Lir" — (U. Şekspir)
- "Şah Edip" — (Sofokl)
- "Pompeyin Qafqaza yürüşü" — (N. Həsənzadə)
- "Hələ "sevirəm" deməmişdilər" — (Novruzov)
- "Oyuncaq ev" — (H. İbsen)
- "Gəncə qapıları" — (H. Mirələmov)
- "Uçqun" — (T. Cücenoğlu)
- "Kaş araba aşmayaydı" — (O. İoseliani)
- "Xəcalət" — (H.Mirələmov)
- "Cinayət oyunu" — (F. Dostoyevski)
- "21:15 qatarı" — (T. Ozbay)
- "Şükriyyə" — (C. Zeynallı)
Füzuli Dövlət Dram Teatrı
- "Diribaş adamlar" — (V. Şukşin)
Gəncə Dövlət Dram Teatrı
- "At ilinin birinci ayı" — (R. Novruzov)
- "Kəllə" — (N. Hikmət)
- "Ölüm hökmü" — (Elçin)
Lənkəran Dövlət Dram Teatrı
- "Yudif" — (A. Tammsaars)
- "Günahsız müqəssirlər" — (A. Ostrovski
Musiqili Komediya Teatrı
- "Evlənmə" — (N. V. Qoqol)
- "Kimyagər" — (M. F. Axundzadə)
Mingeçevir Dövlət Dram Teatrı
- "Son reportaj" — (İ. Fəhmi)
Ağdam Dövlət Dram Teatrı
- "Kimdir müqəssir?" — (Ə.B.Haqverdiyev)
B. Basanqov adına Kalmık Milli Dram Teatrı
- "Sevən qadın" — Ə. Əmirli
- "Gözlə məni" — Ə. Əmirli
Azərbaycan televiziyası
- "6 saylı palata" — (A. Çexov)
- "Bəyaz gecələr" — (F. Dostoyevski)
- "Yurd yeri" — (E. Mehrəliyev)
- "Qu quşunun məhəbbəti" — (Şahin)
İstinadlar
redaktə- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- ↑ Art Kaspi. "Cəfər Cabbarlı Mükafatı – 2019" (az.). Artkaspi.az. 10.10.2019. 2019-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.