Behruz Quliyev Jurnalist - Wikipedia
Bəhruz Quliyev (Bəhruz Vaqif oğlu Quliyev; 20 yanvar 1973, Qarababa, Şahbuz rayonu) — Azərbaycanlı jurnalist, alim, fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi ekspert[1], "Səs" qəzetinin baş redaktoru (2005—h.h.)[2]; Səs Media Qrupunun təsiscisi və rəhbəri (2008—h.h.);
Bəhruz Quliyev | |
---|---|
Doğum tarixi | 20 yanvar 1973 (51 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Fəaliyyət illəri | 1990-cı ildən |
Partiyası | |
Mükafatları |
|
Həyatı
redaktəBəhruz Vaqif oğlu Quliyev 20 yanvar 1973-cü ildə Azərbaycan SSR, Naxçıvan MSSR, Şahbuz rayonu, Qarababa kəndində anadan olub. 1980–87-ci illərdə kənd orta məktəbində oxuyub. 1987–88-ci illərdə Ordubad rayon internat məktəbində, 1988–90-cı illərdə Bakıda 1№li fizika-riyaziyyat təmayüllü internat məktəbinində oxuyub. 1990-cı ildə İnşaat-Mühəndisləri İnstitutunun qiyabi şöbəsinə daxil olub, iş fəaliyyətinə başlayıb. 1992–96-cı illərdə hərbi xidmətdə olub. 1998-ci ildə universiteti davam etdirib, 2002-ci ildə Memarlıq və İnşaat Universitetini bitirib. 2005–2008-ci illərdə ikinci ali təhsil olaraq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb, 2014-cü ildən fəlsəfə üzrə fəlsəfə doktorudur.
1997-ci ildən "Səs" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb, 1998-ci ildən müxbir, 2000-ci ildə məsul katib, 2001-ci ildə baş redaktor müavini kimi çalışıb. Hal-hazırda 2005-ci ildən etibarən "Səs" qəzetinin baş redaktorudur.[3]
Eyni zamanda, 2008-ci ildən "Səs" Media Qrupunu yaradıb.[4] Qrupun tərkibində "Səs" İnformasiya Agentliyi (sia.az), 2011-ci ildə isə "SəsTv" İnternet Televiziyası (sestv.az) və bir neçə internet portalı fəaliyyət göstərir.[5]
Onlarla məqalə və elmi məqalələrin müəllifi, müxtəlif beynəlxalq konfransların və seminarların iştirakçısıdır.
Fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi nəzəriyyə ixtisası (5908.01) üzrə doktorantdır.
2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalına, 2018-ci ildə "Azərbaycan Xalq Cümhuryyətinin 100 illik" medalına, 2019-cu ildə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalına, 2020-ci ildə Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" fəxri adına, 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına layiq görülmüşdür.[6]
2020-ci ildə Azərbaycan Respublikasının əməkdar jurnalisti fəxri adı ilə təltif olunub.[7]
2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.[8] 2017-ci ildən Azərbaycan Respublikasının Prezidentinin ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə imzaladığı Fərmana əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvüdür.
2005-ci ildən etibarən bütün Parlament, Prezident və Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının Təşviqat Qrupunun üzvü kimi namizədlərinin təbliğatı məqsədilə çoxsaylı görüşlər keçirib. 2024-cü il prezident seçkilərində prezidentliyə namizəd İlham Əliyevin 21 nəfərdən ibarət Mərkəzi Seçki Qərargahının üzvü olub. Eyni zamanda, 2005, 2008, 2009, 2010, 2013, 2015, 2016, 2018, 2020, 2024-cü illərdə YAP-ın Respublika üzrə müşahidəçisi, 2010–2015-ci illərdə YAP-ın MSK-da məşvərətçi səs hüquqlu üzvü, 2015–2020-ci illərdə YAP-ın MSK-da əvəzedici tərkibdə üzvü olub.
Azərbaycanlı jurnalist və ictimai-siyasi xadim Rasim Quliyevin kiçik qardaşıdır.
Ailəlidir.
Elmi əsərləri
redaktə- Modernləşmə siyasətində kütləvi informasiya vasitələrinin rolu: sosial-fəlsəfi aspekt. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Mədəniyyət dünyası. 2012, XXIV, s. 70–73
- Qərb kütləvi informasiya vasitələri, İKT və modernləşmə. YUNESKO-nun təsis etdiyi "Ümumdünya fəlsəfə günü"nə həsr olunmuş "Qərb fəlsəfəsini necə dərk edirik?" mövzusunda beynəlxalq elmi-nəzəri konfransın materialları. Azərbaycan Milli Elmlər Akademiyası. Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu. Bakı: 28 noyabr 2012, s. 232–241
- Kütləvi informasiya vasitələri modellərinin bazar iqtisadiyyatına transformasiyasıprosesində sosial məsuliyyət konsepsiyasının fəlsəfi təhlili. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Mədəniyyət dünyası. 2013, XXV, s. 136–140
- Sosial fəlsəfədə və sosial münasibətlər sistemində kütləvi informasiya və vasitələrinin tipologiyası: fəlsəfi aspekt. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. 2013, № 2, (53), s.111–115
- Mürəkkəb sosial funksiyalar sistemində yeniləşən və modernləşən kütləvi informasiya vasitələrinin müqayisəli təhlili. Azərbaycan Milli Elmlər Akademiyası. Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu. Elmi əsərlər. 2013, № 2 (21), s. 47–51
- Qloballaşma, KİV və tolerantlıq: sosial-fəlsəfi aspekt. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Multikulturalizm prosesləri qloballaşma şəraitində. Beynəlxalq elmi-nəzəri konfransın materialları. ADMİU-nun 90 illiyinə həsr olunur. S. 256–259
- Роль СМИ в формировании государственного сознания и традиций государственности в независимом Азербайджане. Гилея. Выпуск 80 (№ 1). С. 188–191
- Modernləşmə prosesində və milli-mənəvi dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu: sosial-fəlsəfi təhlil. Bakı Avrasiya Universiteti. Sivilizasiya. 2013/4. s. 12–17
İstinadlar
redaktə- ↑ "Siyasi ekspert: Növbəti erməni təxribatı humanizm dəyərlərinə qarşı atılan aşkar həyasızlıq aksiyasıdır" ( (az.)). trend.az. 2017-07-06. 2017-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-12.
- ↑ ""Səs" qəzetinin yaranma tarixi haqda ümumi məlumat" ( (az.)). sesqazeti.az. 2017-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-07.
- ↑ Ramiz Mikayıloğlu. "Bəhruz Quliyev: ""Səs" qəzeti tarixə öz adını həkk edib" - MÜSAHİBƏ" ( (az.)). lent.az. 2011-01-14. 2017-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-12.
- ↑ Nurşən Quliyev. "Bəhruz Quliyev: "Müxalif mətbuat ənənəsini "Səs" qəzeti yaradıb" - MÜSAHİBƏ" ( (az.)). apa.az. 2016-01-11. 2017-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-12.
- ↑ "HAQQIMIZDA" ( (az.)). sia.az. 2017-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-12.
- ↑ İlham Əliyev. "Azərbaycan Respublikasının mətbuat işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" ( (az.)). president.az. 2010-07-21. 2017-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-12.
- ↑ "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-29.
- ↑ İlham Əliyev. "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" ( (az.)). president.az. 2017-06-05. 2017-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-12.