Berde Rayonu - Wikipedia
Bu məqalə Bərdə rayonu haqqındadır. Bərdə şəhəri üçün Bərdə səhifəsinə baxın. |
Bərdə rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi.[1] Mərkəzi Bərdə şəhəridir.
Rayon | |
Bərdə rayonu | |
---|---|
40°22′00″ şm. e. 47°07′00″ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Qarabağ |
İnzibati mərkəz | Bərdə |
İcra başçısı | Vidadi İsayev |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi |
|
Hündürlük | 61 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-BAR |
Telefon kodu | 994 20 |
Poçt indeksi | 0900 |
Avtomobil nömrəsi | 09 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayonda 73 müəssisə, 32 məktəbəqədər uşaq müəssisəsi, 76 məktəb, 16 tibb müəssisəsi, 205 mədəniyyət ocağı yerləşir.
Tarixi
redaktəBərdə rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir.
Rayonun mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar sübut edir. Əldə edilmiş mənbələr Bərdənin hələ e.ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu göstərir.
Ərəb tarixçisi Belazüri (IX əsr) Bərdənin Sasani hökmdarı I Qubadın (483–531)[2] İran tarixçisi Həmdullah Qəzvini (XIV əsr) Makedoniyalı İsgəndərin (e.ə. 336–323) dövründə salındığını bildirmişdir. Movses Kalankatlının məlumatına görə, Bərdə Alban hökmdarı II Vaçe dövründə Firuzin (459–484) göstərişi ilə salınmışdır. Bu dövrdə Bərdənin adı "Firuzabad" olmuşdur.[3][4] "Kitabi-Dədə Qorqud" dastanında Bərdədən bəhs olunur.
Sasanilər dövründə Bərdə canişinliyinin mərkəzi olmuşdur. I Qubadın dövründə Bərdənin ətrafına divar çəkilmişdir. X əsrdə Albaniyanın paytaxtı olmuş, 552-ci ildə Alban kilsəsinin də mərkəzi Bərdəyə köçürülmüşdür. Bərdə 628-ci ildə Xəzərlər, 639-cu ildə İran feodalları tərəfindən işğal olunmuşdur. Alban hökmdarı Cavanşir işğalçıları Bərdədən qova bilmişdir. Xəlifə Osmanın dövründə (644–656) ərəb qoşunları Bərdəni tutmuşdur. VI-VII əsrlərdə Bərdədə 100 min nəfər əhali yaşamışdır. XIII əsrdə Bərdədə pul kəsilmişdir. Bərdə 752-ci ildə Arran vilayətinin mərkəzi olmuşdur. VIII-IX əsrlərdə Bərdə mühüm ticarət, mədəniyyət mərkəzinə çevrilmişdir. Məşhur "Əl-Kürkiy" bazarı Bərdə darvazasının yaxınlığında yerləşirdi. Bərdə həm də Xürrəmilər hərəkatının əsas güc mənbələrindən biri idi.
Şəhər bəzi mənbələrdə "Aranın baş şəhəri", "Aranın anası" adlanıb.
Yaxın və Orta Şərqdə sənətkarlıq və ticarət mərkəzi kimi tanınmış Bərdəyə 944-cü ildə ruslar yürüş etmişlər.[5] Rusların irəli sürdüyü şərtlərə uyğun olaraq bir gün ərzində şəhəri tərk etməyən bərdəlilərə divan tutulmuşdur. Ruslar 20 min bərdəlini qılıncdan keçirmişlər. Ərazidə taun yayılmış, buna görə də rus qoşunu şəhəri tərk etməli olmuşdur. Rusların talanlarından sonra uzun müddət Bərdə özünə gələ bilməmişdir. Şəddadilər sülaləsindən olan Fəzlin (985–1030) Bərdəni 993-cü ildə öz dövlətinə daxil etmişdir. Bərdə XI əsrdə səlcuqların, XII əsrdə Eldəgizlərin hakimiyyətinə tabe idi. Monqolların hücumu zamanı Bərdə yenidən dağılmış, Elxanilər dövründə bərpa olunmuşdur. Əmir Teymurun yürüşündə Bərdə yenidən viran qalmışdır. Xanlıqlar dövründə Bərdə Qarabağ xanlığının tərkibində olmuşdur. Qarabağ xanlığının Rusiya imperiyası tərəfindən 1804-cü ildə işğalından sonra ruslar bütün Qarabağa olduğu kimi Bərdəyə də ermənilərin köçürülməsinə başladılar. Təkcə 1828-ci ildə Bərdə ərazisinə 1000-dən çox erməni ailəsi köçürülmüşdür.[6] Rusiya işğalı dövründə Bərdə Yelizavetpol Quberniyasının tərkibində olmuş, 1918-ci ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra isə Azərbaycanın tərkibində olmuşdur.
Əhalisi
redaktə1 yanvar 2011-ci il tarixinə rayon əhalisi 143.9 min nəfərdir.[7]
Etnik qruplar | 2009[7] s.a. |
---|---|
Cəmi | 141 646 |
azərbaycanlı | 141 485 |
türk | 97 |
rus | 48 |
ukraynalı | 5 |
tatar | 5 |
digər | 6 |
Əhalisi haqqında daha geniş məlumat
Əhalinin ümumi sayı | 136000 |
Şəhər əhalisinin sayı, [%] | 27.5000 |
Kənd əhalisinin sayı, [%] | 72.5000 |
Əhalinin orta sıxlığı | 142.110763 |
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] | 49.2000 |
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] | 50.8000 |
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] | 10.3676 |
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] | 40.5941 |
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55–60-a), [%] | 48.5294 |
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] | 16.9691 |
Ali təhsilli əhalinin sayı, [%] | 5.3000 |
Orta təhsilli əhalinin sayı, [%] | 36.3088 |
Məskunlaşmış qaçqınların sayı | 1001 |
Məskunlaşmış məcburi köçkünlərin sayı | 47984 |
Ərazisi
redaktə1930-cu ildə təşkil edilmişdir. Qarabağ düzündədir. Sahəsi 957 km², əhalisi 138,1 min nəfərdir. (01.01.2006). Mərkəzi Bərdə şəhəridir. Səthi az meylli və dalğalı düzənlikdən ibarətdir. Antropogen sisteminin çöküntüləri ilə örtülüdür. Gil, çınqıl və qum yataqları var.
Ərazisi haqqında daha geniş statistik məlumat
Ümumi ərazi, [km²] | 957.00 |
Məhsuldar torpaqların ümumi sahəsi, [km²] | 724.62 |
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [km²] | 47.26 |
Heyvandarlıq üçün otlaqların sahəsi, [km²] | 240.61 |
Əkilmiş torpaqların ümumi sahəsi, [km²] | 517.62 |
Meyvə bağlarının ümumi sahəsi, [km²] | 9.32 |
Şoran torpaqların ümumi sahəsi, [km²] | 31.64 |
Tarixi və memarlıq abidələri
redaktəArxeoloji abidələri
redaktəBərdə rayonu ərazisində tapılmış müxtəlif dövrlərə aid gümüş və mis sikkələrdən ibarət Bərdə dəfinələri. Buradan Makedoniyalı İskəndərin, Selevk, Parfiya, Sasani hökmdarlarının, Roma imperatorlarının dirhəmləri. Şatırlı kəndinin yaxınlığında Tunc Dövründən Orta Əsrlərədək mövcud olmuş Şortəpə qədim yaşayış yeri. Ətrafı 3 – 4 m hündürlükdə torpaq sədd ilə əhatələnmişdir. Ərazidən müxtəlif əşyalar, o cümlədən Roma İmperatorları Antoni (m.ə. 83–30), Avqustun (m.ə. 27–14) gümüş dinarları tapılmışdır.
Tarixi-mədəni abidələri
redaktəBərdə şəhərində Bərdə türbəsi memarlıq abidəsi-bürcvari türbə. 1322-ci ildə memar Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani tərəfindən tikilmişdir. Hündürlüyü 12.5 m olan silindrik gövdə, konusvari gümbəzdən ibarətdir. Abidənin bütün səthi, üzərinə firuzəyi kaşı çəkilmiş kərpiclə naxışlanmışdır. Hörgünün kərpic naxışlarında "Allah" sözü mütənasib təkrarlanır. Onun elxanilər sülaləsinin bir nümayəndəsi üçün tikildiyi ehtimal edilir.
Relyefi
redaktəKür-Araz ovalığının şimal-qərb hissəsində, Qarabağ düzünün mərkəzi ərazilərində yerləşir. Səthi azmeyilli və dalğalı düzənliklərdən ibarətdir.
Geoloji quruluşu
redaktəAntropogen sisteminin çöküntüləri ilə örtülüdür.
Çayları və su hövzələri
redaktəRayon ərazisindən Tərtər və Xaçın, şimal sərhədi boyu isə Kür çayları keçir. Tərtərçay öz mənbəyini Kiçik Qafqazda 3120 m yüksəklikdən götürür.
Tərtərçayın 31 qolu var. Xaçınçay Kiçik Qafqazın Hacı-Yurd (2397 m), Uyuxlu (2316 m), Çiçəkli (2343 m), Alla-Qaya (2585 m) dağlarının bulaqlarından formalaşır. Çayın əsas 12 qolu vardır.
Landşaftları və bioloji müxtəlifliyi
redaktəİqlimi mülayim isti və quru subtropikdir.Əsasən, boz və boz-çəmən torpaqları yayılmışdır. Təbii bitki örtüyü, əsasən, quru bozqır və yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək tuqay meşələri vardır. Bərdə Dövlət Təbiət Yasaqlığının bir hissəsi burada yerləşir. Qarabağ düzü regionunun əsas xüsusiyyətlərindən biri burada yarımsəhra bitki örtüyü zonasında düzən palıd və palıd-qarağac meşələrinin yayılmasıdır. Vaxtilə Qarabağ düzündə düzən meşələri geniş ərazilərdə yayılmışdır. Bərdə şəhərinin ətrafındakı Lək kəndi yanındakı kiçik sahədə düzən meşəsi qalmışdır. Burada ağaclıq yaradan ağac növü uzunsaplaq palıd sayılır. Ona adətən adi qarağac və qarışır. Relyefin çökək yerlərində tut və yulğun bitir. Meşə altında yemişan, əzgil, ishal murdarçası, qaramurdarşa, nar bəzən qaratikan bitir.
Burada həmçinin çala və bataqlıq bitki qruplaşmaları geniş yayılmışdır. Çökəkliklərin daha çox rütubətli yerlərində südləvən böyürtkən və başqa bitkilər yayılmışdır.
Çala bitki qruplaşmalarında biyan, dəvətikanı (Alhagi pseudoal- hagi), şovis yovşanı və b. üstünlük təşkil edir.Rütubətli çökək yerlərdə kiçik sahələrdə süsən üstünlük təşkil edən çəmənliklər geniş yayılmışdır.[8]
Bərdə meşə təsərrüfatının Kür qırağı tuqay meşə ərazisində ağyarpaq qovaq, söyüd, uzunsaplaq palıd, qarağac, tut ağaclıqları, yulğun kolluqları vardır. Meşə altı kollardan yulğun, iydə, nar, qaramurdarça, yemişan, qaratikan və b. göstərmək olar.
Tərtərçayın Kürə qarışdığı yerin vaxmlıaında bacea) kiçik sahədə saqqızağac meşəsi qalmışdır. Burada saqqız ağaclığına uzunsaplaq palıd qarışır. Meşəaltı kollar sıx olub, əsasən qaratikandan (Paliurus spina- ehristi) ibarətdir. Ona tək-tək göyəm (Primus spinosa) qarışır. Ot örtüyü sıx olub tərkibində qırtıc (Poa sp.), topal (Festuca sp.), yovşan (Ap tends ia sp.) üstünlük edir. Tək-tək zəncirotu ətirşah, tikanlı kəvərə rast gəlinir.
Heyvanları
redaktəHeyvanları canavar, çaqqal, adi tülkü, qaban, boz dovşan, meşə pişiyi, qamışlıq pişiyi, porsuq, meşə dələsi, süleysin və s., quşlardan turac, qırqovul, bayquş, harayçı ququşu, fitçi cürə, qırmızı ördək, meşə cüllütü, ala-baxta, kiçik və böyük qarabattaq və s.[9]
Əsas təsərrüfat fəaliyyəti
redaktəRayonda təsərrüfatın əsasını əkinçilik və maldarlıq təşkil edir. Əsas təsərrüfat sahəsi taxılçılıq və pambıqçılıqdır. Bostan və tərəvəz məhsulları istehsalı son illər xeyli artmışdır. Bərdə rayonu yerli əhalisini, burada məskunlaşmış qaçqınlar və məcburi köçkünləri çörəklə təmin edə bilir. Bərdə bazarından ölkənin iri şəhərlərinə müntəzəm olaraq heyvandarlıq məhsulları daşınır.
Bərdədə aqrar islahatlar uğurla başa çatdırılmışdır. 43362 hektar torpaq sahəsi 24324 ailənin xüsusi mülkiyyətinə verilmişdir. Kənd təsərrüfatı bütünlükdə özəl sektorun əlindədir. Torpağın sahibinə verilməsi özünün müsbət nəticəsini dərhal göstərmişdir. Rayonda 300-dən çox kəndli-fermer təsərrüfatı fəaliyyət göstərir. Həmin təsərrüfatlar ildən-ilə daha da mükəmməlləşir və istehsal göstəricilərini artırırlar.
Bərdənin kənd təsərrüfatı işçiləri elmi-texniki yenilikləri uğurla mənimsəyir və istehsalatda tətbiq edirlər. Burada adi əkinçinin, sıravi maldarın da məşğulluq biliyi, demək olar, mütəxəssis səviyyəsindədir. Təsadüfi deyildir ki, Bərdə maldarlarının ətçilik istiqamətində apardıqları iş respublika səviyyəsində öyrənilib yayılmışdır.
Görkəmli şəxsləri
redaktə- Əbdülxalıq Arrani — fəqih, hüquqçu
- Əhməd Bərdici — görkəmli fəqih, hədis alimi
- Sədallah əl-Bərdəi (XIV əsrin sonu—XV əsrin əvvəlləri) — tanınmış dilçi alim və şair
- Əhməd Bərdəi — XV əsr Azərbaycan alimi
- Mövlana Muhyəddin Muhəmməd ibn Muhəmməd ibn Muhəmməd əl-Hənəfi Bərdəi - Azərbaycan alimi
- Məhəmməd Bərdəi — X əsr alimi
- Şəmsəddin Bərdəi — fəqih, hüquqçu
- Əbusəid Əhməd Hüseyn oğlu Bərdəi — hüquqşünas və ilahiyyatçı alim (X əsr)
- Qazi Məhiəddin Bərdəi — XV əsr görkəmli dövlət xadimi
- Əbubəkr Məhəmməd İbn Abdullah Bərdəi — X əsr fəqih və hüquqşünası
- Məkki ibn Əhməd ibn Sadəvəy əl-Bərdəyi — IX–X əsr alimi
- Musa Kalankaytuklu — Alban tarixçisi
- Yusif Məhəmmədcan oğlu Qarabaği — XVI əsr Azərbaycan şairi və filosofu
- Cavanşir Mehrani — Alban hökmdarı
- Davdağ (Dəvdək) — Alban şairi
- Orucov qardaşları — Azərbaycanda ilk mətbəənin sahibləri
- Vəzirov Aslan Fərhad oğlu - Sovet İttifaqı Qəhrəmanı
- Səfiyar Behbudov — Azərbaycanın Milli Qəhrəmanı
- Elgiz Kərim oğlu Kərimov — Azərbaycanın Milli Qəhrəmanı
- Baxşəli Həsən oğlu Baxşəliyev — Azərbaycan SSR-in Maliyyə naziri
- Hacıyev Saleh Hilal — Azərbaycan SSR-in Meliorasiya və Su Təsərrüfatı
- Əliş Cəmil oğlu Lənbəranski — Bakı Şəhər İcraiyyə Komitəsinin sədri
Kütləvi informasiya vasitələri
redaktəRayonda "Bərdə" və "Xan Çinar" qəzetləri nəşr olunur. "Bərdə" qəzetinin ilk nömrəsi 1932-ci ildə "Qızıl Bərdə" adı ilə çıxmışdır. Sonralar "Bərdə pambıqçısı", "Stalin yolu", "Kommunizm yolu" və s. adlarla nəşr edilmişdir. Hal-hazırda "Bərdə" qəzeti rayon İcra Hakimiyyəti aparatının və jurnalist kollektivinin təsisçiliyi ilə çıxır. "Xan-Çinar" özəl qəzetdir və bir neçə ildir ki, nəşr olunur. Rayonda 1964-cü ildən yerli radio verilişləri redaksiyası fəaliyyət göstərir. Burada gündəlik aktual məlumatlar və yerli informasiyalar səsləndirilir.
Şəkillər
redaktə-
8 nömrəli tam orta məktəb
-
Z.Əliyeva adına park
-
Bərdə türbəsi
-
Bərdə Avtovağzalı
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ А. В. Гадло. Этническая история Северного Кавказа IV–X вв. — И: Pubmix.com — стр. 103 — ISBN 9785458285179,
- ↑ "История Ширвана и Ал-баба". 2008-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-07.
- ↑ "История страны Алуанк". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-07.
- ↑ Kennedy, Hugh (2004). The Prophet and the Age of the Caliphates: The Islamic Near East from the 6th to the 11th Century, 2nd ed. Harlow: Longman, p. 256.
- ↑ ""Qürbət cənnətə dönsə, yaddan çıxmaz Qarabağ…"". 2011-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-06.
- ↑ 1 2 Azərbaycan Dövlət Statistika Komitəsi :Bərdə rayonu Arxivləşdirilib 2011-11-05 at the Wayback Machine
- ↑ ƏsgərovA.M. Azərbaycanın ali bitkiləri. Azərbaycan florasınm konspekti. 3 ciiddə. Bakı: Elm, 2006–2008.
- ↑ Musayev M.Ə., Hacıyev D.V., Qasımov Ə.Q. və b. Azərbaycanm heyvanlar alomi, 3 cilddə. Bakı: Elm, 2000–2004.