Beydili Bilesuvar - Wikipedia
Bəydili — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Bəydili kənd inzibati ərazi dairəsində kənd.[2][3] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Biləsuvar şəhər Sovetinin ərazisində faktiki mövcud olan Bəydili kəndi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Bəydili kəndi Biləsuvar şəhər Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bəydili kənd Soveti yaradılmışdır.[4]
Bəydili | |
---|---|
39°27′36″ şm. e. 48°34′45″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimikası
redaktəKəndin adı oğuzların 24 boyundan biri olmuş Bəydili tayfasının adı ilə bağlıdır. Azərbaycanın Yevlax və Salyan rayonlarında da eyniadlı kəndlər mövcuddur. Bundan başqa 1933-cü ildə Ağdaş rayonunun Havarlı inzibati ərazi vahidində də Bəydili yaşayış məntəqəsi qeydə alınmışdır.[5]
Tarixi
redaktəBəydililər Suriya və Anadoluda yaşayıblar. Onlar Səfəvilər dövlətinin qurulmasında və onun idarəsində rol oynamış Şamlu tayfaları içərisindən bəzi görkəmli şəxsiyyətlərinə görə seçiliblər.
Şahsevən tayfalarından biri olan Bəydili tayfası XVI əsrdə indiki Türkiyə ərazisindən Ərdəbil bölgəsinə gələrək burada yerləşib. Digər Şahsevən tayfaları kimi onlar qışı Muğan düzündə, yayı isə Savalan dağı ətəklərində keçirməklə köçəri həyat sürüblər. XIX əsrin sonlarında İran ilə sərhəddə köçəri Şahsevən tayfalarının hərəkətlərini izləmək üçün Biləsuvara göndərilən Oqranoviç yazır ki, Şahsevənlərin ilk əcdadı sayılan Yunsur Paşanın XVI əsrdə 6 oğlundan biri olan Sarxan bəyin oğullarından birinin adı Bəydili idi.[6] Radde isə yazır ki, Muğan ərazisinə Anadoludan köçüb gələn Bəydili tayfası digər İnallu tayfası kimi ayrıca bir tayfa olub və Yunsur Paşa ilə bərabər Muğan və Ərdəbil arasında məskunlaşıblar. Bəydili və İnallu tayfaları bu mənada Yunsur Paşa ilə buralara Türkiyədən köçüb gəlmədirlər. Onların bu oymaqları olub.
- Qurd bəyin qrupu: Talışmikayılli, Xələfli, Muğanlı, Udulu, Moradlı, Zərgər və s.
- İnallu: Pir-Evatlu, Kələş, Kor-Abbaslu, Geyikli, Yurtçi, Dursun-Xocalu.
- Bəydili: Acirli, Hacı-Xocalu, Yeddi-Oymaq, Ərəbli, Çaxırlu, Qubadlu.[7]
Şahsevən tayfa ittifaqının və ya konfederasiyasının banisi sayıla biləcək Yunsur paşa isə 3300 çadırla Anadolu ərazisindən gəlib Muğan ilə Ərdəbil-Savalan dağı arasında özünə yurd salıb. 6 oğlu sonrakı əsrlərdə tayfa ittifaqının müxtəlif klanlarının əcdadları sayılır: Qoca, Bandəli, Polat, Dəmirçi, Sarixan, Novruzəli. Onların hərəsinə aid tayfalar bunlardır.
- Qocabəyli: Muradlı, Udulu, Xələfli
- Bəndəlibəyli: Əlibababəyli, Bəybağlı, Xələfli
- Polatlı: Şeyxli, Əbubəyli, Qozatlı, Yurtçi, Dursun Xocalı, Təklə, Yekəli
- Dəmirçi: İnallu, Hacı Xocalı, Ərəbli
- Sarxanbəyli: Əcirli, Milli Xələfli, Balabəyli, Bəydili, Homunlu, Zərgər.
- Novruzəlibəyli: Geyikli, Pirevlatlı
Tarixi abidələri
redaktəBəydili kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
863 | Yedditəpə kurqanları (7 ədəd)[8] | Tunc dövrü | Bəydili kəndi | Arxeoloji | Ölkə |
Coğrafiyası və iqlimi
redaktəKənd rayonun şimal-qərb istiqamətində yerləşir və rayon mərkəzinə ən yaxın yaşayış məntəqəsidir. Mərkəzlə kənd arasında məsafə 1.6 km-dir. Rayon mərkəzi ilə kəndi Əzizbəyov adına kanal ayırır. Xırmandalı, Əliabad, Zəhmətabad, Əsgərabad kəndləri və Biləsuvar şəhəri ilə sərhəddir.
Kənd ərazisindən 2 tranzit yol keçir.
Kənd 2 su hövzəsinin sahilində yerləşir. Bunlar Azərbaycanın ən iri suvarma kanallarından olan Əzizbəyov kanalı və cənub zonasının ən uzun çayı olan Bolqaraydır. Kənd əhalisinin su ilə təmin olunması və suvarma məqsədilə Əzizbəyov kanalından istifadə olunur. Bolqarçay isə kənd üçün elə də mühüm rol oynamır.
Kəndin iqlimi mürəkkəbdir. Kənd Aralıq dəniz iqlim tipli suptropik qışı quraq keçən yarımsəhra və quruçöl iqlim tipində yerləşir. Kəndin qərb hissəsində şərq hissəsi ilə müqayisədə kontinentallıq hiss olunur. Şərq hissəsinin nisbətən mülayim olmasına, sıx bitki örtüyünün yaranmasına səbəb su hövzələrindən gələn rütubətli hava kütlələridir. Kəndin şərq hissəsində digər ərazilərdən öz iqliminə görə seçilən bir ərazi yerləşir. Bu ərazinin iqlimi Aralıq dəniz iqliminə yaxındır. Ərazidə orta illik tempratur 5-37 C-dir. Bəzən tempratur 40 və ondan yuxarı, 0 və ondan aşağı ola bilir. İllik amplituda 35C-dir.
Bəydili kəndi ərazisində bir sıra torpaq tipləri vardır. Qərbdə əsasən şoran, şərqdə isə allüvial çəmən, şabalıdı, boz torpaqlar yayılmışdır. Torpaqlar öz məhsuldarlığı ilə fərqlənir. Kənd ərazisində uca çinarlar, ağ, qara və xar tut ağacları, qovaq, akasiya, fındıq, qoz, gilas, alma, üzüm, nar, armud, heyva, gavalı və digər meyvə ağacları geniş yayılmışdır. Ərazi istənilən quru suptropik bitkilər becərməyə qadirdir. İri ağaclarla yanaşı kənd ərazisində bir sıra kol bitkiləri və həmçinin estetik bitkilər və tərəvəzlər geniş yayılmışdır. Bunlardan ən əsası balqabaqdır.
Bəydili kəndinin relyefi sadədir. Kənd ərazisi Mil düzündə yerləşir və Kür çökəkliyi sinklinoriyumuna daxildir. Ərazinin səthi hamardır, lakin şərq hissəsində Bolqarçayın yan və dib eroziyası nətisəsində formalşan kiçik Bəydili təpəliyi yerləşir.
Əhalisi
redaktəİl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[9] | 4760 | 2205 | 2555 |
2009[10] | ↗5761 | ↗2813 | ↗2948 |
Tanınmış şəxsləri
redaktə- Seyfəddin Rzasoy — AMEA-nın Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri.
İqtisadiyyatı
redaktəKənddə 1391 təsərrüfat var. Əhalinin boyük bir qismi kənd təsərrüfatı ilə məşğuldur. Kəndi iqtisadi-sosial baxımdan 2 yerə ayırmaq olar: şərq və qərb. Əsasən yeni məskunlaşılmış qərb hissədə bir sıra sosial problemlər özünü göstərir. Bunlardan ən əsası su problemidir. Bir qədər qədimdən məskunlaşılmış şərq hissədə isə əhalinin əksəriyyəti xidmət sahələrində çalışır.
Mədəniyyəti
redaktəKənddə Bəydili kənd kitabxana filialı,[11] Bəydili kənd Mədəniyyət Evi[12] və Bəydili Poçt Agentliyi[13] fəaliyyət göstərir.
Təhsil
redaktəKənddə Bəydili kənd tam orta məktəbi fəaliyyət göstərir.[14][15]
Din
redaktəKənddə 26 may 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A3-382 olan Bəydili kəndi "Cümə" məscidi dini icması fəaliyyət göstərir.[16]
Səhiyyə
redaktəKənddə Bəydili kənd həkim məntəqəsi yerləşir.[17]
İstinadlar
redaktə- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=41.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 39" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2022.
- ↑ Bəydili (Biləsuvar) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 93. ISBN 978-9952-34-155-3.
- ↑ TAPPER, Richard. Frontier nomads of Iran: a political and social history of the Shahsevan. Cambridge University Press, 1997.p59
- ↑ TAPPER, Richard. Frontier nomads of Iran: a political and social history of the Shahsevan. Cambridge University Press, 1997. p.61
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 30" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-08.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 71.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 78.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 24" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-17.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 72" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-17.
- ↑ "Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (bilesuvar-ih.gov.az)". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
- ↑ "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Biləsuvar Rayon Təhsil Şöbəsi. Məktəblər (bilasuvar.edu.gov.az)". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
- ↑ "Biləsuvar rayonunda yerləşən təhsil müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
- ↑ "Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. Müsəlman Dini İcmalar (2010), səh. 17" (PDF). 2022-06-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-13.
- ↑ "Biləsuvar rayonunda yerləşən səhiyyə müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.