Beyler Memmedov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bəylər Məmmədov (1924, Şuşa, DQMV – 15 fevral 1991, Bakı) — filoloq, pedaqoq.[1]
Bəylər Məmmədov | |
---|---|
Bəylər Ağalar oğlu Məmmədov | |
Doğum tarixi | 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 15 fevral 1991 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya elmləri namizədi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyat
redaktəBəylər Ağalar oğlu Məmmədov 1924-cü ildə Şuşa şəhərində anadan olmuşdur. İxtisasca stomatoloqdur. Filologiya sahəsində dissertasiya müdafiə etdiyi üçün filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. Alim hekayə və şeirlər yazmışdır[1]
Bəylər Məmmədov 15 fevral 1991-ci ildə Bakıda vəfat etmiş, vəsiyyətinə görə Şuşada dəfn edilmişdir.[1]
Yaradıcılığı
redaktəBəylər Məmmədov XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Xurşidbanu Natəvanın həyat və yaradıcılığının tədqiq etmişdir. Alim ilk dəfə olaraq Natəvanın şair qohumları haqqında da məlumat vermişdir. O, "Natəvanın şair qohumları" kitabında şairənin anası Bədircahan bəyimin, dayıları Kəlbəli xan Müsahibin, Fətəli bəy Halinin, bibiləri Ağabəyim ağa Ağabacının, Gövhər ağanın, əmisi Əbülfət xan Tutinin, əmisi oğlu Cəfərqulu xan Nəvanın, bibisi oğlu Qasım bəy Zakirin yaradıcılıqlarından bəhs etmiş, nümunələr göstərmişdir. Tədqiqatçı Natəvanın övladları Mehdiqulu xan Vəfanın, Mir Həsən Ağa Mirin, Xanbikə xanımın analarının poetik üslubunu davam etdirdiklərini, orijinal qəzəllər qələmə aldıqlarını yazmışdır.
Əsas elmi əsərləri
redaktə- Xurşid Banu Natəvan. Bakı, 1983
- Natəvanın şair qohumları. Bakı, 1989
- Qarabağın baməzə adamları. Bakı, 1992