Beyoglu - Wikipedia
Bəyoğlu (türk. Beyoğlu) — İstanbul ilinin ilçəsi. Bəyoğlu ilçəsi şimal-qərbdən Kağıtxana, şimaldan Şişli, şərqdən Beşiktaş və İstanbul Boğazı, cənubdan və qərbdən Haliç əhatə edir. Ərazisi 8.76 km²-dır. İlçə 45 məhəllədən ibarətdir.
Bəyoğlu | |
---|---|
Beyoğlu | |
41°01′54″ şm. e. 28°58′34″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 34 |
Digər | |
beyoglu.gov.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixçəsi
redaktəQalatanın ilk əsrlərə qədər uzanan tarixinə dayanaraq, Bəyoğlu, XVI əsrin ilk yarısında, içində tək-tük quruluşların yer aldığı, hər yerin bağlıq olduğu bir sahə olmuşdur.
Bəyoğlu, Qalatadan gələn Xristian əcnəbilərin, səfirliklər vasitələrinə və o zamanlar "Grand Rue de Pera" deyilən İstiqlal Prospekti boyunca yerləşməsi Avropa şəhəri mənzərəsində bir məskunlaşma olaraq ortaya çıxdı.
Beləliklə, İstanbul içində fərqli bir icma XVII əsrdə inkişaf etməyə başladı. İlk əvvəllər, fransız və Venesiya səfirlikləri ilə onların ətrafında yerləşmiş Fransiskan missionerləri məskunlaşmanın özəyini təşkil edirdi. XVII əsrin əvvəllərində Qalatanı göstərən bir qravürdə qala divarların xaricində çox az bina görünür.
1700-cü illərdə Bəyoğlu, bugünkü Tunel-Qalatasaray küçəsinin hər iki tərəfinə də yayılmışdı. Qərbində qəbiristanlıqlar, şərqində isə səfirliklər yerləşirdi. XVIII əsrdə tədricən Avropa təsiri artmışdır. XVIII əsr sonunda, İstiqlal Küçəsində, tikililərin hamısı daş və ya kərpic olmuşdur.
Bəyoğlu, ilk əvvəllər bir diplomatiya mərkəzi kimi inkişaf etmiş, lakin sonralar xarici ticarətinin, iqtisadi nəzarətinin artması və burada genişlənməsi nəticəsində İstanbulun ticarət mərkəzi halına çevrilmişdir. Ticarətlə yanaşı, əyləncə, mədəniyyət təşkilatlarının da burada yer alması və mövqeyi, bütün İstanbulun mərkəz nöqtəsi olmasını təmin etmişdir.
Əhali
redaktəBəyoğlu ilçəsi bugünkü sərhədlərinə çatdığı 1950-ci illərdən bəri 220-250 min arasında dalğalanan əhali qrafikinə malikdir. Bunun başlıca səbəbi normal inkişaf prosesi ərzində inkişaf etməli olan hər hansı bir yer qalmaması ilə əlaqədardır.