Beysal Dagi - Wikipedia
Bəysal dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli eyniadlı qövsvari şaxəsinin suayrıcında, Axura kəndindən 3 km şimalda yerləşən dağ (hünd. 1911,7 m). Üst Permə aid Şahbulaq, Dəvəölən və Bəysal lay dəstələrinin cənub-qərbə maili yatan əhəngdaşılarından təşkil olunmuş yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin mərkəzində müşahidə edilən submeridional istiqamətli Axura antiklinalının tağ hissəsində yerləşir. Zirvə hissəsindən submeridional istiqamətli eyniadlı qırılma keçir. Şimal-qərb və cənub-şərq yamaclarında şimal-şərq istiqamətli faylar izlənilir. Şimal-şərq yamacından keçən şimal-qərb istiqamətli Yuxarı Yaycı-Tənənəm üstəgəlməsi boyu Üst Permin əhəngdaşıları Orta Eosenin Lütet mərtəbəsinin Dərəlik lay dəstəsinin çökmə süxurları ilə təmasa gətirilmişdir.[1]
Bəysal dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1911,7 m |
Yerləşməsi | |
39°35′40″ şm. e. 45°09′57″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.