Bmc - Wikipedia
BMC Sanayi ve Ticaret A.Ş. (BMC Sənaye və Ticarət A.Ş.) 1964-cü ildə İzmirdə qurulub. İlk illərdə Ostin və Morris adlı ticari nəqliyyat vasitələri istehsal etdi. 1966-cı ildən yük avtomobilləri, mikroavtobuslar, traktorlar və mühərriklər istehsal etməyə başladı. BMC başlayanda 74% yerli sərmayə nisbəti olan 1989-cu ildə Türkiyənin 100% yerli investisiyalı tək ticari vasitə istehsalçısı mövqeyinə yüksəldi. BMC 1976-cı ildə Türkiyədə ilk dəfə dizel motorlu avtomobil istehsalını həyata keçirdi. BMC 2.8 tondan 40 tona qədər Yük və sərnişin daşımalarında xüsusi avtomobil istehsalı ilə məşğul olan Türkiyənin tək, dünyanın isə 4 istehsalçısından biridir. Həmçinin BMC avtomobil fabrikinin tərkibində müştərilən istəyinə uyğun 6 ay kimi qısa bir müddətdə avtomobil dizayn edə bilən bir şirkətdir.2004-cü ildə 40 milyon dollarlıq investisiya ilə bütün mühəndislik fəaaliyyəti BMC-yə aid olan BMC Megastr-ı istehsal etdi.
BMC | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | səhmdar cəmiyyəti |
Sənaye | avtomobil sənayesi |
Məhsulu | Yük maşını |
Təsis tarixi | 1964 |
Baş qərargahın yeri | |
bmc.com.tr/en bmc.com.tr |
|
Vikianbarda əlaqəli mediafayllar |
Şirkət Teknofest İstanbulun iştirakçılarından biridir. Orada təqdim olunan BMC Tulga pikapını Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan da sınadı. BMC həmçinin Türkiyənin TOGG yerli avtomobil proyektinə qatılan 5 şirkətdən biridir.
İstehsal olunan bəzi modellər
redaktə- Yüngül yük maşını
- BMC Profesyonel
- İstehsalı dayandırılmış bəzi nəqliyyat vasitələri
- Midilux
- BMC Megastar
- Probus TBX
- Belde SB
- Belde 280 CB
- Probus SCB
- Belde CB
- Hawk
- Procity
- Belde Körüklü
- Procity CNG
- Procity Körüklü
- Procity Körüklü CNG
İstehsalı davam edən bəzi nəqliyyat vasitələri
- Neocity (8.5 M)
- Neocity (10 M)
- Procity TR (10.6 M)