Bagcali Quba - Wikipedia
Bağçalı, Bağçaəli – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Bağçaəli kəndində bir təhsil ocağı, bir kitabxana və bir mədəniyyət evi vardır. Kənd meşələr və dağlarla əhatə olunub.
Bağçalı | |
---|---|
41°13′ şm. e. 48°37′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 656 (2009) nəfər |
Toponimikası
redaktəBağçalı oyk., düz. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Keçmiş adı Bağçalı Qışlaq olmuşdur. Kəndin ərazisi Rustov kəndinin keçmiş məhəllələrindən biridir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsl adı Bağça Əlidir. XIX əsrin əvvəllərində İsmayıllı r-nunun Lahıc kəndindən gəlmiş Əli adlı şəxsin ailəsinin orada məskunlaşması əsasında yaranmışdır. Lakin aparılan araşdırmalar Bağçalı toponiminin etnotoponim olduğunu söyləyir. 1933-cü ildə r-nun Talabı i.ə.v.-də Bağçaqaraxan, 1917-ci ildə Nuxa qəzasının Qaxmux bölgəsində Bağçalı kəndləri qeydə alınmışdır. Mənbələrdə bu oykonimin Baxşalı variantı da nəzərə çarpır.[1]
Əhalisi
redaktə- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 656 nəfər əhali yaşayır. Əhalisi tatlardır.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
redaktə Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |