Bagir Suleymanov - Wikipedia
Bağır Ələkbər oğlu Süleymanov (22 iyun 1959, Bakı) — Azərbaycan neftçi-alimi, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü.
Bağır Ələkbər oğlu Süleymanov | |
---|---|
Bağır Ələkbər oğlu Süleymanov | |
Doğum tarixi | 22 iyun 1959 (65 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Atası | Ələkbər Süleymanov |
Elm sahələri | Neft və qaz yataqlarının işlənməsi və istismarı |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | SOCAR |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSüleymanov Bağir Ələkbər oğlu 22 iyun 1959-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Qazneftmədən fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
B. Süleymanov 1987-ci ildə texnika elmləri namizədi, 1997-ci ildə texnika üzrə elmləri doktoru elmi dərəcələrini, 2011-ci ildə ixtisas üzrə professor elmi adını almış, 2014-cü ildə AMEA-nın Yer Elmləri bölməsinin "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2019-cu ildən isə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmişdir. Akademik Azad Mirzəcanzadənin elmi məktəbinin yetirməsidir.
B. Süleymanov əmək fəaliyyətinə N. Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsində başlayaraq 1981–1985-ci illərdə neft və qaz hasilatı üzrə operator, mühəndis vəzifələrində işləmişdir. 1985–1988-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "Neft yataqlarının işlənməsi və istismarı" kafedrasında assistent, 1988–2000-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Neft və qazın qeyri-xətti mexanikası" şöbəsində böyuk, aparıcı və baş elmi işçi vəzifələrində çalışmışdır. 2000-ci ildən başlayaraq SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda neft və qaz hasilatı sahəsində elmi işlər üzrə direktor müavini, direktor əvəzi, direktorun elm işləri üzrə müavini vəzifələrində çalışmış, hal-hazırda isə neft və qaz hasilatı üzrə direktor müavinidir.
B. Süleymanovun elmi fəaliyyətinin əsas istiqamətini neft yataqlarının işlənməsində heterogen sistemlərin tətbiqinin elmi və təcrübi əsaslarının yaradılması, neft hasilatı üçün yeni texnika, texnologiyaların və kimyavi tərkiblərin işlənib hazırlanması təşkil edir.
B. Süleymanov 310 elmi əsərin, o cümlədən 118 ixtiranın, 2 monoqrafiyanın və 4 dərsliyin müəllifidir.
B. Süleymanov 24 fəlsəfə və 6 elmlər doktoru hazırlamışdır.
Ailəsi
redaktəAtası — texnika elmləri doktoru, professor, fəxri neftçi, Dövlət mükafatları laureatı Ələkbər Bağır oğlu Süleymanov[1][2]. Anası — ədliyyə generalı Şəfiqə Dadaş qızı Əliyeva.
Elmi fəaliyyəti
redaktə- Neft yataqlarının işlənməsində heterogen sistemlərin qeyri-bircinsli məsaməli mühitlərdə süzülməsinin fiziki və riyazi modelləşdirilməsi əsasında, layların neftveriminin artırılması, quyudibi zonanın işlənməsi və su axınlarının təcrid olunmasının yeni texnologiyaları yaradılmış və uğurla tətbiq olunmuşdur;
- Qeyri-bircins laylarda qeyri-Nyuton mayelərinin axını zamanı S-vari filtrasiya qanununun mövcudluğu təyin edilmiş, təcrübi və nəzəri cəhətdən əsaslandırılmışdır;
- Qazlı Nyuton, qeyri-Nyuton mayelərin və qazın təzyiqin böhrana qədər faza şəraitində stasionar və qeyri-stasionar süzülməsi hərtərəfli öyrənilməsi nəticəsində tətqiq edilən sistemlərin məsaməli mühitdə sürüşmə effektinə əsaslanan süzülməsi nəzəriyyəsi işlənmişdir;
- Neft yataqlarının işlənməsinin statistik modelləşdirilməsi nəticəsində işlənmə prosesinin mərhələlərə bölünməsinin, maksimal hasilatın və çıxarıla bilən ehtiyatların təyini metodikası işlənmişdir;
- Fraktal, multifraktal ölçülərin və Fişer-Şenon göstəricilərinin istifadəsi əsasında neft yataqlarının işlənməsinin analizinin yeni üsulları işlənmiş və tətbiq edilmişdir;
- Riyazi modelləşdirmə əsasında müxtəlif geoloji-texniki tədbirlərin tətbiqi üçün namizəd quyuların seçilməsi üsulları işlənmişdir;
- Neft hasilatı quyularında müxtəlif texnoloji proseslərin modelləşdirilməsi nəticəsində yeni tipli quyu avadanlığı – dalma nasosları, yeraltı təmiri avadanlığı, quma qarşı süzgəclər və s., işlənmiş və uğurla tətbiq edilmişdir;
- Neft sənayesi üçün müxtəlif reagentlər – deemulqatorlar, depresatorlar, səthi aktiv maddələr və s. işlənmiş və uğurla tətbiq olunmuşdur.
Elmi nailiyyətləri
redaktə- ABŞ-nin Stenford Universiteti tərəfindən dərc edilən World Ranking of Top Scientists dünyanın ən nüfuzlu alimlərin reytinq siyahısına daxil edilmişdir[3];
- Elmi əsərlərinə verilən istinadlara görə h-indeksi – 25, i10-indeksi – 59;
- Ümumilikdə işlənmiş texnika və texnologiyaların tətbiqi nəticəsində əlavə olaraq 500 min tondan artıq neft və qaz (neft ekvivalentində) hasil olunmuşdur.
Elmi və mühəndisi qurumlarda üzvlüyü
redaktə- AMEA-nın müxbir üzvü;
- Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü;
- Rusiya Təbiət Elmləri Akademiyasının "Neft və qaz" bölməsi üzrə xarici üzvü;
- SOCAR-ın neft və qaz ehtiyatları üzrə mərkəzi komissiyasının üzvü;
- SOCAR-ın neft, qaz və qaz-kondensat yataqlarının işlənməsi üzrə mərkəzi komissiyasının üzvü;
- "Neftqazelmitədqiqatlayihə" İnstitutunun Elmi şurasının sədr müavini;
- "Neftqazelmitədqiqatlayihə" İnstitutunun Elmi şurasının "Neft-qaz yataqlarının işlənməsi, istismarı və quyuların qazılması" bölməsinin sədri;
- AMEA-nın "Neft və Qaz" İnstitutunun Elmi şurasının üzvü;
- Society of Petroleum Engineers[4] üzvü.
Elmi-texniki nəşrlərdə fəaliyyəti
redaktə- Scientific Petroleum jurnalının baş redaktoru;
- SOCAR Proceedings jurnalının baş redaktorunun müavini;
- "ANAS Transactions. Earth Sciences" (AMEA-nın Xəbərləri, Yer elmləri) jurnalının baş redaktorunun müavini;
- "Azərbaycan Neft Təsərrüfatı" jurnalının redaksiya heyətinin üzvü;
- "Территория Нефтегаз" (Rusiya) Elmi-praktiki jurnalının redaksiya heyətinin üzvü;
- "Вести газовой науки" (Rusiya) elmi-texniki toplusunun redaksiya heyətinin üzvü;
- "Вестник Российской академии естественных наук" (Rusiya) jurnalının redaksiya heyətinin üzvü;
- Journal of Petroleum Science & Engineering; Results in Engineering; Petroleum Science & Technology; International Journal of Oil, Gas and Coal Technology; Physics of Fluids; Industrial & Engineering Chemistry Research Journal; Energy & Fuels; Fuels; Colloids and Surfaces A: Physicochemical and Engineering Aspects Journal; Journal of the Chemical Society of Pakistan; RSC Advances; Journal of Molecular Liquids; Heliyon; ACS Omega; Коллоидный журнал (Colloid Journal) jurnalların rəyçi ekspertidir.
Təltif və mükafatları
redaktə- 2024 — Əsərlərinə ən çox istinad edilməsində fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının "İstinadda Rekord" diplomu;
- 2020 — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020) yubiley medalı;
- 2019 — SOCAR-ın "Fəxri neftçi" döş nişanı;
- 2018 — Akademik Azad Mirzəcanzadənin beynəlxalq gümüş medalı;
- 2018 — İxtiraçılıq sahəsində beşinci Respublika müsabiqəsinin qalibi;
- 2017 — İxtiraçılıq sahəsində dördüncü Respublika müsabiqəsinin qalibi;
- 2017 — İvano-Frankovsk Neft və Qaz Milli Texniki Universitetinin qarşısında xidmətlərə görə medalı;
- 2016 — İxtiraçılıq sahəsində üçüncü Respublika müsabiqəsinin qalibi;
- 2016 — Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı[5];
- 2013 —İxtiraçılıq sahəsində birinci Respublika müsabiqəsinin qalibi;
- 2009 — Azərbaycan Respublikasının Neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə SOCAR-ın Fəxri Fərmanı;
- 2004 — Azərbaycan Respublikasının Neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə SOCAR-ın Fəxri Fərmanı;
- 1985 — "SSRİ ixtiraçısı" döş nişanı.
Seçilmiş elmi əsərləri
redaktəKitablar
redaktə- B. A. Suleimanov, E. F. Veliyev, A. A. Aliyev. Oil and gas well cementing for engineers. — UK: John Wiley & Sons Ltd., 2023. — 272p. ISBN 978-1-394-16485-1;
- Baghir A. Suleimanov, Elchin F. Veliyev, Vladimir Vishnyakov. Nanocolloids for petroleum engineering: Fundamentals and practices // UK, John Wiley & Sons Ltd. — 2022, 288p. Print ISBN 978-1-119-88959-5, Online ISBN 978-1-119-88976-2;
- Сулейманов Б. А., Велиев Э. Ф., Шовгенов А. Д. Теоретические и практические основы цементирования скважин. Серия: Современные нефтегазовые технологии // Москва-Ижевск, Институт компьютерных исследований — 2022, 292c. ISBN 978-5-4344-0957-5;
- Сулейманов Б. А. Теория и практика увеличения нефтеотдачи пластов. Серия: Современные нефтегазовые технологии // Москва-Ижевск, Институт компьютерных исследований — 2022, 286с. ISBN 978-5-4344-0952-0;
- Vladimir Vishnyakov, Baghir Suleimanov, Ahmad Salmanov, Eldar Zeynalov. Primer on enhanced oil recovery. 1st Edition // Gulf Professional Publishing, Elsevier Inc. — 2019, 223 p. Paperback ISBN 978-0-12-817632-0, eBook ISBN 978-0-12-817633-7;
- Сулейманов Б. А. Особенности фильтрации гетерогенных систем. Серия: Современные нефтегазовые технологии // Москва-Ижевск, Институт компьютерных исследований — 2006, 356 c. ISBN 5-93972-592-9.
Məqalələr
redaktə- Suleimanov B. A., Abbasov E. M. Predıctıng of water breakthrough tıme ınto the well on pressure buıld-up curves // Applied and Computational Mathematics. — 2024. — Vol.23, N. 2. — P. 219–227. — doi: 10.30546/1683–6154.23.2.2024.219;
- Suleimanov B. A., Feyzullayev Kh. A. Simulation study of water shut-off treatment for heterogeneous layered oil reservoirs // Journal of Dispersion Science and Technology. — 2024. — P. 1–11. — doi: 10.1080/01932691.2024.2338361;
- Suleimanov B. A., Abbasov H. F. Wettability alteration of quartz sand using Z-type Langmuir–Blodgett hydrophobic films // Physics of Fluids. — 2024. — Vol. 36. — P. 034118. — doi: 10.1063/5.0196917;
- Baghir A. Suleimanov, Sabina J. Rzayeva, Aygun F. Akberova and Ulviyya T. Akhmedova. Self-foamed biosystem for deep reservoir conformance control // Petroleum Science and Technology, 2022, Vol. 40, No. 20, 2450–2467;
- B. A. Suleimanov, S. J. Rzayeva and U. T. Akhmedova. Self-gasified biosystems for enhanced oil recovery // International Journal of Modern Physics B, 2021, Vol. 35, No. 27, 2150274;
- B. A. Suleimanov, E. F. Veliyev and N. V. Naghiyeva. Colloidal dispersion gels for in-depth permeability modification // Modern Physics Letters B, 2021, Vol. 35, No. 1, 2150038;
- Baghir A. Suleimanov, Elchin F. Veliyev, Aliyev A. Azizagha. Colloidal dispersion nanogels for in-situ fluid diversion // Journal of Petroleum Science and Engineering, 2020, Vol. 193, No. 10, 107411;
- Rayyat Huseyn Ismayilov, Fuad Famil Valiyev, Nizami Vali Israfilov, Wen-Zhen Wang, Gene-Hsiang Lee, Shie-Ming Peng, Baghir A. Suleimanov. Long chain defective metal string complex with modulated oligo-α-pyridylamino ligand: Synthesis, crystal structure and properties // Journal of Molecular Structure, 2020, Vol. 1200, 126998;
- Baghir A. Suleimanov, Khasay A. Feyzullayev, Elhan M. Abbasov. Numerical simulation of water shut-off performance for heterogeneous composite oil reservoirs // Applied and Computational Mathematics, 2019, Vol. 18, No. 3, 261–271;
- Сулейманов Б. А., Гусейнова Н. И. Анализ состояния разработки месторождения на основе информационных показателей Фишера и Шеннона // Автоматика и телемеханика, 2019, № 5, 118–135;
- Baghir A. Suleimanov, Hakim F. Abbasov, Fuad F. Valiyev, Rayyat H. Ismayilov, Shie-Ming Peng. Thermal-conductivity enhancement of microfluids with Ni3(µ3-ppza)4Cl2 metal string complex particles // ASME. Journal of Heat Transfer, 2019, Vol. 141, 012404;
- Baghir A. Suleimanov, Arif A. Suleymanov, Elkhan M. Abbasov, Erlan T. Baspayev. A mechanism for generating the gas slippage effect near the dewpoint pressure in a porous media gas condensate flow // Journal of Natural Gas Science and Engineering, 2018, Vol. 53, 237–248;
- Baghir A. Suleimanov, Yashar A. Latifov, Elchin F. Veliyev, Harry Frampton. Comparative analysis of the EOR mechanisms by using low salinity and low hardness alkaline water // Journal of Petroleum Science and Engineering, 2018, Vol. 162, 35–43;
- Baghir A. Suleimanov, Elchin F. Veliyev. Novel polymeric nanogel as diversion agent for enhanced oil recovery // Petroleum Science and Technology, 2017, Vol. 35, No. 4, 319–326;
- Baghir A. Suleimanov, Elkhan M. Abbasov, and Marziya R. Sisenbayeva. Mechanism of gas saturated oil viscosity anomaly near to phase transition point // Physics of Fluids, 2017, Vol. 29, 012106;
- Baghir A. Suleimanov, Rayyat H. Ismayilov, Hakim F. Abbasov, Wen-Zhen Wang, Shie-Ming Peng. Thermophysical properties of nano- and microfluids with [Ni5(μ5-pppmda)4Cl2] metal string complex particles. // Colloids and Surfaces A: Physicochemical and Engineering Aspects, 2017, Vol. 513, 41–50;
- Baghir A. Suleimanov, Hakim F. Abbasov. Chemical control of quartz suspensions aggregative stability // Journal of Dispersion Science and Technology, 2017, Vol. 38, No. 08, 1103–1109;
- Сулейманов Б. А., Аббасов Х. Ф. Влияние агрегации наночастиц на теплопроводность нанофлюидов // Журнал физической химии, 2016, Том 90, № 2, 240–248;
- B. A. Suleimanov, E. F. Veliyev & O. A. Dyshin. Effect of nanoparticles on the compressive strength of polymer gels used for enhanced oil recovery (EOR) // Petroleum Science and Technology, 2015, Vol. 33, No. 10, 1133–1140;
- Baghir Alekper Suleimanov, Fakhreddin Sattar Ismailov, Oleq Aleksandrovich Dyshin, Svetlana Sirlibayevna Keldibayeva. Statistical modeling of life cycle of oil reservoir development // Journal of the Japan Petroleum Institute, 2014, Vol. 57, No. 1, 47–57;
- Suleimanov B. A., Dyshin O. A. Application of discrete wavelet transform to the solution of boundary value problems for quasi-linear parabolic equations // Applied Mathematics and Computation. — 2013. — Vol. 219, No. 12. — P. 7036–7047. — doi: 10.1016/j.amc.2012.11.033;
- Сулейманов Б. А. Механизм эффекта скольжения при течении газированных жидкостей // Коллоидный журнал, 2011, Том 73, № 6, 847–857;
- B. A. Suleimanov, F. S. Ismailov, E. F. Veliyev. Nanofluid for enhanced oil recovery // Journal of Petroleum Science and Engineering, 2011, Vol. 78, 431–437;
- Э. М. Аббасов, О. А. Дышин, Б. А. Сулейманов. Вейвлет-метод решения задачи нестационарной фильтрации с разрывными коэффициентами // Журнал вычислительной математики и математической физики, 2008, Том 48, № 12, 2163–2179;
- Б. А. Сулейманов, Э. М. Аббасов, А. О. Эфендиева. Стационарная фильтрация в фрактально-неоднородной пористой среде // Инженерно-физический журнал, 2005, Том 78, № 4, 194–196;
- Сулейманов Б. А. О влиянии взаимодействия частиц дисперсной фазы на реологию фрактально-неоднородных дисперсных систем // Коллоидный журнал, 2004, Том 66, № 2, 283–286;
- B. A. Suleimanov, Kh. F. Azizov, E. M. Abbasov. Slippage effect during gassed oil displacement // Energy Sources, 1996, Vol. 18, No. 7, 773–779;
- Б. А. Сулейманов. О возможности раннего диагностирования появления воды в призабойной зоне нефтяных скважин // Азербайджанское нефтяное хозяйство, 1986, № 6, 14–16.
Məruzələr
redaktəABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya, Belarus, Ukrayna, Kazahıstan, Özbəkistan və s. ölkələrdə keçirilən beynəlxalq forum, konfrans və simpoziumlarda məruzəçi kimi iştirak etmişdir.
Elmi redaktorluq
redaktə- Fəxrəddin İsmayılov, Əhməd Salmanov, Bakir Məhərrəmov. Azərbaycanın neft-qaz yataqları və perspektivli strukturları. Kiçik Qafqazqarşısı-Talış neftli-qazlı vilayəti. III Kitab. Sorğu kitabı / Elmi red. Bağır Ələkbər oğlu Süleymanov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor. — Bakı: "MSV" MMC nəşriyyatı, 2024, 668 səh.; ISBN 978-9952-37-978-5.[6]
- Fəxrəddin İsmayılov, Əhməd Salmanov, Bakir Məhərrəmov, Hafiz Şəkərov. Azərbaycanın neft-qaz yataqları və perspektivli strukturları. Xəzər dənizi akvatoriyası. II Kitab. Sorğu kitabı / Elmi red. Bağır Ələkbər oğlu Süleymanov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor. — Bakı: "MSV" MMC nəşriyyatı, 2024, 648 səh.; ISBN 978-9952-37-978-5.[7]
- Fəxrəddin İsmayılov, Əhməd Salmanov, Bakir Məhərrəmov. Azərbaycanın neft-qaz yataqları və perspektivli strukturları. Qusar-Dəvəçi, Xızı və Abşeron NQR-ləri. I Kitab. Sorğu kitabı / Elmi red. Bağır Ələkbər oğlu Süleymanov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor. — Bakı: "Mars Print" nəşriyyatı, 2023, 776 səh.; ISBN 978-9952-37-978-5.[8]
- Əhməd Salmanov, Bakir Məhərrəmov, Elmir Qaragözov, Nizami Kərimov. Azərbaycanın dəniz akvatoriyasında neft-qaz yataqlarının geologiyası və işlənmə göstəriciləri. Sorğu kitabı / Elmi red. Bağır Ələkbər oğlu Süleymanov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor. — Bakı: "MSV" MMC nəşriyyatı, 2023, 508 səh. ISBN 978-9952-39-083-4
- Əhməd Salmanov, Bakir Məhərrəmov, Elmir Qaragözov, Nizami Kərimov. Azərbaycanın quru ərazisində neft-qaz yataqlarının geologiyası və işlənmə göstəriciləri. Sorğu kitabı / Elmi red. Bağır Ələkbər oğlu Süleymanov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor. — Bakı: "MSV" MMC nəşriyyatı, 2023, 624 səh.; ISBN 978-9952-39-147-3.[9]
- Ş. Z. İsmayılov, A. Ə. Süleymanov, İ. N. Əliyev, F. F. Əhməd. Karbohidrogen yataqlarının suüstü və sualtı mədənlər kompleksləri ilə işlənməsinin və istismarının xüsusiyyətləri: Dərslik / Red. B. Ə. Süleymanov; Azərb. Resp. Elm və Təhsil Nazirliyi, Azərb. Dövlət Neft və Sənaye Un-ti. — Bakı: Elm, 2023, 217 s.[10]
Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı AMEA-nın "Elm" nəşriyyatında çapdan çıxmış Akademik Azad Mirzəcanzadənin Yeni Bibliografiyasının və 4 cildlik Seçilmiş Əsərlərin elmi redaktorudur.
- Azad Xəlil oğlu Mirzəcanzadə: biobiblioqrafik göstərici / Elmi red. B. Ə. Süleymanov. – Bakı: Elm, 2018. — 216 с. ISBN 978-9952-514-50-6
- A. X. Mirzəcanzadə. Seçilmiş əsərlər. I cild / Elmi red. B. Ə. Süleymanov. — Bakı: Elm, 2018. — 658 c. ISBN 978-9952-514-54-4
- A. X. Mirzəcanzadə. Seçilmiş əsərlər. II cild / Elmi red. B. Ə. Süleymanov. — Bakı: Elm, 2018. — 574 c. ISBN 978-9952-514-89-6
Haqqında
redaktə- Bağır Ələkbər oğlu Süleymanov: biblioqrafik göstərici (65-illiyinə həsr olunur) / Elmi red. Q. İ. Calalov ; red. N. M. Əliyev ; tərt. O. Ə. Zeynalova. – Bakı : "Elm", 2024. – 192 s. ISBN 978-9952-569-83-4
- Süleymanov Bağır Ələkbər oğlu / Y. Əhmədov, B. Nəzərov. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti: Məzunlar // Bakı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 2022, səh.22. ISBN 978-9952-8424-8-7
- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutu / E. Nuriyev. Azərbaycanda tikinti: reallıq və inkişaf istiqamətləri // Bakı, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu, 2022, səh.139.
- Süleymanov Bağır Ələkbər oğlu / Azərbaycan Milli Elmlər Akademiyasının Simalarda: 1945–2020: Azərbaycan Milli Elmlər Akademiyası-75 il // Bakı, Elm, 2021, s. 940–941. ISBN 978-9952-523-29-5.
- Ф. С. Исмаилов. Яркая личность страны огней // SOCAR Proceedings, 2019, № 3, 3–5.
- F. İsmayılov. Bağır Ələkbər oğlu Süleymanov – 60 il! // Azərbaycan neft təsərrüfatı, 2019, № 06–07, s. 79.
- AMEA-nın müxbir üzvü Bağır Süleymanovun 60 yaşı tamam olur //AMEA-nın rəsmi saytı, 21. iyun 2019
- F. İsmayılov. Odlar yurdunun parlaq zəkası // İki Sahil, 21 iyun 2019-cu il, s. 11.
- F. İsmayılov. Odlar yurdunun parlaq zəkası // Vışka, 21 iyun 2019-cu il, s. 7.
- Сулейманов Багир Алекбер оглы / Энциклопедический альбом нефти и газа России — история в лицах и свершениях // Москва, Ника-Д, 2012, стр. 805.[11]
- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutu / E. Nuriyev, Z. Allahverdiyev. Azərbaycanın inkişafında tikinti kompleksinin rolu // Bakı, Şərq-Qərb, 2011, səh. 255.[12]
- Жизнь, посвященная науке // Вышка, 19 июня 2009 года, стр. 11.
- Багир Алекпер оглу Сулейманов – 50 лет ! // Азербайджанское нефтяное хозяйство, 2009, № 7, 83.
- Orxan Vahidoğlu. Neftçi ömrünün işıqlı yolları // İki Sahil, 17 iyun 2009-cu il.
- Не скупитесь дарить идеи. К 80-летию академика А. Х. Мирзаджанзаде // Уфа, Нефтегазовое дело, 2008, стр. 51.
- Süleymanov Bağır Ələkbər oğlu / Azərbaycanın neftçi alimləri /AMEA Geologiya İnstitutu; tərt. ed. Ə. M. Dadaşov; red. hey. Ak. A. Əlizadə, M. T. Abasov, Q. İ. Calalov, Q. M. Əfəndiyev // Bakı, Nafta-Press, 2007, s. 189–191. ISBN 978-9952-437-24-9.
İstinadlar
redaktə- ↑ Azərbaycan Sovet Ensiklopediyası — IX Cild (S, T, U, Ü, F). -səh.100
- ↑ "Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi. Dənizdə neft hasilatının işlədilməsində Ələkbər Süleymanovun rolu". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-10.
- ↑ "Azərbaycan alimləri Stenford Universitetinin 2022-ci ilin reytinq siyahısında". 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-11.
- ↑ [[[:en:Society of Petroleum Engineers]] "Society of Petroleum Engineers"] (#bad_url). 2020-11-26 tarixində of Petroleum Engineers%5d%5d arxivləşdirilib (#bad_url). İstifadə tarixi: 2022-11-02.
- ↑ "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-11.
- ↑ "Fəxrəddin İsmayılov, Əhməd Salmanov, Bakir Məhərrəmov. Azərbaycanın neft-qaz yataqları və perspektivli strukturları. Kiçik Qafqazqarşısı-Talış neftli-qazlı vilayəti. III Kitab. Sorğu kitabı / Elmi red. Bağır Ələkbər oğlu Süleymanov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor. — Bakı: "MSV" MMC nəşriyyatı, 2024, 668 səh". 2024-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.
- ↑ "Fəxrəddin İsmayılov, Əhməd Salmanov, Bakir Məhərrəmov, Hafiz Şəkərov. Azərbaycanın neft-qaz yataqları və perspektivli strukturları. Xəzər dənizi akvatoriyası. II Kitab. Sorğu kitabı / Elmi red. Bağır Ələkbər oğlu Süleymanov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor. — Bakı: "MSV" MMC nəşriyyatı, 2024, 648 səh". 2024-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.
- ↑ "Fəxrəddin İsmayılov, Əhməd Salmanov, Bakir Məhərrəmov. Azərbaycanın neft-qaz yataqları və perspektivli strukturları. Qusar-Dəvəçi, Xızı və Abşeron NQR-ləri. I Kitab. Sorğu kitabı / Elmi red. Bağır Ələkbər oğlu Süleymanov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor. — Bakı: "Mars Print" nəşriyyatı, 2023, 776 səh". 2024-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.
- ↑ "Əhməd Salmanov, Bakir Məhərrəmov, Elmir Qaragözov, Nizami Kərimov. Azərbaycanın quru ərazisində neft-qaz yataqlarının geologiyası və işlənmə göstəriciləri. Sorğu kitabı / Elmi red. Bağır Ələkbər oğlu Süleymanov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor. — Bakı: "MSV" MMC nəşriyyatı, 2023, 624 səh". 2024-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.
- ↑ "Ş. Z. İsmayılov, A. Ə. Süleymanov, İ. N. Əliyev, F. F. Əhməd. Karbohidrogen yataqlarının suüstü və sualtı mədənlər kompleksləri ilə işlənməsinin və istismarının xüsusiyyətləri: Dərslik / Red. B. Ə. Süleymanov; Azərb. Resp. Elm və Təhsil Nazirliyi, Azərb. Dövlət Neft və Sənaye Un-ti. - Bakı: Elm, 2023, 217 s." 2024-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.
- ↑ "Сосногорский ГПЗ презентовал книгу «Энциклопедический альбом нефти и газа России — история в лицах и свершениях»". 2019-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-15.
- ↑ "E. Nuriyev, Z. Allahverdiyev. Azərbaycanın inkişafında tikinti kompleksinin rolu // Bakı, Şərq-Qərb, 2011, səh. 255". 2022-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-13.
Xarici keçidlər
redaktə- AMEA-nın rəsmi vebsaytı Süleymanov Bağır Ələkbər oğlu