Bas Kungut - Wikipedia
Baş Küngüt — Azərbaycan Respublikasının Şəki rayonunda kənd.[2]
Baş Küngüt | |
---|---|
41°09′41″ şm. e. 47°19′17″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 859 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5515[1] |
Digər | |
kungut.az | |
Toponimikası
redaktəToponimin "Baş" hissəsi kəndin üst, hündür, yuxarı yerdə (yəni "başda") yerləşməsini əks etdirən sözdür. Toponimin ikinci komponenti olan "Küngüt" isə, XIII əsrdə monqol işğallarında iştirak etmiş kungiyat tayfasının adını əks etdirir. Kəndin adının ümumi mənası da "yuxarı tərəfdə yerləşən Küngüt kəndi" deməkdir.[3]
Tarixi
redaktəKənddəki bəzi məhəllə adları: Həjjərlər, Süvərlər, Papaqçılar, Dəmirçilər, Muradlılar, Bəkirlər və s.
Tarixi abidələri
redaktəƏrazisində orta əsrlərə aid Küngüt qalası, alban məbədi, Həzrət Əli qalası və bir sıra tarixi abidələr yerləşir.
Coğrafiyası və iqlimi
redaktəKənd rayon mərkəzindən 27 km şimal-şərqdə, Əyriçayın qolu olan Küngütçayın sahilində, dağlıq ərazidə yerləşir. Kənd şimaldan Böyük Qafqaz dağları, cənubdan Bideyiz, şərqdən Baş Kəldək, cənub-şərqdən isə Oraban kəndləri ilə əhatə olunmuşdur. Küngütçay kəndin şərqindən axır. Əsasən yayın sonu və payızın əvvəlində çayda daşqınlar olur. Kəndin içərisindən isə Qaraçay adlı kiçik çay axır.
Əhalisi
redaktə2009-cu il siyahıya alınmasında əhalinin sayı 1600 nəfər təşkil edib. Kənd əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Lakin az sayda ləzgilər, avarlar və ruslar da var.
Tanınmış şəxsləri
redaktəİqtisadiyyatı
redaktəKənddə yay turizmi üçün əlverişli olan Küngüt istirahət mərkəzi var. Bu istirahət mərkəzi dağın üzərində, kənddən 130 metr yüksəklikdə yerləşir.
Mədəniyyəti
redaktəKənddə mədəniyyət evi fəaliyyət göstərir.
Novruz ərəfəsində 10-cu sinif şagirdləri kənd ərazisində "Qodu-qodu" gəzir. Kənd camaatı onlara sovqat verir və yığılan sovqatla şənlik təşkil olunur.
Din
redaktəKənddə Baş Küngüt kənd məscidi dini icması fəaliyyət göstərir.[4]
İstinadlar
redaktə- ↑ http://www.azerpost.az/?options=content&id=188.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
- ↑ Baş Küngüt // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
Mənbə
redaktəXarici keçidlər
redaktə Şəki rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |