Basxanim Sefiqizi - Wikipedia
Başxanım Şəfiqızı (1880, Daşkənd, Yeni Bəyazid qəzası – 18 noyabr 1958, Daşkənd, Basarkeçər rayonu) — Göyçə mahalında yaşamış şairə.
Başxanım Şəfiqızı | |
---|---|
Rəsulova Başxanım Şəfi qızı | |
| |
Doğum tarixi | 1880 |
Doğum yeri | |
Vəfat tarixi | 18 noyabr 1958 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Başxanım Şəfiqızı Vikimənbədə |
Həyatı
redaktəRəsulova Başxanım Şəfi qızı 1880-ci ildə Göyçə mahalının Daşkənd kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Axund Şəfi, qardaşları Molla Mehdi və Hacı Rəhim dövrünün mütərəqqi ziyalısı olmuşdur.
Qardaşı Hacı Rəhim 1905-ci və 1918-ci illərdə daşnaqlara qarşı vuruşan və bu yolda şəhid olan ən cəsur igidlərdən olmuşdur. Başxanım da atası və qardaşlarından ərəb və fars dilində yazıb oxumağı öyrənmişdir.
Səxavətdə, mərhəmətdə Hatəmi-Taun qədər ad-san qazanan Başxanım hazırcavablığı ilə də Göyçə mahalında məşhur qadınlardan olmuşdur.
Böyük Vətən müharibəsindən oğlu Nəsib (1909–1941/45) və İkinci dünya müharibəsindən oğlu Zülfiqarın (1912–1939/45) qayıtmaması, həyat yoldaşı Məhərrəmin (1873–1953) gözlərinin tez tutulması və onun da vəfatı Başxanımı çox sarsıtmışdır.
Başxanım Şəfiqızı 18 noyabr 1958-ci ildə doğma vətəni Daşkənd kəndində vəfat etmiş və Daşkənd qəbiristanlığında dəfn edilmişdir.
Haqqında yazılanlar
redaktəBaşxanım Şəfiqızının həyatı və yaradıcılığı haqqında bir neçə kitabda məlumat verilmişdir:
- 1991-ci ildə "Gənclik" nəşriyyatında çap olunan Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" kitabında Başxanım Şəfiqızının qoşmaları və bayatıları nəşr olunmuşdur (səh 157–159).
- 1998-ci ildə Gəncə nəşriyyatında çap olunan Sərraf Şiruyənin "Bu ocağın odu sönməz" kitabında (səh. 6–10).
- 2005-ci ildə "Avrasiya press" nəşriyyatında çap olunan "Azərbaycan qadın şairləri antologiyası" kitabında (səh. 129–130)
- 2006-cı ildə "Nurlan" nəşriyyatında çap olunan Araz Yaquboğlunun "Bir kökün budaqları" kitabında Başxanım Şəfiqızının gəraylısı, qoşmaları və bayatıları nəşr olunmuşdur (səh 8–14).
- 2006-cı ildə "Nurlan" nəşriyyatında çap olunan Araz Yaquboğlunun "Elin yaddaşında yaşayan ömür" kitabında Başxanım Şəfiqızının həyatı haqqında geniş məlumat verilmişdir.
- 2010-cu ildə "MBM" mətbəəsində çap olunan "Aşıq qadınların antologiyası" kitabında Başxanım Şəfiqızının gəraylısı, qoşmaları və bayatıları nəşr olunmuşdur (səh 42–45).
İstinadlar
redaktəMənbə
redaktə- Əzizə Cəfərzadə "Azərbaycanın aşıq və şair qadınları", Bakı, "Gənclik", 1991. (səh 157–159).
- Qara Namazov. "Aşıqlar" (I kitab), Bakı, "Səda", 2004. səh.64.
- Araz Yaquboğlu, Bir kökün budaqları, Bakı, "Nurlan", 2006. səh.8–14.
- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008.