Baba Xan Cavuslu - Wikipedia
Baba xan Çavuşlu (? - ö.1737) — Nadir şah Əfşarın silahdaşı və ordu komandirlərindən biri.[1]
Baba xan Çavuşlu | |
---|---|
fars. باباخانِ چاووشلو | |
Şəxsi məlumatlar | |
Doğum yeri | İran |
Vəfat tarixi | |
Vəfat yeri | Buxara |
Həyatı
redaktəBaba xan Çavuşlu XVIII əsrin 30-cu illərində Nadir şah Əfşarın siyasətinin tərəfdarı, onun silahdaşı və ordu komandirlərindən biri olub.
Çavuşlu oymağından idi. Bu oymaq Şah Abbasın əmri ilə Özbəklərin basqınlarının qarşısını almaq üçün Azərbaycandan Xorasana köçürülmüş, Əbivərd və Kəlat məntəqələrində məskunlaşdırılmışdır. Baba xan Çavuşlu Nadir şah və Əfqanlar arasında baş vermiş Mehmandust döyüşündə fərqlənmişdir. Xidmətdə fərqləndiyinə görə o, II Şah Təhmasib və Nadir tərəfindən bir neçə sərkərdəsi ilə birlikdə mükafatlandırılmışdır. Nadir şah Əfşar Muğanda tacqoyma mərasimi keçirərkən onun Səfəvilər sülaləsini Əfşarlar nəslinin əvəz etməsi fikrini Baba xan da dəstəkləmiş və onu müdafiə etmişdir. Nadir şah Əfşarlar dövlətinin əsasını qoyandan sonra Luristan və Heratın bəylərbəyi olmuşdur. O, Buxarada Əbülfəzl xan Özbəkin qoşunun məğlub etmişdir. Baba xan Osmanlılarla döyüşdə də fərqlənmişdir. Təhmasibqulu xan Naibüssəltənə 1733-cü ildə Topal Osman paşanın komandanlığı altında olan Osmanlı ordusu tərəfindən məğlub edilib Samirədən Həmədana geri çəkiləndən sonra yenidən osmanlılarla döyüşə girmək üçün İranın bütün vilayətlərindən böyük əmir və sərkərdələri Həmədana, öz ordugahına çağırdı, o cümlədən Baba xan çavuşlunu da gətirdi. Döyüş uğurla keçdi, Nadir Şah osmanlı ordusunu məğlub edərək, Topal Osman paşanı öldürdü.O, bundan sonra Baba xanı ordunun komandanı təyin edib, Hillə, Kərbəla, Nəcəf şəhərlərini tutmağa göndərdi. Baba xan bu tapşırığın da öhdəsindən bacarıqla gəldi. Nadir Şah səltənət taxtına əyləşdikdən sonra Azərbaycanı osmanlılardan tamamilə təmizlədi. O, digər hüdudları da azad edərək, Baba xanla birləşdi və nəzərdə tutduğu fəthlərə başladı.[1]
Şəlavək (Şəlduk) qalasında xidmət edərkən Baba xan güllə ilə öldürüldü və Məşhəddə dəfn oldu.
Ailəsi
redaktəBaba xanın Behbud xan adlı oğlu vardı.