Bahar Novruzciceyi - Wikipedia
Bahar novruzçuçəyi (lat. Primula veris) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin novruzçiçəyi cinsinə aid bitki növü.
Bahar novruzçiçəyi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Bahar novruzçiçəyi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki xarakteristikası
redaktəÇoxillik ot bitkisidir. Qısa kökümsovları şaquli, dik yerləşib, uzunluğu 6-8 sm olmaqla, çoxillik şirəli, qaytanabənzər köklərə malikdir. Kök üstündə olan yarpaqları rozetşəkilli, uzunsov-tərsyumurtavari, qırışıq, kənarları çəpərli, yumşaq tükcüklü, mərkəzi damarı aydın görünən, şirəli və qanadlı saplağı vardır. Gövdəsi yarpaqsız, şirəli, hündürlüyü 15-30 sm, çiçəkqrupunun sonunda sadə birtərəfli çətirləri başı aşağı əyilmiş açıq-sarı rəngli burcuqlu çiçəkləri vardır. Meyvələri yumurtavarı çoxtoxumlu olmaqla, qutucuqda yerləşir. May-iyun aylarında çiçəkləyir, iyul-avqust aylarında isə meyvələri yetişir.
Enliyarpaqlı və qarışıq meşələrdə, orta dərəcəli kolluqlarda, seyrək meşəliklərdə, meşə çəmənliklərində və talalarda yaşayır.
Yarpaqlarını, bitki çiçəkləmə başladıqda əl ilə və ya bıçaqla toplamaq lazımdır. Qurudulma tez olmaqla, quruducu şkafda 100-120°С-də naves və ya çardaxda nazik qatla kölgəli yerlərdə sərilməlidir.
Bitkini köklə birlikdə qopararaq çıxarmaq yolverilməzdir. Xammalı sarımtıl-yaşıl, uzunsov-tərsyumurtavari yarpaqlı, uzunluğu 10 sm-ə qədər, eni isə 5-8 sm, qanadlı, yastı saplaqdan ibarətdir. Spesifik iyli və şirintəhər-acı dadlıdır.
Kisələrdə qablaşdıraraq quru yerdə saxlamaq lazımdır. Saxlama müddəti 1 ildir.
Tərkibi və təsiri
redaktəYarpaqlarının tərkibində 5,9%-ə qədər askorbin turşusu, flavonoidlər, karotinoidlər və triterpen saponinlər vardır. Yeraltı orqanlarının tərkibində 10% triterpen saponinlər flavonoidlər, karotinoidlər və efir yağı vardır.
Öskürəkkəsici və iltihabsorucu dərmandır.
Alınan preparatın tərkibindəki saponinlər bronx vəzilərinin sekresiyasını artırır, öskürəkkəsici və iltihabsorucu təsir göstərir. Yarpaqlarının tərkibində çoxlu miqdarda askorbin turşusu vardır.
Bahar novruzçiçəyi şərbəti öskürəkkəsici, iltihabsorucu dərmandır.
Sinupret draje, damcı. Öskürəkkəsici, sekretyaradıcı və iltihabsorucu dərmandır.
Bronxikum, eliksir. Öskürəkəleyhinə şərbət. Öskürəkkəsici, iltihabsorucu dərmandır.
Yarpaqlarının tərkibində sinqa xəstəliyi əleyhinə çoxlu miqdarda vitaminlər (xüsusən askorbin turşusu) vardır. Kökümsov və köklərində tənəffüs yollarının infeksion iltihab xəstəliklərində, bəlğəmin çətin çıxması və tutmaşəkilli öskürəklərdə əvəzedilməz dərmandır.
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 142–143.