Baki Dairesi - Wikipedia
Bakı dairəsi və ya Bakı mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi.
Bakı dairəsi | |
---|---|
Ölkə | |
İnzibati mərkəz | Bakı |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 aprel 1929 |
Ləğv edilib | 8 avqust 1930 |
|
Tarixi
redaktəBakı dairəsi VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzaların ləğv edilməsi nəticəsində yaradılmışdır.[1] Bakı qəzasını əvəz etmişdir.
SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Bakı dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.[1]
İstinadlar
redaktəXarici keçidlər
redaktə- "İnzibati-ərazi vahidləri" (PDF). Prezident Kitabxanası. 2021-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-08-25.