Baliqlarin Harayi Film 1990 - Wikipedia
Balıqların harayı qısametrajlı sənədli filmi rejissor Ramiz Əliyev tərəfindən 1990-cı ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Filmdə respublikamızda ərzaq proqramının tərkib hissəsini təşkil edən balıqçılığın inkişafına mənfi təsir göstərən amillərdən söhbət açılır.
Balıqların harayı | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Rejissor | Ramiz Əliyev |
Ssenari müəllifi | Hikmət Seyidov |
Operator | Sərdar Vəliyev |
Bəstəkar | Emin Sabitoğlu |
İstehsalçı | "Salnamə" sənədli filmlər studiyası |
İlk baxış tarixi | 1990 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan SSR |
İl | 1990 |
Texniki məlumatlar |
2 hissə 563 metr |
Rəng | rəngli |
Məzmun
redaktəFilmdə respublikamızda ərzaq proqramının tərkib hissəsini təşkil edən balıqçılığın inkişafına mənfi təsir göstərən amillərdən söhbət açılır. Film əyani şəkildə göstərir ki, Xəzər və ona tökülən çayların hamısı ekoloji fəlakət həddindədir. Buna baxmayaraq dənizin çirklənməsi gərgin şəkildə davam edir.[1]
Film xəbərdarlıq edir ki, Xəzər həm də İttifaqın Avropa və Asiya hissəsi üçün yeganə oksigen mənbəyidir. Ona görə də ekologiyanın pozulması insan üçün gözlənilməz nəticələrə gətirib çıxara bilər.[1]
Filmin üzərində işləyənlər
redaktəSsenari müəllifi: Hikmət Seyidov
Rejissor: Ramiz Əliyev
Operator: Sərdar Vəliyev
Bəstəkar: Emin Sabitoğlu