Balatonetrafi Milli Parki - Wikipedia
Balatonətrafı Milli Parkı (mac. Balaton-felvidéki Nemzeti Park) — Macarıstanın cənub-qərbində yerləşən milli park. Eyniadlı yüksəklikdə yerləşən milli park Mərkəzi Transdanubiyanın Zala və Vesprem medyelərini əhatə edir. Milli parkın sahəsi — 570 km²-dir. Park 1997-ci ildə yaradılmışdır.
Balatonətrafı Milli Parkı | |
---|---|
mac. Balaton-felvidéki Nemzeti Park | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 57 min. ha |
Yaradılma tarixi | 1997 |
Yerləşməsi | |
46°58′33″ şm. e. 17°55′46″ ş. u.HGYO | |
Ölkə | Macarıstan |
bfnp.hu/english/home/int… | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Milli park Balaton gölündən şimalda yerləşir. Parkın yerləşdiyi Bakon dağları göl boyu, Balatonfyureddən Kestheyaya qədər ensiz zolaq formasında uzanır. Parkın eni 1 km-lə 15 km arasında dəyişir. Park ərazisinin ən görməli məkanları bunlardı: Tihan yarımadası, Tapolsı mağarası, Tapolsa və Kali çayları hövzəsi, Cənubi Bakonya dağları və Zala çayının mənsəbi və Kiçik Balatondur.
Park ərazisi dağlıqdır, landşaftı isə vulkanik mənşəlidir. Burada çoxlu sönmüş vulkana, qədim qeyzerlərin kraterlərinə, lava axınlarına və onlarıdan meydana gəlmiş qəribə relyef formalarına rast gəlmək mümkündür. Milli parkın ərazisində ən böyük bazalt çıxıntısı Sent-Derd dağındadır. Bu dağda, Tapolsa şəhərinin yaxınlığında mağarada yerləşən gölə giriş mövcuddur. Bu girişi 1903-cü ildə aşkar etmişlər.[1]
Parkda çoxlu nadır bitkilərə rast gəlinir. Onların iyirmi növü qorunur, doqquz növə isə gücləndirilmiş qoruma tətbiq edilib. Balatonətrafı Milli Park həm də nadir quşların və heyvanların məkanıdır. Tihan yarımadasında yerləşən daxili göllər köçəri quşların mövsümi köç etmələrində böyük rol oynayır.
Şaşdi qoruq çəmənliyi Macarıstanda yeganə bölgə hesab olunur ki, orada relikt halında buzlaşma dövrünə məxsus bitki — Primula farinosa yetişir.
Balatonətrafı Milli Parkı altı zonaya bölünür: Tihan yarımadası, Peçeli çayı hövzəsi, Kali çayı hövzəsi, Topolsa hövzəsi, Kesthey dağları, Kiş-Balaton.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Official site of Balaton Uplands National Park Arxivləşdirilib 2016-03-12 at the Wayback Machine (mac.)