Balina Bigi - Wikipedia
Balina Bigi - Wikipedia - Haqqında Məlumat
Balina bığı[1] — Bığlı balinalarda rast gəlinən, balinaların qidasının ağız boşluğunda saxlamasına xidmət edən, buynuz maddəsindən təşkil olunan xüsusi plastinlər.
Dişlərə sahib olmayan balinaların üst çənələrində 360-800 arası (uzunluğu 20 - 450 sm) buynuz maddəsindən ibarət plastin olur. Onlar 0,3—1,2 sm arakəsmə ilə bir-birinin ardınca yerləşir. Hər bir plastinin baş hissəsi balıq, molyusk və xərçəngkimilərin suya axmasını əngəlləyən şitləri vardır. Onlar bir növ filter rolunu oynayır.
İstifadəsi
redaktəBalina bığları əvvəllər mebel və tekstil sahələrində geniş istifadə edilirdi. Plasmasın ixtirasına qədər onlardan paltarların tikilməsində geniş tətbiq olunmuşdur.
İstinadlar
redaktə- ↑ Balinakimilər // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 129. ISBN 978-9952-441-07-9.