Banya Luka Beynelxalq Hava Limani - Wikipedia
Banya-Luka (serb. Међународни аеродром Бања Лука, bosn. Međunarodni aerodrom Banja Luka) — Bosniya və Herseqovina ərazisində yerləşən beynəlxalq hava limanı. Hava limanı bəzən Maxovlyani Aeroportu adlanır. Bu cür adlanma onun yaxınlığında yerləşən kəndin adı ilə əlaqədardır. Hava limanı Bnya-Luka dəmir yol stansiyasından 18 km şimal-şərqdə yerləşir. Banya-Luka Bosniya və Herseqovinanın ikinci böyük şəhəridir. Üstəlik Serb Respublikasının paytaxtıdır.
Banya-Luka Beynəlxalq Aeroportu | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
44°56′29″ şm. e. 17°17′51″ ş. u.HGYO |
|||||||||||
IATA: BNX – ICAO: LQBK |
|||||||||||
Məlumat | |||||||||||
Hava limanı tipi | ictimai | ||||||||||
Ölkə | |||||||||||
Açılış tarixi | 1976 | ||||||||||
Operator | Dövlət | ||||||||||
Uçuş-enmə zolaqları | |||||||||||
|
|||||||||||
Statistika (2014) | |||||||||||
|
|||||||||||
Rəsmi saytı Rəsmi saytı |
|||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBanya-Luka Beynəlxalq hava limanının inşasına 1976-cı ildə başlanmışdır. O dövr üçün hava limanı yerli əhəmiyyətli bir aeroport olaraq inşa edilmişdir. Bu zaman limanı yerli uçuşları qəbul edirdi. Yuqoslaviyanın digər hava limanlarından bura uçuşlar təşkil edilirdi.
Deyton anlaşması ilə Banya-Luka faktiki olaraq Serb Respublikasının paytaxtına çevrilmişdir. Bundan sonra Banya-Luka hava limanı böyük əhəmiyyət və yeni vəzifə daşımasına səbəb olmuşdur. Banya-Luka Beynəlxalq Aeroportu mülki reyslərin qəbulu üçün 18 noyabr 1997-ci ildə açılmışdır.
1999 - 2003-cü illər ərzində Air Srpska şirkətinin əsas hava limanı olmuşdur. Bununla yanaşı Serb Respublikasının xarici ölkələrlə əsas əlaqə vasitəsinə çevrilmişdir. Bu şirkət dövlətin təşkilatlığı ilə təşkil edilmişdir. 2003-cü ildə Air Srpska öz fəaliyyətini dayandırmışdır. Bundan Sky Srpska şirkəti təşkil edilmişdir. Bu şirkətin əsas bazası Banya-Luka Beynəlxalq Aeroportu idi.
Hava limanın modernləşdirilməsinə 2002 və 2003-ci illərdə başlanılmışdır. Bu addımın əsas səbəbi 2003-cü ildə roma papası II İohan Pavelin Banya-Lukaya gəlməsi idi.
Banya-Luka Beynəlxalq Hava limanını «Aerodromi Republike Srpske» şirkəti idarə edir.
Avia əlaqə
redaktəMüxtəlif vaxtlarda hava limanından Afina (Yunanıstan), Belqrad (Serbiya), Frankfurt (Almaniya), Zalsburq (Avstriya), Tivat (Monteneqro) və Vyana (Avstriya) istiqamətli uçuşlar gerçəkləşdirilmişdir. Adria Airways şirkəti bir başa Banya-Lukaya uçuş təşkil edən ikinci ölkədir. 2010-cu ilin iyulundan Lyubliyanadan Banya-Lukaya həftədə dörd reys təşkil edilir.
2007-ci ilin noyabrından 2009-cu ilin dekabrına qədər serb aviaşirkəti olan Jat Airways Belqraddan Banya-Lukaya uçuşlar təşkil edilirdi.
Aviaşirkətlər və hədəflər
redaktəMütəmadi reylslər
redaktə- Adria Airways - Lyublyana
- B&H Airlines - Surix, Sarayevo, Tivat
Statistika
redaktəSərnişin dövrüyyəsi[2]
İl/ay | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | İl nəticəsi |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2011 | 560 | - | - | - | - | - | - | - | - | - | - | - | 560 |
2010 | - | - | - | - | - | - | - | - | 497 | 432 | 602 | - | 4.798 |
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "EAD Basic". 2019-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
- ↑ "Статистика по аэропортам Боснии и Герцеговины: Баня-Лука". 2010-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-16.