Bao - Wikipedia
Bao - Hun şanyüsü. Onun dövründə Luanti soyadı hun dilində əjdaha mənasına gələn Liu soyadına dəyişmişdir.
Liu Bao | |
---|---|
劉豹 | |
Hunların XXXXII şanyüsü | |
Əvvəlki | Huçuquan |
Sonrakı | Kubey |
Şəxsi məlumatlar | |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Yufuluo |
Həyat yoldaşı | Tsai Ventzi |
Uşaqları |
Yuanxay Hsüan |
Həyatı
redaktəƏmisi Huçuquan dövründə 189-cu ildə Sol Müdrik şahzadə titulu ilə 5 qəbilə onun səlahiyyətinə verilmişdi. Çinlilər Hun imperiyasını işğal etdikdən və Huçuquanı həbs etdikdən sonra Bao özünü şanyü elan etdi. Qardaşı Kubey isə Sol Müdrik şahzadə titulu aldı.[1] 35 il şanyülük edərək ən uzun hakimiyyət sürən hökmdarlardan oldu. Titulunun şanyü olmasına baxmayaraq çinlilər onu hökmdar yox, qəbilə başçısı olaraq görürdülər. 260-cı ildə vəfat etdi və onun qəbilələrinin başçılığına qardaşı Kubey keçdi.
Ailəsi
redaktəBao Çindəki vətəndaş müharibəsi vaxtı özünü imperator elan etmiş və Xan sülaləsini devirmiş Tsai Tsaonun qohumlarından biri olan Tsai Ventzini oğurladı və onun məşuqəsi etdi. Ondan 2 övladı oldu. Bundan əlavə Qiyan sülaləsindən bir qadınla (呼延) evlənmiş, ondan Yuan adlı övladı olmuşdu.
Övladları
redaktə- Liu Yuan (Yuanxay 元海) (d. 251 - ö. 310) - Şimali Xan imperiyasını qurdu.
- Liu Syun (Yuanyinq 元英)
- Liu Şenq (ö. 310) - Şimali Xan ordusunda sərkərdə, Liu He tərəfindən edam edildi.[2]
- Liu Yannian - Şimali Xan imperiyasında sərkərdə.Liu Konq dövrünəcən yaşamışdır.