Bapisa Qevoq - Wikipedia
Bapisa və ya Bapbi — Butanın Tximpxu dzonqxaqında keçmiş qevoq.
Qevoq | |
Bapisa | |
---|---|
Ölkə | Butan |
Dzonqxaq | Tximpxu |
Tarixi və coğrafiyası | |
Ləğv olunub | bilinmir |
Əvvəlki adı | Bapbi |
Sahəsi | 27[1] |
Mərkəzin hündürlüyü | 3000 m |
İqlimi | Subtropik |
Saat qurşağı | UTC+6 , yayda UTC+7 |
Əhalisi | |
Rəsmi dili | Dzonqxa dili |
Coğrafiya
redaktəQevoqun ərazisi 27 km2 idi. Daxilində olan kəndlər dəniz səviyyəsindən 1500–3000 metr yüksəklidə yerləşirdi. Subtropik iqlimə malik idi, yaz ayları isti və nəmli olurdu. İyun, iyul və avqust aylarında ağır yağışlı mussonlar baş verirdi. Qışda iqlim normal səviyyədə olurdu.
Tximpxu, Puanakxa və Vanqdi-Pxodranq şəhərlərini birləşdirən yol Bapisa qevoqundan keçirdi.[2] Bapisa qevoqunun qərbində Teopisa qevoqu yerləşirdi. Qevoq Tximpxudan 55 kilometr uzaqlıqda yerləşirdi və ən əlverişli yola malik olan qevoq idi.
İqtisadiyyat
redaktəDüyü qevoqun əsas qida mənbəyidir. Baharda cücərən buğda daha az populyardır. Qevoq sakinləri tərəvəz və düyüləri bazarda satmaq üçün yetişdirirlər. 2001-ci ildə ev təsərrüfatlarının 75%-dən çoxu elektrikləşdirilmiş və ölkədaxili boru kəmərinə bağlanmışdı.[1]
Əhali
redaktə2001-ci il məlumatlarına əsasən, qevoq 21 kənddə yaşayan 268 ailədən ibarət idi. Qevoqun bir dənə orta məktəbi var. Bu təhsil müəssisəsində 800 şagird qeydiyyatdan keçmişdi.[1] Əhalisi Tximpxu, Puanakxa və Vanqdi-Pxodranq şəhərlərində tibb xidməti alırdı.[3]
İstinadlar
redaktə- ↑ 1 2 3 Bapbi gewog Ninth Plan (2002—2007)[ölü keçid] (ing.) [ölü keçid]
- ↑ см. карту в Thimphu dzongkhag Ninth Plan (2002—2007)[ölü keçid][ölü keçid] (ing.) [ölü keçid]
- ↑ 9th FYP Part Three (Dzongkhag & Geog Health Sector) Arxiv surəti 6 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-07-06 at the Wayback Machine Health Ninth Five Year plan (2002 - 2007) (ing.) [ölü keçid]
Xarici keçidlər
redaktə- Vikianbarda Bapisa (qevoq) ilə əlaqəli mediafayllar var.