Baqqal Kend - Wikipedia
Baqqal — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd.[1] Kəndin əhalisi 528 nəfər təşkil edir ki, onun da 267 nəfəri kişi, 261 nəfəri isə qadındır. Baqqal kəndi Şəki rayon mərkəzindən şimal-qərbdə yerləşir.
Baqqal | |
---|---|
41°20′12″ şm. e. 46°59′25″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 408 m |
Saat qurşağı | |
Tarixi
redaktə1910-cu il üçün Yelizavetpol quberniyasının xatirə kitabçasında Bakxal kəndində 40 ev və 202 nəfər "tatar-sünni" sakini göstərilib.[2] 1915-ci il üçün Qafqaz təqvimi buraxılışında Nuxa qəzasında adı Bakxal (mənbədə belə adlanır) olan, 177 nəfər əhalisi olan kənd göstərilib.[3] 1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə görə Baxkal kəndində 194 nəfər (45 təsərrüfat), əsasən azərbaycanlı türklər (yəni azərbaycanlılar) yaşayırdı. Əhalisinin 99 nəfəri kişi və 95 nəfəri qadın olub.[4]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
- ↑ 1910 il üçün Elisavetpol quberniyasının xatirə kitabçası. Bölmə III
- ↑ 1915-ci il üçün Qafqaz təqvimi. Statistika şöbəsi. Səh 95
- ↑ Azərbaycan kənd təsərrüfatı siyahıyaalması 1921-ci il. Nəticələr. Nuxa qəzası
Şəki rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |